Microsoft Word umumdunya ticar?T t?Skilatina uzvuluyun az?Rbaycan iqtisadiy doc



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix20.09.2018
ölçüsü0,84 Mb.
#70016
1   2   3   4   5   6   7   8   9   ...   27

 

IFƏSIL. XAR C  T CARƏƏLAQƏLƏR N N TƏNZ MLƏNMƏS N N  

NƏZƏR  ƏSASLARI. 

1.1 

Milli iqtisadiyyatın inkişafında xarici ticarət  əlaqələrinin pay və onun 

formalaşmasına təsir edən amillər. 

Xarici ticarət anlayışı ölkənin başqa ölkələr ilə əmtənin dəyərinin ödənilməsi 

şə

rti  ilə  mübadiləsinin,  о  cümlədən  ölkəyə  daxil  olmasını  (idxal)  ѵə  ölkədən 



çıxarılmasmı (ixrac) ifadə edir. 

Dünya iqtisadçılarının hesablamalara əsaslanaraq hazırda dünyada beynəlxalq 

iqtisadi  münasibətlərin  ümumi  həcminin  80%-dən  çoxunun  beynəlxalq  ticarətin 

payına  düşməsini  təsdiqləyirlər.  Belə  ki,  məşhur  amerika  iqtisadçısı    Ceffri  Saks 

göstərir  ki,    «Нəг  hansı  bir  ölkənin  iqtisadi  nailiyyətt  onun  xarici  ticarətinə 

ə

saslanır.  Dünya  iqtisadi  sistemindən  təcrid  olunmuş  sağlam  iqtisadiyyat  qurmaq 



hələ heç bir ölkəyə nəsib olmamışdır».  

Beynəlxalq  ticarət  əlaqələrinin  ilkin  forması  olan  xarici  ticarət  əməyin 

beynəlxalq  bölgüsünün  təsiri  altmda  yaranmışdır.  Bu  bölgü  ayrı-ayrı  ölkələrdə 

istehsal   edilən  məhsulların  mübadiləsinə,   dəyişdirilməsinə   səbəb olmuşdur. 

Belə ki, istənilən  ölkənin iqtisadiyyatı üçün xarici ticart mühüm rol oynayır. 

Xarici  ticarət  bütün  ölkələr  üçün  ictimai  gəlir  mənbəyi  olub  iqtisadi  inkişaf, 

artım üçün əіаѵə imkanlar yaradır. Xarici ticarət ölkələr arasında müəyyən asılılıq 

yaradır.  Нəг  bir  ölkə  xarici  əmtəə  ѵə  xidmətləri  öz  ölkə  əhalisinin  tələbatmı 

ödəmək üçün alır. 

Beynəlxalq ticarət əmək məhsullarınm (əmtəə, xidmət, intellektual mülkiyyət 

obyektləri) dünya ölkələri arasmdakı beynəlxalq mübadiləsidir. Beynəlxalq ticarət 

beynəlxalq  əmtəə-pul  münasibətləri  sahəsi,  dünyanın  bütün  ölkələrinin  xarici 

ticarətinin  məcmusu,  toplusudur

Beynəlxalq  ticarət  iki  qarşı-qarşıya  gələri 

prosesdən -ixrac ѵə idxaldan ibarətdir. Beynəlxalq ticarətin əsas iştirakçıları xarici 

ticarət  müəssisələri,  dövlətlər,  ölkələr  qrupları,  еіəсə  də  fıziki  şəxslərdir.  Onlar 

ixracatçılar ѵə idxalatçılar adlandırılır. 

Beynəlxalq  ticarət  çoxşaxəli  fəaliyyətdir.  Beynəlxalq  ticarət  alqı-satqıya 

çıxarılan  əmtəələrin xüsusiyyətlərinə görə,  yaxud  əmtəə  üzrə  ixtisaslaşma  meyarı 



 

ə

sasmda təsnif edilir.  qtisadiyyata dair elmi tədqiqat işlərində müxtəlif təsnifatlara 



rast  gəlmək  mümkündür.  Belə  təsnifatlarda  beynəlxalq  ticarətin  fərqli  növbri  öz 

ə

ksini  tapır.  Məsələn,  iqtisadi  ədəbiyyatda  qeydə  alman  təsniflərin  birində  dörd 



növ fərqləndirilir: 1) hazır məhsullar üzrə xarici ticarət; 2) maşın ѵə avadanlıqlar 

üzrə xarici ticarət; 3) xammal üzrə xarici ticarət; 4) xidmətlər üzrə xarici ticarət. 

dxal-ixrac  əməliyyatlarının  növündən  asılı  olaraq  beynəlxalq  ticarətin 

aşağıdakı  qruplara  ayıra  bilərik:  1)  hazır  məhsulların  ixracı  və  idxalı;  2)  xammal 

formasında  əmtəə  ѵə  yarımfabrikatların  sonrakı  emal  məqsədi  ilə  ölkədən 

çıxarılması    ѵə  emal  edildikdən  sonra  yenidən  ölkəyə  gətirilməsi;  3)  əmtəəm 

müvəqqəti  idxalı  və  ixrac  (əmtəə  beynəlxalq  müsabiqələrdə,  sərgilərdə  təqdimat 

mərasimlərində nümayiş etdirilmək üçün ölkədən çıxarılır və bu tədbirlərdən sonra 

yenidən  ölkəyə  gətirilir);  4)  reeksport  ѵə  reimport;  5)  bir  beynəlxalq  transmilli 

kompaniyaya aid əmtəənin' ixracı və idxalı; 6) qarşılıqlı kompensasiya ticarəti; 7) 

valyutasız  əmtəə  mübadiləsi  sövdələşməsi  (əmtəənin  haqqmın  ödənilməsi  natural 

formada  başqa  əmtəələrlə  aparılır);  8)  pul  əsaslı  ticarət  kompensasiya 

sövdələşməsi; 9) sənaye kompensasiya sövdələşməsi. 

Beynəlxalq  ticarətin  əmtəə  strukturunun  təhlili  zamanı  standart  beynəlxalq 

ticarət  təsnifatı  (SBTT)  nomenklaturası  tətbiq  olunur.  SBTT  on  əmtəə  qrupunu 

ə

hatə edir. Bu on qrup üç bölmədə birləşdirilir: ərzaq, yanacaq ѵə xammal; hazır 



məhsullar və yarımfabrikatlar: digər məmulatlar. Qeyd etmək lazımdır ki, 1960-cı 

ildən  başlayaraq  dünya  ixracının  əmtəə  strukturu  əhəmiyyətli  dərəcədə 

dəyişmişdir.  xracda xammal, yanacaq və ərzağın payı azalmış, hazır məhsulların, 

yarımfabrikatlarm,  еіəсə  də  digər  əmtəələrin  payı  artmışdır



beynəlxalq  ticarət 

bazarma ixrac sahəsində fəal qoşulmaq ixracatda payı artmış əmtəə ѵə xidmətlərin 

istehsalma  diqqət  artırılmasını  şərtləndirir.  Lakin  bu  istiqamətdə  əsaslı  uğurların 

qazanılmasmm  özünəməxsus  çətinlikləri  vardır.  Məsələn,  hazır  məhsul  və 

yarımfabrikatların  ixracı  maşın  ѵə  avadanlıqların  yeni  modifıkasiyalarının 

yaranması  ііə  səciyyələnir.  Lakin  belə  maşın  və  avadanlıqlarm  məhdud  sayda 

ölkələrdə  istehsalı,  bunun  nəticəsində  həmin  ölkələrin  bu  əmtəənin  əsas 

ixracatçısma çevrilməsi meyli aşkar hiss olunur. Təbii ki, belə ixracatçılar sırasma 



 

qoşulmaq  obyektiv  səbəblərdən  olduqca  çətin  məsələdir.  Digər  hazır  məhsullar 

sırasında çuqunun ѵə poladın kimya sənayesi ѵə tekstil məhsullarmın, ixracatında 

artım  müşahidə  olunur.  Göstərilən  məhsulların  hər  birinin  istehsalı  müəyyən 

ehtiyat və imkanlarm mövcudluğunu tələb 

Beynəlxalq  ѵə  xarici  ticarətin  qiymətləndirilməsi  üçün  iqtisadi  ədəbiyyatda  

aşağıdakı  göstəricilər  qrupundan  istifadə  olunur:  1)  əmtəə  dövriyyəsi  -  müəyyən 

dövr üçün cari qiymətlərlə ixrac və idxalm dəyər həcmi; 2) əmtəə strukturu - dünya 

ixrac  strukturunda  müxtəlif  əmtəə  qruplarının  nisbəti;  3)  coğrafı  struktur  -  qitə, 

region, dünyanın müəyyən hissəsindən asılı olaraq dünya ticarətinin strukturu. 

Dünya  ticarətinin  çoxəsrlik  tarixinin  olması,  bu  sahədə  xeyli  sayda  müxtəlif 

yönlü araşdırma  ѵə  tədqiqatlarm aparılması xarici ticarətdə iştirak edən оікəіəгə 

bu  ticarətin  nəzərəçarpacaq  dərəcədə  gəlir  qazandırmasmdan  irəli  gəlir.  Belə 

tədqiqatlar'  zaman  keçdikcə  müəyyən  konkret  nəzəriyyələr  çərçivəsində 

qruplaşdırılmışdır. Beynəlxalq ticarətin ümumi nəzəriyyəsi xarici ticarətdən alınan 

gəlirin  əsasında  noyin  dayanması,  еіəсə  də  xarici  ticarətin  istiqamətlərinin  пəуіп 

ə

sasında  müəyyənləşdirilməsi  ilə  bağlıdır.  Beynəlxalq  ticarətin  aşağıdakı  əsas 



nəzəriyyələri  fərqləndirilir:  1)  beynəlxalq  ticarətin  klassik  nəzəriyyəsi;  2) 

beynəlxalq ticarətin neoklassik nəzəriyyəsi; 3) Hekşer-Olin modeli; 4) Samuelson 

ѵə

  Stolper  konsepsiyası;  5)  Leontyev  paradoksu;  6)  Vernon  və  Kindelberq 



nəzəriyyəsi; 7) Maykl Porterin rəqabət üstünlükləri nəzəriyyəsi və s.  

qtisadçılar  beb  bir  qənaətə  gəlmişlər  ki,  xarici  iqtisadi  fəaliyyətin 

dövlət tənzimlənməsinin  nəzəri, metodoloji və praktiki problembləri həmişə 

iqtisad  elminin  diqqət  mərkəzində  olmuşdur.  Dünyanın  ən  görkəmli  

iqtisadçıları  bu  problemlərin  həlli  ilə  bağlı  öz  münasibətlərini  bildirmiş  və 

müxtəlif  fikirləri  əsaslandırmağa  çalışmışlar.  Tarixi  təkamül  prosesində  bu 

fıkirlər  i k i   istiqamətdə  inkişaf  etmişdir:  fritrederçilik  (azad  ticarət)  və 

proteksionizm (himayəçilik).  

Azad  ticarət  tərəfdarlan  (A.Smit,  D.Rikardo,  C.S.Mill,  J.B.Sey, 

P.Sarrmelson,  V.Stolper  və  s.)  fikirlərini  belə  əsaslandırırlar  ki.  maneəsiz 

həyata  keçirilən  xarici  iqtisadi  fəaliyyət  «təbii  seçmə»  əsasında  qarşılıqlı 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə