Microsoft Word Yaqub-ii kitab-son-30-12-08. doc


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə15/65
tarix20.08.2018
ölçüsü1,58 Mb.
#63650
1   ...   11   12   13   14   15   16   17   18   ...   65

ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
57 
rət və onun vüsalı Həcci ziyarət timsalındadırsa, gözəl üzə səcdə 
də qibləyə  səcdə anlamındadır. Din də, iman da nuri-nihayət, 
cümlə əşya da sənəmin hüsni-vəchindədir: 
 
Həccü ehramü ziyarətdir üzün,  
Cümlə əşyadan ibarətdir üzün. (92,592)__._._._Qiblədir_üzün,_nigara,_qaşların_mehrablar._(94,229)'>(92,592) 
. . . Qiblədir üzün, nigara, qaşların mehrablar. (94,229) 
. . . Ol kim Həqqi tanır, yüzünə Kə’bədir demiş,  
Mə’nidə hacı oldurur, əhli-səfa derəm. ,(94,122) 
. . . Kəbə üzündür, ey sənəm, üzünədir sücudumuz,(94,66) 
. . . Məndən üzün yaşırma kim, səcdəgahım oldur. (94,244) 
. . . Aşiqə iman ilə dindir üzün. (92,592) 
 
 Haqqın camal gözəlliyinin bəşəri vücuddakı  təcəlli atribut-
larından biri də saçdır. Saç (zülf) sufilərin rəmzi-fəlsəfi təfsirində 
neqativ məna tutumuna malikdir. Maddi dünyaya, kəsrətə,  şəbi-
hicrana, məşuqun gözəlliyini aşiqdən gizlədən hicaba və s.-ə işa-
rədir. Təsəvvüfdə o, az-az hallarda pozitiv anlamda işlənir (məsə-
lən: saç ruhların məskənidir).  Hürufilərin simvolik-fəlsəfi 
yozumunda və  rəmzi-metaforik linzasından baxdıqda isə bütün 
spektrləri ilə  işıqlı çalara malik, müsbət məna daşıyıcısı olan 
poetik istilahdır.  
 Dahi  sənətkarımızın qənaətinə görə  İnsani ruhun saça meyl 
və mehri bəşəri ruhun lap ilkin yaranış çağında, Vücudi-küll ilə 
ruhun  əhd-peyman(imsaq) bağladığı “bəzmi-əzəl”də,  Ələst alə-
mində ruhun Tanrı  həqiqətinə  “qalu”(“bəli”) dediyi məqamda 
baş vermiş və əbədi hissə çevrilmişdir:  
 
Kimin ki, könlü dolaşdı saçınla “qalu”də,  
Ayırmaz anı saçın zülfi-dilrübasindən. (94,153)  
 Saça məhəbbətin bu əzəli məntiqindən çıxış edən Nəsiminin 
fikrincə zülf canın vətəni, aşiqin məskəni, əhli-irfanın məqamıdır. 
Həqiqət yolçusu olan aşiqi, tövhid əhlini Haqqa bağlayan  “həb-
lülmətin”dir(“möhkəm ip”dir). Zülf kafəri  İslama çəkib imanı 
Yaqub Babayev 
 
58 
qarət edir. Zülf və qaş  Nəsimiyə görə  “vəchi-həsən”dir. Çünki 
Haqq  əzəldən öz sirrini saça əmanət etmişdir. (“Zülfünə vermiş 
əmanət Həq  əzəldə sirrini”(94,160)).  Saç elə bir “səvadi-
əzəm”dir(“böyük ölkə”) ki, ancaq həqiqi möminlər və ariflər ona 
məhrəm ola bilərlər. Nəhayət, zülf aşiqi meraca yetirən isra 
(“leylətül-isra”),  qədr (Quranın ilk ayələrinin nazil olunduğu və 
ya talelərin müəyyənləşdiyi gecə) və bərat (Məhəmməd əleyhüs-
səlama peyğəmbərliyinin xəbər verildiyi gecə) gecələridir. Əlbət-
tə, Nəsimi bu bədii-fəlsəfi və etiqadi şərhində gecənin qaralığı ilə 
saçın qaralığı arasındakı  rəmzi-metaforik təşbehdən məharətlə 
bəhrələnmişdir: 
  
Ey xətin Xızrü, ləbin abi-həyat,  
Ənbərin zülfün şəbi-qədrü bərat. (92,576) 
. . . Me’racə məni yetirdi zülfün,  
Qədrə irənin budur bərati. (92,546) 
 
 Üz kimi saçın da hürufi təşbehatı və vəhdəti vücudi-mütləqin 
zatına işarə olan “gənci-nihan”dan başlayıb Quranın  Ən-Nur”, 
”Əd-Duxan”. , ”Əl-Inşirah”(“Ələm-nəşrəh”)və s. surələrinə , 
elmül-bəyana, küfr ilə imana qədər vacib və mümkün aləmə aid 
miqyassız varlıqları əhatə edir. Hətta“Əz-Züha” surəsində (ayə1-
2)Haqqın özünün and yeri kimi müqəddəs səviyyəyə qaldırılan 
gecə(“Vəlleyl”) gözəlin saçı, gündüz isə  (“vəz-züha”) üzü kimi 
mənalandırılır:  
 
Sureyi-Nuri-Düxandır zülfi-yar,  
Yə’ni küfr ilə imandır zülfi-yar.  
Nə əcəb gənci-nihandır zülfi-yar,  
Aşiqə elmi-bəyandır zülfi-yar. (92,585) 
. . . Ey saçın “vəlleyl”, üzün “vəzzüha”,  
Surətin şə’nində gəldi “qul kəfa”.  
Ey saçından çün əyan oldu mana,  
Sirri-ərrəhman ələl-ərş istiva. (92,575) 


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
59 
. . . ”Ələm- nəşrəh”saçın, ”vəş-şəms” alnın. (92,243) 
 
 Deyilənlərlə yanaşı saçın iman əhlinə “siratül-müstəqim” 
(“düz haqq  yol”), ”fəthün-qərib” (“yaxınlaşan qələbə”) hesab 
edilməsi də onun İnsanın cismani varlığında vücudi-küllə işarə ki-
mi dəyərləndirilən hüsn ünsürü olduğunu isbata yetirir.  
 Lakin bütün bu göstərilənlərə baxmayaraq zülf və xalın gö-
zəlliyini dərk hələ əbcədi öyrənmək kimidir. Rəhmanın dərki isə 
surətin bəyanı ilə ola bilər: 
  
Zülfü xalindən Nəsimi əbcədi qıldı tamam,  
Şimdi üzündən bəyani-surəti, rəhman edər. (94,204) 
  
 Saç kimi zəruri hüsn ünsürlərindən olan qaşın  da ilahi hik-
məti və qüdsi mənası  “sübhi-əzəl”dən,  ələst aləmindən başlanır. 
Həmin vaxtdan qaş bəsirət əhli üçün qiblə məqamındadır. Kim ki 
o zamandan qaşı qiblə kimi dərk etmişdir gecə  və gündüz 
“Hu”(“Allah”) deyir.  
  
Kim ki qaşınla olmadı sübhi-əzəldən aşina,  
Ta əbəd ol qaragünün bəxti səhab içindədir. (94,171) 
  
 Nəsiminin rümuzat lüğətində qaş  vəhy, qiblə, ”həq kitabı” 
(Quran), mehrab, ”nəsrin-minəllah”(“Allah tərəfindən olan 
yardım”),  merac zamanı  İslam peyğəmbəri ilə Allah arasındakı 
məsafəyə  işarə kimi qəbul edilir, “qabü-qövseyn”(“iki qövs 
məsafəsi”) və s. kimi mənalandırılır. İnsan surətindəki xətlər-qaş, 
kirpik və saç “ismi-əzəm”, ”ümmül-kitab” (“Əl-
Fatihə”surəsi)hesab olunur. Kirpik də  xətlər sistemində Quran, 
onun ayəsi ”inna fətəhna” və s.-lə eyni funksional mahiyyət kəsb 
edir: 
 
Ey qaşınla kirpigin, mişgin saçın ümmül-kitab,  
Əhli-tövhidin imamü mürşidi Qur’an olur. (92,445) 
Yaqub Babayev 
 
60 
. . . Qaşları “nəsrin minəllah”, çün saçı “fəthün-qərib”,  
Kirpigi “inna-fətəhna”, çeşmi mazağəl-bəsər. (92,482) 
  
 Başqa fiziki bədən üzvləri, cizgilər və  xətlər də gözəllik 
elementi kimi ilahi hüsnün İnsan simasındakı  təcəlli nişanələri 
olaraq müxtəlif simvolik-hürufi mənanın daşıyıcılarıdır. Məsələn: 
 Xətt   xal: Sətri-bismillahir-rəhmanir-rəhim”dir,  ”hüvəl-
lahüs-saməd”dir, (“Allah ehtiyacsızdır”-“Əl-Ixlas”, ayə2), ”inna 
fətəhna”dır  (“biz sənə  qələbə qazandırdıq”-“Əl-Fəth”, ayə1), 
”ümmül-kitab”dır, ”sureyi-vəlmürsəlat”dır (Quranın 77-ci surəsi) 
və s. : 
 
“Hüvəl-lahüs-səməd” söylər xətin, əlhəmdülillah kim.  
(92,186) 
. . . Müshəfi-hüsnündə şol hərfü xətü xalun sənin.  
Sətri-bismillahir-rəhmanir-rəhim olmuşdurur. (92,226) 
. . . Zülfü xalın sureyi- vəlmürsəlat. (92,576) 
  
Dodaq(ləb)-abi-heyvan”dır”,  “çeşmeyi-heyvan”dır”,  “abi-
həyat”dır (bu anlayışların hər üçü “dirilik suyu”mənasındadır), 
səlsəbildir, abi-kövsərdir, ruhül-qudsdur, aşiqlərə can verir, mü-
qəddəs ruh dodağın tökdüyü şəraba qədəhdir. Elə buna görə  də: 
“Şəha, lə’lin şərabindən Nəsimi şöylə sərxoşdur, Olubdur valehü 
heyran, diləməz abi-ənguri”(94,78)  Çünki ləlin hikmətini 
anlamayan və onu sormayan susuz ilğım içərisindədir. Ona görə 
ki, bütün varlıq sözdən yaranmışdır, söz isə dodaqlar vasitəsilə 
deyilir. Deməli, bütün xilqətin varlığı dodağa bağlıdır.  
 
Saqi, ləbindən doğmuşuz, yə’ni ki, “bey”dən “lam”ilə,  
Fitrət günündən ta əbəd şol dayədəndir şirimiz. (95,283)  
 
Bu beytdə“ləb”sözünün yazıldığı“lam”və“bey”hərflərinin əb-
cədlə 32 rəqəmini ifadə etməsi (l=30+b=2=32) mənasında da 
dodaq varlığın əsası hesab edilir.  


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə