Microsoft Word umumdunya ticar?T t?Skilatina uzvuluyun az?Rbaycan iqtisadiy doc



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix20.09.2018
ölçüsü0,84 Mb.
#70016
1   2   3   4   5   6   7   8   9   ...   27

 

faydalı  beynəlxalq  əmək  bölgüsünə  kömək  edir,  bütün  ölkələrin  real  mi l l i  

məhsulunu  potensial  olaraq  xeyli  artınr  və  bütün  Үсг  kürəsində  həyat 

səviyyəsinin yüksəldilməsinə imkan yaradır. 

Proteksionist tərəfdarları (F.List, A.Hamilton, Ç.Kcri, C.Keyns) isə ö/ 

fıkirbrini  ənənəvi  təşəkkür  tapmış  iqtisadi  durumu  saxlamaq.  yeni  yaranan 

milli  sənaye  sahələrini  qorumaq,  dövlət  büdcəsinin  gəlirlərini  artırmaq, 

dempinqi məhdudlaşdırmaq, ölkənin müdafiə qabiliyyətini lazımi səviyyədə 

saxlamaq  və  s.  xarici  iqtisadi  fəaliyyətin  dövlət  tərəfindən  tənzimlənməsi 

zərurəti ilə əsaslandırırlar. 

Dünya təcrübəsi göstərir ki.  fritrederçiliyin yuxarıda söylənilən  kimi 

müsbət səciyyələndirilməsi və ideallaşdırılmasına baxmayaraq, bu ideya heç 

də  həmişə  gözlənilən  ümidləri  doğrultmayıb.  Təkcə  xarici  ticarət  siyasəti 

XX əsrdə ticarət və proteksionizm idealarının hər biri bir neçə dəfə müxtəlif 

müvəffəqiyyətlə iqtisadi fikirdə üstünlük əldə etmişlər.  

Qeyd  etmək  lazımdır  ki,    son  dövrlərə  qədər  xarici  ticarət  siyasətinin 

ə

sas  forması  kimi  proteksionizm  çıxış  edirdi.  Azad  ticarət  siyasəti  yalnız 



bəzi  hallarda  tətbiq  edilirdi.  Onu  da  göstərmək  lazımdır  ki,  proteksionizm 

xarici ticarət siyasətinin bir forması olmaq etibarı ilə öz təkamül prosesində 

üç mərhələdən   keçmişdir: 

-  “Azad” rəqabət dövrü; 

-  nhisar dövrü; 

-  Müasir dövr; 

Azad  rəqabət  dövründə  təsdiq  edilən  proteksionizm  bir  qayda  olaraq, 

zəif  inkişaf  etmiş  yaxud  rəqabətqabiliyyətli  olmayan  sahəsinin  xarici 

rəqabətdən  qorunmasına  yönəldilirdi.  ri  inhisarların  meydana  çıxması  ilə 

(XIX  əsrin  sonu  XX  əsrin  əvvələri)  əlaqədar  olaraq  proteksionizm 

siyasətində  keyfiyyətcə  yeni  istiqamət  formalaşmağa  başladı.  Başqa  sözlə 

xarici  ticarət  siyasətində  yeridilən  himayədarlığın  obyekti  dəyişdi.  Yəni, 

artıq  geri  qalmış  sahələrin    deyil  inkişaf  etmiş  və  daha  çox  inhisarlaşmış 

fəaliyyət  sferasının  mühafizə    həyata  keçirilməyə  başladı.  Göstərilən 




 

yönümlü  siyasətdə  əsas  məqsəd  ondan  ibarət  idi  ki,  güclü  himayə  altında 

olan  sahələrinin  vasitəsilə  daxili  bazardan  yüksək  qiymətlərin  tətbiqi 

hesabına  ionhisarçı  gəlir    əldə  etmək  və  buna  əsaslanmaqla  dempinqdən 

yararlanmaq  vasitəsi  ilə  xarici  bazarlardan  rəqibləri  sıxışdırıb  çıxarmaq! 

Məhz  bununla  əlaqədar  olaraq,  bir  sıra  tədqiqatçılar  qeyd  edilən  səpgili 

siyasəti  təcavüzkar  siyasət    yaxud  ifrat  proteksionizm  adlandırmışlar. 

Təkamül  prosesində  proteksionizm  özünün  ilkin  yaranma  formasından 

mahiyyətcə  fərqli  istiqamətdə  əhatə  edən  yeni  məna  çalarları  kəsb  etməyə 

başlamışdır.  Belə  ki, hal-hazırda proteksionizmin 4 növü mövcuddur: 

-  Selektiv  proteksionizm      (bu  halda  himayədarlıq  məzmunu  daşıyan 

ticarət siyasəti ya ayrıca  götürülmüş bir ölkəyə, ya da bir məhsula 

istiqamətlərnir); 

-  Saha    proteksionizmi    (konkret  bir  sahənin,  məsələn,  kənd 

təsərrüfatı    sferasının  (aqrar  proteksionizm)    xarici  rəqabətdən 

mühafizə); 

-  Kollektiv  proteksionizm  (iqtisad  inteqrasiya    bloku,  yaxud 

çoxtərəfli müqavilələr əsasında yaradılmış ölkələr birliyi); 

-  Gizli  proteksionizm  (daxili  iqtisadi  siyasət  metodlarından  istifadə 

etməklə həyata keçirilir). 

Bunlardan  hər  hansı  birinin  seçimi  isə  sırf  apesifik  səciyyə  daşımaqla 

konkret  şəkildə  götürülmüş  hər  hansı    bir  ölkədə  mövcud  olan  vəziyyətdən 

birbaşa asılılıqdadır.  

Eyni  zamanda  qeyd  edilməlidir  ki,  xarici  ticarət  siyasətinin  həyata 

keçirilməsində  dövlət  tərəfindən  ödəmə  mexanizminə  daxil  edilən 

məhdudiyyətlər də gizli proteksionizm əhatə dairəsinə aiddir. 

-  dxal depozitləri; 

- Valyuta məhdudiyyətləri; 

- Kapitalın daxili və ixracının dövlət tənzimlənməsi və s.  

Qeyd  etmək  lazımdır  ki,    xarici  ticarət  siyasətində  müxtəlif  yönümlü 

subyektlərin  mənafeləri  çulğalaşır.  Buna  görə  də,  müasir  xarici  ticarət  



 

siyasəti  əslində    bütövlükdə  beynəlxalq  iqtisadi  münasibətlər  kompleksində 

baş verən proseslərin daxili məntiqinə uyğun şəkildə milli iqtisadi və siyasi 

amillərin  qarşılıqlı  təsirindən  formalaşan  mürəkkəb  sistemdir.  Dünya 

iqtisadiyyatında  gedən  və  getdikcədə  güclənən    qloballaşma  prosesi 

genişlənən  inteqrasiya  prosesləri  nəticə  etibar  ilə  xarici    ticarət  siyasətinə 

son dərəcə güclü təsir göstərmək iqtidarındadır. 

Dünya  təsərrüfat  sistemində  yaranmış  müasir  şərait,  xüsusilə, 

beynəlxalq  iqtisadi  inteqrasiyanın    yüksələn  xətti  sürətli  inkişafı,  ölkələrin 

qarşılıqlı  iqtisadi  asılılıqlarının  güclənməsi,  transmilli  korporasiyaların 

dünya  iqtisadiyyatında  rolunun  artması,  dünya  bazannda  rəqabətin 

güclənməsi  və  s.  müxtəlif  iqtisadi  nəzəriyyələrin  xarici  iqtisadi  fəaliyyətin 

tənzimlənməsinə  münasibətdə  irəli  sürdüyü  bu  və  ya  digər  mülahizələrə 

diqqətlə  və  yaradıcı  yanaşmanı  tələb  edir.  Belə  ki,  müasir  dövrdə  dünya 

təsərrüfat  sistemində  baş  verən  köklü  keyfiyyət  dəyişiklikləri  nəticəsində 

beynəlxalq  ticarət-iqtisadi  əlaqələr  mürkkəb  və  dinamik  bir  sistemə 

çevrilmiş  və  bıı  sistemin  ayrılıqda  hər  bir  ölkədə  milli  iqtisadiyyatın 

inkişafına  təsiri  də  xeyli  güclənmişdir.  Müasir  dövrdə  hər  hansı  bir  ölkədə 

milli iqtisadiyyatın formalaşması və onıııı dinamik tarazlı inkişafının tomin 

olunması  məqsədyönlü  xarici  iqtisadi  siyasət  aparılmasını,  başqa  sözlə, 

xarici iqtisadi fəaliyyətin dövlət tərəfindən tənzimlənməsini nəzərdə tutur. 

Bu,  zəif    inkişaf  etmiş  və  milli  iqtisadiyyatını  yenicə  formalaşdıran 



MDB  ölkələri  üçün  böyük  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  müasir  şəraitdə 

inkişaf  etməkdə  olan  zəif,  gənc  ölkələrin  sənayesi  onların  gcridə  qalmış 

ə

yalət  «status»unun  saxlanılmasına  xidmət  edən  xarici  roqabətin 



hücumlarından, о   cümlədən dempinq şəraitindən qorunmağa sadəcə olaraq 

məcburdurlar.  Ən  azı    ona  görə  ki,  hər  hansı  bir  məhsulun  istehsalında 

rəqabət  üstünlüyünə  nail  olmaq  üçün  müəyyən  vaxt  lazımdır  ki,  bunu  da 

azad  ticarət  mövcud  olduğıı  halda  müasir  rəqabət  şəraitində  əldə  etmək 

mümkün deyildir. Azad  ticarət tərəfdarlarının  məhz proteksionist  siyasətin  

köməyilə  formalaşma  dövrünü  keçirərək  inkişaf  etmiş  və  dünya  bazarında 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə