Microsoft Word umumdunya ticar?T t?Skilatina uzvuluyun az?Rbaycan iqtisadiy doc



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix20.09.2018
ölçüsü0,84 Mb.
#70016
1   ...   19   20   21   22   23   24   25   26   27

 

Gürcüstan  ,  Moldova    və  Ermənistan  artıq    ÜTT  –nin  üzvüdürlər.  Bu  ölkələrin 

üzvolma  şərtləri  inkişaf  etməkdə  olan  ölkələrin  deyil,  daha  çox  inkişaf  etmiş 

ölkələrin şərtlərinə uyğundur.  

    Qeyd  etməklazımdır  ki,  ÜTT-nin  başlıca  prinsipini  xarici  ticarətdə 

diskriminasiyasının aradan qaldırılması və üzv ölkələrin bazarlarına sərbəst girişin 

təminatı  təşkil  edir.    Bu    prinsiplərin    Azərbaycan  üçün    əhəmiyyəti  sübhə 

doğurmur.  Doğrudan  da  idxal  əməlyyatlarına  tətbiq  olunan  kəmiyyət 

məhdudiyyətləri  xarici  ticarətlə  məşğul  olan  biznes  stukturların  imkanlarından 

milli iqtisadiyyatın inkişafı naminə istifadə etmək sahəsində böyük əngələ çevrilib. 

Hazırda  belə  kəmiyyət  məhdudiyyətlərinin  sayı  7-yə  qədərdir.    Bu  prosesdə 

aşkarlığın  və  şəffaflığın  təminatı  baxımından  da  ciddi  problemlər  göz 

qabağındadır.  Xarici    ticarətdə  gizli  dövriyyənin  həcminin  ildən  ilə  çoxaldığı  , 

diskriminasiyanın  aşkar  xarakter  aldığı  indiki  şəraitdə  bu  problemlərin  həlli 

istiqamətində  ÜTT  –nin  imkanları  əvəzsiz  görünür.  Nəzərə  alsaq  ki,  məhz  gizli 

xarici ticarət dövriyyəsinin mövcudluğunun yaratdığı problemlər ucbatından hər il 

dövlət  büdcəsi  yüz  milyonlarla  dollar  vəsait  itirir  və  hələ  bu  azmış  kimi  gömrük 

qeydiyyatından  kənar  malların  milli  bazara  daxil  olması    ədalətsiz  rəqabət 

şə

raitinin  formalaşdırılmasında  və  son  nəticədə  də  azad  sahibkarlığın 



boğulmasında xüsusi rol oynayır, onda elə bu istiqamətdə ÜTT-nin yalnız başlıca 

prinsipindən irəli gələn tədbirlərin reallaşdırılması xarici ticarətdə kök salmış xeyli 

problemlərin həllində yardımçı ola bilər. 

      ÜTT-yə qəbulun mürəkkəb  proses olduğunu və onun müxtəlif ölkələrə fərqli 

dividendlər    gətirdiyini,  milli  iqtisadiyyatda  bəzi  çətinliklər  yaratdığını  nəzərə 

almaqla  Azərbaycan  höküməti  üçün  bu  təşkilata  üzv  olmağın  pozitiv  və  neqativ 

nəticələrindən  konkret  olaraq  bəhs  etmək  daha  çox  maraq  doğurur.  Lakin  bu, 

zaman əldə olunacaq qazanc və itkiləri ənənəvi olaraq ixracatçıların (istehsalçılar) 

və 

idxalatçıların 



 

(istehlakçılar) 

mövqeyindən 

qruplaşdırmaq 

daha 

məqsədəuyğundur.  Təbii  ki,  hər  iki  kontekstdə  cəmiyyətin  də  qazanc  və  itkiləri 



olduğundan ona da ayrıca münasibət bildirmək olar. 


 

         Qeyd etmək lazımdır ki, ÜTT-yə qəbulun uduşların artırılması daha çox milli 

iqtisadiyyatın  strukturundan  və  inkişaf  səviyyəsindən  asılıdır.Ona  görə  də  ilk 

növbədə  iqtisadiyyatımız    bu  prosesə  hazır  olmalı,  diplomatiyanın  imkanlarını 

səfərbər  edilməli  və  məsələyə  peşəkarcasına  yanaşma  ortalığa  qoyulmalıdır. 

Unutmayaq  ki,  ÜTT-yə  qəbul  məqsəd  deyil,  bir  vasitədir.  Onun  vasitəsilə  biz 

dünya  iqtisadiyyatın  inteqrasiya  imkanlarını  artıra,  xarici  ticarətimizi  daha  da 

liberallaşdıra,  o  sıradan  texniki  və  kəmiyyət  baryerlərini  aradan  qaldıra,  gömrük 

nəzarət  proseduralarını  sadələşdirə  ,  şəffaflığı  artıra,  mütərəqqi  texnika  və 

texnologiyaların,  nou-hauların  ,  patentlərin  ,  bir  sözlə,  qabaqcıl  innovasiyaların 

ölkəmizə cəlbini sürətləndirə, qanunlarımızı beynəlxalq standartlara uyğunlaşdıra , 

müəllif  hüquqlarımızı  qoruya  bilərik.  Digər  tərəfdən  də    ümid  var  ki,  ÜTT-yə 

qəbuldan  sonra  dünyanın  aparıcı  bankları  və  sığorta  şirkətləri  üzv-dövlətin 

iqtisadiyyatına  sərmayə  qoyacaq  və    nəhayət  ki,  normal  maliyyə  sektoru 

formalaşacaq, böyük pullar və uzunmüddətli kreditlər milli iqtisadiyyatların qeyri-

neft sektorunun kapital  problemlərini həll edəcək. 

         Ümumdünya Ticarət Təşkilatına üzv olmanın yaratdığı üstünlüklər əsasən 3 

istiqamətdə özünü göstərir:  

1.  ÜTT üzvü olan ölkələrdə qiymət mexanizminin ÜTT şərtlərinə və eləcə də 

beynəlxalq standartlara uyğunlaşması; 

2.  Başqa ölkəlrin bazarlarına girişin əldə edilməsi; 

3.  Ticarət  mübahisələrinə  dair  ÜTT  üzvlüyünün  təklif  etdiyi  həll 

mexanizmlərindən  istifadə edə bilmək imkanı. 

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan    Respublikası  Sahibkarlar  ( şəgötürənlər) 

Təşkilatları  Milli  Konfederasiyasının  araşdırmalarına  görə,  “ÜTT  –yə  üzvlük 

sahibkarlığın inkişafının   qanunvericilik bazasında  təkmilləşdirmə  aparılacaq  və 

Azərbaycanın  iqtisadi  sahədə  qəbul  olunmuş  qanunvericilik  aktları  ÜTT-

nintələblərinə uyğunlaşdırılacaq . Bu məsələlərin təmin olunması nəticəsində bu 

sferada  mütərəqqi  ölkələrin  standartların  tətbiqi  ilə  ölkədə  iqtisadi  islahatlar 

sürətləndiriləcək.  Burada    əsas    məsələlərdən  biri  qanunvericilik  aktlarının 

şə

ffaflığı  və  prosedurların  sadələşdirilməsidir.  Yəni  sahibkarın  ,  eləcə  də 




 

məmurun  hüquq  və  vəzifələri  ,  o  cümlədən  müəyyən  məsələlərin  həlli  üçün 

prosedur  qaydalarının aydın, dəqiq göstərilməsi neqativ halları aradan qaldırır və 

dolayı  yolla  məhsulun  maya  dəyərinə  daxil  olan  gözəgörünməyən  xərclərin 

aradan qaldırılmasına səbəb olur ki, bu da son nəticədə məhsulun maya dəyərinin 

aşağı  düşməsi  ilə  müşahidə  olunur.  Burada  həm  də  istehlakçı  udur.  Ucuz 

qiymətlə  yüksək  keyfiyyətli  məhsul  istehsal  edən  sahibkarlar  da  bundan  xeyir 

qazanırlar.Azərbaycanın  iş  adamlarının  da  arzusu  məhz  bu  şərtlərin  təmin 

olunmasıdır.  Qeyd  etmək  lazımdır  ki,  bazar  iqtisadiyyatının  tələblərinə  uyğun 

bilik  və  təcrübə  tələb  edilən  və  ölkəmizin  modernləşməsi  üçün  vacib  hesab 

olunan yəni qiymətli kağızlar , lizinq , sığorta, beynəlxalq daşımalar, beynəlxalq 

turzim  ,  neft  təchizatı  sənayesi,  innovasiya  yönümlü  layihələrin  həyata 

keçirilməsi üçün kadr qıtlığı mövcuddur. 

            Müasir  qloballaşan  dünya  bazarında  müxtəlif  ölkələr  fərqli  əmtəələrin 

ticarəti üzrə ixtisaslaşıblar. Belə ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr 

dünya bazarına istehsal etdikləri əmtəə və xidmətləri çıxarırlar. Bazara çıxarılan 

ə

mtəə  və  xidmətlər  D.Rikardonun  müqayisəli  üstünlüklər  nəzəriyyəsinə 



ə

saslanmır,  həmçinin  müasir  beynəlxalq  ticarət  əlaqələrində  əksər  ölkəlrin  öz 

ixtisaslaşmış  sahələri    üzrə  çıxış  etməsi  ilə  bağlıdır.  Yaponiya  düyü  istehsalına 

bazar qiymətindən 5 dəfə çox subsidiya həyata keçirir, amma bu o demək deyil 

ki, Yapon düyüsü Vyetnam düyüsündən 5 dəfə keyfiyyətlidir. Məsələ ondadır, bu 

həcmdə subsidiyaya baxmayaraq Yapon düyüsü heç də xarici bazarda Vyetnam 

düyüsünü  üstələyə  bilmir.    Qeyd  etmək  lazımdır  ki,  ÜTT  üzvlüyü,  həmçinin 

inkişaf  etməkdə  olan  ölkəlrin  sahibkarları  üçün  yeni  bazarlara  çıxış  deməkdir. 

ÜTT-yə  üzvlükdən sonra Azərbaycan iş adamları ixtisaslaşmış sahələr üzrə yeni 

bazarlar əldə  edəcəklər. Nəticədə sahibkarların əmtəələri maneəsiz olaraq qonşu 

və digər ölkələrin bazarlarına daxil olacaq. Şəffafığın gücləndirilməsi, ÜTT –nin 

ə

sas şərtlərindən biri olmsı bu təşkilatın fəaliyyətinin üzv ölkəlrində şəffaf ticarət 



sustemin  formalaşmasına  xidmətetməsinin  göstəricisidir.  Bununla  yanaşı,  ÜTT-

nin  dövlət  satın  almalarında,  xarici  ticarət  fəaliyyətində  şəffaf  prosedurların 

tətbiqi ilə bağlı şərtləri sistemin bütövlükdə normal işləməsinə səbəb olur. ÜTT 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə