Microsoft Word umumdunya ticar?T t?Skilatina uzvuluyun az?Rbaycan iqtisadiy doc



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix20.09.2018
ölçüsü0,84 Mb.
#70016
1   2   3   4   5   6   7   8   9   ...   27

 

1. 2 Xarici ticarəəlaqələrinin tənzimlənməsi üzrə dünya təcrübəsi 

Dünya  ölkələrində  dövlət  xarici  ticarət  fəaliyyətini  xeyli  dərəcədə  inzibati 

qadağanlar  və  məhdudiyyətlərlə  deyil,  iqtisadiyyatın  səmərəliliyini  yüksəltməyə, 

konkret  sosial  –  iqtisadi  inkişaf  məsələlərini  reallaşdırmağa  kömək  edən  xarici 

ticarət  əməliyyatlarını  gerçəkləşdirmək  üçün  əlverişli  iqtisadi  şərait  yaratmaqla 

tənzimləməyə  çalışır.  Əksinə,  ölkənin  iqtisadiyyatına  mənfi  təsir  göstərə  bilən 

ə

məliyyatlar üçün daha az əlverişli iqtisadi şərait yaradılır. Bu məqsədlərlə xarici 



ticarətin  iqtisadi  tənzimləmə  vasitələrindən  –  idxal  gömrük  tarifi  dərəcələrinin 

azaldılması  və  ya  artırılması,  valyuta  əməliyyatlarının  aparılma  qaydasının 

dəyişdirilməsi və s. istifadə edilir. 

Iqtisadi  vasitələr  öz  təbiəti  etibarilə  əsasən  bazar  vasitəsi  ilə  qiymət 

mexanizminin  köməyilə  malların  rəqabət  qabiliyyətinə  təsir  göstərir.  Inzibati 

tədbirlər  isə  bazar  mexanizmlərindən  asılı  olmayaraq  fəaliyyət  göstərir.  TTBS 

(ÜTT) səviyyəsində iqtisadi vasitələrə üstünlük verilsə də, müasir dünyada tətbiq 

edilən  idxalın  inzibati  tənzimləmə  vasitələri  bütün  qüsurlarına  baxmayaraq, 

beynəlxalq  ticarəti  formalaşdıran  şərt  olaraq  obyektiv  reallıqdır  və  onlarla 

hesablaşmaq olmaz. Hesab olunur ki, çox böyük olmayan mal qrupu ilə ticarətdə 

istifadə  edilən,  məhdud  müddət  ərzində    etibarlı  olan,  hökümətin  operativ 

müdaxiləsini tələb edən müəyyən iqtisadi və sosial problemlərin həlli üçün nəzərdə 

tutulan  inzibati  tədbirlər  bazar  mexanizminin  normal  fəaliyyətini  əhəmiyyətli 

dərəcədə  pozmaq  iqtidarında  deyildir  və  hətta  onun  normallaşmasına  yardım  edə 

bilər.  Bu,  hər şeydən  əvvəl, onunla izah  olunur  ki,  iqtisadi  tədbirlərin  ayrı  –  ayrı 

çatışmazlıqları inzibati tədbirlərin üstünlükləri ilə kompensasiya edilir. 

Xarici ticarət fəaliyyətini dövlət tənzimləmə vasitələrini iqtisadi və inzibati 

vasitələrə  bölməklə  yanaşı,  digər  təsnifat  variantından  da  istifadə  olunur:  tarif  və 

qyeri – tarif vasitələri. Sonuncu təsnifat variantı həm beynəlxalq hüquqda, həm də 

milli qanunvericilikdə çox geniş tətbiqini tapmışdır. Ilk dəfə belə təsnifat variantını 

1960–cı illərin sonunda TTBS ( ÜTT ) Katibliyi təklif etmişdir. 



 

 

Qeyd etmək lazımdır ki, iqtisadi və tarif tədbirləri anlayışları nə qədər yaxın 



olsa  da,  onlar  tam  şəkildə  üst  –  üstə  düşmür.  Xarici  ticarət  fəaliyyətinin  iqtisadi 

tənzimləmə  tədbirləri  sırasına  gömrük  –  tarif  vasitələrinin  özündən  əlavə  digər 

məcburi  ödəmə  növlərini  (sərhəd  vergi  və  rüsumları,  kompensasiya  və 

antidempinq  rüsumlarını),  eləcə  də,  ixracın  iqtisadi  stimullaşdırma  vasitələrini  də 

(ixracın  sığortalanması  və  kreditləşdirilməsi,  ixracatçılara  vergi  və  digər 

güzəştlərin verilməsi, müxtəlif subsidiyalar) aid etmək gərəkdir. 

Müasir dünya təsərrüfatında ticarət təsərrüfat həyatının ən çox tənzimləndiyi 

sahələrdən  biridir.  “Sərbəst  ticarət”  bayrağı  altında,  inkişaf  etmiş  ölkələr 

Ümumdünya  Ticarət  Təşkilatı  çərçivəsində  özlərinin,  bir  qayda  olaraq,  yüksək 

texnologiyalı hazır məhsullar kimi təqdim etdikləri məhsulların ixracını əngəlləyən  

tarif və qeyri – tarif məhduduiyyətləri zəiflətməyə çalışırlar. Həm də qeyd etmək 

lazımdır  ki,  xarici  ölkələrdən  heç  biri  malların  ixrac  və  idxalının  inzibati 

tənzimləmə vasitələrinin tətbiqindən imtina etməmişdir. 

Belə bir vacib məsələni vurğulamaq lazımdır ki, kəmiyyət məhdudiyyətləri 

qərbin inkişaf etmiş sənaye ölkələrinin idxal etdiyi ərzaq məhaullarının təxminən 

50% - ni, yanacağın 30% - ni və tekstil məmulatlarının 10% - ə qədərini əhatə edir. 

Idxalın qlobal kvotalaşdırılmasını ABŞ, Kanada, Meksika, Hindistan, Koreya geniş 

tətbiq  edir.  Ixracın  lisenziyalaşdırlması  və  könüllü  məhdudlaşdırlması  vasitəsilə 

AB ölkələri və ABŞ az inkişaf etmiş ölkələrdən tekstil tikiş və ayaqqabı sənayesi, 

qara  metallurgiya  məhsullarının,  dəzgahların,  məişət  elektron  mallarının  və 

avtomobillərin  idxal  göndərişlərini  tənzimləyir.  Daxili  bazarın  “üçüncü  dünya” 

ölkələrinin ucuz mallarından qorumaq üçün texniki baryerləri Yaponiya daha aktiv 

tətbiq edir. 

Hal-hazırda  bazar  iqtisadiyyatlı  bütün  ölkələrdə  ixracın  dövlət 

tənzimlənməsinin əsas vasitələri, bir sıra ölkələrdə isə (Yaponiya, Yeni Zelandiya, 

svaç, Avstraliya və b.) hətta yeganə vasitə inzibati vasitələrdir: ayrı – ayrı malların 

ixracını  seçməli  və  məqsədyönlü  tənzimləyən  birbaşa  qadağanlar  və 

məhdudiyyətlər, lisenziyalaşdırma və digər tədbirlər. 




 

Beynəlxalq ticarət hüququ ölkələr və onların kompaniyaları arasında ticarət 

etmənin  qaydaları  və  gömrük  normalarını  əhatə  edir.  yirmi  ildən  çoxdur  ki,  bu, 

beynəlxalq hüququn ən sürətlə inkişaf edən sahələrindən birinə çevrilmişdir. 

Beynəlxalq  ticarət  hüququ  daha    geniş  sahə  olan  beynəlxalq  iqtisadi 

hüquqdan  fərqləndirilməlidir.    Beynəlxalq  iqtisadi  hüquq  təkçə  DTT  hüququnu 

ə

hatə  etmir.  Həmçinin  beynəlxalq  monetar  sistemin  idarə  edilməsi,  valyuta 



tənzimlənməsi və beynəlxalq inkişaf hüququnu əhatə edir. 

Müasir  ticarət  hüququ  II  Dünya  müharibəsindən  qısa  müddət  sonra 

ə

mtəələrlə  ticarət  məsələlərini  tənzimləyən  çoxtərəfli  ticarət  danışıqları  ilə 



meydana çıxmışdır: Ticarət və Tariflər üzrə Baş Saziş(GATT). 

Beynəlxalq  ticarət  hüququ  Avropada  inkişaf  etmiş  iqtisadi  liberalizm 

nəzəriyyələri və sonra XVIII əsrdən bəri ABŞ təcrübəsinə əsaslanır. 

Müasir  şəraitdə  dünyanın  bütün  ölkələri  daxili  bazarı  xarici  rəqabətdən 

qoruyan  vasitələrin  geniş  kompleksindən  istifadə  edir  ki,  buraya  tarif  və  qeyri  - 

tarif tədbirləri, milli istehsalın daxili müdafiə metodları, valyuta və kredit vəsaitləri 

və digər vəsaitlər daxildir. Bu vasitələrin çoxunun tətbiqi çoxtərəfli dövlətlərarası 

sazişlərdə və konvensiyalarda təsbit edilmiş beynəlxalq qaydalarla nizama salınır. 

Həmin  sazişlərin  böyük  kompleksi  Ümumdünya  Ticarət  Təşkilatının  hüquqi 

ə

sasını təşkil edir. 



Ümumdünya  Ticarət  Təşkilatı  1995-ci  ildə  Tariflər  və  Ticarət  üzrə  Baş 

Sazişin  (GATT)  varisi  kimi  yaradılmış  beynəlxalq  təşkilatdır.  ÜTT  millətlər 

arasında  ticarətin  qlobal  qaydalarını  müəyyənləşdirən  yeganə  beynəlxalq 

təşkilatdır. Onun əsas funksiyası ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə 

və azad aparılmasını təmin etməkdir. Məqsəd üzv ölkələrin əhalisinin rifah halını 

yaxşılaşdırmaqdır.  ÜTT  çoxtərəfli  ticarət  sazişləri  əsasında  ölkələrarası  ticarət 

münasibətlərinin tənzimlənməsini həyata keçirir. . Təşkilat yeni olsa da, çoxtərəfli 

ticarət sistemi 1940-50-ci illərdən etibarən GATT çərçivəsində yaradılmışdır. 

Beynəlxalq  Şuralar  ÜTT-nin  təşkilati  strukturunda  mühüm  rol  oynayırlar. 

Beynəlxalq  Şuralar  Beynəlxalq  Təşkilatlardan  fərqli  olaraq  hüquq  subyektliyinə 

malik  deyillər  və  bazarın  tənzimlənməsinin  xüsusi  mexanizmini  nəzərədə 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə