Microsoft Word umumdunya ticar?T t?Skilatina uzvuluyun az?Rbaycan iqtisadiy doc



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix20.09.2018
ölçüsü0,84 Mb.
#70016
1   ...   19   20   21   22   23   24   25   26   27

 

üzvləri  təşkilata  qoşulandan  sonra  xarici  ticarət  əlaqələrində  şəffaf    qaydaların 

tətbiqi  istiqamətində  fəaliyyət  göstərirlər.  Bu  isə  iş  adamlarının  bürokratik 

maneələrlə  rastlaşmasının  və  ya  onlardan    qeyri-rəsmi  ödənişlərin  tələb 

edilməsinin  qarşısını  alır  və  sahibkarların  normal  fəaliyyət  göstərməsinə  şərait 

yaradır. 

       Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın ÜTT-yə üzvlüklə bağlı uzun 

müddət  danışıqlar    aparmasına  baxmayaraq  hələ  də  bu  təşkilata  üzvlüklə  bağlı 

ciddi  addımlar    atılmayıb.  kitərəfli    və  çoxtərəfli  danışıqlarda    Azərbaycanın 

həlledici razılıqlar əldə edə bilməməsi ÜTT üzvlüyünün hələ çox problemləri ilə 

qarşılaşacaq.  kitərəfli  danışıqlarda    ABŞ,  Avropa  Birliyi,  Avstraliya  və  Yeni 

Zelandiya  ilə razılaşma əldə etmək mümkün olmayıb. ÜTT-nin Cenevrə ofisi ilə 

çoxtərəfli danışıqlar aparan işçi qrupu hələ də razılaşma əldə edə bilməyib.  şçi 

qrupunun açıqlamalarında razılığın əldə ediləcəyi vaxt göstərilmir. 

        Respublikamızda  ətraf  mühüitin  çirklənməsi  ilə  əlaqədar    fövqəladə 

vəziyyətin  əmələ  gəlmə  riskinin  aşağı  salınması  üçün  müəssisələrin  ekoloji 

qanunvericiliyə  riayət  etməsinin  monitorinqi  məqsədilə  ekoloji  audit-

institutsional  infrastrukturasının  yaradılması  və  investisiya  layihələrinin  ictimai 

təşkilatlarının  mütləq  iştirakı  ilə  ekoloji  ekspertizasının  aparılması,  məsələsi 

olduqca vacibdir. 

       ÜTT-nin qarşıya qoyduğu vəzifələrdən biri isə ölkədə yoxsulluq və işsizliyin 

səviyyəsinin  aşağı  salınmasıdır.  Son  dövrdə  Respublikada  bu  məqsədlə 

yoxsulluqla  və  işsizliklə  mübarizə  istiqamətində  məqsədli,  ünvanlı  və  regional 

proqramların reallaşdırılması istiqamətində  işlər həyata keçrilir. 

       Belə  ki,  son  dövrdə  Respublikada  əmək  bazarının  ehtiyacları  nəzərə 

alınmaqla  işsizlərin  yenidən  hazırlığı  və  peşəkar  hazırlıq  səviyyəsinin 

təkmilləşdirilməsi,  aztəminatlı  ailələrə  göstərilən  ünvanlı  yardımların 

effektivliyinin  artırılması,  minimal  dövlət  təminatı,  məcburi  sosial  sığorta  və 

könüllü  sığorta  sistemi  daxil  olmaqla  üçsəviyyəli  sosial  müdafiə  sisteminin 

yaradılması istiqamətində məqsədyönlü proqramlar həyata keçrilir. 




 

      ÜTT-yə  üzv olmaq sahəsində  qarşıda  duran  əsas  vəzifələrdən  biri xidmətlər 

sektoru  və  intellektual  mülkiyyətin  qorunması  sahəsində  işlərin  ardıcıl  olaraq 

həyata  keçrilməsidir.  Belə  ki,  Respublikada  ayrı-ayrı  xidmət  növlərinin 

inkişafının müasir vəziyyəti , onun onların müasir dünya standartlarına uyğunluq 

səviyyəsi, ayrı-ayrı xidmət sahələrinin liberallaşdırılmasının ölkə iqtisadiyyatına 

təsirinin qiymətləndirilməsi  sahəsində ardıcıl işlər aparılır.  

       Respublikada  Bank  xidmətləri  və  sığorta  xidmətləri  sferalarına  xarici 

kapitalın daxil olmasının tədriciliyinin təmin olunması istiqamətində işlər həyata 

keçrilir.  Lakin  bu  sahələrdə  yerli  müəssisələr  üçün  ədalətli  rəqabət  mühiti 

yaradılmalı,  ayrı-ayrı  müəssisələrin  inhisarçılığının  aradan  qaldırılması 

istiqamətində  konkret  addımlar  atılmalı,  milli  şirkətlərin  möhkəmlənməsinə 

ayrılmış  zaman  müddəti  dəqiq  elan  edilməli  və  müddət  başa  çatan  kimi  həmin 

sahələr liberallaşdırılması məsələsi nəzərə alınmalıdır. 

       Hal-hazırda ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya olunduğu 

dövrdə  qarşıda  duran  əsas  vəzifələrdən  biri  tranzit  yükdaşımalarının 

Respublikada  təşkili  məsələsidir.  Bu  məqsədlə    Azərbaycanın  tranzit  ölkə 

imkanalrından    daha  yaxşı  faydalanmaq  üçün  tranzit  yükdaşımalarının 

infrastrukturunun  beynəlxalq  standartlara  uyğunlaşdırılması,  yüklərin    sərhəd  –

gömrük məntəqələrindən keçidi zamanı maneələrin aradan qaldırılması, yüklərin 

təhlükəsiz  daşınmasına  zəmanət  verilməsi,  habelə  qadağan  olunmuş  yüklərin  

müəyyən  edilməsinin  daha  səmərəli  mexanizmlərinin  tətbiqi,  hər  cür 

qaçaqmalçılıq kanallarının aradan qaldırılması,istiqamətində işlər həyata keçrilir. 

Artıq TRASEKA, Qədim  pək Yolu, nəqliyyat dəhlizi öz bəhrəsini verir.  

      Qeyd  etmək  lazımdır  ki,  Azərbaycanın  ÜTT-ə  üzvlüyünün  sürətləndirilməsi  

və bu üzvlüyün mənfi təsirlərinin azaldılması üçün iqtisadi qanunvericilik bazası, 

xüsusilə  də  Gömrük  və  Vergi  Məcəllələri  ,  məhkəmə  islahatları,  mülkiyyət 

hüquqlarının    qorunması  sistemi  təkmilləşdirilməlidir.    Bütün  bu  tədbirlərin 

həyata  keçrilməsi  Respublikamızın  ÜTT-yə  tez  bir  zamanda  qəbul  edilməsi 

ölkəyə  siyasi  dividendlər  gətirməklə  yanaşı  həm  də  Azərbaycanın  böyük 

dövlətlərin iqtisadi təziyiqlərindən azad olmasına şərait yaradacaq. 



 

NƏT CƏ VƏ TƏKL FLƏ

 

 

Müasir  dövrdə  real  bazar  münasibətləri  şəraitində  Milli  sosial-iqtisadi 



inkişafın daxili  və xarici  amilləri  arasında  sıx  qarşılıqlı əlaqə  və  qarşılıqlı  asılılıq 

formalaşır.  Bu  prosesin  ümuminkişaf  qanunauyğunluqları  və  bütövlükdə  qlobal 

iqtisadi  prosesin  daxili  təbiətinə  aid  olan  və  məntiqi  xüsusiyyətlərdən  doğan  bir 

hadisə olduğu heç bir şübhə doğurmur. Bu baxımdan Azərbaycanın müasir inkişaf 

mərhələsində  Milli  iqtisadiyyatın  formalaşması  və  mövcud  problemlərin  heç 

olmazsa kəskinlik dərəcəsinin  azalması səpgisində  xarici ticarətin  mühümlüyü  və 

zəruriliyi  ilk  baxımdan  meydana  çıxır.  Hal-hazırda  Respublikamız  bir  sıra 

problemlə  qarşılaşmışdır  ki,  onların  həlli  ümumiyyətlə  Azərbaycan  dövlətinin 

mövcudluğu  və  inkişafına  birbaşa  təsir  göstərmək  iqtidarındadır.  Məhz,  bu 

baxımdan  ölkənin  xarici  ticarət  strategiyasının  zəruriliyi  istiqamətində  problemin 

qoyuluşu öz aktuallığı ilə səciyyələnir. 

 

Öz-özlüyündə aydındır ki, iqtisadi, siyasi və sosial inkişafın üzvü vəhdətdə 



olduğu  müasir  dünyada  Azərbaycan  Respublikası  kimi  problemlər  burulğanında 

olan bir ölkə təcrid olunmuş şəkildə nəinki inkişaf edə, hətta mövcud ola bilməz. 

Xarici  ticarətin  nəzəri  əsaslarının  sistemli  təhlili  açıq-aydın  şəkildə  göstərir  ki, 

istinad  prinsiplərinin  təkamül  prosesinə  uyğun  şəkildə  dəyişməsi  heç  də  xarici 

ticarətin  zərurilik  səviyyəsinin  azalmasına  dəlalət  etmir.  Əksinə,  müasir  dünyada 

Milli  inkişafın  qlobal  qarşılıqlı  asılılıq  prizmasından  keçdiyi  və  bu  istiqamətdə 

xarici  ticarətin  «lokomativ»  rolunu  oynadığı  heç  bir  şübhə  doğurmur.  Eyni 

zamanda,  müxtəlif  tərzli  və  fərqli  metodoloji  bazarlara  əsaslanan  nəzəri 

yanaşmaların  (marksist,  klassik,  neoklassik,  müasir)  əksəriyyəti  məzmun  və 

mahiyyətindən  asılı  olmayaraq  xarici  ticarətin  böyük  əhəmiyyət  kəsb  etdiyi  və 

bütövlükdə  beynəlxalq  iqtisadi  münasibətlərin  sübstansiyası  olduğu  fikrində 

yekdildirlər. Tədqiqatımızın nəticələri açıq-aydın şəkildə göstərir ki, respublikanın 

milli  iqtisadiyyatının  həm  formalaşması,  həm  də  inkişafında  xarici  ticarətsiz 

keçinmək  qeyri-mümkündür.  Ən  ümumi  formada  keçid  dövrü  ərzində  xarici 

ticarətin  sosial-iqtisadi  zəruriliyini  və  əhəmiyyətini  aşağıdakı  kimi  ifadə  etmək 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə