Microsoft Word umumdunya ticar?T t?Skilatina uzvuluyun az?Rbaycan iqtisadiy doc



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix20.09.2018
ölçüsü0,84 Mb.
#70016
1   ...   19   20   21   22   23   24   25   26   27

 

çünki  “şıffaflıq”    ÜTT-nin  əsas  prinsiplərindən  biridir.  Bununla  yanaşı,  xarici 

sahibkar  ÜTT-nin  digər  əsas  prinsipi  olan  –  “milli  rejim”in  (xarici  və  yerli 

sahibkarlar  arasında  ayrı-seçkiliyə  yol  verilməməsi)  tətbiq  olunduğu  ölkələrə 

ehtiyat etmədən investisiya yönəldir. Bu baxımdan, Azərbaycanın ÜTT-yə qəbulu 

ilə əlaqədar danışıqlar zamanı tutacağı mövqe 4 əsas istiqamətdə: 

---Malların ticarəti 

---Xidmətlərin ticarəti 

---Əqli mülkiyyət  

---ÜTT-nin qaydalarından kənara çıxan məsələləri üzrə müəyyən edilmişdir. 

    ÜTT-nin fəaliyyətinin geniş olmasını əhatə edən hüquqi normativ aktlar,sazişlər 

daxil edilmişdir. Bunlar  sənaye, kənd təsərrüfatı , toxuculuq, emal, bank və UKT 

xidmətlərini,  hökumət  satın  mallarını,  qida  məhsullarının  təhlükəsizliyinə  sanitar 

nəzarəti, intellektual mülkiyyəti və bir çox başqa sahələri əhatə edir. 

     Qeyd etmək lazımdır ki, Respublikamızın iqtisadi maraqlarına uyğun olmayan 

öhdəliklərin  qəbul  olunmasının  qarşısını  almaq  məqsədilə,  bir  sıra  tədbirlərin 

sırasında  biznes  dairələri  ilə  daimi  məsləhətləşmələrin  aparılması  və  bununla  da 

üzvolma prosesində şəffaflığın təmin edilməsi durmalıdır. 

1.  Sənayenin ən zəif və eyni zamanda ixrac potensiallı sahələri, eləcə də ayrı-

ayrı mallar üzrə prioritet istiqamətləri müəyyənləşdirilməli və onların keçid dövrü 

ə

rzində qorunması məqsədilə gömrük rusumlarından, kreditlərdən, subsidiyalardan 



və  vergi  güzəştlərindən  səmərəli  istifadə  olunmalıdır.  Ortalama  idxal  gömrük 

rüsumunun  səviyyəsi  nisbətən  eyni  səviyyədə  qalmaq  şərti  ilə,  istehsalı  səmərəli 

olmayan mallara  ən aşağı rüsum, digərlərinə yüksək idxal gömrük rüsumu tətbiq 

edilməlidir.  Gömrük  tariflərinin  qorunması  tələb  olunan  sənaye  sahələrinin 

təhlükəsizliyini təmin edən yuxarı hədd dərəcələri işlənib hazırlanmalı, danışıqlar 

zamanı  nail  olunmuş  idxal  gömrük  rüsumlarının  yuxarı  hədd  dərəcələrinin 

üzvolmadan sonra azalma tempinin əsas ticarət tərəfdaşları və eləcə də eyni mallar 

üzrə  rəqib  hesab  olunan  ölkələrin  azalma  templərindən  yüksək  olmamasına  

nəzarət edilməlidir. 



 

    Bununla  yanaşı kənd təsərrüfatı  üçün mühüm əhəmiyyət kəsb edən məhsullara 

idxal  gömrük  rüsumlarının  yüksək  hədd  dərəcələrinin  qəbul  edilməsinə  nail 

olunmalıdır. Kənd təsərrüfatında daxil dəstəyin səviyyəsini və növlərini əks etdirən 

tədbirlər  planı  işlənilməlidir.  Məhdudiyyətlər  qoyulan  subsidiyaların  növlərinin 

üzvolmadan  sonra  ən  maksimal  səviyyədə  istifadə  olunması  üçün  müvafiq 

araşdırmalar  aparılmalı  və  təkiflər  hazırlanmalıdır.  GATT  çərçivəsində  inkişaf 

etməkdə olan ölkələrə tətbiq olunan  xüsusi və diferensiallaşdırılmış rejimə əsasən 

verilən  güzəştlər  sistemli  surətdə  öyrənilməli,  onların  Azərbaycan  tərəfindən 

istifadə olunması araşdırılmalıdır. 

2.  ÜTT  Katibliyinə  veriləcək  xidmətlərlə  ticarət  üzrə  ACC5  cədvəli 

hazırlanmalıdır.  Bu  cədvəldə  ölkədə  bütün  xidmət  sahələrində  xarici    və  yerli 

sahibkarlara  tətbiq  olunan  siyasət,  güzəştlər  rejimi,  üstünlüklər  göstərilməlidir. 

Sənədlərin  hazırlanması  ilə  eyni  vaxtda  xidmətlərin  təhlili  aparılmalıdır.  Belə  ki, 

mövcud vəziyyəti aydınlaşdırmaq, liberallaşdırmanın miqyasını müəyyənləşdirmək 

və  onun  gələcək    təsirinin  ilkin  qiymətləndirməsini  həyata  keçirmək  lazımdır.Bu 

bir  daha  yerli  biznes  dairələrinə  məsləhətləşmələr  zamanı  düzgün  tövsiyələr 

vermək,  daxili  bazarın  maraqlarına  uyğun    qərar  çıxarmağa  imkan  yaradacaqdır. 

Xidmət  sahələrinin  liberallaşdırılması  ilə  bağlı  çoxtərəfli  ticarət  sistemində 

aparılan danışıqların nəticələri daim izlənilməsi məqsədəuyğundur. 

   3.  Əqli  mülkiyyətlə  bağlı  danışıqlar    ÜTT-nin  tələblərinə  uyğun  olaraq  

Azərbaycan, sənaye mülkiyyətinin və əqli mülkiyyətin qorunması sahəsində əksər 

Konsvensiyaların  üzvüdür.  Eyni  zamanda  müəllif  hüququ  sahəsində  milli 

qanunvericiliyin  artıq  ümumən  uyğunlaşdırılması  aparılmışdır.  Bununla  belə,  bir 

sıra  tədbirlərin  həyata  keçirilməsi  nəzərdə  tutulur.  Bunlardan  WIPO-nun  ifalar 

Fonoqramlar,  eləcə  də  Müəlliflik  hüquqi  haqqında  Müqavilələrə  və  Roma 

Konvensiyasına  qoşulması  istiqamətində  işlər  aparılmalıdır.Bundan  əlavə  qeyd 

etmək  lazımdır  ki,  sənaye  mülkiyyəti  üzrə  qanunvericiliyin  TRIPS    qaydalarına 

uyğunlaşdırılması  üzrə  hələ  də  müəyyən  işlər  görülməlidir.  “ nteqral  sxem 

topologiyaları  hüquqi  qorunması  haqqında”  və  “Folklorun  hüquqi  qorunması 

haqqında” yeni qanunlar qəbul edilmişdir. Folklorun hüquqi qorunması haqqında  



 

 

beynəlxalq    Konvensiyanın  hazırlanıb  qəbul  olunması  ilə  bağlı  beynəlxalq 



səviyyədə Azərbaycan fəal iştirak edir və öz təkliflərini WIPO –ya göndərmişdir. 

      Qeyd  etmək  lazımdır  ki,  aparılan  işlər  zamanı    xüsusi  diqqət  Ermənistan 

tərəfindən  Azərbaycanın  bədii,  musiqi  əsərlərinin  və  digər  əqli  mülkiyyət 

növlərinin  mənimsənilməsi  faktlarına  qarşı  ÜTT    -nin  mübahisələrin  həlli 

mexanizmi vasitəsilə bu ölkənin cəzalandırımasına nail olunmalıdır. 

     4.  ÜTT-nin  qaydalarından  kənara  çıxan  məsələlər  ÜTT-nin  məcburi  olmayan  

Sazişləri kateqoriyasına  aiddir.  Lakin    son  üzvolmalar  zamanı  inkişaf  etmiş  ÜTT 

üzvləri  yeni  üzv  olan  ölkələrin  həmin  Sazişlərin  tətbiqinə  dair  öhdəliklər 

götürməsinə  cəhd  etmişlər  və  bir  çox  hallarda  buna  nail  olmuşlar.Buna  görə  də, 

ÜTT-nin  məcburi  olmayan  qaydalarının  öyrənilməsinə  və  həmin  qaydalar  üzrə 

öhdəliklərin götürülməsi  cəhdlərinə hazır olmağa xüsusi diqqət yetirilməlidir. Bu 

işdə dövlət qurumları müstəsna rol oynamalıdır. 

          Qeyd  etmək  lazımdır  ki,  ÜTT  –yə  qəbulla  bağlı  fəaliyyət  göstərən  qurum 

eyni  zamanda  daxildə  fəaliyyət  göstərən  işçi  qrupları  ilə  yanaşı,  ÜTT  Katibliyi, 

Azərbaycanın  Cenevrədəki  Missiyası  və  eləcədə  xarici  ölkələrin  müvafiq 

qurumları  ilə  əlaqə  yaratmaq  səlahiyyətinə  malik  olmalıdır.  Nəzərə  alsaq  ki, 

hazırda  ÜTT-nin  150-yə  yaxın  üzvü  var,  onda  nəzərə  almaq  lazımdır  ki,  bu 

üzvülərlə konsepsiyaya nail olmaq nə qədər çətindir. 

     Azərbaycanın Höküməti Respublikanın ÜTT  -yə üzv olmaqda məqsədi Dünya 

iqtisadiyyatı sisteminə inteqrasiya prosesini sürətləndirmək, üzv olan ölkələrin bir-

birinə verdikləri güzəştlərdən faydalanmaq, ÜTT tərəfindən qəbul edilmiş ümumi 

qaydalar əsasında ticarət əməliyyatları həyata keçirməkdən ibarətdir. Bundan başqa 

Respublikada aparılan iqtisadi islahatlara beynəlxalq təşkilatlar və eləcə də  ölkələr  

tərəfindən    yardımın  artırılmasına  nail  olmaq,  daha  çox  həcmdə  birbaşa  xarici 

investisiyaları cəlb etməkdən ibarətdir. 

        Hal-hazırda  ÜTT  –də  aparılan  danışıqların  hər  bir  yeni  raundu  beynəlxalq  

ticarətin daha da liberallaşdırılması ilə nəticələnir. Belə bir şəraitdə hər bir yeni üzv 

olmuş ölkə daha sərt şərtlərlə təşkilata qəbul edilir. MDB ölkələrindən Qırğızıstan, 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə