Microsoft Word umumdunya ticar?T t?Skilatina uzvuluyun az?Rbaycan iqtisadiy doc



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix20.09.2018
ölçüsü0,84 Mb.
#70016
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

 

Beləliklə,  xarici  ticarət  əlaqələrinin  inkişafının  nəzəri-metodoloji  prinsiplərinə 

ə

saslanaraq  müasir  dövrdə  dünya  təsərrüfat  sistemində  gedən  prosesləri, 



Azərbaycanın iqtisadi inkişaf xüsusiyyətlərini və istiqamətlərini nəzərə alaraq belə 

nəticəyə  gəlmək  olar  ki,  hazırda  ölkəmizin  xarici  ticarət  əlaqələri  aşağıda  qeyd 

olunan istiqamətlərdə təkmilləşdirilməlidir: 

-  ixrac və idxalın strukturunun diversifıkasiya məqsədilə təkmilləşdirilməsi; 

-  xarici  investisiyaların  ölkəyə  axınının  intensivləşdirilməsi  yolu  ilə 

iqtisadiyyatın bütün sahələrində texnoloji yeniləşmənin həyata keçirilməsi 

və istehsal-texnoloji proseslərin modernləşdirilməsi. 

Qeyd  olunan  istiqamətlərdə  səmərəli  xarici  ticarət  siyasətinin  həyata 

keçirilməsi üçün aşağıdakı bir sıra zəruri məsələlərin həlli vacibdir: 

-  beynəlxalq  bazarlarda  məhsulun  rəqabətqabiliyyətliliyinin  yüksəldilməsi 

məqsədilə  elmi-texniki  tərəqqinin  müasir  nailiyyətlərindən  maksimum  istifadə 

edilməsi,  standartlaşdırma  və  sertifikatlaşdırma  sahəsində  beynəlxalq  təcrübənin 

dərindən mənimsənilməsi; 

-  sahibkarlıq  subyektlərinin  beynəlxalq  bazarlara  sərbəst  çıxışının  təmin 

edilməsinin müxtəlif vasitələrlə dövlət tərəfindən stimullaşdırılması; 

-  sənaye  sahələri  ilə  yanaşı,  kənd  təsərrüfatının,  emaledici  və  xidmət 

sahələrinin də paralel inkişaf etdirilməsi; 

- müxtəlif iqtisadi vasitələr və mexanizmlərlə daxili bazarın qorunması. 

 

 

 

 

 

 

 

 

 



 

2.2. Xarici ticarət strategiyasında mal nomenklaturasının 

təsnifləşdirilməsinin normativ hüquqi bazasının tədqiqi 

 

Artıq  hamı  tərəfindən  birmənalı  şəkildə  qəbul  edilir  ki,  qloballaşma 

proseslərinin  intensivləşdiyi,  dünya  təsərrüfat  sisteminin  bütövləşdiyi  və 

beynəlxalq  iqtisadi  əməkdaşlığın  gücləndiyi  müasir  dövrdə  xarici  iqtisadi 

ə

laqələrin,  o  cümlədən  xarici  ticarətin  məqbul  vasitələrlə  genişləndirilməsi  və 



inkişaf etdirilməsi hesabına milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli 

inteqrasiyasına nail olmadan hər hansı bir ölkədə davamlı sosial – iqtisadi inkişafın 

təmin olunması sadəcə olaraq mümkün deyildir.  

Dünya  təcrübəsinin  təhlili  göstərir  ki,  müasir  dövrdə  beynəlxalq  iqtisadi 

ə

məkdaşlıq  sistemində  mövcud  olan  normaların,  qaydaların,  işgüzar  təcrübənin 



mənimsənilməsi 

zərurətini 

dərk 

etməyən, 



xarici 

iqtisadi 

fəaliyyətin 

tənzimlənməsinin hüquqi, inzibati – təşkilati və iqtisadi əsaslarının dünya təcrübəsi 

ilə  unifikasiyasına  cəhd  göstərməyən  istənilən  ölkə,  özü  iqtisadi  əməkdaşlıq 

potensialının tam şəkildə istifadəsinə əngəllər törətmiş olur. Məhz bu baxımdan da 

xarici ticarətin mal strukturunun təsnifatı və nomenklaturasının dünya təcrübəsi ilə 

uyğunluğunun təmin edilməsi əsasdır. 

Istənilən ölkənin iqtisadiyyatının fəaliyyəti ixrac və idxal olmadan mümkün 

deyildir. Bu baxımdan xarici ticarət dövriyyəsində iştirak edən malların siyahısının 

hər hansı bir sistemləşdirilmiş formada olması zəruridir. 

Beynəlxalq  ticarətin  iştirakçısı  olan  ölkələr  bir  –  birilə  sıx  ticarət 

ə

məkdaşlığı  qururlar  ki,  bu  da  müxtəlif  ölkələrdə  malların  idxal  rüsumları  ilə 



gömrük  tutulmaları  və  vergiləri  səviyyəsinin  müqayisə  edilməsinin  zəruriliyini 

şə

rtləndirir.  Buna  görə  də  ölkələr  həmişə  milli  gömrük  sistemlərinin 



unifikasiyasına çalışmışlar. 

Xarici  ticarətin  səmərəliliyinin  yüksəldilməsi  məsələsini  xarici  ticarət 

dövriyyəsinin optimal strukturuna nail olmadam yerinə yetirmək mümkün deyildir. 

Xarici  ticarət  statistikasında  xarici  ticarət  dövriyyəsinin  strukturu  ölkələrdə  qəbul 

olunmuş ixrac və idxal mallarının təsnifatları və nomenklaturalarına uyğun olaraq 



 

müəyyən  olunur.  Milli  gömrük  tariflərində  malların  təsnifatının  eyniliyini  təmin 

etmək  üçün  vahid  təsərrüfat  sisteminin  yaradılması  gömrük  qanunvericiliklərinin 

unifikasiya istiqamətlərindən biridir. 

Malların mövcud müxtəlifliyini sistemləşdirməyə daim təkmilləşməkdə olan 

elmi  təsnifatlar  kömək  edir.  Təsnifatlar  malların  keyfiyyətinin  və  çeşidinin  idarə 

olunmasında  mühüm  əhəmiyyətə  malikdir,  belə  ki  bu  malların  sistemləşdirilmiş 

öyrənilməsinə, ticarətin rasional təşkilinə, keyfiyyətə nəzarət üzrə işlərin səmərəli 

həyata  keçirilməsinə,  çeşidin  strukturunun  öyrənilməsi  və  formalaşdırılmasına 

kömək  edir.  Bundan  başqa,  malların  eynicinsli  qruplara  bölgüsü  aşağıdakılara 

imkan verir: 

•  malların  keyfiyyətinin  qrup  xarakteristikasını  aşkar  etmək,  hər  bir  mal 

qrupu üçün zəruri keyfiyyət nomenklaturasını müəyyən etmək, onlara olan ümumi 

tələbləri formalaşdırmaq, onların sınağının ümumi metodlarını hazırlamaq, onların 

qəbulu və keyfiyyətinə nəzarəti rasional təşkil etmək; 

• malın qruplar üzrə rasional uçotunu təşkil etmək; 

•  ümumi  xüsusiyyətlərə  (əlamətlərə)  əsaslanaraq  malların  rasional 

saxlanmasını təşkil etmək. 

Təsnifat  “təsnifatlaşdırma”,  yəni  obyektlər  çoxluğunu  qəbul  olunmuş 

metodlara  uyğun  olaraq  oxşarlıq  və  fərqlənməyə  görə  alt  çoxluqlara  bölünməsi 

sözündən  çıxır.  Çoxluğun  alt  çoxluqlara  bölünməsi  nəticəsində  ümumi  və  fərqli 

ə

lamətlərə  malik  ola  bilən,  qarşılıqlı  asılı  və  müstəqil  ola  bilən  təsnifat  qrupları 



yaradılır.  Obyektlər  çoxluğunun  bölünməsi,  onların  alt  çoxluqlara  bölünməsinə 

yanaşma üsulların məcmusu təsnifləşdirmə metodu adlanır. 

Təsnifatlaşdırmanan iki metodunu fərqləndirirlər: 

• iyerarxik; 

• faset metodu. 

Təsnifatlaşdırmanın  iyerarxik  metodu  verilmiş  obyektlər  (mallar) 

çoxluğunun asılı alt təsnifat çoxluqlarına (qruplarına) ardıcıl bölünməsini nəzərdə 

tutur.  Bu  metod  bir  neçə  təsnifatlaşdırma  pilləsinə  malikdir  ki,  bunların  da  sayı 

obyektlərin istifadə olunmuş ümumilik əlamətlərinin miqdarına bərabərdir. 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə