Microsoft Word umumdunya ticar?T t?Skilatina uzvuluyun az?Rbaycan iqtisadiy doc



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix20.09.2018
ölçüsü0,84 Mb.
#70016
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

 

güclü  dövlət  siyasətinin  və  düzgün  şəkildə  həyata  keçirilən  ticarət    əlaqələrinin 

nəticəsidir.  

Beynəlxalq    ticarətin    inkişaf    etdirilməsi    üçün    dünya    ölkələri    arasında 

ə

məkdaşlığı    daha    da    artırmaq    lazımdır.  Bunun    üçün    ölkələr    arasında  



münaqişələrin  həlli  yollarını  tapmaq  lazımdır. 

Məhsul  və    xidmətlərin    dünya    bazarında  qiymət    dəyişilməsinin  qorunub 

saxlanılması    üçün    yolların  axtarıb    tapılması    üçün    EOÖ  –  lərə    EÖ  –  lərin 

maliyyə  yardımlarının  və  kreditlərin  verilməsi  sayəsində  Dünya  bazarında  hər 

bir    məhsul    üzrə    azad    rəqabət    zonalarının    yaradılması    beynəlxalq  ticarətin 

inkişafında  güclü  təsir  göstərə  bilər. 

Təbii sərvətlərdən və resurslardan daha səmərəli istifadə etmək üçün müasir 

texnika və texnologiyaların tətbiq olunması da beynəlxalq ticarətin inkişafına şərait 

yarada bilər. 

nkişaf  etmiş  ölkələrlə  yanaşı  inkişaf  etməkdə  olan  ölkələr  də  ildə  bir 

neçə    dəfə    sərgi,  yarmarka,  torqların    təşkil    olunması    beynəlxalq    ticarət 

iştirakçıları olan  ölkələrin  öz  məhsullarını  təqdim   etmək   və  tanıtmaq  üçün  

real  vasitələrdən istifadə  etmək  beynəlxalq  ticarətə  müsbət  təsir  göstərər. 

ETT  –  nin    yeniliklərindən    istifadə,  eləcə    də    bir    çox    ölkələrdə    zəif  

həyata    keçirilən    və    ya    hələ    də    istifadə    olunmayan    elektron    ticarətin 

hüdudlarını  genişləndirməklə  ticarət  münasibətlərini  genişləndirmək  olar. 

Beynəlxalq    ticarətdə    alqı  –  satqı    məsləhətləşmələri    və    məlumatların 

elektron  ötürülməsi  üçün  lazımi  sistem  və  avadanlıqlarda   istifadə  beynəlxalq 

ticarət    əməliyyatlarının    sadələşdirilməsinə  kömək    edə    və      vaxt    itkisinə    yol 

verilməz. 

 

 

 



 

 



 

FƏS LII.AZƏRBAYCANIN XAR C  T CARƏT STRATEG YASININ 

S STEML  TƏHL L  

2.1. Azərbaycanın xarici ticarəəlaqələrinin inkişaf dinamikası 

Qloballaşma XX əsrin sonundan başlayaraq ictimai həyatın bütün sahələrini 

ə

hatə  edən  dünyavi  bir  proses  kimi  çıxış  edir.  Ölkələrin  iqtisadi  açıqlığının 



güclənməsı, milli ticarət rejimlərinin və kapital axınlarının liberallaşması, TMK-rın 

sayının  və  rolunun  surətlə  artması,  qlobal  maliyyə  sisteminin  və    ümumdünya  

informasiya    şəbəkəsinin    (  nternet)  formalaşması  və  s.  dünya  iqtisadiyyatının 

qloballaşması  ilə  xarakterizə  olunur.  Yaranmış  vəziyyətdə  iqtisadi  inkişafın 

proqressiv  amilləri  kimi  kapital,  ETT-nin  nailiyyətləri  və  istehsal  amillərinin 

intellektuallaşdırılması  çıxış  edir.  Təbii  resurslar və  işçi qüvvəsi  isə  «arxa»  plana 

keçir və nəticədə beynəlxalq istehsal və ticarət əlaqələrinin güc mərkəzinin yüksək 

texnoloji,  elm  tutumlu  və  informasiya  məhsullarının  həmçinin  dünya 

iqtisadiyyatının  özəyini  təşkil  edən  qabaqcıl  ölkələrin  istehsalı  üzrə  ixtisaslaşdığı 

maliyyə,  idarəetmə,  informasiya  və  digər  növ  xidmətlərin  isehsalı  səthinə  keçidi 

müşahidə olunur. 

Ümummilli  Lider  Heydər  Əliyevin  sosial-iqtisadi  inkişaf  strategiyasının 

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  lham  Əliyev  tərəfindən  inamla 

davam  etdirilməsi  sayəsində  Azərbaycanda  yaradılmış  sosial-iqtisadi  potensial 

davamlı iqtisadi inkişafı və makroiqtisadi sabitliyi təmin etmişdir. Bu strategiyanın 

həyata  keçirilməsi  nəticəsində  iqtisadiyyatın  diversifikasiyası,  qeyri-neft 

sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli 

istifadəsi  təmin  olunmuşdur.  Ölkə  başçısının  müəyyən  etdiyi  siyasətin  həyata 

keçirilməsi gələcək illər üçün dayanıqlı inkişafın möhkəm təməlinin yaradılmasına, 

Azərbaycan Respublikası iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının 

sürətləndirilməsinə, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına imkan 

vermişdir. 

2010-cu  ildə  dünya  iqtisadiyyatında  canlanma  müşahidə  edilməsinə 

baxmayaraq bir çox ölkələrdə iqtisadiyyata fiskal dəstək imkanları məhdudlaşmış 

və  makroiqtisadi  tarazsızlıq  maliyyə  bazarlarında  dəyişkənliyin  artmasına  səbəb 



 

olmuşdur.  Belə  bir  mürəkkəb  qlobal  iqtisadi  şəraitdə  Azərbaycan  iqtisadiyyatı 

dayanıqlılıq nümayiş etdirmiş və ötən illərdə olduğu kimi 2010-cu ildə də dinamik 

inkişaf  etmişdir.  Ölkə  iqtisadiyyatının  dinamik  inkişafı  bir  sıra  beynəlxalq 

təşkilatlar  tərəfindən  hazırlanan  reytinqlərdə  də  öz  müsbət  əksini  tapmışdır.  Belə 

ki,  “Qlobal  Rəqabətlilik  Hesabatı”na  əsasən  ötən  ildə  olduğu  kimi  Azərbaycan 

MDB  ölkələri  arasında  1-ci  yerdə  olmuşdur.  Bununla  yanaşı  Azərbaycan 

iqtisadiyyatının  vəziyyəti  “Standard  and  Poors”  reytinq  Agentliyi  tərəfindən 

aparılan qiymətləndirilmədə “Pozitiv” mövqeyini qoruyub saxlamışdır. 

2010-cu  il  ərzində  ümumi  daxili  məhsulun  (ÜDM)  real  artımı  ötən  illə 

müqayisədə 5% təşkil edərək 41.6 milyard manata çatmışdır. Əhalinin hər nəfərinə 

düşən  ÜDM-in  real  həcmi  isə  2009-cu  illə  müqayisədə  3.7%  artmış  və  4653.3 

manat  (5797.8  ABŞ  dolları)  təşkil  etmişdir.  ÜDM-in  27.2  milyard  manatı  və  ya 

65.5%-i  iqtisadiyyatın  istehsal,  11.4  milyard  manatı  və  ya  27.4%  xidmət 

sahələrinin payına düşmüş və bu sahələrdə real artım müvafiq olaraq 3.8% və 7.2% 

təşkil etmişdir. 

2010-cu ildə neft-qaz sektorunun və qeyri-neft sektorunun real artım templəri 

2009-cu illə müqayisədə müvafiq olaraq 1.8% və 7.9% olmuşdur.  

Qrafik 1. 

       Neft-qaz və qeyri-neft qaz ÜDM-in inkişaf dinamikası 

 

 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə