Microsoft Word umumdunya ticar?T t?Skilatina uzvuluyun az?Rbaycan iqtisadiy doc



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix20.09.2018
ölçüsü0,84 Mb.
#70016
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

 

Təsnifatlaşdırma pilləsi – bu çoxluğun əlamətlərindən birinə görə onu təşkil 

edən  hissələrə  bölgüsü  mərhələsidir.  Təsnifatlaşdırma  pillələrinin  sayı,  yəni 

istifadə olunmuş əlamətlərin sayı təsnifatlaşdırmanın dərinliyini müəyyən edir. 

Obyektlər  çoxluğunun  yalnız  bir  əlamət  üzrə  alt  çoxluqlara  bölgüsü 

qruplaşdırma adlanır ki, bu çeşid qruplarının ayırd edilməsi üçün tətbiq olunur. 

Təsnifatlaşdırmanın  faset  metodu  obyektlər  çoxluğunun  bir  əlamətə  görə 

ayrı  -  ayrı,  bir  –  birindən  asılı  olmayan  bölmələrə  (hissələr,  şöbələr,  qruplara)  – 

fasetlərə paralel bölgüsünü nəzərdə tutur. 

Iyerarxik sistemdəki kimi ayrı – ayrı fasetlər bir – birindən asılı deyil və bir 

–  birinə  tabe  deyildir,  lakin  eyni  çoxluğa  daxil  olması  və  hər  birinin  bölünən 

çoxluğun  tərəflərindən  birini  xarakterizə  etməsi  baxımından  onlar  bir-birilə 

bağlıdır.  Beləliklə, təsnifatlaşdırmanın faste metodu ayrı – ayrı (bir – birinə tabe 

olmayan)  qruplar  sistemini  əldə  etməyə  imkan  verir.  Təsnifatlaşdırmanın  faset 

metodu  böyük  çevikliyi  və  istifadə  rahatlığı  ilə  fərqlənir  ki,  bu  da  hər  bir  ayrıca 

halda çoxlu sayda mal bölmələrini verilmiş halda maraq doğuran bir neçə fasetlə 

məhdudlaşdırmağa imkan verir. 

Təsnifatlaşdırmanın hər bir metodu üstünlükləri ilə yanaşı çatışmazlıqlara da 

malikdir.  Məsələn,  iyerarxik  metodun  çatışmazlıqlarına  böyüklüyünü,  yüksək 

xərclərini,  bəzən  əsaslandırılmamış  tətbiqi  çətinliyini  aid  etmək  olar.  Faset 

metodunun çatışmazlığı müxtəlif təsnifat qruplarında obyektlər arasında ümumilik 

və fərqləri ayırmağın mümkün olmamağıdır. 

Çoxluqların  alt  çoxluqlara  bölünməsinin  həyata  keçirildiyi  metod  və 

ə

lamətlərin  müxtəlifliyini  seçmək  üçün  təyin  olnumuş  təsnifatlaşdırma  qaydaları 



mövcuddur.  Belə  ki,  təsnifatlaşdırmanın  iyerarxik  metodunun  qaydaları 

aşağıdakılardır: 

• çoxluğun bölünməsinə daha ümumi əlamətlərdən başlamaq lazımdır; 

• təsnifatlaşdırmanın hər bir mərhələsində verilmiş tip üçün əsas əhəmiyyət 

kəsb edən yalnız bir əlamətdən istifadə etmək olar; 

• obyektlərin bölünməsi böyükdən kiçiyə, ümumidən xüsusiyə doğru ardıcıl 

olaraq həyata keçirilməlidir; 



 

•  iyerarxik  metodda  hazırlanmış  təsnifat  qaydaları  faset  metodu  üçün  də 

düzgündür.  Təsnifatlaşdırmanın  nəzərdən  keçirilmiş  iyerarxik  və  faset  metodları 

bir – birindən asılı olmayan və həm də birgə tətbiq oluna bilər; 

•  təsnifatlaşdırmada  güdülən  məqsəddən  asılı  olaraq  onlar  aşağıdakı 

təsnifatlara bölünür: 

-  təlim (tədris); 

- sahəli; 

- iqtisadi – statistik. 

Təsnifatlaşdırmanın  növləri  buraxılan  məhsulun  planlaşdırılması  və  uçotu 

məsələlərinin  həlli,  müxtəlif  idarəetmə  səviyyələrində  xalq  təsərrüfatının  idarə 

olunmasını asanlaşdırmaq üçün işlənib hazırlanır. 



Malların kodlaşdırılması. 

Kodlaşdırma – şərti işarələmənin (kodun) nizamlı 

təşkili və onun təsnifat obyektlərinə, eləcə də təsnifat qruplarına verilməsidir. Kod 

– təsnifat obyektinin və təsnifat qrupunun işarə edilməsi üçün istifadə olunan işarə 

və  işarələr  məcmusudur.  Kodlaşdırmanın  məqsədi  –  obyektlərin  eyniləşdirilməsi 

və  şərti  işarələmənin  (kodun)  verilməsi  yolu  ilə  onların  sistemləşdirilməsidir  ki, 

bunun köməyilə də digər çoxluqlar arasında istənilən obyekti tapmaq və müəyyən 

etmək olar. 

Kod  müəyyən  quruluş  strukturuna  malik  olmalıdır.  Kodun  strukturu 

aşağıdakı elementlərdən ibarətdir: 

•  kodun  əlifbası  –  bu  kodun  işarələnməsi  üçün  qəbul  olunmuş  işarələr 

sistemidir;  rəqəmli,  hərfli,  hərf  –  rəqəmli  və  ştrixli  əlifba  kodlarında  daha  çox 

istifadə olunur; 

• kodun əsası – kod əlifbasındakı işarələrin sayıdır; 

• kodun dərəcəsi – koddakı işarənin mövqeyidir; 

• kodun uzunluğu – problemlər nəzərə alınmadan koddakı işarələrin sayı ilə 

xarakterizə olunur. 

Məhsulların  kodlaşdırılması  zamanı  on  dərəcəli  rəqəm  kodlarına  üstünlük 

verilir. Məhsulların təsnifat sistemində qəbul olunmuş kod informasiyanın maşında 

emalı üçün rahatdır. 




 

Kodun  yaradılması  üçün  qeydiyyat  və  təsnifat  sistemləri  tətbiq  olunur. 

Qeydiyyat  kodlaşdırılması  təsnifat  obyektlərinin  ardıcıl  sıra  qeydiyyatlı  sıra 

nömrəsi  liə  həyata  keçirilir.  Bu  halda  kod  işarəsi  özündə  natural  sıra  saylarını 

təmsil edir. 

Kodlaşdırmanın təsnifat sistemi obyektlərin təsnifat xüsusiyyətlərini nəzərə 

alaraq  tətbiq  olunur.  Bu  kodlaşdırma  sistemi  üzrə  kodun  hər  bir  işarəsi  təsnifat 

qrupunu bildirir. Bu halda obyektlərin təsnifatlaşdırılması metoduna uyğun olaraq 

kodlaşdırmanın ardıcıl və paralel metodlarında istifadə olunur. Ardıcıl kodlaşdırma 

metodu iyerarxik metod üzrə bölünmüş obyektlər üşün tətbiq olunur. Burada kod 

işarələməsində  təsnifatın  əlamətləri  ardıcıl  olaraq  göstərilir.  Aşağı  mərtəbədə 

(səviyyədə)  verilən  qrupların  kod  işarələnməsi  yuxarıda  duran  qrupların  kod 

işarələrinə  müvafiq  miqdarda  dərəcələrin  (işarələrin)  əlavə  edilməsi  ilə  yaradılır. 

Bu əlamət üzrə məhsulların təsnifat sisteminin kodları yaradılır. 

Aşağıda  ardıcıl  kodlaşdırma  metodunun  köməyilə  məhsulların  təsnifat 

sistemi üzrə kodun yaradılması nümunəsi verilmişdir: 

35 – kabel məhsulları 

35 8 – sahələrarası və sahəli təyinatlı kabellər, naqillər, şnurlar 

35 82 – montaj naqilləri 

35 82 1 – mis simli 

35 82 12 – polivinilxlorid izolyasiyalı 

Paralel kodlaşdırma metodu obyektlərin təsnifatlaşdırılmasının faset metodu 

zamanı tətbiq olunur. Buna nümunə kimi məhsulların kodlaşdırma sisteminin çeşid 

hissəsində onların alt növlərə bölünməsi çıxış edə bilər. 



Malların  təsnifatı. 

Malların  təsnifatı  malların  istehlak  xüsusiyyətləri  və 

keyfiyyətinin öyrənilməsi, mal dövriyyəsinin uçotu və planlaşdırılması, kataloq və 

preyskurantların  tərtibi,  standartlaşdırma  sisteminin  təkmilləşdirilməsi  üçün, 

məhsulların  sertifikatlaşdırılması  və  marketinq  tədqiqatlarının  aparılması  zamanı 

müxtəlif fəaliyyət sferalarında məhsullar haqqında informasiyanın avtomatik emalı 

məqsədilə zəruridir. 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə