Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

141 
 
istifadədən  əvvəl kanifol sürtülür. Məsələ burasındadır ki, virtuoz 
skrıpka ifaçısı Paqanininin özü də, kanifolsuz skripka musiqi aləti 
qarşısında aciz qalardı. İstedad ayrı, istedada köməkçilər ayrı. 
Kamanla ifa olunan bütün musiqi alətləri iki aparıcıya 
möhtacdır. Kamanda - atın quyruq tükü, kamanla səslənməyə musiqi 
aləti simləri arasında - kanifol (kanifol küknar ağacından ayrılan 
kristallaşan maddədir. O şüşəyə  bənzər, kəhraba rəngli kütlədir). 
Heyranlıqla dinlədiyimiz klassik musiqi əsərlərində ifa olunan simli 
kamanlı musiqi alətlərinə heç fərqinə varmadığımız iki yoldaş ona, yol 
yoldaşlığı edir(kaman, kanifol). Bir maraqlı cəhət də ondan ibarətdir ki, 
elektro-texnika sənayesinin özü də, kanifolsuz, qalaysız acizdir. Bütün 
detallar arasında qalaylama prosesi kanifol və qalaysız mümkün deyil. 
Qalaylama vaxtı detal arasına kanifol, qalayın əriməsinə köməkçidir. 
* * * 
Tarixi mənbələrdən, yer üzündə insanlar min il, doqquz yüz il 
ömür sürərmişlər. O, ömür müddətini yaşayan insanlar ətrafa, təbiətə, 
canlı aləmə diqqətli yanaşaraq və müşahidə edə-edə, müddətləri ayırd 
edirdilər. 
Özləri min il yaşadığından, üç yüz il yer üzündə yaşayan quşa 
təəccüblə baxıb “bu quşlar, bu dünyanı  nə tez tərk edirlər?”- deyib 
düşünərdilər. Amma min illər, əsrlər keçə-keçə insan ömürləri tədricən 
qısalaraq azalmağa başladı. 
Yer üzündə, üç yüz il yaşayan qarğa, səs salıb, çığırır qarğa, 
insanlara qəribə baxıb, “bu insanlar, bu dünyanı  nə tez tərk edirlər?”-
deyə fikirləşir. Çox – cox sonrakı tarixi mərhələlərdə insan vücudu 
daxilində, bağırsaqlar sistemində “yoğun bağırsağın inkişafı, insan  
vücudunun  vaxtından  əvvəl yaşlaşmasına gətirib çıxartdı. Çünki, bu 
mərhələdən  əvvəl  insan vücudu daxilində bu, yoğun bağırsaq inkişaf 
etmədiyindən o insanlar uzunmüddətli yaşayış yaşayırdılar və “çox 
cavan” görkəm daşıyırdılar. 


142 
 
Nədən gəldik, nəyə çatdıq. Haradan gəldik, haraya çatdıq. 
Düşündürücü o haldır ki, min il yaşamış o insan, yüz il yaşaya bilmir bu 
insan! 
* * * 
Bir zəng düzəldin, zəng olsun! O, bəşəriyyətin-bəşəriyyətə zəngi 
olsun! Yer üzündə  zəng olsun, bəşəri faciələr vaxtı, bəşəriyyəti 
oyatmağa zəng olsun! 
Bir zəng düzəldin, zəng olsun! Bəşəriyyətə  səslənən, 
bəşəriyyətin zəngi olsun! Bəşəri faciələrdə-bəşər faciələrdə o zəng 
səslənsin, səs olsun, bəşəriyyətə  zəng olsun, oyanma olsun. 
Narkomaniyadan, uyuşdurucudan bir də  nələrdən, o faciələrdən 
bəşəriyyət uzaq olsun, bəşəriyyətin zəngi səslənsin, səs olsun! Kimsə 
gəlib bu bəşəriyyəti xilas etməyəcək! Bəşəriyyət - bəşəriliyini, 
insanlığını xilas edəcək! 
 
Yer üzü və insan faktoru. 
 
Min illərlə planetimiz dağıntılara, faciələrə, bir – birini 
əvəzləyən sağalmaz xəstəliklərə düçar olub. Bu hallar hələ  də davam 
etmədədir! 
    I.Etinasızlıqlarımız. 
Bu hallar arasında səbəbləri araşdırmaq istədim. Tarixlər, 
elmlər, müharibələr, inanclar da bəşəriyyəti birliyə gətirə bilmədi. 
Səbəblər nə idi? 
İnsanların bir – birinə qarşı etinasızlıqları, təşəkkürsüzlüyü, yer 
üzünə hakimi – mütləqlik iddiaları!  Ətrafa, varlıqlara etinasızlıqların 
nəticələri idi. İnsanlar arasına düşünülmüş yalan, iftira yaymaq ancaq və 
ancaq mə`də, pul, qanlı zorakılıqlar, elmsizlik, insanı insan qarşısında 
bir aciz qul qədərinə yendirmək məqsədi daşıyıb. Onların  əksinə isə, 
sağalmaz xəstəliklər, daşqınlar, uğursuzluqlar kainatdan bəşəriyyətə bir 
cəza kimi göndərildi. 


143 
 
Bunlar heç də ekologiya, təbiət hadisələri deyildi. 
Bunlar bəşəriyyətə xəbərdarlıqlar idi. 
    II. Borclu insan. 
Əsrlərlə  bəşəriyyəti o qədər ictimai davranış, düşüncə, 
zorakılıqlarla məcburi borclu ediblər ki, insan insanın, Kainatın 
qarşısında təfəkkürü və borcunun nədən ibarət olduğunu tamamilə 
unudub. Elə bir mərhələyə can atırıq ki, olan həqiqətləri də unudaq. Hər 
bir halın “sonsuz qədərində  dəyərsiz və  mənasızdır” anlayışlarına 
sürüklənirik.  İnsan fərqlərdə yox, FƏRDLƏRDƏDİR. O, daha da 
yüksəkliklərdədir. Amma ölçü və  məsafə me`yarına sığmayan insan 
“mən niyə yaranmışam” sualı ilə üsyana qalxıb. 
    III. Cahillik və kamillik. 
Cahillik kamillik qarşısında aciz olmalıykən, kamillik cahillik 
qarşısında aciz olubdur, sanki aradan uzaqlaşıb yox olubdur. 
Bəşər  bəşəri dərk etmək istəmir – bu, qəribədir! 
Bəşəriyyət arasından mehribançılıqlar uzaq olubdur – bu, 
qəribədir! 
Bəşər özünü bəşəriliyinin nədən ibarət olduğunu dərk edə bilmir 
– bu qəribədir! 
Yer üzündə olan dağıntılar gözü önündədir, görmək istəmir – 
bu, qəribədir! 
Bəşər bir – biri arasında sülhü görmək istəyir, sülhü görmək 
istəməyənlər  də var – bu, qəribədir! 
Qitələr dağıntılar arasındadır, sanki yer üzü sürünmədədir, bəşər 
bu halları dərk edə bilmir – bu, qəribədir! 
Bu dağıntılar – aramsız yağışlar, dözülməz istilər, səfalət, 
xəstəliklər bəşərə bir əlamətdir, dərk edə bilmir – bu, qəribədir! 
Çünki insanla insan arasında,  ətrafdakılara etinasızlıqların, 
təşəkkürsüzlüyün nəticəsidir – bu isə qəribə deyil! 
Fəsillər də daha insanlarla üz – üzə durmadadır!  İndiki 
mərhələdə (2007 – 2010 – cu illər) bütün tədavül vasitəsi olan pul sayı 
yerindədir, lakin insanın fəda olmaq istədiyi pul da ondan üz döndərir, o 


144 
 
da bir birliyə  yığışmır!  İnsanlar tədavül vasitəsi olan pul yoxluğunun 
üsyanına qalxıb! Sanki pul da yer üzündən üz döndərib. 
Bunlar isə ittiham deyil, nəticədir! 
Nə  qədər qərarlar, müzakirələr etsələr də, orada bəşəriyyət 
adına, “rifah və insan varlığı” anlayışı yoxdur, qitələr faciələrə 
bürəlidir. Bu gediş  və davranışlarla yer üzü bir cəhənnəmə dönür, 
bəşəriyyət sanki “qara varlığı” çağırmaqdadır. 
    IV. Xilas varmı? 
Yer üzü xilas ola bilərmi? 
Olar! 
Təşəkkürlümüdür insan: 
-əynindəki paltarına; 
-yeridiyi küçəsinə; 
-oturduğu stuluna; 
-ayağındakı ayaqqabısına; 
-bugünkü qidasına; 
-öz dostuna; 
-öz ərazisinə; 
-gecəsinə, gündüzünə; 
-yer üzünə... 
...Kainat, mələklər yaranmışlara rəhmlidirlər! Kainatdan 
müvəqqəti məhdudiyyətlər  məhrumiyyətlər deyil, mərhumiyyətlər isə 
məhdudiyyətlər deyil, ey bəşəriyyət!  
 
Nüvələr, Zərrələr, temperaturlar... 
Kainat boyu bütün planetlərin mərkəzində nüvə yerləşir. 
Nüvəsiz planet mövcud ola bilərmi? 
Nuvəsiz planet mövcud ola bilmir! 
Səbəb? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə