Microsoft Word umumdunya ticar?T t?Skilatina uzvuluyun az?Rbaycan iqtisadiy doc



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix20.09.2018
ölçüsü0,84 Mb.
#70016
1   ...   19   20   21   22   23   24   25   26   27

 

mümkündür.  Xarici  ticarət  əlaqələri  ölkənin  beynəlxalq  əmək  bölgüsündə  layiqli 

yer tutması və sərfəli (müqayisəli üstünlüklər prinsipi baxımından) proporsiyalarda 

ixtisaslaşmasına  şərait  yaradır;  xarici  ticarət  daxili  bazarda  real  bazar 

mexanizminin  formalaşması  prosesinə  müsbət  təsir  göstərir,  öz  mahiyyəti  etibarı 

ilə istehsal amillərinin, o cümlədən kapital ixracının alternativ  forması kimi çıxış 

edir  və  xarici  ticarət  ixrac  multiplikatorunu  hərəkətə  gətirir.  Xarici  ticarət 

ə

laqələrinin  inkişafı  xarici  bazara  çıxışa  şərait  yaradır  ki,  bunsuz  da  respublika 



iqtisadiyyatının  inkişafı  sadəcə  olaraq,  qeyri-mümkündür.  Xarici  ticarət  idxal 

asılılığının  yüksək  səviyyədə  olduğu  və  keçid  dövrünün  bir  sıra  spesifik 

problemlərinin mövcudluğu şəraitində getdikcə pisləşən həyat şəraitini qismən də 

olsa sabit saxlamağa imkan verir. 

 

Qlobal  iqtisadi  əlaqələrdə  «millilik»  sərhədlərinin  getdikcə  daha  sürətlə 



silinməsi  texnologiya,  nəqliyyat  və  rabitə  sferalarında  baş  verən  əsaslı  keyfiyyət 

dəyişiklikləri  nəticəsində  geniş  təkrar  istehsal  sferasının  fazaları  arasında  sıx 

uzlaşma  xarici  ticarət  strategiyasının  zəruriliyini  müasir  getçəkliyin  tələbi  kimi 

ortaya  qoyur.  Azərbaycan  respublikasının  potensial  imkanları,  mövqeyindən 

yanaşdıqda,  ölkənin  xarici  ticarət  strategiyasının  qlobal  kontekstdə  araşdırılması 

real situasiyanın daxili məntiqinə əsaslanır. Bu baxımdan xarici ticarət siyasətinin 

iki  əsas  istiqamətinin  –  azad  ticarət  və  proteksionizmin  başlıca  cəhətlərini  tədqiq 

etməklə  keçid  iqtisadiyyatı  şəraitində  onların  tətbiqi  xüsusiyyətini  üzə  çıxarmaq 

məqsədəuyğun olmuşdur. 

 

Sübut  etməyə  ehtiyac  yoxdur  ki,  ölkənin  xarici  ticarət  strategiyası 



bütövlükdə  iqtisadi  təhlükəsizlik  konsepsiyasının  tərkib  elementi  kimi  nəzərdən 

keçirilməlidir. Söhbət, hər şeydən əvvəl element-sistem qarşılıqlı münasibətlərində 

üzvi birliyə nail olmaqdan, yarana biləcək antoqonist ziddiyyətlərin daha az itgi ilə 

aradan  qaldırılmasından  gedir.  Xarici  ticarətin  strukturunda  baş  verən  ən  cüzi 

dəyişikliklər  belə  ölkənin  maddi  rifahına  təsir  göstərmək  iqtidarındadır.  Deməli, 

real  bazar  münasibətlərinin  təşəkkülü  prosesinə  paralel  olaraq  ümumilli 

mənafelərin subyekt tərkibi mövqeyindən, ümumidən xüsusiyə yönələn  inkişafın 

labüdlüyü  heç  bir  şübhə  doğurmur.  Belə  ki,  iqtisadi  maraqların  ifrat  fərdiləşməsi 




 

meylinin  getdikcə  dərinləşməsi  sözsüz  ki,  ölkənin  həm  iqtisadi  təhlükəsizlik 

konsepsiyasında, həm də onun ayrılmaz tərkib hisəsi olan xarici ticarət siyasətində 

də  adekvat  dəyişikliklərə  gətirib  çıxaracaqdır.  Xarici  ticarət  əlaqələrinin  dövlət 

müdaxiləsinin  sərhədlərini  müəyyənləşdirən  amillər  kompleksi  tədqiq  edilərək, 

xarici  ticarət    strategiyasının  beynəlxalq  potensiala  uyğunlaşdırılması  problemi 

araşdırılmışdır. 

 

Tədqiqatların  nəticələri  belə  bir  qənaətə  gəlmək  imkanı  verir  ki,  mövcud  



inkişaf modelləri arasında iqtisadi regionalizmin seçilməsi daha məqsədə müvafiq 

olardı. Fikrimizcə, ölkənin xarici ticarət strategiyasının əsas istinad bazası regional 

iqtisadi inteqrasiya çərçivəsi daxilində yaradılan azad ticarət blokları ola bilərdi. 

 

Ölkənin xarici ticarətin inkişaf dinamikası 2001-2010-ci illəri əhatə etməklə 



tədqiq  olunmuşdur.  Təhlilin  nəticələri  göstərir  ki,  sabiq  SSR   dövründə  ölkənin 

mal  dövriyyəsində  müttəfiq  respublikaların  xüsusi  çəkisi  62  %  təşkil  etmiş  və 

Azərbaycan  hər  il  orta  hesabla  2,3  mlrd  dollardan  çox  aktiv  saldoya  malik 

olmuşdur  ki,  bu  məbləğin  də  böyük  hissəsi  ittifaq  hökumətinin  sərəncamına 

keçirilmişdir. 

Müstəqillik 

illəri 

ə

rzində 



xarici 

ticarət 


ə

laqələrinin 

istiqamətlərində  əhəmiyyətli  dəyişikliklər  baş  vermiş  və  MDB  ölkələrinin  xüsusi 

çəkisi kəskin şəkildə azalmışdır. 

 

Ümumiyyətlə,  ölkənin  müstəqillik  illəri  ərzində  xarici  ticarət  əlaqələrinin 



dinamikası  bir-birindən  əhəmiyyətli  dərəcədə  fərqlənən  situasiyaların  təsirinə 

məruz  qalmışdır.  Yaranmış  meyl  və  xüsusiyyətlər,  eləcə  də  ölkənin  bazar 

iqtisadiyyatına  keçid  dövründə  olması  ilə  bağlı  olan  problemlər  xarici  ticarətin 

sahə strukturunun dinamikasına da əhəmiyyətli surətdə təsir göstərmişdir. Təhlilin 

nəticələri  göstərir  ki,  iqtisadiyyatın  müxtəlf  sahələri  üzrə  kompensasiya 

ə

laqələrinin qırılması və bir sıra siyasi xarakterli mənafelərin uyğunlaşdırılmaması 



sabiq  SSR   məkanı  timsalında  ənənəvi  satış  bazarının  itirilməsi,  istehsal  edilən 

məhsulların  keyfiyyət  parametrləri  baxımından  dünya  standartlarına  cavab 

verməməsi,  keçid  dövrünün  spesifik  problemlərinin  daha  da  kəskinləşməsi, 

müharibə vəziyyəti və s. amillərin təsiri nəticəsində ölkənin xarici mal dövriyyəsi 




 

getdikcə  azalmaqda  və  monostruktur  istiqamət  daha  da  dar  çərçivədə 

formalaşmaqla davam edir. 

 

Xarici  ticarət  ölkədaxili  situasiyaya  həm  birbaşa,  həm  də,  dolayısı  ilə  təsir 



göstərir.  Qeyd  etmək  lazımdır  ki,  xarici  ticarətin  optimallıq  kriteriyası  xarici 

bazarda fəaliyyət göstərən müəssisə ilə məhdudlaşmır. 

 

Onun lokal kriteriyasında istehsal səmərəliliyi də əks olunur. Buna görə də, 



xarici  ticarətin  səmərəlilik  kateqoriyasına  daha  geniş  və  əhatəli  anlayış  kimi 

yanaşmaq  və  onun  bütövlükdə  beynəlxalq  əmək  bölgüsünün  effektivliyi  kimi 

səciyyələndirmək  daha  məqsədəuyğun  olardı.  Təhlil  nəticəsində  idxal-ixrac 

ə

məliyyatlarının  iqtisadi  səmərəliliyi  müəyyənləşdirilmişdir.  Bütün  bunlarla 



yanaşı,  qeyd  edilməlidir  ki,  Azərbaycanın  müasir  reallığı  baxımından  xarici 

ticarətin  dinamik  səmərəliliyi,  ondan  ölkə  iqtisadiyyatının  perspektiv  inkişafında 

zəruri  tələblər  səviyyəsində  istifadə  edilməsi  qeyri-mümkündür.  Əlbəttə,  iqtisadi 

hesablamalarda  və  optimal  inkişafa  olan    inama  əsaslanmaqla  müəyyən 

dəyişikliklərin  aparılmasını  tövsiyyə  etmək  olar.  Lakin,  qeyd  etdiyimiz  kimi 

müasir gerçəklik baxımından bu bir qədər qeyri-real yanaşma təsiri bağışlayır. 

 

Azərbaycan  Respublikasının  xarici  ticarət  siyasətinin  təkmilləşdirilməsi  və 



perspektiv  inkişaf  yolundan  maneələrin  aradan  qaldırılması  məqsədi  ilə 

aşağıdakıların tətbiqi və onlardan istifadə edilməsi məqsədəuyğun olardı: 

1.  Azərbaycanın  geoiqtisadi  strategiyasını  müəyyənləşdirərkən  xarici  ticarət 

siyasətinin  konkret  prinsipinə  xüsusi  diqqət  verilməlidir.  Keçid  dövrü 

ə

rzində  müqayisəli  üstünlüklərdən  istifadə  real  bazarın  təşəkkülünə  qədər 



davam  edə  bilər.  Real  bazar  şəraitində  rəqabət  üstünlükləri  prinsipinə 

istinad  edilməli  və  ölkənin  potensial  imkanları  məhz  bu  istiqamətdə 

qruplaşdırılmalıdır. 

2.  Xarici ticarət əlaqələrinin təşkili və tənzimlənməsində dövlət müdaxiləsinin 

obyektiv və subyektiv sərhədləri müəyyənləşdirilməlidir. 

3.  Xarici  ticarətdə  rəqabətətablılığın    yüksəldilməsi  və  dünya  bazarında 

səmərəli fəaliyyət göstərilməsi məqsədilə: 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə