Microsoft Word Yaqub-ii kitab-son-30-12-08. doc


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə17/65
tarix20.08.2018
ölçüsü1,58 Mb.
#63650
1   ...   13   14   15   16   17   18   19   20   ...   65

ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
65 
də-bütxanə  də, müsəlman da-tərsa və qeyri millət də, xəstə  də-
əlac da, zəngin də-yoxsul da mənəm.  
 Deməli, dini düşüncədə  “Allahdan kənarda heç nə yoxdur” 
prinsipi Nəsimidə birbaşa İnsana aid edilir. Bütün vəhdət və kəs-
rət aləmi İnsana sığır.  
 Göründüyü kimi, Nəsiminin  İnsan obrazı  hər yerdədir, hər 
şeydədir, mahiyyətcə əzəli və əbədidir. Bir sözlə, filosof sənətk-
arın hürufiməslək və hürufi dünyagörüşünə malik lirik qəhrəmanı 
Haqqın özündən başlamış məna və mülk aləmindəki son zərrə-xil-
qətə qədər hər şeydə İnsanı görür, ondan nişanə və əlamət tapır. 
Bəs bu qədər saysız, ölçüsüz, həm zamana və məkana sığan, həm 
də  sığmayan qeybi və maddi varlıqların, xaliq, xilqət və  İnsanın 
birliyini mümkün edən, onu pərakəndəliklərdən və sistemsizlik-
dən xilas edən nədir? Əlbəttə, vəhdəti-vücud” fəlsəfəsi. Məhz bu 
fəlsəfi sitemin sayəsində Nəsimi hər şeyi vahid bir müstəviyə yı-
ğışdıra bilir, onu müəyyən əndazəyə salır:  
 
Kün-fəkanın çünki əsli zat imiş,  
Cümlə əşya vəhdətə ayat imiş. (92,590) 
 
 Nəsiminin xaliq-xilqət-İnsan konsepsiyasının əsasında daya-
nan, bu dini-fəlsəfi görüşü xaosdan qurtarıb ona harmoniya və 
nizam verən məhz həmin ideyalardır. Hər  şeydə vücudi-külli və 
onun sirrini görə bilmək etiqadıdır: 
  
Hər nəyə kim , baxırisən onda sən Allahı gör,  
Qəncərü kim, əzm qılsan sümmə-vəchüllahı gör! 
Bu ikilik pərdəsindən keç, hicabı rəf’ qıl,  
Gəl bu birlik rövzənindən bax, bu sirüllahı gör!(92,452) 
Deməli, qeyb və şəhadət aləmindəki hər şey “nüsxeyi-kəbir”in 
rəngarəng təzahürü olduğu kimi “nüsxeyi-səğir” olan İnsan da hə-
min mütləq zatın İnsan şəklində təcəllisidir. Fərq yalnız burasınd-
adır ki, adəm övladı həm ruhi-mənəvi cəhətdən, həm də camal və 
cəlal gözəlliyi və  əzəməti ilə ilahi varlığın özünə  bənzər  şəkildə 
Yaqub Babayev 
 
66 
xəlq olunmuşdur. Başqa sözlə, İnsan vücudi-küllün kəsrət aləmin-
dəki yeganə əvəzləyicisidir.  
 Nəsiminin  İnsan konsepsiyasının zirvəsində  və yekununda 
kamil şəxsiyyət problemi dayanır. Bu özünü və ilahi həqiqətləri 
dərk edən, hərflərin elmini bilən, “nüsxeyi-səğir”də “nüsxeyi-
kəbir”i görməyi bacaran, şeytan adlanan nəfsin əsarətinə düşmə-
yən, div (münkir) xislətindən uzaq olub hürufi görüşlərini dərk və 
qəbul edən,  İnsanı  və Haqqı sevən həqiqət yolçusudur. Bu cür 
müsafirlik, təbii ki, özünü tanımaqdan başlayır. Ona görə ki, 
özünü tanımayan qafil olaraq dərbədər cahana düşdü, onun zahiri 
cəlal və  təmtərağına uyub əmmarə  nəfsin rəzalətinə yuvarlandı, 
özünü haqq bilmədi. Naqis vücud və  bəsirətsiz könüllə yaşadı, 
kamilliyə can atmadı. Nəticə isə bəllidir:  
 
 Naqis vücuda çün kim, nöqsan gəlir həmişə,  
 Cəhd eylə kamil ol kim, gəlməz kəmalə nöqsan. (94,165) 
 
 Şairin fikrincə, arif yanında dünyanın zərrəcə dəyəri yoxdur, 
əgər tərəziyə qoyub çəksən, həqiqətən, onun bimiqdar olduğunu 
görərsən. Həvəs və nəfsi istəklərin ardınca düşmək ağulu bir şər-
bətə  bənzəyir. Kim ki, “qalu bəladən” mərifətsiz gəlmişdir, 
deməli, Tanrı onu bəsirətsiz yaratmış  və  əbədi həqiqətləri 
anlamaq  şərəfindən məhrum etmişdir. Kamilliyə aparan bəsirət 
lütfü əzəli bir ehsandır və könül gözü kor olanlar Haqqın nurunu 
anlamazlar. (“Könlü ə’ma olanın nuri-təcəlla nə bilür?(92,449)). 
Xudanın vüsalına yalnız Haqqın bəsirət gözü bəxş etdiyi bəndələr 
nail ola bilərlər  (“Hər kimin Həqq gözün açdı gördü didari-
xuda”(92,528)).  Bibəsərlər və bixəbərlər isə kamaldan, mərifət-
dən və irfandan uzaqdırlar: 
 
 Bibəsərdən mənəyi-şövqü kamali-mərifət,  
 Bixəbərdən söhbəti-irfan umarsan, nə əcəb! (94,292) 
 
 Sənətkarın filosof düşüncəli lirik qəhrəmanı irfan gözü açıq, 
qəflətdən oyaq və hüşyar olanlara kamillik yolunun əsas stimulu 


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
67 
kimi  eşq camını  nuş etməyi məsləhət bilir. Çünki “talibi-didar” 
üçün zati-mütləqə qovuşmağın bundan başqa yolu yoxdur.  
 Eşq fəlsəfəsi, ümumiyyətlə, təriqətdə və təriqət ədəbiyyatınd-
a mühüm bir ruhi-mənəvi və hissi kateqoriya olduğu kimi Nəsimi 
yaradıcılığında da xüsusi çəkiyə və miqyasa malikdir: 
 
Mən əzəldən eşq ilə pir olmuşam,  
Gah iki anınla, gah bir olmuşam. –(96,307) 
inamına əsaslanan şairin nəzərində eşq aşiq və arifdən ötrü əzəli 
bir qismətdir. Haqq onu talelərin müəyyən olunduğu ilkin qismət 
günündə həqiqi aşiqlərə təlqin etmişdir. Vəhdətin birlik, kəsrətin 
çoxluq xassəsi də  eşq ilə mümkündür. Peyğəmbərlərdən tutmuş 
sadiq bəndələrə qədər hər kəs cahana eşqlə gəlmişdir. Ilahi vüslə-
tin yolu da eşq vadisindən keçir:  
 
Eşq ilə gəldi cəmiyi-ənbiya,  
Eşqdir seyrü süluki-övliya.  
Eşq ilə yola girərlər biriya,  
Eşq ilə vasil olurlar Tanrıya. (92,575) 
 Eşq sevdası aşiqlə həmdəm olandan onun əsrarını aləmə faş 
etmişdir. Eşq qaim məqamdır, özündən bixəbərə öz uca məqamını 
göstərir. Həqiqi sevgi yurdu ancaq məhəbbət meydanından görü-
nər. Eşqin qədrini isə yalnız bu dərdə düşənlər bilər. Həm də dil-
bərin, cananın xəlvətinə yol tapmaqdan ötrü eşqin ayağına min 
kərə can fəda etmək gərəkdir:  
 
Can ilə həm cahanı tərk etməyən bu yola,  
Dünyavü axirətdə bielmü biəməldir. (94,188) 
Ancaq aqil kimsələr eşqin adını bəla qoysalar da, pis yox, gö-
zəl bəladır. Cəfası da, kədəri də zövq verir. Hədisi-şərifdə deyilir 
ki: “Allah gözəldir və gözəlliyi sevər. ” Bu hədisə istinadən şair 
israr edir ki, əgər Haqq özü gözəli sevirsə, onun sevdiyini sevmə-
mək olarmı? Eşq meydanına girməyə isə ər gərəkdir, hər hünərsi-
zin yeri bu meydan ola bilməz. Əslində onun sirri o qədər əzəmi 
Yaqub Babayev 
 
68 
və böyükdür ki, bu sirri yazmaq üçün “Bəhr midad, ağac-qələm, 
tasi-fələk dəvət olur”(94,257)  Nəsiminin eşq fəlsəfəsində  eşq və 
məstlik, eşq və  qəm, eşq və  əql, eşq və rüsvalıq, eşq və 
heyranlıq  da xüsusi hissi-ruhani kateqoriyalar kimi diqqəti cəlb 
edir.  
Sənətkar zahiri ibadəti, şəriət qanunlarına əməl etməyin icbari 
qaydalarını da eşqin ruhi-mənəvi sədaqəti ilə əvəz edir:  
 
 Əgərçi zikr təsbihin səvabı çoxdur, ey zahid,  
 Mən onu eşqə dəşirdim, anın keçdim səvabından. (92,186) 
 
Sənətkarın eşq və məstlik barədə müxtəlif şeirlərinə səpələn-
miş  bədii-fəlsəfi fikirləri “Məst” rədifli qəzəlində bütöv mətnin 
əsas mövzu obyekti və ideya hədəfidir. Eşq məstliyi məna və 
mülk aləmindəki xilqətin canındadır, ondan ayrılmazdı və ilahiyə 
olan  əbədi hiss kimi hər bir zərrəyə  təlqin olunmuşdur. Həmin 
“eşqi-sübhani meyi” bəndəyə  də “bəzmi-əzəldə” içirilmişdir və 
aşiq bu vəhdət meyindən əbədi sərxoşluğa düçardır. Yara olan ila-
hi eşq xumarlığından huşyar olmaq, ayılmaq müşküldür:  
 
Çün məni bəzmi-əzəldə eylədi ol yar məst,  
Şol cəhətdən görünür bu eynimə dəyyar məst,  
 
Şöylə məstəm ki, qiyamət dəxi hüşyar olmazam,  
Çün məni vəhdət meyindən eylədi dildar məst. (94,260) 
 
Qəmsiz  həqiqi eşq yoxdur və  qəm hasili-eşqin fitrətindədir, 
lakin aşiq üçün bu qüssə və möhnətin əzabı, cəfası da bir zövqü-
səfa mənbəyidir. O, qəmi cananın canı sayır və canda həmin can-
qəm gizli qaldıqca canı sevəni duyur: 
 
Canımın canı qəmindir şol səbəbdən, ey nigar,  
Şad olur canım ki, canda daim ol can gizlidir. (94,211)  
 


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə