Microsoft Word umumdunya ticar?T t?Skilatina uzvuluyun az?Rbaycan iqtisadiy doc



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix20.09.2018
ölçüsü0,84 Mb.
#70016
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

 

1991-ci ildəki ixracın həcminə nisbətən 2008-ci ildə ixrac 21,5 dəfə, 1995-ci 

ilə  nisbətən  73,9  dəfə,  1998-ci  ilə  nisbətən  77,8  dəfə,  2003-cü  ilə  nisbətən  17,4 

dəfə, 2007-ci ilə nisbətən isə 6,9 dəfə artmışdır.  

2008-ci ildə idxalın həcmi isə 1991-ci ildə idxalın həcmindən 2,8 dəfə, 1995-

ci ilə nisbətən 9,7 dəfə, 1998-ci ilə nisbətən 5,7 dəfə, 2003-cü ilə nisbətən 1,7 dəfə, 

2007-ci ilə nisbətən 0,25 dəfə artmışdır. 

5.  2009-2010-cu  illər:  2009-cu  il  dünya  iqtisadiyyatında  baş  verən  qlobal 

maliyyə-iqtisadi  böhran  və  neftin  dünya  bazarlarında  qiymətlərinin  kəskin 

düşməsinin  milli  iqtisadiyyata,  o  cümlədən  də,  ticarət  göstəricilərinə  mənfi  təsiri 

ilə xarakterizə olunur.  

dxal-ixracın  əmtəə  və  coğrafi  strukturunun  öyrənilməsi  və  əsas  meyllərin 

müəyyən  olunması  xarici  ticarət  əlaqələrinin  kompleks  tədqiqində  mühüm 

ə

həmiyyət  kəsb  edir.  Araşdırmalarımız  göstərir  ki,  1991-2010-cu  illərdə  xarici 



ticarət  dövriyyəsinin  dinamikası  ilə  yanaşı,  ixrac  və  idxalın  əmtəə  strukturunda, 

habelə  ticarət  əlaqələri  qurulan  ölkələrin  sayı  və  mal  dövriyyəsində  əsaslı 

dəyişikliklər müşahidə edilmişdir.  

Belə  ki,  Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin  (DGK) 

məlumatına əsasən, 2010-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 

27,92 mlrd. ABŞ dolları, o cümlədən idxalın həcmi 6,6 mlrd. ABŞ dolları, ixracın 

həcmi  isə  21,32  mlrd.  ABŞ  dolları  təşkil  etmişdir.  Bu  dövr  ərzində  Azərbaycan 

Respublikası  150  ölkə  ilə  ticarət  sahəsində  qarşılıqlı  surətdə  faydalı  əməkdaşlıq 

etmiş və xarici ticarət saldosu müsbət 14,72 mlrd. ABŞ dolları olmuşdur. 

2009-cu  illə  müqayisədə,  2010-cu  ildə  ölkəmizin  xarici  ticarət  dövriyyəsi 

34,1%, o cümlədən ixrac 45,05%, idxal isə 7,8% artmışdır.  

    


 

 

 



 

 



 

16%


84%

Qeyri-neft

Neft və neft məhsulları

Şə

kil 5. 



2000 və 2012-cu illərdə neft və qeyri-neft sektorlarının ümumi ixracda xüsusi 

çəkisi 

    2000-ci il  

 

 

 

 

2012-cu il 

 

       Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi 

 

Ümumiyyətlə,  1995-ci  ildən  başlayaraq  beynəlxalq  ticarət  imkanlarının 



genişləndirilməsi  məhz  iki  faktor  hesabına  təmin  edilmişdir:  Azərbaycanın  xam 

neft  və  neft  məhsullarının  ixracının  daim  artması  və  daxili  bazarın  genişlənməsi. 

Bu  da  ölkəyə  istehsal  avadanlığı  və  istehlak  mallarının  idxalının  artımı  ilə 

nəticələnmişdir. 

Azərbaycanın  xarici  ticarət  əlaqələrinin  əmtəə  strukturunun  təhlili  göstərir  ki, 

ölkənin  idxal-ixrac    əməliyyatlarında  monostrukturlaşma  meyli  güclənməkdədir. 

xracın monostrukturlaşmasında əsas rolu, sözsüz ki, neft və neft məhsulları oynayır. 

2012-ci  ildə  ixracın  strukturunda  neft  və  neft  məhsulları  94,1%  təşkil  etmişdir 

(şəkil  5).  Əgər  nəzərə  alsaq  ki,  sözügedən  mal  qrupunun  ixrac  qiymətləri 

bütünlükdə dünya bazarının konyuktur dəyişikliklərindən asılıdır, onda formalaşmış 

vəziyyətin  riskli  olduğu  üzə  çıxacaqdır.  Apardığımız  araşdırmalar  yuxarıda  qeyd 

etdiyimiz təhlükənin real olduğundan xəbər verir.  

2012-ci  ildə  neft  və  neft  məhsulları  da  daxil  olmaqla  enerji  daşıyıcılarını 

ə

hatə edən 27-ci qrupun ixracın strukturundakı xüsusi çəkisi 94,1% təşkil etmişdir. 



Eyni  zamanda,  həmin  dövr  ərzində  qeyri-neft  sektoru  üzrə  (27-ci  qrup  istisna 

olmaqla) ixracın həcmi 2009-cu illə müqayisədə 17,8% artmışdır. 

5,9%

94,1%


 

Qeyri-neft Neft və neft məhsulları 




 

2003-cü  ildən  etibarən  neft  ixracının  artımı  və  neftin  dünya  bazarlarında 

ə

lverişli qiymət tendensiyası ÜDM-nin sürətli artım tempini və gəlirlərin artımını 



şə

rtləndirmişdir ki, bu  da öz növbəsində  dövlət xərclərinin  artımına,  yoxsulluğun 

azalmasına, məşğulluğun və əhalinin gəlirlərinin artımına, bir sözlə, ölkədə iqtisadi 

fəallığın  yüksəlməsinə  təkan  verən  başlıca  səbəb  olmuşdur.  Belə  bir  şəraitdə, 

ölkədə  sürətli  iqtisadi  artım  tempi  və  əhalinin  gəlirlərinin  artımı  idxalın  yüksək 

templərlə  artımının  başlıca  amili  kimi  çıxış  etmişdir.  Apardığımız  hesablamalar 

göstərir  ki,  2000-ci  illə  müqayisədə  2010-cu  ildə  Azərbaycana  idxal  olunan 

malların həcmi 5,5 dəfə artaraq 6,6 mlrd. ABŞ dolları təşkil etmişdir. 

dxalın  strukturunda  xarici  investisiyalar  hesabına  gətirilmiş  maşın-

avadanlıqların  və  malların  xüsusi  çəkisi  10,2%  təşkil  edərək  689,0  mln.  dollar 

olmuşdur.  Bunun  81,1%-ni  beynəlxalq  neft-qaz  kontraktları  çərçivəsində  istifadə 

olunmuş  investisiyalar  hesabına  idxal  edilmiş  mallar  təşkil  edir.  Bundan  başqa 

ölkəyə ümumi məbləği 3102,3 mln. dollar olan istehsal təyinatlı maşın-avadanlıq, 

kimya, qara və əlvan metal məhsulları da gətirilmişdir  

 

Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsindən verilən  məlumata 



ə

sasən, 2011-ci ildə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 

36,33 mlrd. ABŞ dolları, o cümlədən idxalın həcmi 9,76 mlrd. ABŞ dolları, ixracın 

həcmi  isə  26,57  mlrd.  ABŞ  dolları  təşkil  etmişdir.  Bu  dövr  ərzində  Azərbaycan 

Respublikası  149  ölkə  ilə  ticarət  sahəsində  qarşılıqlı  surətdə  faydalı  əməkdaşlıq 

etmiş və xarici ticarət saldosu müsbət 16,81 mlrd. ABŞ dolları olmuşdur 

2010-cu  ilin  müvafiq  dövrü  ilə  müqayisədə,  2011-ci  ildə  Azərbaycan 

Respublikasının xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 29,92 faiz, o cümlədən 

idxal 47,81 faiz, ixrac isə 24,39 faiz artmışdır (cədvəl 5). 

             

 

 

 



 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə