Microsoft Word umumdunya ticar?T t?Skilatina uzvuluyun az?Rbaycan iqtisadiy doc



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix20.09.2018
ölçüsü0,84 Mb.
#70016
1   ...   19   20   21   22   23   24   25   26   27

 

mətnində  zəruri  dəyişikliklər  edilməli  olan  sənədlərin  sayı  38-dir  ѵə  ondan  16-sı 

artıq qəbul  edilmiş  ѵə  qüvvəyə  minmişdir.  Digər sənədlər ilə  bağlı  müvafıq  işlər 

aparılır. 

Qeyd    etmək  lazımdır  ki,  dünya  təcrübəsində  milli  qanunvericiliyin  ÜTT 

normalarına uyğunlaşdırılmasının üç yolu müəyyən olunmuşdur: 



Birinciyol  şərti  olaraq  Braziliya  yolu  adlandırılır.  Brazilya  olduqca  sadə 

yoldan  istifadə  etmişdir.  ÜTT  əsas  sənədləri  portuqal  dilinə  tərcümə  olunmuş  ѵə 

kiçik preambula ііə Braziliyada milli qanunlar kimi dərc edilmişdir. 

kinci yolu şərti olaraq yapon metodu adlandırmaq olar. Yaponiya sadəcə elan 

etmişdir ki, o, ÜTT sazişlərini qəbul edir və hər hansı bir mübahisəli ѵə mürəkkəb 

situasiyada  yapon  qanunlarına  deyil,  ÜTT  çərçivəsində  qüvvədə  olan  hüquqi 

normalara  istinad  ediləcək.  Milli  qanunvericilikdə  isə  heç  bir  dəyişiklik 

edilməmişdir. 

Üçüncü  yol  isə  Rusiyanın  tutduğu  yoldur.  Веіə  ki,  Rusiyada  yalnız  ÜTT 

sənədlərinin  rus  dilinə  tərcümə  edilməsi  ііə  kifayətlənməyib,  һəт  də  UTT-nin 

normalarına  əsaslanan  milli  qanunlar  formalaşdırılmışdır.  Qeyd  edək  ki, 

Azərbaycanda d a  b u  üsul tətbiq edilir. 

Respublikamızın  ÜTT-yə  qəbulu  üçün  tələb  olunan  şərtlərdən  biri  gömrük 

güzəştləri, k/t-a daxili dəstək tədbirlərı və ixrac mbsidiyaları sahəsində öhdəliklər 

üzrə ikitərəfli danışıqlar aparılmasıdırGüzəştlərı uzrə danışıqların məqsədi xarici 

iqtisadi  fəaliyyətin  bütün  mal  nomenklaturası  üzrə  tarif  dərəcələrinin  tətbiq  edilə 

bilən ən yüksək həddini müəyyənləşdirməkdir. 

Ölkəmizin tarif  güzəştləri  ilə  bağlı ilk  təklifləri  Azərbaycan  Respublikasının 

ÜTT-уə  üzv  olmasına  hazırlıq  işləri  üzrə  Komissiyanın  21  iyun  2004-cü  il 

tarixində  keçirilən  ikinci  iclasında  təsdiq  olunmuş  ѵə  ÜTT  Katibliyinə  təqdim 

edilmişdir.  Sonralar  bir  neçə  dəfə  həmin  təkliflərin  baxılmış  və  təkmilləşdirilmiş 

variantları  Komissiyanın  iclaslarmda  təsdiq  edilmiş  və  yenidən  Katibliyə  təqdim 

olımmuşdur. 



 

Azərbaycanın iştirak etdiyi tarif danışıqları  kənd təsərrüfatı məhsulları, qeyri-

kənd təsərrüfatı məhsulları, sektoral təşəbbüslər  üzrə aparılır.  

Azərbaycanın  kənd  təsərrüfatı  məhsulları  üzrə  bound  təkliflərinin  orta 

dərəcəsi  20,8%  təşkil  edir.  Hazırda,  kənd  təsərrüfatı  mallarına  tətbiq  olunan 

tariflərin orta dərəcəsi 17,3%-dir. Bound tariflərinin minimal həddi 0%, maksimal 

həddi  isə  45%-dir.  Maksimal  faiz  yalnız  bir  mal  mövqeyi  üçün  nəzərdə 

tutulmuşdur,  bu  da  sənaye  üsulu  ilə  istehsal  olunan  toyuqlardır.  0%  gömrük 

rüsumu əsasən damazlıq heyvanlara, səpin üçün toxumlara, uşaq qidasma və elmi 

tədqiqatlar üçün nəzərdə tutulmuş idxala müəyyən olunmuşdur. 

Dünya  ölkələrinin  təcrubəsi  göstərir  ki,  ÜTT-yə  üzvlüklə  bağlı  danışıqların 

nəticələri  yalnız  cari  müqayisəli  üstünlüyə  malik  olan  istehsal  sahələrinin  deyil, 

həm  də  potensial  müqayisəli  inkişaf  xüsusiyyətlərinə  malik  olan  istehsal 

sahələrinin maraqlarının nəzərə alınması təmin edildikdə daha uğurlu sayıla bilər. 

Bu məsələyə yanaşmada bir sıra ölkələrin təcrübəsi (Finlandiya ən yaxşı nümunə 

ola bilər) klaster yanaşmanın (əsas istehsal müəssisələri ilə yanaşı, onlarm inkişafı 

üçün zəruri olan yardımçı sahələrin olması da zəruridir) düzgün olduğunu göstərir. 

Eyni zamanda, danışıqlarda aşağıdakı məsələlərə diqqət yetirilməsi vacibdir:  

−  kənd  əhalisinin  əsas  gəlir  mənbəyi  kənd  təsərrüfatı  məhsulları  oldugu 

üçün ÜTT-yə qəbul olunma zamanı bu sektor mühafızə olunmalıdır;

 

−  ən zəifinkişaf etmiş rayon-sektorlar üçün inkişaf proqramları 



hazırlanmalıdır; 

Eyni  zamanda,  Azərbaycan  torpaqlarının  20%-nin  Ermənistan  tərəfindən 

işğalı,  sosial-iqtisadi  problemlərə  malik  1  milyondan  artıq  qaçqın  ѵə  məcburi 

köçkünün  olması  Azərbaycanın  ÜTT-уə  qəbul  olunması  zamanı  xüsusi  hal  kimi 

nəzərə  alınmalıdır.  Göründüyü  kimi,  ölkənin  milli  maraqları  tariflər  üzrə 

danıŞıqların,  həmçinin  ÜTT-уə  üzvlük  istiqamətində  aparılan  işlərin  daha 

məqsədyönlü, ardıcıl və kompleks xarakter daşımasını tələb edir. 

 

 



 


 

 

3.2.Azərbaycanın ÜTT ilə qarşılıqlı faydalı əlaqələrinin formalaşdırılması –

xarici ticarəəlaqələrinin tənzimlənməsinin mühüm istiqaməti kimi 

  

    ÜTT-nin  fəaliyyətinin  əsas  məqsədi  dünya  ticarətinin  liberallaşdırılması 



beynəlxalq  səviyyədə açıq ticarətin təmin edilməsidir. 

    ÜTT-yə qəbul qəbul mürəkkəb prosedurları özündə birləşdirən hər bir ölkə üçün 

xarakterik  xüsusiyyətlər  kəsb  edilən  məsələdir.  Belə  ki,  Azərbaycan  ÜTT-yə 

qoşulmaqla  inteqrasiya  əlaqələrinin  möhkəmləndirilməsi  və  ölkə  iqtisadiyyatının 

inkişafına nail olacaq. 

       Azərbaycanın ÜTT-yə üzvlüyü qanunvericiliyin təkmilləşdirilməsi ilə birbaşa 

bağlıdır.  Hazırda    tənzimləmə,  intellektual  mülkiyyət  və  investisiyalar  sahəsində 

elə  qanunlar  var  ki,  onlar  beynəlxalq  standartlara  ,  eləcə  də  ÜTT-in  tələblərinə 

cavab  vermir.  Burada  gömrük,  lisenziyalaşdırma,  kvotalar  və  ÜTT-nın  əsasını 

təşkil  edən  və  beynəlxalq  ticarətin  tənzimlənməsi  üçün  çərçivə  yaradan  Uruqvay 

Raundu Sazişlərindəki prinsiplərə  və normalara  uyğun bütün digər nəzarət növləri 

üçün  tənzimləyici,  rejim  yaratmaq  tələb  olunur.  Uruqvay  Raundu  prinsipləri  və 

normaları  heç  bir  mülahizələrdən  asılı    olmayaraq,  ümumiyyətlə  ölkənin  ticarəti 

üçün faydalıdır. Onlar əməliyyat xərclərini  azalıdırlar və ölkənin ticarətdə rəqabət 

bacarığını  artırırlar.  Belə  ki,  ÜTT-yə  qəbul  ölkənin  ticarət  siyasətini 

proqnozlaşdırmağa    imkan  verəcək  ,  şəffaflıq  artacaq,  beynəlxalq  ticarət 

tərəfdaşları  çoxalacaq  və  iqtisadi  münaqişələr  daha  səmərəli  həll  olunacaq.  Qeyd 

edək  ki,  kənd  təsərrüfatı  sazişi  çərçivəsində  müzakirə  olunan  əsas  məqamlar  bu 

sahəyə  subsidiyaların  yuxarı  həddinin  və  tariflərin  müəyyənləşdirilməsini  önə 

çəkir. 


      Azərbaycan  Respublikası    qtisadiyyat  və  Sənaye  Nazirliyinin  ÜTT  qəbulu 

üzrə  katibliyinin  araşdırmalarına  görə,  xarici  iqtisadi  münasibətlər    sahəsində 

təhlillər  göstərir  ki,  investorlar  əsasən  investisiya  mühiti  daha  əlverişli  olan  və 

investisiya  siyasəti  proqnozlaşdırıla  bilən    ölkələri  axtarırlar.  ÜTT-yə  üzvlük  isə 

xarici investisiyaların cəlb edilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir, 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə