Microsoft Word Yaqub-ii kitab-son-30-12-08. doc


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə13/65
tarix20.08.2018
ölçüsü1,58 Mb.
#63650
1   ...   9   10   11   12   13   14   15   16   ...   65

ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
49 
 Lakin  bəşəri vücuddakı Tanrı  həqiqəti bixəbərlərə, qafillərə, 
div(münkir) xislətlilərə bəlli deyil. Idraki cəhalət onları bu şərəf-
dən məhrum etmişdir. Şeytan da həmin reallığı anlamadığı üçün 
əbədi qəmə və matəmə məhkum edildi: 
 
Haq-təala varlığı adəmdədir,  
Ev onundur, ol bu evdə dəmdədir,  
Bilmədi şeytan bu sirri qəmdədir,  
Ol səbəbdən ta əbəd matəmdədir.(92,580) 
 
...Ey özündən bixəbər, gəl Haqqı tanı səndədir,  
Gəl vicdan şəhrinə seyr et, gör anı səndədir.(94,185) 
 
 Nəhayət,  şairin yekun qənaətinə görə  hər kim İnsanı 
bildi”buldu Həqqi, hər kim həqqi bildi, Adəm oldu.”(92,545) 
 -  İnsan tövhid dinlərinə aid təsəvvür və  şərhlərdə yalnız 
haqqa aid edilən bir sıra xassə və sifətlərə malikdir: 
 Nəsimi lirikasının poetik terminologiyasında elə söz-ad, ifadə 
və ibarələrə rast gəlirik ki, dinlərdə, xüsusilə  də  İslamda onlar 
yalnız Allah-taalaya aid edilir və onun şəninə ünvanlanmış dini və 
bədii terminlər kimi işlədilir. Həm də həmin ad, titul, ifadə və iba-
rələr şeirin müəyyən misra, beyt, hətta bütöv mətninin semantika-
sına təsir göstərir. Bədii nümunənin əsas qayə, məzmun və məra-
mını müəyənləşdirir. Və ya ən azı buna stimul verir. Belə poetik 
terminlərin, ad və titulların Xaliqdən başqa qeyri bir məxluqa, o 
cümlədən, İnsana şamil edilməsi radikal ruhani düşüncəsində qatı 
bid’ət və küfr faktoru sayılır. Hürufi şairimizdə isə onlar İnsan-
Allah münasibətlərinin növbəti fazasını  və  İnsan obrazının yeni 
səciyyəsini müəyyənləşdirən terminoloji epitet funksiyasını 
yerinə yetirir.”Küntə-kənzə”  və ya “gənci-nihan” (“gizli xə-
zinə”), “gövhəri-laməkan”, ”laməkan”, ”baqi”, “binişan”, ”na-
zir”, ”hər yerdə hazir”, ”binəzir”, ”ikilikdən münəzzeh”(“ikilik-
dən uzaq olan”), ”vəhdətin mənzuru”, ”qüvvət sahibi”, ”dillərdə 
məzkur”, ”hər şeydə batin”, ”batinin məsturu”, ”sahibi-kövsər”, 
”malik”, ”müzhir”, ”qadir”, ”Xəllaq” və s. bol-bol işlədilən ad, 
Yaqub Babayev 
 
50 
ifadə və ibarələr bu qəbildəndir. Bədii mətndə həm də İnsana aid 
edilən həmin poetik terminlər və ifadələr məslək və etiqadi dü-
şüncənin göstəricisi rolunu oynayır. 
 Məsələn: 
 
Nazirəm, hər yerdə hazir, mən həqin kimyasiyəm.(92,420)'>(92,418) 
 ...Söyləyən hər natiqin dilində məndən özgə yox.(92,420) 
 ...Nitq ilə sövtəm, əzələdən ta əbəd həm qüvvətəm,  
 Hazirəm hər yerdə, həm hazirlərin məhzuriyəm. (92,420) 
 ...Nazirəm, həm binəzirəm, həm bəsirəm, həm bəsər,  
 Həm ikilikdən münəzzeh, vəhdətin mənzuriyəm. (92,420) 
 ...Zahirəm, zahirdə faşəm, məzhərəm, həm müzhərəm,  
 Batinəm hər şeydə, yə’ni batinin məsturiyəm. (92,420) 
...Mən gənci-nihani, küntə kənzəm.(92,337) 
 ...Həşr ilə məhşər mənəm, sahibi-kövsər mənəm.(92,495) 
 ...Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam. 
(92,319) 
 ...Müshəfin hərfivü övraqi mənəm,  
 Küllə şeyin halikə, baqi mənəm.(96,309) 
 
Göründüyü kimi, tövhidi təsəvvürdə yalnız makroaləmə-
Allaha  şamil edilən ünvanlar hürufi təsəvvürdə semantik 
tutumuna görə həm də mikroaləmə – İnsana yönəlir. Nəticə etiba-
rilə “nüsxeyi-kəbir”lə “nüsxeyi-səğir”i ayıran fərqləndirici amillər 
ancaq təzahürdə  və onu müəyyənləşdirən rəngarəng formal əla-
mətlərdə tapılır. Mahiyyətdə isə bunlar arasındakı sərhəd ortadan 
götürülür və İnsan vücudi-mütləqə aid titullara sahib çıxır. O həm 
xəllaq,  həm də  xilqət,  həm  müzhir  (zahir edən), həm  məzhər 
(zahir olan), həm də  müzhər  (zahirə  çıxanın bəzəyi və  əlamət-
ləri), həm batin, həm də aşkara çıxan, həm malik(mülk sahibi), 
həm də mülk, həm vacib, həm də mümkün hesab edilir. İnsan-
Tanrı münasibətlərində yetirən və yetənbitirən və bitən, vəhdət 
məclisində  eşq badəsi verən saqi və  həmin badəni içən kimsənə 
ayrıseçkiliyi ortadan götürülür: 
 
 Zahirü batin mənəm, peydavü həm pünhan mənəm,  


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
51 
 Məzhərəm, həm müzhərəm, həm məzhərin müzhiriyəm. 
(92,423) 
 
 ...Həm yetirən, həm yetən, həm bitirən, həm bitən,  
 Cümlə mənəm, cümlə mən, dəhr ilə həm kainat. 
 Gənci-nihan uş mənəm, kövni-məkan uş mənəm,  
 Cümlədə can uş mənəm, vacib ilə mümkünat.(92,494) 
...Mülk ilə malik mənəm, mühyüvü halik mənəm.(92,495) 
 
...Çün əzəldən ta əbəd baqi mənəm,  
Kün fəkanın xəlqü xəllaqi mənəm,  
Vəhdətin bəzmində çün saqi mənəm 
Ənfüsün ayatü afaqi mənəm.(92,600)  
-  İnsan vücudunda, xüsusilə onun camalında Haqqın 
müəyyən əlamət və nişanələri mövcuddur ki, bunlar Tanrının 
İnsanın surətindəki təcəlli atributlarıdır: 
 Bəşəri xilqətin ilahi timsalında cəlal, qüdrət və əzəmətini gös-
tərmək və təqdim etməkdən ötrü Nəsimi İnsanın vücudi görkəm, 
zahiri gözəllik və hüsn elementlərini coşqun ilhamla, daxili qürur 
və ehtirasla təsvir və tərənnüm etməyi başlıca məqsədlərdən biri 
kimi yaradıcılığı boyu diqqət mərkəzində saxlayır. Bu mənada 
şairin poetik irsinin mühüm bir qismini gözəli, gözəlliyi təsvir və 
vəsf edən  camal  və  hüsn lirikası  təşkil edir. Doğrudur, sənətk-
arın dünyəvi gözələ və gözəlliyə həsr olunmuş lirik örnəkləri də 
yox deyil.Bununla belə filosof şairimizin deyilən mövzu və istiqa-
mətdə  qələmə alınmış poeziya nümunələrinin daha çox hissəsi 
məhz təriqət ruhlu, hürufiyanə baxış və düşüncənin məhsulu olan 
şeirlərdir. Həm də bunların kəmiyyəti heç də az deyil və Nəsimi 
yaradıcılığında aparıcı mövzulardandır. 
 Nəsimi təriqət lirikasında gözəli – bəşər övladını zati-mütlə-
qin bir zərrəsi və bənzəri kimi tərənnüm hədəfinə çevirir. Adilik-
dən, maddilikdən, dünyəvilikdən çıxarır. Onun lirik qəhərəmanına 
görə  İnsan “bəşər surətli rəhman, mələksima həbib”(92,26)-dir. 
Surətdə adi bəşər olsa da, mahiyyətcə zati-mütəhhərdir: 
Yaqub Babayev 
 
52 
 
Surətdə gərçi adı bəşərdir Nəsiminin,  
Mə’nidə gör ki, zati-mütəhhər degilmidir?(94,249) 
 
 Azərbaycan  şairi obyekt kimi götürdüyü nigarı adilikdən 
çıxardığı kimi onun fiziki-cismani varlığına, hüsn elementlərinə 
və gözəllik cizgilərinə  də qeyri-adi poetik-fəlsəfi linzadan baxır. 
Ifadələrdən, lirik ovqatdan, poetik terminlərdən tutmuş zahiri ciz-
gilərə, gözəlliyi yaradan atributlara və  məramın ifadəsinə  qədər 
hər şey rəmzi məna kəsb edir. “Quş dili”nin hürufi-simvolik müs-
təvisinə keçir, məcaziləşir və rümuzat tülünə bürünür. Son idraki 
qənaətə görə  İnsanın “Hüsnünün rümuzini nə  mələk bildi, nə 
bəşər.”(94,213) Adəm övladına məxsus sifətlər rəmzlərin sirridir. 
Onu bəyan edən bu məntiqdir: 
 
Əsrari-rümuzdir süfatın,  
Bu məntiq ilə bəyanə gəldi. (92,542) 
 
Həm də bütün xilqətin  ən  şərəflisi olmaqla yanaşı surət və 
görkəmcə  də  ən gözəlidir. Hədisdə deyildiyi kimi Allah-taala 
“gizli bir xəzinə”(“küntə kənzə”)ikən özünü aşkara çıxarmağa və 
tanıtmağa ehtiyac hiss etdi və bu səbəbə  də  bəşəri xəlq etmək 
qərarına gəldi. Bütün kosmik gerçəklik və maddi kainat da 
İnsanın naminə yaradıldı. Nəsiminin də isnad etdiyi hədisi-şərifin 
(«Sən olmasaydın göyləri yaratmazdım» – Nəsimidə:“Lövlakə 
lima xələqtül  əflak, Eşqinlə yaratdı kainatı»)(92, 547) hökmünə 
və məntiqinə görə bütün varlığın yaradılışında son məqsəd İnsanla 
bağlıdır. Elə buna görə  də Tanrı  İnsanı  “əhsəni-təqvim”(“Ət-
Tin”surəsi, ayə  4),  yəni  ən gözəl görkəmdə  xəlq etmişdir:”Biz 
İnsanı ən gözəl biçimdə yaratdıq. ”Bu Quran ayəsi hürufiməslək 
şairə bəşəri gözəli və gözəlliyi təsvir və tərənnümdən ötrü başlıca 
çıxış nöqtəsi, ən mötəbər istinad qaynağıdır: 
 
Surətin əhsəni-təqvimü üzün qiblə imiş. (94,128) 
. . . Əhsəni-təqvimə inkar eyləyən şeytan olur. (94, 218) 
  


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə