Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   7   8   9   10   11   12   13   14   ...   111

 
32 
 
 
məğlub edib Şiraz, Fars , Kirmanı tutdular. 1504-cü ildə Firuzkuh 
qalası  ələ keçirildikdən sonra Firuzkuh, Dəmavənd, Xar, Simnan 
hakimi Kiya Hüseyn Çelavi və Sultan Muradın sığındıqları Osta 
qalası və Yəzdi fəth etdilər. Şah fəth etdiyi bu bölgələri sərhədləri 
hüduduna daxil edib şəhər və qalalara türk hərbi  əyanlarından 
hakimlər təyin etdi. Yəzdin idarəsini Hüseyn bəy Lələ Şamlıya ver-
di.(138, 396, 398,400). Azərbaycan Səfəvilər səltənətinin qurucusu 
olan  Şah  İsmayılın dövlətinin hərbi-siyasi özülünü türk-qızılbaşlar 
təşkil edirdi. İsmayıl  Əlvənd Mirzə  və Sultan Murad üzərində 
qələbə çalıb, Azərbaycanda hakimiyyətə keçdikdən sonra, müha-
ribələrlə tutduğu ölkələrə bir qayda olaraq Qızılbaş türk el və 
oymaqlarını köçürdüb yerləşdirərək fəth olunan torpaqlarda dövlə-
tin hərbi-siyasi dayaqlarını da yaradırdı. Bu barədə Əbdi bəy Şirazi 
yazır: «Şiraz (Fars) vilayətini Zülqədər Keçəl bəy Hacılar (adı) ilə 
məşhur olan İlyas bəyə verdilər. O tarixdən Şiraz Zülqədər tayfasına 
mənsub oldu… Bu il (1508) Diyarbəkr vilayəti tayfanın (Ustaclı) 
nəsilbənəsil əmiri olan Xanməhəmməd Ustaclıya verildi»
*
 (28, 36, 
39). Xorasan üstündə Səfəvi-Şeybani çəkişmələrində Şeybani xan I 
Şah İsmayıla «…Tərəkəmə (Türkman-Z.B.) Ağqoyunlulara qohum-
luğuna arxalanaraq, hakimiyyət iddiasına  düşmək, bəlkə o zaman 
mümkün olardı ki, mənim tək yeddi iqlim padşahı meydanda 
olmasın» deyə yazdığı sonuncu məktuba cavab olaraq Qızılbaş 
ordusu Xorasana daxil olur. 
      Mərv yaxınlığında Mahmudi kəndində (1510) döyüşdə Qızılbaş 
ordusu qələbə çaldı. Səfəvi ordusu Xorasan, Bədəxşan, Qəndəhar, 
Kabili tutdu. Türküstan da faktiki olaraq onlardan asılılığı qəbul etdi 
(43, 5-6). Bu qələbələrdən sonra I Şah İsmayıl h. 917 (1510-1511)-
ci ildə Sovucbulaq və Rey hakimi Zülqədər Abdal bəy Dədəni 
                                           
*
  I  Şah  İsmayıl 1508-ci ildə Zülqədər hərbi səfərindən geri qayıdarkən 
Bayandurların Diyarbəkrdəki valisi Əmir bəy Mosullu onu qarşılamış və qiymətli 
hədiyyələr təqdim etmişdir. Diyarbəkr Səfəvi torpağına qatılmış  və ora 
Xanməhəmməd Ustaclı hakim təyin edilmişdir. (Yəhya bin Əbdüllətif Qəzvini. 
Lübbət-təvarix, s.405) 
 
 


 
33 
 
 
Mərvə, Bayram bəy Qaramanlını isə  Bəlx,  Əndixod,  Şibirgan və 
Garcistana, Zeynal xan Şamlını Rey və Sovucbulağa hakim təyin 
edir (138, 409, 410; 128, 203; 108, 43; 67, 48). Bayram bəy 
Qaramanlı 1512-ci ildə özbəklərlə savaşda öldürülür. Zülqədər 
Abdal bəy Dədə də özbəklərin Məhəmməd Teymur xanın başçılığı 
altında 1513-1514-cü illərdə Xorasana hücumu zamanı  Mərvin 
müdafiəsini təşkil edə bilmədiyinə və şəhərdən qaçdığına görə vəzi-
fədən azad edilir (138, 414; 128, 203, 226, 227; 108, 48; 77, 138, 
139; 67, 48). Özbəklərin hücumlarının qarşısı alındıqdan sonra 
1513-1514-cü illərdə Zeynal xan Şamlı Herata, Div sultan ayamalı 
Əli bəy Rumlu Bəlx və onun ətrafına, Ağqoyunlu dövrünün böyük 
əmirlərindən olmuş Gülabi bəy bin Əmir bəy Mosullunun oğlu 
Əmir xan Mosullu Qayeyə,  İlyas bəy Ayqut oğlu isə Reyə hakim 
təyin edilmişdir (28, 47; 138, 414, 415; 128, 227, 228, 484). Əbdi 
Şirazinin yazdıqlarından açıq-aşkar görünür ki, I Şah İsmayılın fəth 
olunmuş ölkələrdə Türk-Qızılbaş ellərinin yerləşdirilməsi tədbirləri 
onun hakimiyyətinin sonuna qədər davam etmişdir. Müəllif 1515-ci 
il hadisələrindən bəhs edərkən yazır: «Qayenin hakimi Əmir xan 
Mosullu ali taxtın ayağına gəlib, Xorasanın vəziyyətini və özbək-
lərin hücumunu ərz etdi. Bu zaman Div sultan Bəlxdən dərgaha 
gəldi və  həmin  əhvalatı  (Şah  İsmayılın) qulağına çatdırdı. Buna 
görə  də Xorasanın idarəsini Amu Dərya çayının kənarından  İraqın 
(İranın) Simnanına qədər… Təhmasibə (Təhmasib Mirzə) həvalə 
etdi. …Şahzadə  Təhmasibin lələliyini  Əmir xan Mosulluya verdi-
lər…» (28, 36, 37, 47, 49-50; 128, 246, 247, 248). Təhmasib Mirzə 
Xorasan valisi,lələsi  Əmir xan Mosullu isə Herata hakim təyin 
edilir. Bu vaxtdan etibarən bir qayda olaraq Xorasana valinin 
şahzadələrdən qoyulması və onun lələsinin isə Herat hakimi statusu 
daşıması  ənənəyə çevrilir (128, 278, 279). Təhmasib Mirzədən 
sonra h. 928 (1522)-ci ildə Herata Sam Mirzə vali göndərilmişdi. 
Şamlı Durmuş xan isə Sam Mirzənin lələsi, həm də Herat hakimi 
olmuşdu (138, 420; 108, 49, 50; 67, 48; 43, 6). Şahın fərmanına 
(1522)  əsasən Xorasan vilayəti Simnandan Amu-Dərya çayına 
qədər Sam Mirzəyə verilir, Herata hakim  isə onun lələsi Durmuş 
xan  Şamlı  təyin edilir (128, 291). H. 929 (1522-1523)-cu ildə 


 
34 
 
 
Zeynal xan Şamlı Astrabada, Zeynəddin sultan Şamlı Nişapura, 
Əhməd bəy Əfşar da Fəraha hakim göndərilmişdi (128, 294). 
1503-1510-cu illərdə  İraqi-Əcəm, Fars, Gilan, Mazandaran, 
İraqi-Ərəb və bütün Xorasan fəth edildi. Azərbaycan Səfəvi döv-
lətinin  şərqdə  sərhədi Amu-Dərya çayına çatdı. I şah  İsmayıl fəth 
etdiyi bir çox ölkələrdə, xüsusən də Gilanda məhəlli sülalələrin 
ciddi müqaviməti ilə qarşılaşmışdı. Rəşt valisi Əmir Hüsaməddin 
əvvəlki imtiyazının itirməsi ilə hesablaşmır, müstəqilliyini bərpa 
etməyə çalışırdı. I Şah  İsmayıl valinin bu cəhdlərinin qarşısını 
almaq üçün 1507-ci ildə Rəştə qoşun göndərdi. Qızılbaş ordusunun 
qarşısında tab gətirməyəcəyini hiss edən  Əmir Hüsaməddin  Əmir 
Nəcmini qiymətli hədiyyələrlə Şahın hüzuruna göndərdi. Şah Əmir 
Nəcminin xahişini nəzərə alaraq Əmir Hüsaməddini əfv edir (128, 
154; 108, 40). Bu zaman Lahicanda da qiyam baş vermişdi ki, 
nəticədə Lahican hakimi Karkiyə Mirzə  Əli və Ranqu hakimi 
Karkiyə sultan Həsən öldürülmüşdü. Qızılbaş ordusu qiyamın qarşı-
sını alıb, günahkarları  cəzalandırdı. Ranquya Karkiyə Sultan 
Həsənin oğlu Sultan  Əhməd hakim təyin edildi (128, 155). Artıq 
Mazandaran və onun ətraf bölgələrindəki məhəlli hakimlər də vali 
statusu ilə Təbrizə tabe idilər. 1517-ci ildə Mazandaran valisi Ağa 
Məhəmməddə separatizm meyli baş verdiyinə görə I Şah  İsmayıl 
Durmuş xan Şamlının başçılığı altında bir bölük qızılbaş  əsgərini 
Mazandarana göndərir. Durmuş xan Şamlı Mazandarana daxil 
olduqda Ağa Məhəmməd müqavimət göstərməyin mənasız oldu-
ğunu görüb  tabe olur. Bu hadisədən sonra, 1517-1521-ci illərdə 
Sarı valisi Mir Əbdülkərim, Hezarcərib hakimi Seyid Hüseyn, 
Rüstəmdar hakimləri Məlik Kavus və Məlik Bəhmən Durmuş xana 
hədiyyələr göndərib Təbriz hökumətinə tabe olduqlarını, sədaqətlə 
xidmət edəcəklərini bəyan etdilər. Ancaq Mazandaran hakimi Ağa 
Məhəmməd öhdəsinə götürdüyü 3 min tümən vergini nəinki ödədi
əksinə yenə  mərkəzə tabe olmadı.  Şah Ağa Məhəmmədi tutduğu 
vəzifədən azad etdi və onun yerinə, Mazandarana da Mir 
Əbdülkərim təyin edildi. O, ildə 7 min tümən vergi ödəməli idi 
(128, 269-270, 282). I Şah  İsmayıl bu bölgələrin məhəlli hakim-
lərinin mərkəzdənqaçma istəklərinin güclü olmasını nəzərə alıb on-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə