Microsoft Word umumdunya ticar?T t?Skilatina uzvuluyun az?Rbaycan iqtisadiy doc



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix20.09.2018
ölçüsü0,84 Mb.
#70016
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

 

2010-cu  ildə  sənaye  sektorunda  real  artım  tempi  2.1%,  nəqliyyat  sahəsində 

4.3%, rabitə sahəsində 29.7%, ticarət sahəsində 9.7%, tikinti sahəsində isə 20.3% 

təşkil etmişdir.  

Qrafik 2. 

   


        qtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf dinamikası 

           

 

 

 



 Son  dərəcə  əhəmiyyətli  geosiyasi  məkanda  yerləşmə,  əlverişli  təbii  iqlim 

şə

raiti, təbii mineral resursların zəngin yataqları, qiymətli elmi və əmək potensialı 



Azərbaycanın  dünya  təsərrüfat  əlaqaləri  sisteminə  daxil  olmasının  əsas 

istiqamətlərini  müəyyənləşdirmiş  oldu.  Hal-hazırda  bu  potensialdan  bir  neçə  iri 

beynəlxalq  və  regional  layiəhələrdə  aktiv  iştirak  etməklə  istifadə  olunur.  Bura 

Azərbaycanın  həm  «Böyük  pək  Yolunun  Bərpası»  layihəsində  Avropa  və  Asiya 

arasında  nəqliyyat-ticarət  və  kommunikasiya  dəhlizi  qismində  çıxış  etməsi, 

həmçinin «Şimal-Cənub» dəhlizinin (Rusiya, Azərbaycan və  ranın birgə layihəsi) 

yaradılmasında  iştirakı,  digər  tərəfdən  Xəzərin  Azərbaycan  sektorundakı 

karbohidrogen  ehtiyyatların  xarici  şirkətlərlə  birgə  istismarını  və  onların  dünya 

bazarına  nəqli  üçün  boru  kəmərlərinin  tikintisini  təmin  edən  regional  enerji 

layihələrinin reallaşdırılmasını aid etmək olar. 

 

Bundan  başqa  Azərbaycan  üzvü  olduğu  QD ƏT,  GUÖAM,  MDB  kimi 



regional inteqrasiya qruplaşmalarında aktiv şəkildə iştirak edir və digər inteqrasiya 


 

qruplaşmaları ilə sıx əməkdaşlıq əlaqələrini yaradır. Dünyanın nüfuzlu beynəlxalq 

iqtisadi  təşkilatları  sayılan  BVF,  DB,  A YB,  ÜTT  və  s.  ölkəmizdə  bazar 

iqtisadiyyatı quruculuğu və dunya iqtisadiyyatına inteqrasiya istiqamətində həyata 

keçirilən  iqtisadi  islahatlarda  yaxından  iştirak  edirlər.  Düzdür  son  zamanlar  bu 

təşkilatlar  təzyiq  rıçaqlarından  istifadə  edərək  ölkəmiz  üçün  tale  yüklü  qərarların 

qəbulunda  hökümətin  müstəqil  manevr  imkanlarını  məhdudlaşdırırlar  və  bunu  da 

qloballaşmanın  Azərbaycan  kimi  keçid  iqtisadiyyatlı  ölkələrə  mənfi  təsirinin 

cücərtisi kimi qəbul etmək olar. 

 

Lakin  inteqrasiya  istiqamətində  yuxarıda  sadalanan  nailiyyətlər  haqda  söz 



açarkən biz acı bir həqiqəti qeyd etməliyik ki, hələki Azərbaycan dünya təsərrüfat 

sistemində daha çox Qərbin «xammal əlavəsi» kimi çıxış edir. 

 

Məsələ ondan ibarətdir ki, Azərbaycanın dunya iqtisadiyyatına inteqrasiyası 



prosesi  aktiv  səmərəli  inteqrasiya  fazasının  başlanğıcını  ləngidən  bir  sıra 

çətinliklərlə bağlıdır. Fikrimizcə əsas problemlər kimi aşağıdakılar çıxış edir:  

1) Ermənistanın Azərbaycana işğalçı təcavüzü;  

2) Bazar iqtisadiyyatı şəraitinə keçidlə bağlı baş vermiş transformasiya tənəzzülü 

və iqtisadiyyatın struktur deformasiyası;  

3) BƏB-də Azərbaycanı yanacaq-xammal ixtisaslaşmasına sövq edən neft amili. 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra beynəlxalq hüququn 

tam  səlahiyyətli  subyekti  kimi  beynəlxalq  iqtisadi  münasibətlər  sisteminə 

qoşulmuşdur.  Dünya  təsərrüfat  sisteminə  səmərəli  inteqrasiya  istiqamətində 

ölkəmiz  bir  tərəfdən  iqtisadiyyatın  səmərəli  strukturunu  formalaşdırmaq,  daha 

mütərəqqi texnika və texnologiyaları, elmi yenilikləri əldə etmək, digər tərəfdən də 

beynəlxalq  əmək  bölgüsündə  malik  olduğu  üstünlükləri  reallaşdırmaq 

məqsədlərinə  nail  olmalıdır.  Məhz  bu  səbəbdən  xarici  ticarət  əlaqələrinin  inkişaf 

etdirilməsi  və  dünya  təsərrüfat  sisteminə  səmərəli  inteqrasiyanın  təmin  olunması 

Azərbaycan  Respublikasında  həyata  keçirilən  iqtisadi  islahatların  strateji 

istiqamətlərindən biri olaraq müəyyən edilmişdir. 

Xarici  ticarətdə  rəqabətqabiliyyətli  olmaq  və  ticarətdən  daha  çox  fayda  əldə 

etmək üçün Azərbaycan öz iqtisadiyyatını beynəlxalq əmək bölgüsünün tələblərinə 




 

uyğun  olaraq  diversifikasiya  etməli  və  struktur  dəyişiklikləri  aparmalıdır.  Həmin 

dəyişikliklər  elmi  baxımdan  əsaslandırılmış  tədqiqat  və  təhlillərin  nəticələrinə 

söykənməlidir.  

Bazar  iqtisadiyyatı  şəraitində  Azərbaycanın  xarici  ticarət  siyasətinin 

beynəlxalq  hüquq  normalarına  uyğun  və  dünya  təcrübəsinə  əsaslanan,  həmçinin 

milli  iqtisadiyyatın  inkişaf  xüsusiyyətləri  və  perspektivlərinin  də  nəzərə  alınması 

ilə formalaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Bu cür mühüm, mürəkkəb 

və çoxcəhətli məsələlərin həlli xarici ticarət əlaqələrinin kompleks tədqiqini, onun 

ə

mtəə  və  coğrafi  strukturunun,  inkişaf  problemlərinin  öyrənilməsini  və  gələcək 



perspektivlərinin  müəyyən  edilməsini,  eləcə  də  xarici  ticarət  siyasətinin  və 

strategiyasının təkmilləşdirilməsi istiqamətlərinin araşdırılmasını tələb edir. 

Məlumdur  ki,  SSR -nin  xarici  ölkələrlə  iqtisadi  əlaqələri  dövlət  inhisarında 

idi  və  xarici  ticarətin  tənzimlənməsinin  heç  bir  bazar  mexanizmini  nəzərdə 

tutmayan  inzibati,  qeyri-iqtisadi  metodlarla  mərkəzdən  idarə  olunurdu.  Belə  bir 

şə

raitdə SSR -nin sənaye-xammal əlavəsi kimi 70 ildən artıq müddətdə fəaliyyətdə 



olan respublikamızın digər sahələrdə olduğu kimi xarici iqtisadi əlaqələr sferasında 

da müstəqil siyasəti olmamış və inzibati-amirlik sistemi çərçivəsində ixrac və idxal 

ə

məliyyatları dövlət planlarına əsasən həyata keçirilmişdir.    



1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan beynəlxalq hüququn 

tam  səlahiyyətli  subyekti  kimi  beynəlxalq  münasibətlər  sisteminə  qoşulmuş, 

iqtisadiyyatın  bazar  prinsipləri  əsasında  yenidən  qurulması  istiqamətində  mühüm 

qərarlar qəbul edilmişdir.  

Məlumdur  ki,  xarici  ticarət  əlaqələrini  səciyyələndirən  ümumiləşdirilmiş 

göstəricilərdən ən əsasları idxal və ixracın həcmi, xarici ticarət dövriyyəsi və xarici 

ticarət saldosudur. Araşdırmalarımız göstərir ki, 1991-2010-cu illərdə xarici ticarət 

ə

laqələrinin  həcmi,  ticarət  dövriyyəsi,  ticarət  əlaqələri  qurulan  ölkələrin  sayı  və 



ə

mtəə  dövriyyəsi,  habelə  idxal  və  ixracın  strukturunda  əsaslı  dəyişikliklər 

müşahidə edilmişdir (cədvəl 2). 

 

 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə