Microsoft Word umumdunya ticar?T t?Skilatina uzvuluyun az?Rbaycan iqtisadiy doc



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix20.09.2018
ölçüsü0,84 Mb.
#70016
1   2   3   4   5   6   7   8   9   ...   27

 

eləcə  də  beynəlxalq  norma  və  standartlara  uyğunlaşmanın  daxili  mexanizmindən 

gedir və s. 

 

Məhz problemin elmi tədqiqinin sistemlilik nöqteyi nəzərindən əhatə dairə-



sinin  natamamlığı  dissertasiya  mövzusunun  seçilməsi  və  tədqiqatın  məqsədini 

ə

saslandırır. 



 

Tədqiqatın  məqsədi:  Dissertasiya  işində  əsas  məqsəd  keçid  iqtisadiyyatı 

şə

raitində  xarici  ticarət  strategiyasının  spesifik  xüsusiyyətlərinin  araşdırılması, 



onun  optimallaşdırılması  imkanlarının  müəyyənləşdirilməsi  istiqamətində konkret 

təklif  və  tövsiyyələrin  irəli  sürülməsindən  ibarətdir.  Tədqiqatın  məqsədinə  uyğun 

olaraq  müvafiq  vəzifələr  müəyyən  edilmiş  və  onların  həlli  prosessi  aşağıdakı 

məntiqi ardıcıllıqla həyata keçirilmişdir: 

-  keçid  dövrü  şəraitində  xarici  ticarət  strategiyasının  mahiyyəti  və  iqtisadi 

təbiətinin  sistemli  tədqiqi:  onun  ümumiqtisadi  siyasətdə  yeri  və  rolunun 

müəyyənləşdirilməsi ; 

-  xarici  ticarət  siyasətinin  iki  əsas  istiqamətinin  (azad  ticarət  və  protek-

sionizm) başlıca cəhətlərini araşdırmaqla keçid iqtisadiyatı şəraitində tətbiqi 

xüsusiyyətlərini üzə cıxarmaq ; 

-  xarici ticarət əlaqələrinə dövlət müdaxiləsinin sərhədlərini müəyyənləşdirən 

amillər kompleksini tədqiq etmək ; 

-  Azərbaycanın xarici ticarət rejimi və onun hüquqi-normativ bazasını sistemli 

tədqiq etmək ; 

-  xarici  ticarət  strategiyasının  beynəlxalq  normalara  uyğunlaşdırılması 

problemini araşdırmaq ; 

-  iqtisadi  artımla  xarici  ticarət  strategiyası  arasında  dialektik  bağlılığı  təhlil 

etmək ; 


-  ölkənin  xarici  ticarət  strategiyasının  təkmilləşdirilməsi  istiqmətlərinin 

konseptual qiymətləndirilməsinə nail olmaq. 



Tədqiqatın  predmetini  xarici  iqtisadi  strategiyanın  təsiri  altında  formalaşan 

iqtisadi  münasibətlər  sistemi  və  onun  makroiqtisadi  səviyyədə  milli  iqtisadiyyata 

təsiri təşkil edir. 



 

Tədqiqatın  obyekti  isə  keçid  iqtisadiyyatı  şəraitində  ölkənin  xarici  ticarət 

strategiyası sferasında mövcud olan münasibətlər kompleksindən ibarətdir. 

 

Dissertasiya  işinin  nəzəri-metodoloji  əsaslarını  neoklassik  iqtisadi  nəzə-

riyyə və görkəmli tədqiqatçıların beynəlxalq ticarət sferasına aid olan fundamental 

yanaşmaları,  eləcə  də,  beynəlxalq  iqtsadiyyatın  ümumi  nəzəriyyəsi,  keçid  iqtisa-

diyyatı  nəzəriyyəsi,  beynəlxalq  iqtisadi  təşkilatların  proqnoz  qiymətləndirmələri, 

Azərbaycan  Respublikasının  Prezidentinin  fərmanları,  Nazirlər  Kabinetinin  qərar 

və sərəncamları, Milli Məclis tərəfindən qəbul olunmuş qanun və normativ aktlar, 

eləcə də, digər rəsmi sənədlər təşkil edir.   

 

 



Dissertasiya işinin elmi yeniliyi: 

- Keçid  iqtisadiyyatı  şəraitində  xarici  ticarət  strategiyasının  spesifik  cəhətləri 

aşkarlanmış və onun ümumiqtisadi inkişaf strategiyası ilə üzvü bağlılığı əsaslandı-

rılmışdır; 

- Xarici  ticarət  strategiyasında  yeni  paradiqmalara  keçidin  konseptual-meto-

doloji təminatı problemi tədqiq olunmuşdur; 

- Müasir  qloballaşma  şəraitində  xarici  ticarət  sferasının  dövlət  tənzimlən-

məsinin  dünya  təcrübəsi  öyrənilmiş,  konseptual  ümumiləşdirmələr  aparılmış  və 

onun keçid dövründə istifadəsi imkanları təhlil olunmuşdur; 

- Xaici  ticarət  əlaqələrinin  təşkili  və  tənzimlənməsində  dövlət  müdaxiləsinin 

obyektiv və subyektiv sərhədləri müəyyənləşdirilmişdir; 

- Azərbaycan Respublikasının xarici ticarət strategiyası, onun strateji əsasları 

və  hüquqi-normativ  bazası  hərtərəfli  təhlil  edilərək  beynəlxalq  norma  və 

prosedurlara keçidin məhdudiyyət şərtləri aşkara çıxarılmışdır; 

-  qtisadi artımla xarici ticarət siyasəti arasında səmərəlilik meyarları əsasında 

üzvü vəhdətin formalaşdırılması yönümündə konseptual istiqamətlər müəyyənləş-

dirilmişdir; 

-  nstitusional  inkişaf  xarici  ticarət  strategiyasının  əsas  tərkib  ünsürlərindən 

biri  keyfiyyətində  tədqiq  olunmuş,  onların  qarşılıqlı  bağlılığının  zəruriliyi 

ə

saslandırılmış və konkret mexanizmi aşkarlanmışdır; 




 

- Ətraf mühitə təsir problemləri də daxil olmaqla xarici ticarət strategiyasının 

təkmilləşdirilməsi  istiqamətləri  tədqiq  edilməklə  ümumiləşdirilmiş  və  optimal-

laşdırma yolları üzə çıxarılmışdır; 

- Azad  ticarət-proteksionizm  qarşılığının  uyğunluğu  problemi  araşdırılmış, 

onun iqtisadi subyektlərin mənafelərnə təsiri mexanizmi təhlil olunmuş və modeli 

qurulmuşdur. 

Tədqiqatın praktiki əhəmiyyəti: Dissertasiya işinin praktiki əhəmiyyəti hər 

ş

eydən  əvvəl  ölkənin  xarici  ticarət  strategiyasının  kompleks  tədqiqi  nəticəsində 



ə

ldə  olunan nəticələrin konkret  məzmun  daşımasında və sırf  əməli  xarakterə  ma-

likliyində  təzahür  edir.  Belə  ki,  tədqiqatın  yekunlarına  əsaslanaraq  irəli  sürülən 

təklif  və  tövsiyyələrdən  istifadə  edildiyi  tədqirdə  xarici  ticarət  strategiyasının, 

keçid  dövrünün  spesifik  xüsusiyyətləri  nəzərə  alınmagla  optimallaşdırılmasında 

mühüm  rol  oynaya  bilərdi.  Eyni  zamanda,  dissertasiya  işinin  nəticələri  ölkənin 

xarici  iqtisadi  inkişaf  strategiyasının,  eləcə  də,  xarici  ticarət  sferasında  dövlət 

proqramlarının hazırlanmasında, beynəlxalq iqtisadi təşkilatlarla, ələxüsus, Ümum-

dünya  Ticarət  Təşkilatı  ilə  qarşılıqlı  əlaqələrin  ümummilli  mənafelərə  uyğun 

istiqamətdə formalaşdırılmasında, lokal səviyyəli mənafe tarazlığının qərarlaşması 

və  ölkə-region,  ölkə-dünya  iqtisadiyyatı  qarşılığında  dövlət  maraqlarının  qorun-

ması, məqsədi ilə hazırlanan tədbirlər kompleksində istifadə oluna bilər. 

 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə