Microsoft Word umumdunya ticar?T t?Skilatina uzvuluyun az?Rbaycan iqtisadiy doc



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix20.09.2018
ölçüsü0,84 Mb.
#70016
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

 

Müasir  şəraitdə  malların  təsnifatlaşdırılması  aşağıdakı  şərtlərə  cavab 

verməlidir: 

•  istehsal  olunan  bütün  məhsul  növlərinin  əhatə  olunma  tamlığını  təmin 

etmək; 

• malların xüsusiyyətlərinin dərin tədqiqinə kömək etmək; 



• malların kodlaşdırma prinsiplərinə kömək etmək; 

•  ümumi  təsnifat  sistemini  pozmadan    məhsulların  siyahısına  yeni  adların 

daxil edilməsini nəzərdə tutan təsnifatın çevikliyini təmin etmək. 

Kommersiya  fəaliyyətinin  obyekti  kimi  mallar  bir  çox  əlamətlər  üzrə 

təsnifləşdirilir,  lakin  əsas  əlamətləri  təyinat,  fiziki  –  kimyəvi  xüsusiyyət,  tərkib, 

ölçülər, işlənmə üsulu təşkil edir. Təyinatına görə bütün mallar növlərə - istehlak 

malları; sənaye təyinatlı mallar və ofis, dəftərxana, maşın və avadanlıqlara bölünür. 

Malların  sinifi  –  təlabatların  ümumiləşmiş  qruplarını  təmin  edən  mallar 

çoxluğudur. Məsələn, istehlak malları növü üç yerə bölünür: ərzaq, qeyri - ərzaq və 

təbii  mallar.  Mal  sinifləri  istifadə  olunan  xammaldan,  təyinatından  və  digər 

ə

lamətindən asılı olaraq alt qruplara; alt siniflər isə - qruplara, alt qruplara, növlərə 



və növ müxtəlifliklərinə, adlara bölünür. 

Mal  qrupları  – 

istifadə  olunan  materialların  xüsusiyyətləri,  onların 

işlənməsi, forması, fasonu ilə şərtlənən spesifik təlabatlar qrupunu ödəyən malların 

alt çoxluğudur. 



Malların  alt  qrupu  – 

bu  əsas  təyinatlı  qrupla  ümumi  cəhətləri  olan,  lakin 

digər  alt  qrupun  mallarından  yalnız  özlərinə  xas  əlamətlərlə  fərqlənən  mal 

çoxluğudur. 



Malın növü – 

bu fərdi təyinatı və identifikasiya əlamətlərinə görə fərqlənən 

malların məcmusudur. 

Malların  növ  müxtəlifliyi  – 

bu  eyni  növ  mallardan  xammalın,  materialın 

seçimi, eləcə də, konstruksiyası (fortması, fasonu), texnologiyası ilə şərtlənmiş öz 

şə

xsi adı və fərdi xüsusiyyətləri ilə fərqlənən müəyyən növ malların məcmusudur. 



Beləliklə,  siniflər,  alt  siniflər  və  qruplar  istehlak  mallarının  ümumi  mal 

təsnifatını təşkil edir. 




 

Alıcılıq tələbinə görə mallar aşağıdakı kimi təsnifləşdirilir 

• gündəlik təlabat malları (çörək, süd, şəkər və s.); 

•  qabaqcadan  seçimə  əsaslanan  mallar  (paltar,  mebel,  televizor,  radio  – 

aparatura və s.); 

• xüsusi təlabata malik mallar (dəbdə olan mallar, əla şərablar və s.); 

• passiv təlabatlı mallar (mebelin, evin sığortalanması və s.); 

Malların təsnifatlaşdırılması zamanı aşağıdakıları ayırd edirlər: 

•  məmulatın  özünün  obyektiv  parametrləri:  keyfiyyət,  material,  rəng,  çəki, 

ölçü, xarici görünüş, siluet, qoxu, dad, konstruksiya; 

•  bazar  parametrləri:  qiymət,  rəqabət  qabiliyyətlilik,  seçimin  genişliyi, 

daşınmanın rahatlığı, malların cəlb ediciliyi; 

• istehlak prosesində istifadə olunan parametrlər: davamlılıq, qulluq etmənin 

sadəliyi, dəyişdirmə (əvəzləmə) müddəti. 



Beynəlxalq  ticarətdə  istifadə  olunan  malların  təsnifatı. 

Beynəlxalq  ticarət 

sistemində  digər  təsnifat  yanaşması  daha  geniş  yayılmaqdadır.  Bu  yanaşmanın 

ə

sasını aşağıdakı mal sinifləri təşkil edir: 



» Tək (nadir, fərdi) mal. Həm şəxsi təlabat mallarını, həm istehsal təyinatlı 

malları xarakterizə edir. 

»  Qrup  şəklində  mal.  Həm  şəxsi  istifadə  malları,  həm  də  istehsal  təyinatlı 

mallar  üçün  xarakterikdir  –  parfümeriya  dəstləri,  kompleksdə  fəaliyyət  göstərn 

maşın, qurğu, aqreqat sistemləri. 

» Mal – obyekt.  Məhsulların istehsalı və realizasiyasına sistemli yanaşmanın 

inkişaf  etdirilməsinin  zəruriliyi  iri  maddi  -  əşya  və  əmlak  resurslarının  vahid 

maliyyə, texnoloji və inzibati nəzarət altında cəmləşməsini tələb edir. 

» Mal – proqram. Bu xüsusilə aerokosmik biznes, avtomatlaşdırılmış idarə 

sistemləri,  robot  texnikası,  intellektual  və  biomühəndis  texnologiyaları  sahəsində 

yaradılan intellektual maldır. 

Gömrük  statistikası  məlumatlarının  formalaşmasında  əsas  mənbəni  yük  – 

gömrük  bəyannaməsi  təşkil  edir.  Yük  –  gömrük  bəyannaməsi  ölkələrin  gömrük 

sərhəddindən  malların  keçirilməsi,  malın  yerləşdiyi  gömrük  rejiminin  dəyişməsi 




 

zamanı və eləcə də mövcud qanunvericiliklə nəzərdə tutulan digər hallarda gömrük 

formallıqlarının yerinə yetirilməsi üçün istifadə olunan müəyyən olunmuş formaya 

malik  olan  rəsmi  sənəddir.  Yük  –  gömrük  bəyannaməsi  xarici  ticarətin  gömrük 

statistikasının  hazırladığı  əlamətlərin  siyahısını  özündə  saxlayır.  əlamətlərin  bu 

siyahısı  dövlət  hakimiyyəti  orqanlarının  və  ölkə  qanunvericiliyi  ilə  müəyyən 

olunmuş  digər  dövlət  orqanlarının  nəyin  və  hansı  həcmdə  (həm  natiral,  həm  də 

dəyər ifadəsində) idxal (ixrac) olunduğunu, verilmiş ölkənin partnyoru kimi hansı 

xarici ölkələrin çıxış etdiyini və bunun miqyasının necə olmasını, ölkələrlə xarici 

ticarət sövdələşmələri haqqında informasiyalarla təmin edir. 



Malların təsnifatı 

dedikdə, ixrac və idxal mallarının müəyyən əlamətlər üzrə 



alt qruplara, qruplara və bölmələrə

 bölünməsi başa düşülür. Mallar təsnifləşdirmə 

sxemi və mal nomenklaturalarını tərtib edənlər qarşısında duran vəzifələrdən asılı 

olaraq, istehsal sahələri üzrə, onların hazırlandığı materiallar üzrə, emal dərəcəsinə 

görə  və  s.  üzrə  qruplaşdırıla  bilər.  Qəbul  olunmuş  təsnifləşdirmə  sxeminə  uyğun 

olaraq,  bütün  mallara,  mal  qruplarına  və  bölmələrə  şifrələr  verilir.  Müvafiq 

təsnifləşdirmə  sistemi  üzrə  bölünmüş  mal  adlarının  siyahısı  mal  nomenklaturası 

adlanır.  Malların  nomenklaturasında  hər  bir  mal  növü  qəbul  olunmuş  təsnifat 

sisteminə  uyğun  olaraq  müəyyən  yer  tutur.  Beynəlxalq  təsnifatlar  və  mal 

nomenklaturaları  xarici  iqtisadi  əlaqələr,  o  cümlədən  xarici  ticarət  haqqında 

statistik  informasiyanın  sistemləşdirilməsi  üçün  təyin  olunmuşlar,  onlar 

informasiyanın  axtarışı  və saxlanılması üçün  əsas kimi  çıxış  edir.  Xarici ticarətin 

təhlili  üçün  onun  mal  qrupları  üzrə  bölgüsü  böyük  əhəmiyyət  kəsb  edir.  Mal 

qruplarının  qruplaşdırılması  bazasında  ölkələrin  xarici  iqtisadi  əlaqələrinin 

səmərəliliyinin  ən  mühüm  göstəricisi  olan  idxal  və  ixracın  mal  strukturu 

hesablanır.  MDB  ölkələri  üçün  ümumi  şəkildə  mal  strukturunun  öyrənildiyi  əsas 

maddələr aşağıdakılardır:                                                          

                                                                                                    

 

 

 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə