Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   9   10   11   12   13   14   15   16   ...   111

 
38 
 
 
arasında qanlı savaşlar gedirdi. 1536-cı ildə Sufiyan xəlifə Rumlu 
savaşda öldürüldükdən sonra Übeydulla xan Heratı və Xorasanın bir 
çox qalalarını ələ keçirməyə müvəffəq oldu (77, 264, 272). Bu za-
man Məhəmməd xan Şərəfəddin oğlu Təkəli Xorasan valisi 
Məhəmməd Mirzəyə  lələ  təyin edilib Herata göndərilmişdi. O, 
vəfatına qədər Herat əmir əl-ümərası olmuşdu (108, 58, 59, 60; 77, 
189, 223; 82, 327) 
H. 962 (1555)-ci ildə I Şah Təhmasib oğlu  İsmayıl Mirzəni 
Əli sultan Təkəli ilə Herata göndərdi və  Məhəmməd Mirzə isə 
Qəzvinə geri çağrıldı. Məşhədə isə  Bəhram Mirzənin oğlu Sultan 
İbrahim hakim təyin edilir. Ancaq İsmayıl Mirzə  Şahın  şifahi və 
yazılı buyruqlarına əməl etməyib lələsi Məhəmməd xan Şərəfəddin 
oğlu Təkəli ilə hesablaşmadığına görə 1557-ci ildə Sevindik bəy 
qorçubaşı tərəfindən həbs edilib Qəhqəhə həbsxanasına salınır. Şah 
Herata yenə Məhəmməd Mirzəni göndərir (108, 79, 80, 82; 20, 105, 
106). Qazax xan Təkəli atası  Məhəmməd xan Şərəfəddin oğlu 
Təkəli öldükdən sonra (1557) Herat hakimi olmuşdu (77, 401). 
Ancaq zülmkar olduğuna görə I Şah Təhmasib ona qarşı Sultan 
İbrahim Mirzənin başçılığı altında ordu göndərir və 1565-ci ildə ələ 
keçirilib öldürülür (108, 89, 90). Həsən bəy Rumlunun məlumatına 
görə Heratda baş vermiş hadisədən, yəni hakimiyyətsizliyin yaran-
masından Buxara hakimi İsgəndər xan dərhal istifadə edib h. 974 
(1566-1567)-ci ildə Xorasana böyük oğlu Abdulla xanın başçılığı 
altında qoşun göndərdi. Ancaq I Şah Təhmasib Herat hökumətini 
oğlu Sultan Məhəmmədə  həvalə edərək Xorasana yola salmış  və 
ona Yeqan Şahqulu sultan Ustaclını da lələ  təyin etmişdi. Onlar 
Xorasanda Qızılbaş ordusunu səfərbər edib Abdulla xanın hücum-
larının qarşısını uğurla aldılar və Abdulla xan geri dönməyə məcbur 
oldu (77, 430, 431).  
Həsən bəy Rumlu 1544-cü ildə baş vermiş hadisələrdən bəhs 
edərkən Həmzə sultan Qazağın oğlu Şahqulu sultanın Məşhəd haki-
mi olduğunu qeyd edir (77, 318). O, Məşhədə  qədər Kirman və 
Astrabadda da hakim olmuşdu. 1551-ci ildə Çuxur-Sədə göndəril-
mişdi (28, 99). H. 951 (1544)-cü ildə Şahqulu sultan Əfşar Kirman, 
Əhməd sultan Şamlı isə Sistan hakimi idi (108, 70; 77, 308). 


 
39 
 
 
Məhəmməd Yusif Qəzvini h. 977 (1569)-ci ildə baş vermiş hadisə-
lərdən bəhs edərkən  Əfşar  əsilzadələrindən Yaqub bəyin Kirman 
hakimi olduğunu qeyd edir. Bu zaman Xorasanda Cam nahiyəsinin 
hakimi  İbrahim xan Zülqədərin oğlu Zeynal bəyin olduğunu görü-
rük. I Şah Təhmasibin yerlərdə hakimiyyətin həyata keçirilməsinin 
üsul və metodları XVI yüzilliyin 30-40-cı illərində Gilanda, 
Astrabadda, Xuzistanda mərkəzdənqaçma hərəkatları ilə  səciyyəvi 
olan güclü qarşıdurmalar şəraitində həyata keçirilirdi. Şahın qoşunu 
Xuzistanda (1541) baş vermiş qiyamı yatırmaq üçün 1542-ci ilıdə 
Dizfula doğru hərəkət etdikdə, buranın hakimi Əlaüddövlə  Rənaşi 
Bağdada qaçmışdı. I Şah Təhmasib Xuzistandakı mərkəzdənqaçma 
hərəkatının qarşısını almaq üçün oranın idarəsini Əfşar əmirlərindən 
Əbülfəth sultan Əfşara tapşırdı (128, 351-353; 28, 86). Əbdi bəy 
Şirazi 1538-1539-cu il hadisələrindən bəhs edərkən yazır ki, Xoca 
Müzəffərin nəvəsi Məhəmməd Saleh Bitikçi Astrabadi cahilliyi 
üzündən üsyan edib Astrabadın Qızılbaş hakimi Sədrəddin xan 
Ustaclıya qarşı çıxdığına görə Dəli Şahverdi Kəngərli onu tutub bir 
kupə qoydu və  Təbrizin Nəsriyyə  məscidinin minarəsindən atdı. 
Beləliklə, Astrabadda Xacə Müzəffərin nəsli kəsildi (77, 283, 285; 
28, 84). Müəllif daha sonra Astrabadın Qızılbaş hakimlərindən 
Şahəli sultan Ustaclı, Keçəl  Şahverdi Çavuşlu,  İbrahim xan 
Zülqədərin  adını çəkir (28, 99, 107). Həsən bəy Rumlunun məlu-
matına görə  Şahəli sultan Ustaclıdan sonra 1549-cu ildə Ustaclı 
elindən Keçəl Şahverdi bəyin Astrabada hakim göndərilməsi  Yaka 
Türkmanların ciddi  narazılıqlarına səbəb olmuşdu. Keçəl Şahverdi 
bəyin qohumu Şatır bəyin Yaka Türkmanın Oxlu obasından olan 
Aba tərəfindən öldürülməsi gərginliyi daha da artırmışdı. Keçəl 
Şahverdi bəy də Yaka Türkmanlarla savaşda öldürülmüşdü (77, 
241, 242). Əbdi bəy yazır ki, 1558-ci ildə «Ali divandan Hacı 
Uveys bəy Məlik oğlu Bayat, Bayat qoşunu ilə Astrabadı idarə 
etmək üçün getdi» (28, 94, 107, 108). Üveys bəyin Bayat qoşunu ilə 
Astrabada hakim göndərilməsi, Bayat elinin müəyyən obasının 
Astrabada köçürülüb yerləşdirilməsini  əks etdirir. Bu zaman I Şah 
Təhmasib Gilandakı  mərkəzdənqaçma hərəkatının qarşısını almaq 
üçün Biye-Pası (Rəşt) da Biye-Piş (Lahican) hakimi Əhməd xana 


 
40 
 
 
tapşırmışdı. Ancaq 1568-ci ildə Biye-Pası  Əmir Dibacın oğlu 
Cəmşid xana qaytarmaq istərkən, Gilanın məhəlli hakimləri ara-
sında yenidən ciddi qarşıdurmalar, itaətsizlik baş verdi. Əhməd xan 
Şaha qarşı  çıxıb onun göstərişlərini yerinə yetirmədiyinə görə 
Gilana yenə ordu yeridildi. Məğlub olan Əhməd xan ələ keçirilib 
həbs cəzasına məhkum edilir. Məhəmməd Mirzə Gilana hakim 
təyin olundu və faktiki olaraq vilayətdə hakimiyyət Qızılbaş-Türk 
əsilzadələrindən Allahqulu sultan oğlu Ustaclı,  İsgəndər bəy  Əfşar 
və Zeynal bəy   Zülqədərin arasında bölündü (128, 283, 284, 505, 
509). 
II Şah İsmayıl (1576-1577) da işğal olunmuş bölgələrdə yerli 
dayaqların möhkəmləndirilməsinə ciddi fikir vermişdi. 1576-cı ildə 
hakimiyyət uğrundakı  çəkişmələrdə Gilan valisi İmamqulu 
Mirzənin (I Şah Təhmasibin oğlu) lələsi və Biye-Piş  əmir  əl-
ümərası Pirə Məhəmməd (Çavuşlu) Ustaclı İsmayıl Mirzənin tərəf-
darı olduğu üçün İsmayıl Mirzə şahlığı ələ keçirdikdə Ustaclılardan 
yalnız ona toxunmamış, vəzifəsində qalmasına icazə vermişdi. Bu 
zaman  Şahqulu sultan Yeqan Abbas Mirzənin lələsi və Herat 
bəylərbəyi idi. O, 1576-cı ildə  Əsfərayin hakimi Hüsyen sultan 
Əfşar tərəfindən öldürülür. Həmin ildə Vəli xan Əfşarın Kirmanda 
hakim olduğunu görürük (128, 402, 491, 515, 528). 1577-ci ildə 
onu Kirmanda Mahmud sultan Əfşar  əvəz edir (108, 97).  O, 
Ustaclılardan xeyli əhalini Sistanda yerləşdirib,  Şahqulu sultan 
Yeqanın oğlu Mürşüdqulu sultan Ustaclını  Sərəxsdən geri çağırıb 
bura hakim göndərdi.  Şahqulu sultan Yeqan Ustaclının digər oğlu 
İbrahim sultan da Qəzvin hakimi təyin edilir. Təkəlilərin bir qismini 
Reydə yerləşdirib, bura Şərafəddin oğlu Museyib xanı, Qum və 
Savəyə Türkmanlardan köçürüb buraya isə  Əmir xan Mosullunu 
hakim təyin etmişdi.  Şah Herat əyalətini  Şirvan hakimi Araz xana 
versə  də, o Arazı keçməmiş fikrini dəyişib bura Durmuş xan 
Şamlının nəvəsi Hüseyn xanın oğlu Əliqulu bəyi təyin edib, ona xan 
titulu və  əmir  əl-üməra rütbəsi də verdi. Murtuzaqulu xanı isə 
Məşhədə vali təyin edərək xeyli Türkman əhalisini də bu bölgəyə 
köçürüb yerləşdirmişdi (117, v.216a, 223b; 67, 114; 128, 530, 535). 
Beləliklə, Azərbaycan hüdudlarından kənardakı vilayətlərdə möh-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə