_______________ Milli Kitabxana _______________
494
61
Müştəri olarkən nilinə möhtac,
Nil çayında olsan, yükünü sən aç!
Beytdə Nil - sözünün iki mənasından istifadə edilmişdir. Birinci misrada nil - isti
ölkələrdə yetişən bitkidir ki, ondan nəqqaşlıq üçün mavi rəng hazırlayardılar.
İkinci misradakı Nil Misirdən keçən məşhur çayın adıdır.
62
Fələk yaqut rəngli camı uzatdı,
Bir udum içirdib yeri qızartdı.
Yaqut rəngli cam – günəş deməkdir. Beytin mənası: günəş çıxıb aləmi al rəngə
boyadı.
63
Qüstəntəniyyəyə birbaşa gəldi.
Qüstəntəniyyə - İstanbulun köhnə adıdır.
64
Əyyuqa yüksələn canlı vizələr,
Bayraq camlarını qızartdı yeksər.
Əyyuq - kəhkəşanda olan bir ulduzun adıdır. Məcazi mənada nizələrin çox yüksək
qaldırıldığı bildirilir.
65
Pilpayı qaldırıb Bəhrama çaldı...
Pilpay sözünun lüğəti mənası fil ayağı deməkdir. Orta əsrlərdə pəhləvanların
döyüşdə işlətdiyi əmud şəkilli hərbi silahdır.
66
Bu
dünya
minmişdir ala bir ata,
Güman var ki, bu at çox təpik ata.
Dünyanın ala ata minməsi gece və gündüzə işarədir. Beytin mənası: ağ və qara
rəngli olan (ikiüzlu) bu dünyada hələ çox fəlakətlər baş verə bilər.
67
Ay
yüksələn zaman Balıq burcündən,
Pərviz Şah bürcündə salmışdı məskən.
Balıq bürcü - səmada on iki bürcdən sonuncusudur. Ay öz hərəkəti zamanı bu
bürcdən keçir. Yuxarıdakı beytdə Nizami Xosrov Pərvizin Şah bürcundə (yəni qalada)
məskən saldığını göstərir.
Bu səhifədə Nizami ulduzlar aləmindən bəhs edərək günəş və onun ətrafında
hərəkət edən səyyarələrin bürclərdən keçməsini və bir-biri ilə qarşılıqlı əlaqələrini
təsvir etmişdir.
68
Sövr Zöhrə ilə, Xərçəng Bürcislə,
Səadət yayırdı Təsiis Təsdislə.
Burada Sövr - Ökuz bürcü, Zöhrə - Venera səyyarəsi, Xərçəng bürc adı, Bürcis -
Yupiter səyyarəsidir. Bu səyyarələrin göstərilən bürclərdən keçməsi guya yerdə səadət
yaradarmış, Təslis - üçləşmə, Təsdis - altılaşma deməkdir.
69
Gah badamdan qəndə su çiləyirdi,
Gah fındığı innabla dişləyirdi...
_______________ Milli Kitabxana _______________
495
Burada badam - göz; qənd - yanaq; fındıq - dodaq deməkdir. Beytin mənası: Şirin
göz yaşı ilə üzünü isladır və ara-sıra dodağını dişləyirdi.
70
Yuxusuz
gözünə səpirdi duzu,
Nərgizdən laləyə axıdırdı su.
Bu beytdə bədən üzvləri çiçəklərə bənzədilmişdir. Burada nərgiz — göz, lalə - üz
deməkdir.
Beytin mənası: yuxusuz qalaraq ağlayır və gözlərindən axan yaşla yanağını
isladırdı.
71
Qarınqulu olma gücsüz bir qurdtek,
Yeməkdə belini qarışqatək çək.
Burada qurd sözü həşərat mənasında işlənmişdir. Təşbeh üsulu ilə şair qarınqulu
olmamağı, qarışqalar kimi beli incə saxlamağı tövsiyə edir.
72
Necə oğulsan ki, hörmət edirsən
Atam öldürən bir hinduya sən?
Hindu sözünün üç mənası var: I hindli, II - qara, III - quldur. Nizami həmin
beytdə hindu sözünü üçüncü mənada işlədərək dünyanı can alan ğuldura bənzətmişdir.
73
Gülgünün
belinə yəhər qoyuldu,
Şapur, rikabında bir kölgə oldu.
Rikabda getmək atlının arxasınca getmək deməkdir. Yeni Şapur Gülgünə minən
Şirinin ardınca getdi.
74
"Gənci-gav" başladı, coşdu üfüqlər,
Yer öküzün verdi, nisar etdi zər.
"Gənci-gav" orta əsrlərdə Azərbaycanda musiqi ilə oxunan havalardandır. Lüğəti
mənası "öküz xəzinəsi" deməkdir. Beytin ikinci misrasında "öküz" və "zər" sözləri də
həmin "Gəncigav"la bağlıdır.
Beytin mənası: "Genci-gav" havasını şövqlə oxumağa başlarkən dünya cuşa gəldi.
75
"Naqusi"
və "Övrəng" çalınan zaman,
Zəng səsi qalxırdı övrəng taxtından.
Bu səhifədəki beytlərdə işlənən istilahlar orta əsr musiqi havalarının adlarıdır ki,
tərcümə edilməmişdir. Bu beytdə "Övrəng" sözü həm musiqi havası, həm də şah
taxtına işarədir.
76
"Sazi-novruz"unu
çalanda
tamam...
Bəzi nüsxələrdə "Nazi-novruz" getmişdir.
77
"Kini-Səyavuş"a vuranda barmaq
Səyavuş qanıyla dolurdu qulaq.
"Kini-Səyavuş" bir musiqi ahənginin adıdır. "Şahnamə" surətlərindən biri olan
Səyavuşun adı ilə bağlıdır. İran padşahı Keykavusun oğlu Səyavuşun başı Turan
padşahı Əfrasiyab tərəfindən kəsildiyindən Keykavus və əfsanəvi
_______________ Milli Kitabxana _______________
496
pəhləvan Rüstəmi-Zal onun qisasını almaq üçün "Kini-Səyavuş" deyə böyük
müharibələrə girişmiş, beləliklə də, İran - Turan müharibələri bir az da qızışmışdı.
Beytin mənası. "Kini-Səyavuş" havası çalındıqca onlar böyük həvəslə qulaq asır
və cuşa gəlirdilər.
78
"Kini-İrəc"inə açanda meydan,
Qisasa başlardı təzədən cahan.
"Kini-İrəc"də bir musiqi ahənginin adıdır. "Şahnamə" surətlərindən İrəcin adı ilə
bağlıdır. Dəmirçi Gavə Zöhhakı taxtdan salıb, Cəmşid nəslindən Firidunu taxtda
oturtdu. Firidunun üç oğlu oldu: İrəc, Tur və Səlm. Firidundan sonra Tur Səlm ilə
birləşib şahlığın yaxşı hissəsinə varis olmuş qardaşları İrəci öldürmüşdülər. Sonra
İrəcin oğlanları atalarının qanını almaq üçün "Kini-İrəc" deyə əmiləri ilə müharibələr
aparmışdılar.
Beytin mənası: "Kini-İrəc" havası o qədər gözəl çalınırdı ki, eşidənlər qisas almaq
üçün cuşa gəlirdilər.
79
Arvad
bir
güldana
əkilmiş güldür,
Bayırı gözəldir, içisə "güldür.
Bu beytdə gül sözunün iki mənası var. Cinas yerində işlənmiş bu söz birinci
misrada gəfil, ikinci misrada hiylə, kələk mənası verir. Atalar sözündə gül vurmaq -
aldatma deməkdir.
80
Sol böyürdən olmuş qadın, deyirlər,
Soldan sağı ummaq olarmı məgər?
Dini əfsanəyə görə, Allah qırx gündə Adəmi palçıqdan yaratmış və sonra tək qalıb
darıxdığı gördükdə onun sol qabırğasından Həvvanı vücuda gətirmişdir.
Beytin mənası: qadın sol (eyri) böyürdən yarandığı üçün ondan düzlük gözləmə!
Fars dilində çəp (sol), rast (sağ) sözləri eyni zamanda əyri və düz mənası verir.
81
Üz
qoymaq
istəsə ay üzə əgər,
De: şah olarmı heç rüxə bərabər?
Bu beytdə işlədilən şah və rux sözləri ikimənalıdır. Beytin birinçi mənası: Şah
Xosrov, Şirinin ay üzünə üz qoymaq istərkən onun şahlığı Şirinin camalına dəyməzdi.
Şahmat oyununda rux top fıquruna deyilir. (Farsça lüğəti mənası isə yanaq, üz
deməkdir). Bu nöqteyi-nəzərdən, beytin ikinci mənası belə olur: top topla yanaşı
durduğu zaman şah mat qala bilər.
82
Çənədən top qapmaq istəyən zaman
Üzümdəki saçdan yeyəçək çövkan.
Beytdə orta əsrlərdə at üstündə oynanılan "küy və çövkan" oyununa işarə edilir.
Nizami Şirinin çənəsini topa (guy), onun saçlarını isə çövkana (ucu eyri ağaca)
bənzətmişdir.
Dostları ilə paylaş: |