Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə52/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   48   49   50   51   52   53   54   55   ...   115

 
 
  92
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Azərbaycan Cümhuriyyəti Dövründə Dini Münasibətlərə Dair 
Dos.Dr. Dilavər ƏZİMLİ 
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı, Azərbaycan 
dilavar.azimli@gmail.com  
 
Azərbaycan Cümhuriyyəti elan olunandan sonra (28 may 1918-ci il) xüsusi diqqət ayırdığı sahələrdən 
biri də dini münasibətlər idi. Qafqaz  əraziləri çar Rusiyası tərəfindən işğala məruz qalan dövrlərdə ona qarşı baş 
verən üsyanların önündə həmişə din xadimləri getmişlər. Azərbaycan din xadimləri Rusiya işğalına qarşı bütün 
Qafqazda gedən mübarizədə nəinki iştirak etmiş, həm də onun ideoloji bazasını da yaratmışdılar.  Misal üçün 
tarixdə bizə müridizm kimi gəlib çatan Şeyx Şamil hərəkatının ideoloji bazası azərbaycanlı Şeyx İsmayıl Şirvani 
tərəfindən  hazırlanmışdır.  Nəşqibəndlik  tərqiətinin Xalidiyyə qoluna  məxsus  olan  Şeyx  İsmayıl  Şirvani  Qafqaz 
xalqlarının  Rusiya  işğalına  qarşı  mübarizəsini  sistemli  şəkildə  ortaya  qoymuşdur.  Bunları  diqqətlə  nəzərdən 
keçirən  Rusiya  hökuməti  Qafqazda  dini  parçalanma  yaratmaq  üçün  müxtəlif  üsullardan  istifadə  etmişdir. 
Bunlardan  biri  din  xadimlərini  müxtəlif  yollarla  “ələ  almaq”,  digəri  isə  sünni-şiə  ədavətini  qızışdırmaq  idi. 
Beləliklə,  Qafqazda  dini  siyasətə tam  nəzarət  etmək  üçün  çar  Rusiyası  ilk  olaraq   Azərbaycanda  dini  məzhəb 
ayrılığını daha da dərinləşdirmək siyasəti həyata keçirmişdir. Belə ki, 1872 və 1917-ci illərdə imperiya tərəfindən 
azərbaycanlıları şiə və sünni olmaqla məzhəblərə parçalayan qərəzli sərəncamlar verilmiş, onların ayrıca ruhani 
idarələri yaradılmışdır. Məscidlərin əmlakı üzərində nəzarət və sahiblik çar Rusiyasının hakimiyyət orqanlarına 
məxsus olmuşdur. İş o yerə çatmışdı ki, pravoslav kilsəsinin icazəsi olmadan hər hansı məscid fəaliyyət göstərə 
bilməzdi. 
Azərbaycan Cümhuriyyəti elan olunanda ölkə ərazilərində dini münasibətlər sahəsində ciddi problemlər 
var idi. Çar Rusiyasının apardığı siyasət öz bəhrəsini vermişdi. Qeyd edək ki, Milli Şura Tiflisdə Azərbaycanın 
istiqlalını  bəyan edən  zaman  Cənubi  Qafqaz Şiə və  Sünni  İdarələri də  bu  şəhərdə  yerləşirdi. Müstəqillik  elan 
olunandan dərhal sonra hər iki idarə öz fəaliyyətini dayandırır. Qafqazda müstəqil dövlətlərin yaranması və bu 
dövlətlər  arasında  münasibətlərin  bir çox  hallarda  gərgin olması,  diyarda yaşayan  müsəlmanların  vahid  dini 
idarədə birləşməsini demək olar ki, mümkünsüz edirdi. Bu baxımdan Azərbaycan hökuməti Cənubi Qafqaz Ruhani 
İdarəsinin Azərbaycanın müvəqqəti paytaxtı olan Gəncə şəhərinə köçürülməsini məqəsədəuyğun hesab etdi. Bu 
həm  də  ondan  irəli  gəlirdi  ki,  Azərbaycan  Cümhuriyyət  rəhbərləri  dini  vəhdətin  yaranmasını  dövlətin  əsas 
prinsiplərindən biri sayırdılar. Çünki Qafqaz müsəlmanları artıq dörd dövlətin ərazisində yaşayırdı və onların 
dini əqidələrinin şəraitə uyğun istiqamətləndirilməsinə böyük ehtiyac vardı. O zamanlarda həmişə olduğu kimi 
əhali  arasında din xadimlərinin  nüfuzu  güclüydü.  Buna  görə də yeni  yaradılmış Azərbaycan  hökuməti  Cənubi 
Qafqaz  ruhani  idarələrinin  Azərbaycana,  Gəncə  şəhərinə  köçürülməsi  zamanın  şərtlərindən  biri  idi.  Məhz 
Gəncədə 1918-ci il sentyabr ayının 1-də ilk olaraq ruhani rəhbərlər tərəfindən şiə və sünnilərin “Məşixət” adı 
altında vahid idarədə birləşməsi məsələsi həllini tapdı. Bu da çarizmin məzhəb ayrılıqlarından istifadə edərək, 
Azərbaycan  dindarları  arasında  ədavət  yaratmaq  niyyətlərinin  iflasa  uğradığının  əyani  nəticəsi  idi.  Yeni 
yaradılmış  idarənin  ştatı  20  avqust  1918-ci  il  tarixli  qərar  ilə  təsdiq  edildi.  Şeyxülislamlıq  vəzifəsi  o  dövrün 
tanınmış din  xadimi Axund  Əli  Ağazadəyə  həvalə edildi.  “Əhrar”  partiyasının yaradıcılarından  olan Mustafa 
Əfəndi Əfəndizadə isə müfti təyin edildi. 1920-ci ilin mart ayında milli hökumət tərəfindən “Məşixət” sədrlərinə 
nazir köməkçiləri ilə eyni status verilməsi barədə sərəncam imzalanmışdır. 
Açar sözlər: Azərbaycan Cümhuriyyəti, Şeyxülislam, din, dövlət, “Məşixət”    
 
 
 
 
 
 


 
 
  93
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Məhəmməd Əmin Rəsulzadənin İrsındə Orta Əsr Azərbaycan Mədəniyyəti Problemləri 
Prof. Dr. Xeyirbəy QASIMOV 
Email: nara.akhundova.@hotmail.com 
 
XÜLASƏ 
       Azərbaycan  Cümhuriyyətinin  (1918-1920)  yaranmasının  100  illik  yubileyi  ərəfəsində  də 
M.Ə.Rəsulzadənin (1884-1955) zəngin elmi, ədəbi irsinin anlaşılması və beynəlxalq aləmə tanıdılması zərurəti 
aktualdır. 
       Orta  əsrlərdə  Azərbaycan  xalqının  mədəni  təkamülü  problemlərinin  təhlili  M.Ə.Rəsulzadənin 
çoxcəhətli fəaliyyətində mühüm yer tuturdu. Müsəlman Şərqində ilk demokratik respublikanın qurulucularından, 
Azərbaycan  dövlətçiliyinin  bərpaçılarından  olmuş  M.Ə.Rəsulzadə  1920-ci  ilin  28  aprel  çevrilişindən  sonra 
Azərbaycanı  tərk  etmək  məcburiyyəti  qarşısında  qalmış,  ömrünün  sonunadək  mühacirətdə  yaşamış,  lakin 
Vətəninə,  xalqına  üzvi  bağlılığın  parlaq  nümunələrini  yaratmışdır.  Onun  “Əsrimizin  Səyavuşu”,  “Çağdaş 
Azərbaycan  ədəbiyyatı”,  “Çağdaş  Azərbaycan  tarixi”,  “Azərbaycan  Cümhuriyyəti”,  “Azərbaycanın  kültür 
gələnəkləri”, “İstiqlal məfkurəsi və gənclik”, “Qafqaz türkləri”, “İran türkləri”, “Milli birlik”, “Azərbaycan şairi 
Nizami”  əsərlərində  Azərbaycan  xalqının  çoxəsrlik  mədəniyyət  tarixinin  əsas  məsələləri  özünün  dolğun  və 
obyektiv əksini tapmışdır. 
      M.Ə.Rəsulzadə təqribən 100 il bundan öncə  anlamışdı ki, Azərbaycan xalqı tarixinin, mədəniyyətinin 
obyektiv  şəkildə,  xalqın  ümdə  mənafelərinə  uyğun  tərzdə  araşdırılmasının  başlıca  şərti  ölkənin  siyasi 
müstəqilliyidir: “Xalqın düşüncəsində Azərbaycan məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində 
təcəssüm ediyor. Istiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur”. 1920-1991-ci illərdə yarımmüstəqil hala 
düşmüş Azərbaycan xalqı M.Ə. Rəsulzadənin bu müddəasının tamamilə doğru olduğuna əmin oldu. Azərbaycanın 
siyasi müstəqilliyi yenidən bərpa edildikdən (1991) sonra M.Ə.Rəsulzadənin elmi, ədəbi irsi xalqın öz tarixindən, 
mədəni irsindən uzaqlaşması meyilini ləngidən qüdrətli amil oldu. 
      M.Ə.Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” əsərində azərbaycanlıların “milliyyət etibarilə türk, din 
etibarilə İslam, mədəniyyəti-əsasiyyə  etibarilə şərqli”, “kəndi Ləhceyi-məxsusilə Anadolu türkcəsinə yaxın bir 
şivə ilə qonuşan Azərbaycan türkünün müxtəlif şivələrə malik və tutduğu yerlərə nisbətlə müxtəlif isimlər daşıyan 
böyük  türk  ağacının  bir  dalı  (budağı)”  olduqlarını,  geniş  bir  ərazidə  əsrlər  boyu  müxtəlif  dövlətlər  quraraq 
hökmranlıq  etdiklərini  fəxrlə  qeyd  edirdi.  Əsrlər  boyu  zəngin  dövlətçilik  ənənələri,  mədəni  dəyərlər  yaratmış 
Azərbaycan  türklərinin  XIX  əsrin  ilk  onilliklərində  siyasi  müstəqilliyini  itirməsi,  rus  müstəmləkçiliyinə  məruz 
qalması  onu  daim  qayğılandırırdı.  M.Ə.Rəsulzadə  XVI  əsri  Azərbaycan  xalqının  təkamülündə  “ədəbi  və  milli 
intibah” mərhələsi kimi dəyərləndirir, mütəfəkkir şair Məhəmməd Füzulini (1494-1556) həmin mərhələnin əsas 
siması kimi təqdim edir və göstərirdi ki, “Azəri ədəbiyyatının təkamülü-təbəqi Füzulinin həyati-ədəbisinə bənzər”. 
Onun fikrincə, “Azərbaycan türk ədəbiyyatı məhz həmin zamandan etibarən “müstəqil bir cərəyan aldı”. 
      1941-ci ildə yazılmış, yalnız 1951-ci ildə Türkiyə Cümhuriyyətində nəşr olunmuş, lakin geniş oxucu 
kütləsinə  çatmamış  “Azərbaycan  şairi  Nizami” əsəri  M.Ə.Rəsulzadənin  elmi-ədəbi irsində  müstəsna yer tutur. 
Sovet  hakimiyyəti  dövründə  Nizami  Gəncəvi  və  onun  zəngin  irsi  tədqiqatçılara,  geniş  oxucu  kütləsinə 
A.Y.Krımskinin,  V.V.Bartoldun,  Y.E.Bertelsin,  M.Şaginyanın  əsərləri  vasitəsilə  “tanıdılır”,  M.Ə.Rəsulzadənin 
“Azərbaycan şairi Nizami” əsəri isə uzun müddət ərzində nəşr edilmirdi. Həmin əsər sovet hakimiyyəti varlığının 
yalnız son ilində (1991-ci ildə) xeyli xətalarla və təhriflərlə nəşr edildi. M.Ə.Rəsulzadənin bu əsəri 2008-ci və 
2011-ci  illərdə  Bakıda  daha  2  dəfə  işıq  üzü  gördü.  M.Ə.Rəsulzadənin  “Azərbaycan  şairi  Nizami”  əsəri  dahi 
Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığına həsr edilmiş ən mükəmməl tədqiqat nümunəsidir. 
Açar sözlər: Tarix, mədəniyyət, orta əsrlər, Azərbaycan, İslam, Nizami Gəncəvi, M.Ə.Rəsulzadə. 
        
 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə