Microsoft Word Yaqub-ii kitab-son-30-12-08. doc



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə12/65
tarix20.08.2018
ölçüsü1,58 Mb.
#63650
1   ...   8   9   10   11   12   13   14   15   ...   65

ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
45 
Adəm ol candır ki, günəş üzüdür.(92,585)  
 
Müəllif  İnsanı mahiyyətcə ilahi varlıqla eyniləşdirərkən töv-
hidi təsəvvür və deyimlərdə yalnız Allaha aid edilən bir sıra 
termin səciyyəli ad və anlayışlardan istifadə edir. Məsələn: 
Həqq”, “zat”, “vücudi-mütləq”, “fərdi-mütləq”, “vacib”, “fai-
li-mütləq”, “rəhman”, “rəhim”  və s. Bu cür sinonim bolluğu 
Tanrıya verilən ad və epitetlərin çoxluğu ilə bağlıdır: 
 
 Vəhdəhü laşərik ilə şübhəsiz iştə zatəm,  
 Yəni ki, ibtidasız zatəmü həm sifatəm.(92,397) 
 ...Faili-mütləqəm mən, həqləyəmü Həqəm mən,  
 Də’vidə ismi-məf’ul mə’nidə failatəm.(92,397) 
 ...Çərxi-məəlləq mənəm, faili-mütləq mənəm,  
 Həqq iləyəm Həq mənəm, ayət ilə bəyyinat.(92,494) 
  
 ...Nəsiminin vücudi Fərdi-mütləq,  
 Bu tövhidin əhəddəndir əsasi.(94,86) 
 ...Mən Vücudi-mütləqəm, mütləq dedim 
 Həq tanıqdır, Həq bilir ki, həq dedim.(94.301)  
 
 Birinci  beytdə  İnsanın ilahi varlıqla eyniliyi təkcə  dərk-
olunmaz, lakin əzəli və  əbədi xislətə malik “zatəm”  ifadəsi ilə 
deyil, həm də müsəlmanların gündə beş vaxt namaz zamanı zikr 
etdikləri  “vəhdəhü-laşərik” (“O təkdir,  şəriki yoxdur”)  təbiri ilə 
də iqrar olunur.  
 Yuxarıdakı misralardan da göründüyü kimi Nəsimi çox 
zaman I şəxsin  -“Mən-in dilindən danışır. Zahirən elə  gəlir ki, 
Haqqın özü və ona aid sifətlərin daşıyıcısı kimi hürufi şair yalnız 
özünü nəzərdə tutur. Lakin bu üsul Nəsimidə fikrin bəyanı üçün 
yalnız üslubi bir bədii fənddir.  Əslində isə  həmin I şəxsin - 
“Mən”-in arxasında dayanan subyekt qrammatik əlamətdən fərqli 
fəlsəfi-poetik ünvana malikdir. Daha doğrusu, şair az-az hallarda 
“Mən”-dedikdə şəxs kimi bilavasitə özünü nəzərdə tutur. Onun I 
şəxsi -Məni isə çox zaman İnsan və ya İnsani-kamilə bərabər-
Yaqub Babayev 
 
46 
dir. Həmin  “Mən” isə  həm surət, həm məna etibarı ilə Haqq 
olmaqla bərabər, həm də Haqqı əyan və onun varlığını isbata yeti-
rən dəlil kimi dərk edilir:  
 
Mən surəti-mə’nidə Həqəm Həq  
Mən Həqqi əyan, əyan mənəm mən (92,337). 
Yuxarıda verdiyimiz misaldakı  “Həq iləyəm, Həq mənəm, 
ayət ilə beyyinat” misrasında da eyni fikrin bədii ifadəsini görü-
rük. 
 Şair bu yönümdəki məramını Quranın müvafiq ayəsi ilə  də 
təsbitə çalışır: 
 
 
 Ayəti”inni-ənallah”əm, bu narin nuriyəm,  
 Həm münacatü təcəlli, həm Kəlimin Turiyəm.(92,423) 
 
 Sənətkarın fikrincə Quranın “Ən-nəml” (“Qarışqalar”) surə-
sinin 9-cu ayəsindən götürülmüş  “inni-ənallah”əm (“mən Al-
laham”)ifadəsinin həm də  İnsana mənsub edilməsi məntiqcə 
Allahla İnsanın vahid həqiqət olduqlarının təsdiqidir.Bu fikir: 
 
Məndən mana mə’nidə müqərrəb,  
Bu surət ilə yəqin Xudasan-(92,544) 
 
beytində həm birbaşa (“Xudasan”), həm də dolayısı ilə (“Məndən 
mana mə’nidə müqərrəb”) ifadə edilir. Ikinci fikir Quranın “Qaf” 
surəsinin 16-cı ayəsi ilə bağlıdır:”Biz ona şah damarından da 
yaxınıq”  - anlayışını  bəyan edən Allah kəlamında onun İnsana 
yaxınlığının dərəcəsi Nəsimiyə uyğun mətləbi bir başqa səmtdən 
də irəli sürməyə əsas vermişdir. 
Sənətkarın  “ənəlhəq” (mən həqqəm”) ideyasına münasibəti 
də radikallığı ilə diqqəti cəlb edir. Hürufilərin və  Nəsiminin bir 
məfkurə himni kimi Həllac Mənsurdan  əxz etdikləri  “ənəlhəq” 
şüarına və etiqad termininə  şairin lirikasında özünü və ümumiy-
yətlə, İnsanı təqdim epiteti kimi tez-tez rast gəlirik. Bu şüar əslin-
də Nəsiminin şair, filosof və İnsan “mən”inin başlıca qayəsidir: 
 
 


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
47 
 Daim ənəlhəq söylərəm, həqdən çü Mənsur olmuşam,  
 Kimdir məni bərdar edən, bu şəhrə məşhur olmuşam. 
(92,429) 
 
Bulmuşam həqqi, ənəlhəq söylərəm,  
Həq mənəm, həq məndədir həq söylərəm,  
 Gör bu əsrarı nə müğləq söylərəm,  
 Sadiqəm qövlümdə, səddəq söylərəm. (92,600) 
  
Tam ciddiyyət və  sədaqətlə söylənən bu “ənəlhəq” andı o 
əqidə və inamla bağlıdır ki, İnsanın mənəvi və cismani varlığında 
Həqdən kənar heç nə yoxdur:  
 
Ey Nəsimi, sən degilsən, cümlə oldur, cümlə ol,  
Ol kim aydır bu zəminü asimanın nuriyəm.(92,422) 
 
Böyük iman şairi C.Rumi də “Hər şey odur”, yəni elə Tanrı-
nın özüdür devizini qəbul edirdi. Çünki hər iki sənətkar  “leysə 
fiddar”(“evdə ondan başqa ev sahibi yoxdur”) inamına malik idi 
və vücud evində Haqdan qeyri heç nə görmürdülər: 
 
 
 Zikrim ənəlhəqdir mənim, doğru sözüm həqdir mənim,  
 Darın içində qeyrühü həm “leysə-fiddar”olmuşam. 
(94,120) 
 
Bəşəri həqiqətin mahiyyətcə ilahi həqiqət kimi dərki və qəbu-
lu hürufi Nəsimini son nəticədə ona gətirib çıxarır ki, elə  İnsan 
özü də Xaliq kimi səcdəyə layiq bir varlıqdır. Ona səcdə etməyən 
isə münkir və şeytandır: 
  
Sənsən, ey surəti-Allah ilə Rəhman, məscid 
Qılmayan səcdə sana div ilə şeytan demişəm. 
(94,128) 
 
İnsanın səcdəyə layiq olması fikri Quran ayələri, o cümlədən
”Əl-Bəqərə” (“Inək”)  surəsinin 34-cü ayəsindəki  “Biz mələk-
Yaqub Babayev 
 
48 
lərə:”Adəmə  səcdə edin!” dedikdə, Iblisdən başqa hamısı  səcdə 
etdi”hökmü və xəbəri ilə də möhkəmləndirilir. Madam ki, Allah 
özü mələklərə və başqa məxluqlara “Adəmə səcdə edin!” əmrini 
verdi, İnsan həqiqətən də səcdəyə layiqdir. Səcdə olunmalı məbud 
isə yalnız Xaliqdir. Deməli, Xaliq bəşər övladını özünəbənzər, 
yəni səcdə olunmalı varlıq kimi xəlq etmişdir. 
 Buradan  isə  “nüsxeyi-kəbir”(“böyük nüsxə”) və “nüsxeyi-
səğir”(“kiçik nüsxə”) ideyası doğur. Başqa sözlə, hürufilərdə və 
Nəsimidə “nüsxeyi-kəbir” Haqqın özü, “nüsxeyi-səğir” isə onun 
özünəbənzər yaratdığı güman edilən İnsandır. 
 - Haqq İnsandadır: 
 I.Nəsiminin  İnsan konsepsiyasında  İnsan-Allah münasibətlə-
rinin ikinci fazasını müəyyənləşdirən  əsas məsələ Haqqın  İnsan 
varlığında mövcudluğuna inam fəlsəfəsidir. Allah yaradılış düzə-
ninin xətmi gerçəkliyi olan adəmdə təcəlli tapmışdır. Haq-taalanın 
varlığı  bəşər övladındadır,  İnsan vücudu onun evi timsalındadır. 
Həq də, ənəlhəq də, vücudi-mütləq də, nuri-mütləq də, zati-müt-
ləq də bir təcəlləgah kimi İnsan vücudunda mövcuddur: 
 
 
 Adəmdə təcəlli qıldı Allah,  
 Qıl Adəmə səcdə, olma gümrah.(94,288)  
 
 ...Sirri- ənəlhəq söylərəm aləmdə, pünhan gəlmişəm,  
 Həm Həq derəm, Həq məndədir, həm xətmi-İnsan gəlmişəm. 
(92,335) 
 
 ...Kəndü vücudində çün buldu Nəsimi səni,  
 Bildi yəqin kəndidir məzhəri-ənvari-zat.(92,495) 
 
 Ey könül, Həq səndədir, Həq səndədir,  
 Söylə həqqi kim, ənəlhəq səndədir,  
 Nuri mütləq, zati mütləq səndədir. 
 Müshəfin hərfi mühəqqəq səndədir.(92,579) 
 


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə