_______________ Milli Kitabxana _______________
497
Beytin mənası: mənim çənəmə əl vurmaq istəyən (Xosrov) saçlarımdan zərbə
yeyər.
83
Hindlitək eylədi səcdə pəriyə,
Sanki Ütariddi o, Müştəriyə.
Bıırada hindlilərin buddaya və mələk heykəllərinə səcdə etməsi ən kiçik olan
Ütarid (Merkuri) səyyarəsinin ən böyük səyyarə olan Müştəriyə (Yupiterə) münasibəti
kimi göstərilir.
Beytin mənası: Xosrov, hindlinin buddaya pərəstiş etdiyi kimi ona baş əydi, bu
zaman Şirinin qarşısında özünü çox kiçik gördü.
84
Həndəsə elminde xariqə saçar,
"Məçəsti", İqlidis sirrini açar.
İqlidis (Evklid) - qədim Yunanıstanın ən böyük riyaziyyatçılarındandır;
riyaziyyatın banisi hesab olunur. "Məcəsti" - Bətlimusun (Ptolomey) dünyanın
quruluşu haqqında yazdığı əsərinin adıdır.
85
Div
dəmirdən qorxar, çadu südabdan...
Südab - pis iy verən bir aqac növüdür, sehrlə məşğul olanlar onun iyindən
xoşlanmazlar.
86
Pərviz, Şirin, Fərhad - bu sözlərin, bax,
Hərəsinin vardır beş hərfi ancaq.
Ərəb əlifbasında səsli hərflərin bəzisi düşdüyü üçün bu adların hər birisi beş hərflə
yazılır.
Beytin mənası: nə üçün adlarda hərflərin miqdarı eyni olduğu halda, biri bədbəxt,
digəri xoşbəxtdir?
87
O xəznə altında olmuşdu səqət...
Səqət olmaq - xarlıqla ölmək, gəbərmək deməkdir.
88
İsa kimi girər elə bir deyrə,
Görünməz, düzülsə çıraq hər yerə.
Deyr - monastır, kilsə deməkdir.
89
Bu çöl torpağında çox qan axmışdır,
Sanma bir Səyavuş yerdən qalxmışdır.
Səyavuş Firdovsinin məşhur "Şahnamə" əsərinin surətlərindən olub, İran padşahı
Keykavusun oğludur.
Beytin mənası: bu çöl torpağına axan qanlardan canlı adamın dünyaya gələcəyinə
ümid etmə!
90
Turuncdan
qaçmasan
Yusiftək əgər,
Züleyxa narınctək səni tez kəsər.
"Yusif və Züleyxa" dastanına işarədir. Poemada Yusifin eşqində Züleyxanı
töhmətləndirən qadınlara cavab olsun deyə, Züleyxa onları narınca qonaq edir və
qadınlar narıncı kəsdikləri zaman Yusif otağa daxil olur. Qadınlar Yusifin gözəlliyinə
heyran qalıb narınc, əvəzinə barmaqlarını kəsirlər.
_______________ Milli Kitabxana _______________
498
91
Göy Nəsri-tayiri sənə vurulmuş...
Nəsri-tayir - səmada yanaşı iki işıqlı ulduzun biridir.
İkincisi Nəsri-vaqe adlanır. İslamdan qabaq ərəblər bu ulduzlara sitayiş etmişlər.
92
Məryəmtək o Məryəm oruc tutaraq,
Şahın şəgərindən düşdü çox iraq.
Necə çəng-Məryəmdən qurtarar zahı,
Məryəmdən qurtardı dünyalar şahı.
Məryəmin vücudu köçdü aləmdən,
Məryəm ağacıtək şah çıxdı qəmdən.
Bundan sonrakı sətirlərin bir çoxunda Xosrov Pərvizin arvadı Məryəm İsanın
anası Məryəmlə müqayisə edilir. Məryəmin oruc tutması, Məryəm aqacı - ikinci
Məryəmlə əlaqədardır.
Beytlərin mənası: arvadı Məryəm vəfat etdikdə Xosrov sevindi və azad nəfəs
almağa başladı. Cəngi-Məryəm bitki adıdır, doğuşu çətin keçirən hamilələrə
verərmişlər.
93
Bu
dünyanın vardır ikiçə rəngi:
Bəzən rumlu olur, bəzən də zəngi.
Klassik poeziyada rumlu - ağ rəng, zəngi - qara rəng mənasında işlədilmişdir.
Burada dünyanın ikiüzlü olmasına da işarə edilir.
94
Zamanın Cəmşidi, dünya günəşi
Örtüb çadırıyla Bənatünnəşi.
Beytin mənası: günəş çıxan zaman öz nuru ilə ulduzlar üzərinə bir pərdə çəkdi.
95
Yaxşısı budur ki, Məryəmi unut,
İsaya dönsən də, qayıtmaz vüçud.
Birinçi misrada adı çəkilən Məryəm Xosrovun vəfat etmiş arvadıdır. Dini
əfsanəyə görə, İsa peyğəmbər ölüləri dirildə bilərmiş.
Beytin mənası: arvadın Məryəm ölmüşdür. Əgər Ölüləri dirildə bilən İsa da olsan,
onu bir də geri qaytara (dirildə) bilməyəcəksən.
96
Elə ki bəzmdən əl üzdü Məryəm,
"Məryəm bəzmi" kimi şah oldu xürrəm.
Beytin mənası: Məryəm şadlıq məclisindən əl uzən zaman şahın kefı açıldı, şad
oldu.
97
O taxt taxt deyildi, bir asimandı,
O şah şah deyildi, sahibqərandı.
Sahibqəran - qərinə, əsr sahibi deməkdir. Şair burada şahın taxtını səma qədər
yüksək, özünü isə zəmanənin ağası kimi mübaliğə ilə göstərir.
95
Gecə qaranlıqdı, Dağın üstünə,
Sanki qara qarğa qonmuşdu yenə.
Nizami öz əsərlərində gecənin qaranlığını çox zaman qara qarğaya bənzətmişdir.
_______________ Milli Kitabxana _______________
499
99
Təbilçi əlini vurmuşdu ilan,
Ulduz ayağına batmışdı tikan.
Səhər açılanda təbil vurulur, həm də ulduzlar uçurlar. Burada şair demək istəyir
ki, elə bil ulduzların ayaqlarına tikan batıb, uçmur, təbilçinin də əlini ilan vurub,
səhərin açılmasını xəbər vermir.
100
Nə Zənd oxumağa möbiddə dil var,
Nə qanad çalmağa mayildi quşlar.
Nizami bu və bundan sonrakı beytlərdə səhərin açılmadığını göstərir.
101
Qızıl bayrağını açanda aləm
Dağılmış qoşuntək qaçıb getdi qəm.
Burada aləmin qızıl bayrağı ifadəsi günəşə, dağılmış qoşun ifadəsi ulduzlara
işarədir.
Beytin mənası: sohər günəş doğan zaman ulduzlar yoxa çıxdığı kimi, Xosrovun da
qəmi dağılıb getdi.
102
Gaviyan
bayrağı çox ucalmışdı,
Şahın ay üzunə kölgə salmışdı.
Gaviyan bayrağı əslində Drəfşi-Gaviyani tərkibi ilə ifadə edilmişdir. Drəfşi-
Gaviyan "Şahnamə"dəki Gavənin dəri döşluyünə verilən addır. Beytin mənası: şahın
bayrağı ucalaraq, onun üzünə kölgə saldı.
103
Şaxtanın gücündən donmuşdu hər yan,
Qılınc yaradırdı ipək sulardan.
Beytin mənası: şaxta o qədər şiddətli idi ki, ipək kimi olan sular donaraq nizə və
qılınca oxşayırdı.
104
Qəmari ud yanır, ağac qovrulur,
Elə bil yağırdı havadan kafur.
Qəmari ud - Qəmər yerinə məxsus ud, ətirli maddə.
Kafur - kamfora - xoş ətrə işarədir.
Beytdə təbiətin ruh oxşayan bir zamanı olduğu qeyd edilir.
105
Şəfəq təbibləri girdi meydana,
Çərtib boyadılar onu al qana.
Beytin mənası: səhər açılarkən üfüq qan rənginə boyandı.
106
Tündlükdən əl çəkib, bir az yumşalsam,
Dünyada Veysətək olaram bədnam.
Fəxrəddin Gürganinin "Veys və Ramin" poemasındakı Veysə işarədir,
107
Ütarid cüt bürclü olsa, yeri var.
Sən günəşsən, sənə bir bürc yaraşar.
Nücum elminə görə: səyyarələrdən Ütarid (Merkuri) Öz hərəkəti zamanı Cövza
(Əkizlər) və Sünbülə bürclərindən keçdiyi halda, Günəş ancaq Əsəd (Şir) bürcündən
keçir.
Dostları ilə paylaş: |