Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   5   6   7   8   9   10   11   12   ...   111

 
26 
 
 
Tavernye Səfəvi dövlət idarəçiliyinin həyata keçirilməsi 
mexanizmini şərh edərkən hökmdarın bürokratik orqanlara məmur-
lar təyinatında qeyri-məhdud səlahiyyətlərindən genş miqyasda 
istifadə etdiklərini bildirməklə gerçəkliyi olduğu kimi təsvir etmiş, 
ancaq müəyyən ziddiyyətlərə də yol vermişdir. O çox doğru olaraq 
yazır ki, Şah istədiyi vaxt əyalət hakimliyinə və başqa böyük vəzi-
fələrə öz qulamlarını təyin edib onları hakimiyyətdə yüksək məqam 
sahibi edirdi. Səyyahın bu qeydlərindən aydın olur ki, Şah istədiyi 
vaxt vəzifədə olan şəxsi başqası ilə əvəz edə bilərdi. Ancaq o özü-
nün doğru olan bu fikirlərini həm də təkzib edərək yazır ki, dövlət 
vəzifələri irsi olub atadan oğula keçir. Atalar öz vəzifələrini 
ailəsinin əlində irsən saxlamaq üçün sağlığında övladlarını işə cəlb 
edirlər. Onlar vəfat etdikdə  vəzifələri irsən övladlarına keçir. 
Övladları kiçik  yaşlı olduqda isə bu vəzifəni onlar həddi-buluğa 
çatana qədər qəyyumları idarə edirlər (104, 571). Ancaq ondan 
fərqli olaraq Adam Oleari mərkəzi və yerli bürokratik idarələrə 
təyinatlar, həm də bu orqanlarla Şah arasındakı münasibətləri təhlil 
edərkən vəzifələrin şəxs üçün irsi olmadığını bildirir. O yazırdı ki, 
geniş ərazini əhatə edən bu ölkə inzibati cəhətdən çoxlu vilayətlərə 
bölünmüşdü.  Şah mərkəzi hakimiyyəti və paytaxtdan uzaq olan 
vilayətləri xan, sultan, kələntər, darğa, vəzir  ünvanı ilə məlum olub 
hakimiyyət funksiyasını yerinə yetirən şəxslərlə idarə edirdi. Şah öz 
şəxsi mülahizəsi  əsasında igidliyi və  şücaətinə görə  fərqlənən 
adamlara xan titulu verib onları vilayətlərə hakim təyin edirdi. Bu 
şəxsi keyfiyyətlərlə yanaşı,  Şaha və  vətənə xidmət sahəsində 
göstərilən fədakarlığa görə  də böyük vəzifəyə keçmək olurdu. Elə 
buna görə  də, bəzi adamlar savaşlarda həyatını  təhlükə qarşısında 
qoymaqdan çəkinməyərək xan ünvanına layiq görülmüşdülər. 
Ancaq xan titulu qan qohumluğu xətti ilə irsən verilmir. Doğrudur, 
xanların övladları xüsusi ehtirama layiq olmaqla hətta ata mülk-
lərinin də sahibi olurdular. Ancaq nə atalarının ünvanları, nə  də 
vəzifələri onlara aid olmurdu. Bu ünvan və  vəzifə xanların övlad-
larına göstərdikləri qəhrəmanlığa görə, yaxud Şahın onlara xüsusi 
ehtiramı olduqda verilə bilərdi. Şah hər hansı vilayətin hakimindən 
şübhələndikdə onu dərhal ölüm cəzasına məhkum edir və bütün 


 
27 
 
 
əmlakını da müsadirə etdirirdi (139, 884). Bu halda xanın övladı ata 
mülkü üzərində varislik hüququnu da itirirdi. Artıq XVI-XVII 
yüzilliklərdə Azərbaycanda dövlət idarəçiliyi özünün yeni mərhə-
ləsinə daxil olmuşdu. Bu mərhələdə istər mərkəzi, istərsə  də yerli 
hakimiyyətdən iri mülk sahibləri olan əyanlar uzaqlaşdırılmış  və 
onları qulluq müqabilində dövlətdən məvacib alan məmurlar  əvəz 
etmişdilər. 
Tavernyenin gündəliyində  Səfəvi dövlət hakimiyyəti orqan-
larının təşkili, onların quruluşu və aralarındakı  səlahiyyət bölgüsü 
qaydaları da təsvir olunmuşdur. Səyyah yazır ki, ölkə  əhalisini 
Avropa dövlətlərində olduğu kimi üç təbəqəyə bölmək olar ki, 
onlardan birinci şəmşir  əhlidir ki, bura səltənət sarayının üzvləri 
əşrəflər-kübarlar, xanlar və yaxud vilayət hakimləri, bütün qoşun 
əhli daxildir. İkinci qələm sahibləridir  ki, bura qazılar, qanun 
yazanlar və üçüncü təbəqə bizdəki kimi, tacirlər, sənətkarlar, zəh-
mətkeşlərdən ibarətdir. Onlarda ədəb, insanlıq, nəzakət çox olub 
bütün Asiya xalqları arasında fəzilətə, üstünlüyə malikdirlər və həm 
də nizamı,  ədaləti sevirlər. Hər cəhətdən avropalılara, daha çox 
fransızlara oxşayırlar (104, 571). Mərkəzləşmiş  Səfəvi dövlətinin 
mərkəzi və yerli idarə orqanları Tavernyenin qeyd etdiyi əvvəlki iki 
təbəqənin nümayəndələrindən ibarət idi. Mülki, hərbi və inzibati 
orqanlar, yəni dövlət aparatının çox şaxəli institutları getdikcə 
təkmilləşirdi. Dini və dünyəvi məhkəmə təsisatları, nizami ordu da 
yaradılmışdı. Səfəvi dövləti vahid siyasi təşkilat olub, hakimiyyəti 
bütün imperiyanın  ərazisi və    əhalisini  əhatə etsə  də, idarəetmə 
sistemində özünə  qədərki Türk dövlətlərinə aid spesifik xüsusiy-
yətlərə malik olmuş və onun üçün səciyyəvi olan institutlar, əlamət-
lər dövrün digər şərq xalqlarının dövlətlərində mövcud olmamışdır. 
Səfəvi dövləti  ərazisində bütün sosial zümrələrin mənafeyini ifadə 
edən siyasi orqan kimi fəaliyyət göstərmişdir. 
O.Əfəndiyevin yazdığı kimi, Səfəvilər dövlətinin yaranmasın-
da Azərbaycan türk etnosu həlledici rol oynamış  və bu dövləti 
«konqlomerat imperiya» kimi şərh edən baxışlar doğru deyildir (20, 
32,33). Fəth edilmiş bütün ölkələrdə, o cümlədən, Fars, Yəzd, 
Kirman, Xorasan, Astrabad, Mazandaran və Gilanda mülklərini 


 
28 
 
 
hakim statusu ilə idarə edən yerli sülalələrin hakimiyyəti devrilmiş
bu ölkələrdə inzibati ərazi bölgüsü prinsipləri  əsasında vilayətlər 
yaradılmışdı. Səfəvi dövlət quruluşunun formasına uyğun olaraq 
mərkəzlə yerli idarəetmə aparatı arasında qarşılıqlı münasibətlər 
milli deyil, inzibati-ərazi bölgüsü prinsiplərinə dayanırdı. Digər 
tərəfdən ölkə daxilində  əmtəə-pul münasibətləri başlıca iqtisadi 
əlaqə forması olub, valilik və vilayətlər vahid iqtisadi, inzibati-siya-
si mərkəz ətrafında birləşmişdi. 
Səfəvilər XV yüzillikdə Azərbaycanda hakimiyyətdə olmuş 
Türkman Baharlı  və Bayandur sülaləsinin hərbi-siyasi özülünü 
təşkil edən  Ərəşli, Zülqədər,  Əfşar,  Şamlı,Təkəli, Ustaclı, Qacar, 
Qaradağlı  və başqa türk ellərinə, çoxçeşidli sosial zümrələrə arxa-
lanıb onların  əsgəri köməyi ilə hakimiyyəti  ələ almışdılar. Məlum 
olduğu kimi, Səfəvi şeyxləri ilə Bayandur sülaləsi arasında  qohum-
luq  əlaqələri də mövcud olmuşdur. Belə ki, Səfəvi  şeyxi Cüneyd 
(1447-1460) Bayandurlu  hökmdarı Uzun Həsənin (1453-1478) 
bacısı Xədicə bəyimlə, şeyx Cüneydin oğlu Şeyx Heydər isə Uzun 
Həsənin qızı Aləmşah bəyimə evlənmiş, bu nigahdan da I İsmayıl 
və onun iki qardaşı doğulmuşdur. Beləliklə, Səfəvi  şahlıq süla-
ləsinin yaradıcısı  İsmayıl hakimiyyətə  Ağqoyunlu hökmdar irsinin 
davamçısı kimi gəlmişdir.  
Tarixə Baharlı, Bayandurlu, Səfəvi adı ilə düşən hər üç sülalə-
nin özülü – dayağı Azərabycan olmuş və bu sülalələr hakimiyyətdə 
olduqları illərdə yaratdıqları dövlətin quruluşundakı cüzi fərqlərlə 
bir-birini tamamlamışdır. Ancaq Səfəvilər vaxtında oturaq əhalinin 
rolu artmış,  Şirvan və  Şəki hakimlərinin mərkəzdənqaçma cəhd-
lərinə tam son qoyulmuşdur.  
I  İsmayıl  siyasi fəaliyyətə başlayana qədər dövrün ictimai-
siyasi hadisələrini düzgün qiymətləndirən və  nəticə  çıxarmağı 
bacaran türk el əyanları arasında boya-başa çatmış, təlim-tərbiyə 
almışdır. Onlardan Şamlı Hüseyn bəy lələ, Zülqədər Dədə Abdal 
bəy sufilər Gilanı  tərk etdikdən (1499) bir qədər sonra İsmayıla 
gənəşərək siyasi məram və  məqsədlərinin planlı  şəkildə  həyata 
keçirilməsi üçün kiçik saray təşkilatı yaratdılar. Belə ki, Salman bəy 
Zülqədər – xəzinədar,  Əbdi bəy  Şamlı - təvaçi (hərbi dəstələri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə