Microsoft Word Yaqub-ii kitab-son-30-12-08. doc


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə11/65
tarix20.08.2018
ölçüsü1,58 Mb.
#63650
1   ...   7   8   9   10   11   12   13   14   ...   65

ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
41 
Bakıda şairin farsca divanı işıq üzü görür. Eyni zamanda nəsimi-
şünaslığın cəfakeşlərindən olan C.Qəhrəmanovun hazırladığı 
elmi-tənqidi mətn əsasında ərəb əlifbası ilə şairin əsərləri 3 cilddə 
nəşr edilir (1973). Yenə 1973-cü ildə H.Araslının tərtibi ilə  sə-
nətkarın “Seçilmiş əsərləri” çap olunur (Həmin nəşr 2004-cü ildə 
latın qrafikalı Azərbaycan  əlifbası ilə yenidən işıq üzü görmüş-
dür). Kiril əlifbası ilə meydana çıxan bu nəşr əslində elmi-tənqidi 
mətn  əsasında hazırlanmışdır və  Nəsiminin türkcə “Divan”ında 
əldə olan bütün şeirlərini  əhatə edir. Baxmayaraq ki, bu iki nəşr 
də bəzi qüsurlardan xali deyil (başqasının şeirləri bəzən Nəsimi-
nin adına getmiş, müəyyən söz, ifadə misra və beytlərdə təhriflərə 
yol verilmişdir və s.), lakin indiyə qədərki Nəsimi əsərlərinin çapı 
sahəsində  ən etibarlı  və  uğurlu iş hesab oluna bilər. Sənətkarın 
farsca əsərlərinin bir qismi azərbaycancaya çevrilərək “Fars diva-
nı” (1977) adı ilə  nəşr olunmuş, Q.Paşayevin tərtibi  əsasında 
“Iraq divanı” (1987) işıq üzü görmüşdür. Sonrakı illərdə Ə.Səfərli 
və X.Yusifov da müəyyən çətin söz, ifadə, misra və beytlərin 
yığcam izahını verməklə  Nəsiminin “Seçilmiş  əsərləri”ni çap 
etdirmişlər. Bu müəlliflər tərtib zamanı, əsasən, H.Araslı nəşrinə 
isnad etmişlər. Bu deyilənlərdən əlavə XX əsrin 70-90-cı illərində 
Nəsimi  əsərlərinin ayrıca kitab şəklində kiçik və böyük həcmli 
müxtəlif nəşrləri də mövcuddur.  
 
Yaradıcılığı 
 
 İ.Nəsimi zəngin bir yaradıcılıq irsi qoyub getmişdir. O, üç 
dildə türkcə (Azərbaycan türkcəsində), farsca və ərəbcə şeirlər 
yazmışdır.  Şairin  Azərbaycan  və  fars dillərində  divanları  gəlib 
bizə çatmışdır. Ərəb dilində divan yaratdığı barədə isə məlumatı-
mız yoxdur. Nəsimi  lirik  şairdir  və  şeirlərinin hamısı bu ədəbi 
növdə qələmə alınmışdır.  
 Sənətkarın bədii irsi bütünlüklə  əruz  vəznindədir. O, ərəb 
poeziyasının vəzni olan əruzu çox məharətlə türk şeiri ilə 
uzlaşdıra bilmişdir. Yaradıcılığında aparıcı janr qəzəldir. Lakin 
klassik poeziyanın müxtəlif bədii forma və janrlarında uğurla qə-
Yaqub Babayev 
 
42 
ləmini sınamışdır:  qəzəl, qəsidə, müstəzad, tərcibənd, tuyuğ, 
rübai, müləmmə, əlif-lam, məsnəvi və s.  
 Nəsimi təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumiyyətlə, 
İslam şərqində ictimai-fəlsəfi şeirin ən böyük nümayəndələrindən 
sayılır. O, istər fars, istərsə də ana dilində yazdığı poetik nümunə-
lərdə bu sahədə diqqətəşayan nailiyyətlər əldə etmişdir.  
 Sənətkarın şeirlərini mövzu-məzmun dairəsinə  ideya is-
tiqamətinə görə bir neçə qrupa ayırmaq olar: təriqət poeziyası; 
dünyəvi poeziya; dini poeziya nümunələri və s.  
 Bu qrupları da müəyyən yarımqruplara bölmək mümkündür. 
Məsələn: müəllifin  təriqət poeziyasını: hürufiyanə, sufiyanə, 
hürufiyanə-sufiyanə və s. şeirlərə ayırmaq olar. Yaxud da dün-
yəvi poeziya nümunələrini belə bir yarımqruplarda birləşdirmək 
mümkündür: dünyəvi məhəbbət və gözəlliyə aid şeirlər; əxlaqi-
didaktik  şeirlər; ictimai-fəlsəfi  şeirlər; peyzaj lirikası;  və s. 
Bundan  əlavə  yarı dünyəvi, yarı  təriqət  mövzulu  şeirləri də 
vardır.  
 Onu da xüsusi olaraq vurğulamaq lazım gəlir ki, istər bizim 
verdiyimiz, istərsə də Nəsiminin poetik irsinin ideya-məzmun və 
mövzu istiqamətinə görə müəyyənləşdirilən hər cür bölgü ancaq 
şərti xarakter daşıya bilər. Çünki “quş dili”ndə danışan Nəsimi-
nin elə  şeirləri var ki, onların dünyəvimi, yoxsa təriqət mövz-
ulumu olduğunu müəyyənləşdirmək, həqiqətən, çətindir. “Dil-
bər”, “yar”, “canan”, “nigar” və s.-ə, həmçinin bu anlayışlara 
sinonim olan poetik terminlərlə müraciət olunaraq yazılan və hə-
min obyektlərə ünvanlanan elə poetik örnəklər var ki, onlarda hə-
min “dilbər”, “yar”, “canan”, “nigar” və s. sinonimlərin kimə, 
dünyəvi gözələmi, Allahamı, yoxsa F.Nəimiyəmi ünvanlandığını 
dəqiq  şəkildə müəyyənləşdirmək olmur. Zahirən dünyəvi gözələ 
həsr olunduğu güman edilən  şeirin təhlili bir başqa cür aparılır. 
Əgər bilinsə ki, həmin ünvan Fəzlullah və ya Tanrının özüdür 
bədii nümunənin məzmunu, ideya yönümü və  şərhin istiqaməti 
tamamilə  dəyişmiş olur. Hürufiliyin mürəkkəb anlayış  və 


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
43 
yozumlarını, Nəsiminin “pünhan dili”ni də buraya əlavə etsək, 
mənzərə daha da aydın olar. 
Yaradıcılığının ilkin dövrlərində  Nəsimi  sufiliyə  meyl etmiş, 
F.Nəiminin  hürufilik  ideyalarını yaymağa başladığı dövrdən 
sonra isə  həmin təriqət cərəyanına bağlanmışdır. Buna binaən 
onun yaradıcılıq yolu iki mərhələyə  ayrılır. Sufiyanə  şeirlərini 
daha çox birinci, hürufi şeirlərini isə ikinci mərhələdə inşa etdiyi 
mülahizə olunur. Kəmiyyət etibarı ilə hürufiyanə poetik nümunə-
lər üstünlük təşkil edir və sənətkarın bədii-fəlsəfi irsinin əsas qis-
mi bu tipli söz sənəti abidələrindən ibarətdir. Bununla belə təsəv-
vüflə hürufilik görüşlərinin üst-üstə düşən, bir-birini təkrar edən 
bir çox cəhətləri olduğundan bəzən hansısa bədii nümunəni 
konkret olaraq hansısa təriqət cərəyanına aid etməyə, yarımqrup 
çərçivəsində təhlil etməyə ehtiyac qalmır.  
Dediyimiz kimi Nəsimi, əsasən, hürufi şairidir və bir hürufi 
sənətkarı olaraq İnsana münasibət  və ümumiyyətlə,  İnsan 
konsepsiyası  onun poetik-fəlsəfi aləmində başlıca məsələdir. 
İnsan obrazı Nəsimi yaradıcılığında, əgər belə demək mümkün-
dürsə, özünəməxsus statusa, xarakter və  səciyyəyə malikdir. O 
həm bəşəri, həm də ilahi keyfiyyətlərə malikdir. Ümumiyyətlə, bu 
Azərbaycan şairinin poetik dünyasındakı İnsan obrazı bütün orta 
əsrlər Qərb və  Şərq  ədəbiyyatındakı  İnsan obrazlarından daha 
əzəmətli, ülvi, möhtəşəm, uca görünür.  
 Nəsimi yaradıcılığında  İnsana adi bəşəri ölçülərlə yanaşmaq 
tamamilə yanlışlığa və qeyri-obyektivliyə  gətirib çıxara bilər. 
Çünki şair adəm övladına ilahi varlığın bir zərrəsi və bir sıra ilahi 
sifətlərin daşıyıcısı kimi baxır və  İnsan-Tanrı münasibətləri 
onun yaradıcılığının  ən başlıca təsvir və  tərənnüm obyektidir. 
Buna görə də sənətkarın İnsanına da məhz bu müstəvidə, Haqq-
İnsan münasibətləri çərçivəsində baxmaq lazım gəlir. Mütəfəkki-
rin poeziyası bütün mayasını və rişəsini, istər mövzu-məzmun, is-
tər ideya, istər bədii-fəlsəfi, hətta sənətkarlıq gücünü də məhz bu 
münasibətlərin hürufi yozumuna söykənən dini-fəlsəfi enerjidən 
alır. Nəsiminin eşq fəlsəfəsi, məhəbbəti, gözəli və gözəlliyi təsvir 
Yaqub Babayev 
 
44 
və  vəsf  ədası, bəşərə  və  bəşəri gerçəkliyə, ictimai varlığa və s. 
münasibəti də bu qaynaqdan qidalanır.  
 İnsan  kimdir?, nədir?  və  nəyə  qadirdir? Nəsimi poeziya-
sında bu suallara hürufilik etiqadının inanc hikməti baxımından 
cavab tapmaq mümkündür. Həm də həmin cavabın dini, fəlsəfi və 
bədii yozumu, məntiqi də mütləq mənada İnsan-Allah münasibət-
lərinə söykənir və nəticə etibarı ilə ona bağlanır. Həmin münasi-
bətlər sisteminin məğzini, mahiyyətini və  şaxələrini isə  ən ümu-
miləşdirilmiş şəkildə bir neçə tezis ətrafında cəmləşdirmək olar. 
Bu tezislər, əsasən, aşağıdakılardan ibarətdir:  
- İnsan haqdır; 
- Haqq İnsandadır;  
-  İnsan tövhid dinlərinə aid təsəvvür, inanc və  şərhlərdə 
yalnız Tanrıya aid edilən bir sıra xassə və sifətlərə malikdir; 
-  İnsan vücudunda, xüsusilə onun camalında Haqqın 
müəyyən əlamət və nişanələri mövcuddur ki, bunlar Tanrının 
İnsanın surətindəki təcəlli atributlarıdır; 
- İnsan çeşidli qeybi varlıqlarla eyniyyət təşkil edir.  
-  İnsan kainatdakı, o cümlədən yer üzündəki müxtəlif 
maddi varlıqlarla eyniyyət təşkil edir.  
Əlbəttə, göstərilən müddəa və tezislərin yığcam  şərhini 
vermək yerinə düşərdi. Həmin məsələləri şairin əsərlərinin mətni-
nin diktə etdiyi məntiqə əsasən qısa şəkildə nəzərdən keçirək.  
- İnsan haqdır:  
Bu, Nəsimi poeziyasında “İnsan kimdir?” sualına verilən 
cavabın və  İnsan-Tanrı münasibətlərinin birinci əsas  şərtini və 
rüknünü təşkil edir. Yəni ilahi və bəşəri gerçəkliyə hürufi prizm-
asından baxan, bu gerçəkliyi hürufi ideologiyasının boyadığı 
rənglərdə görən filosof -şair, hər şeydən əvvəl, adəm oğlunu birb-
aşa Haqq-təalanın özü kimi dərk və təqdim edir:  
 
Həq-təala adəm oğlu özüdür,  
Otuz iki həq kəlami sözüdür. 
Cümlə aləm bil ki, Allah özüdür,  


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə