_______________ Milli Kitabxana _______________
500
Ütarid kiçik səyyarədir; o, günəşə çox yaxın olduğundan həyat əlamətlərindən
məhrumdur.
108
Səğlab banusiydim - bir gözel çiçək,
Qalmışam şüşədə indi gülabtək.
Səğlab - Danub çayı sahilində yaşamış slavyan tayfasıdır ki, bu tayfanın gözəlləri
nümunə kimi göstərilmişdir. Banu - xanım deməkdir.
109
Hindularım hələ atəşpərəstdir.
Sərxoş türklər kimi gözlərim məstdir.
Burada qara gözlərim mənasında işlədilmiş hindularım - Şirinin hiddet və
qəzəbini ifadə edir.
Beytin mənası: qara gözlərim od saçır, onlar sərxoş türklər kimi məstdir (yəni
onlardan xəta baş verə bilər).
110
Maral gözlərimə çox həsrət çəkər,
Tökər kirpiyimdən tiryək yox, zəhər.
Tiryək iki mənalı sözdür. O, həm insanı məst edici zəhərli maddə, həm də ilan
zəhərini məhv edən dərmandır. Bu beytdə ikinci mənada işlənmişdir.
111
Şirinə şəkərdən dəm vurma, bir bax,
Qəssabdan qəsəbbaf durur çox uzaq.
Qəsəbbaf - kətan toxuyan.
Beytin mənası: Qəssabla qəsəbbafı müqayisə etmək Şirinlə Şəkəri müqayisə
etməyə bənzər. Yəni - Şirin Şəkərdən üstündür.
112
Qazandakı hələ bişməyib, xamdır,
Halva hazır deyil, iş natamamdır.
Beytin mənası: sənin şüurun həle yetişməyibdir, sən helə kamil deyilsən.
113
Belə yumşaqlıqla sərtlik nə gərək?
Qaquma yaraşmaz olsun kirpitək.
Qaqum - yumşaq dərili sincabdır (dovşan fəsiləsindən). Beytin mənası: sən
qaqum kimi yumşaq ikən, kirpi kimi iynəli olma (sancma).
114
Ləli uzərindən mərcanı açdı.
Gövhərləri düzdü, mirvari saçdı.
Yəni Şirin sözə başladı.
115
Qalmadı şüardan bir "şəir" də tək,
Ərəbcə bilmirsən - bir "arpa" demək.
Burada şüar sözü şəir (arpa) sözü ilə qarşılaşdırılır.
Beytin mənası: verilən vədələrdən bir arpa qədər də əlamət qalmadı.
116
Yüz
Yusif
yuxusu
əzbərin olsa,
Yenə də hamansan, eşşək və İsa.
"Yusif və Züleyxa" dastanmda Yusif həbsdə ikən məhbusların yuxusunu yozur və
hadisələr də onun dediyi kimi baş verir. Sonra Əzizi-Misr yuxu görür. Yusif onun da
yuxusunu düz yozub ölkəni üz verəcək qəhətlik və fəla-
kətdən xilas edir. Buna görə də yuxu yozmaqda Yusif şöhrət tapır. İsa peyğəmbər isə
həmişə eşşək minib gəzərmiş, məlumdur ki, kimin minməyindən asılı olmayaraq
_______________ Milli Kitabxana _______________
501
eşşək yenə də eşşəkdir. Bu barədə, Nizami kimi, Sədi Şirazi də demişdir: İsanın
eşşəyini Məkkəyə də aparsalar, yenə də hacı olmayıb, eşşəkliyində qalar.
117
Bir deyləm idin sən, indi şah oldun,
Baltanı sataraq bir nizə aldm.
Deyləmilər Gilan vilayətində hərbcu bir tayfanın adıdır. Eyni zamanda deyləm
qul mənası verir. Yəni sən qul ikən şahlıq rütbəsinə yüksəldin.
118
Babil Harutusa onun camalı,
Hindu cadugərsə o qara xalı.
Beytin mənası: camalı mələk qədər gözəl idi, qara xalı sehrlər yaradırdı.
119
Şirin bu səfram özü duymuşdu.
Şəkərin altına sirkə qoymuşdu.
Səfra - sarılıq və ödə işarədir. Məlum olduğu kimi, öd acılıq əlamətidir. Beytin
mənası: Şirin bu acılığı özü yaradırdı, o, şirin dilinin altına sirkə tökmüşdü; yəni: Şirin
nazlanaraq qəsdən acı danışırdı.
120
Yarımcan quş kimi səndələyirdi,
Nərgizdən səmənə dürr ələyirdi.
Nərgiz - göz; səmən - yanaq; dürr - göz yaşı deməkdir. Beytin mənası:
həyəcandan çırpmaraq gözlərindən yanaqlarına inci danələri axıdırdı (ağlayırdı).
121
Manqala
dönmüşdu əlindəki ud,
Könüllər yanırdı onda, sanki ud.
Ud sözünün iki mənası var. O həm çalğı aləti, həm də ətirli maddə adıdır. Beytin
mənası: Onun əlindəki ud (çalğı aləti) manqal xasiyyəti daşıdığından ud (ətirli maddə)
kimi öz nəğməsilə könülləri yandırırdı.
122
Barbədlə çənk səsi axıb, muxtəsər,
Tük ilə rəng kimi birləşmişdilər.
Nizami bu beytdə musiqi sənəti ilə rəssamlıq sənətini yanaşı qoymuşdur.
123
Sənin şəkər dolu dodaqlarından
Qeyri, badamıma olmaz toxunan.
Beytin mənası: mənim gözlərimdən öpməyə ancaq sənin ixtiyarm vardır. Bu
səhifədəki beytlərdə Şirinin bədən üzvləri müxtəlif meyvələrin adı ilə ifadə
edilmişdir:
Badam - göz; püstə, innab - dodaq; nar, narınç - məmə; alma - yanaq və s.
124
Pis
gözdən gizlənən abi-həyattək
Məndən yayınmısan, bu nəyə gərək?
Abi-həyat - dirilik suyu; guya insanların gözündən iraq yerdə - zülmətdə imiş,
ancaq Xızr bu sudan içərək, ölməzlər cərgəsinə daxil olmuşdur.
_______________ Milli Kitabxana _______________
502
125
Sərxoş əyyar kimi göstərib ülfət,
Səcdə etdi şaha o gözəl afət.
Əyyar - olduqca çevik, sürətlə qaçan, bacarıqlı, əlindən hər iş gələn adama
deyilir.
126
Yenə Xosrov dedi: "Bu ulduz cinni,
Nəyə minmiş, söylə, bir kəs bilirmi?"
Ulduzun cirmi - onun kütləsi deməkdir. Xosrov bilmək istəyir ki, ulduzları
fəzada saxlayan qüvvə nədir.
127
Çoxları bu işə meylini vermiş,
Rəsəd göstərdi ki, mahaldır bu iş.
Rəsəd - ulduzlar aləminin tədqiqi deməkdir. Buna görə də rəsədxana müasir elmi
dildə observatoriya adlanır.
128
Qolu
yorulsa
da,
zillət çəkərək
Tutub küngürədən yapışar bərk-bərk...
Küngürə - qala divarlarının üstündə olan diş-diş çıxıntı. Yıxılmamaq üçün bu
"diş"dən tutan adamın qüvvədən düşüb onunla birlikdə yıxılacaqı göstərilir.
129
Büzürgümid
birdən açıldı gültək,
Qırx məna açdı, qırx nağıl deyərək.
Büzürgümid bu beytdən sonra məşhur hind əfsanəsi, alleqorik təmsillərdən ibarət
olan "Kəlilə və Dimnə"dən ibrətamiz hekayətlər söyləməklə şaha təsir göstərir.
130
Fələklər zicini cədvəlbəcədvəl,
Fikrin üstürlabı eyləmişdir həll.
Ziç - ulduzların mövqeyini və səyyarələrin mədarım göstərən cədvəl, ustürlab
həmin cədvəli tərtib etmək üçün xüsusi alətdir.
131
Xətləri müxtəlif olan nöqtədən,
İlk gələn hərəkət “Əlif”di bil sən.
Əlif - ərəb (fars) əlifbasının ilk hərfinin adıdır. Bu hərf iki nöqtəni birləşdirən düz
şaquli xətdir. Sonrakı beytlərdə xətlərin çarpazlaşmasından cisimlərdə səth (bəsit) və
həcmin yaranması göstərir,
132
Dünya Zöhhak kimi qan içəndir, qan!
Sənə öz arxandan yaratdı ilan.
Firdovsinin "Şahnamə" əsərində təsvir etdiyi qaniçən Zöhhaka işarədir. Zöhhak
çiyinlərindən çıxan ilanlara insan beyni yedirərmiş. Beytin mənası: bu qaniçən dünya
sənin qatilin olmaq üçün öz belindən bir ilan yaratdı.
Burada ilan - Xosrovun Məryəmdən olan oğlu qatil Şiruyəyə işarədir.
133
Quyuya düşsən də, olma pərişan,
Yusifi xatırla, təmkinlə dayan!
Beytdə məşhur "Yusif və Züleyxa" dastanına işarə edilir. Yusifi öz qardaşları
paxıllıqdan quyuya salıb getdikdən sonra tacirlər quyu başına gəlir və
Dostları ilə paylaş: |