Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə225/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   222   223   224   225   226   227   228   229   230

 

 

482



9.  valyuta tənzimləməsini həyata keçirir; 

10. xarici dövlətlərlə hesablaşmalar qaydasını müəyyən edir; 

11. valyuta nəzarətini təşkil edir və həyata keçirir; 

12. RF-nin  ödəmə  balansı  proqnozunun  işlənib  hazırlanmasında  iştirak 

edir. 

Rusiya  Bankının  idarəetmə  orqanları  və  strukturu  Qanunun  17-18-ci 



maddələrində əks olunmuşdur. 

Rusiya  Bankının  ali  orqanı  Direktorlar  Şurasıdır.  Bu,  Rusiya  Bankının 

fəaliyyətinin əsas istiqamətlərini müəyyən  edən, banka rəhbərlik və onu idarə 

edən kollegial orqandır. 

Direktorlar  Şurasına  Rusiya  Bankının  sədri  və  Direktorlar  Şurasının  12 

üzvü daxildir. 

Rusiya  Bankının  sədri  vəzifəyə  Dövlət  Duması  tərəfındən  RF  Pre-

zidentinin təqdimatına əsasən səs çoxluğu ilə dörd il müddətinə təyin edilir. 

Direktorlar Şurasının üzvləri vəzifəyə Dövlət Duması tərəfindən Rusiya 

Bankı sədrinin Rusiya Prezidenti ilə razılaşdırılmış təqdimatına əsasən dörd il 

müddətinə təyin edilir. Direktorlar Şurası aşağıdakı funksiyaları yerinə yetirir: 

1.  RF  Hökuməti  ilə  birlikdə  vahid  dövlət  pul-kredit  siyasətinin  əsas 

istiqamətlərini işləyib hazırlayır və onların yerinə yetirilməsini təmin edir; 

2.  Rusiya Bankının illik hesabatını təsdiq edir və Dumaya təqdim edir; 

3.  Rusiya Bankının xərclər smetasını təsdiq edir; 

4.  Rusiya Bankının strukturunu müəyyən edir; 

5.  Mərkəzi  Bankın  pul-kredit  siyasəti  məsələlərinə  dair  qərarlar  qəbul 

edir; 


6.  Rusiya Bankının baş auditorunu təyin edir.  

Rusiya  Bankı  Dövlət  Duması  qarşısında  hesabat  verir,  bu,  özünü 

aşağıdakı məqamlarda göstərir: 

1.  Rusiya  Bankı  sədrinin  vəzifəyə  təyin  və  vəzifədən  azad  edilməsi 

Dövlət Duması tərəfindən RF Prezidentinin təqdimatına əsasən həyata keçirilir; 

2.  Rusiya  Bankı  Direktorlar  Şurası  üzvlərinin  vəzifəyə  təyin  və 

vəzifədən  azad  edilməsi  də,  həmçinin  Dövlət  Duması  tərəfindən  həyata 

keçirilir; 

3.  Hər il Rusiya Bankının Direktorlar Şurası Dövlət Dumasına Rusiya 

Bankının fəaliyyəti haqqında illik hesabat təqdim edir. 

Bundan  əlavə,  Dövlət  Duması  Rusiya  Bankının  fəaliyyəti  haqqında 

parlament dinləmələri keçirir və bank sədrinin məruzələrini dinləyir. 

Lakin,  digər  məsələlərdə  Rusiya  Bankı  öz  səlahiyyətlərini  müstəqil 

surətdə həyata keçirir, odur ki, dövlət hakimiyyətinin federal orqanları, RF sub-

yektlərinin hakimiyyət orqanları və yerli özünüidarə orqanları onun fəaliyyətinə 

müdaxilə etmək hüququna malik deyil. 




 

 

483



Rusiya  Bankı  bank  tənzimləməsi  və  kredit  təşkilatlarının  fəaliyyətinə 

nəzarət orqanıdır, bu bank bank qanunvericiliyi və Rusiya Bankının normativ 

aktlarına kredit təşkilatları tərəfindən riayət edilməsinə nəzarət edir. 

Bank tənzimləməsi və nəzarətin başlıca məqsədi ölkənin bank sisteminin 

sabitliyini qoruyub saxlamaqdan, əmanətçi və kreditorların maraqlarını müdafiə 

etməkdən  ibarətdir.  Rusiya  Bankı  federal  qanunlarla  nəzərdə  tutulmuş  hallar 

istisna edilməklə, kredit təşkilatlarının operativ fəaliyyətinə müdaxilə etmir. 

 

Fəaliyyət:

 

Bankın həyata keçirdiyi əsas funksiyalar aşağıdakılardır:



 

♦ 

Milli valyutanın sabitliyinin qorununb saxlanılması; 



♦ 

Pul nişanlarının buraxılması və tədavüldən çıxarılması;  

♦ 

Rusiya  Federasiyası  hökuməti  ilə  birgə  maliyyə-kredit  siyasətinin 



hazırlanması və həyata keçirilməsi və s.  

Təşkilati  struktur:  Rusiya  Mərkəzi  Bankı  27  təşkilati  strukturdan 

ibarətdir. Burada 79 ərazi bölməsi və 623 kassa-hesablaşma mərkəzi fəaliyyət 

göstərir.  

Mərkəzi  Bank  Direktorlar  Şurası  tərəfindən  idarə  olunur.  Şura  darə 

Heyətinin  sədri  daxil  olmaqla  12  üzvdən  ibarətdir.  Şuranın  üzvləri  Dövlət 

Duması tərəfindən 4 il müddətinə təyin edilir. Mərkəzi Bankın  darə Heyətinin 

Sədri Dövlət Duması tərəfindən Prezidentin təklifi əsasında təyin edilir. Dövlət 

Duması  Mərkəzi  Bankın  Sədrini  tutduğu  vəzifədən  azad  etmək  huququna 

malikdir. 

 

Mərkəzi  Bankın  yanında  Milli  Bank  Şurası  fəaliyyət  göstərir.  Şuranın 



Federal  Assambleya  palatalarının,  Prezidentin,  Rusiya  Federasiyası  hökumə-

tinin, Rusiya Mərkəzi Bankının nümayəndələri, ekspertlər və digər kredit təş-

kilatların  təmsilçilərindən  ibarətdir.  Bank  Şurası  Direktorlar  Şurası  tərəfindən 

təqdim  olunan  Mərkəzi  Bankın  illik  hesabatlarına  baxılması;  kapital  qoyu-

luşunun  ümumi  həcminin  təsdiq  edilməsi;  Bank  işçilərinin  pensiya  təmi-

nanatının, sosial və tibbi sığortaları üçün ayrılan xərclərin ümumi həcmini təs-

diqetmə funksiyasına malikdir.  

Rusiya  bank  sistemi.  Hal-hazrıda  Rusiya  kredit  sisteminin  strukturu 

aşağıdakı kimidir: 

1.  Rusiya Mərkəzi Bankı. 

2.  Bank sistemi: 

2.1.Kommersiya bankları; 

2.2. Rusiya Əmanət Bankı; 

2.3. Digər ixtisaslaşdırılmış banklar; 

3.  xtisaslaşdırılmış kredit-maliyyə institutları; 

3.1.Sığorta şirkətləri; 

3.2.Qeyri-dövlət pensiya fondları; 

3.3. nvestisiya şirkətləri; 

3.4.Maliyyə-tikinti şirkətləri. 




 

 

484



Ş

übhəsiz,  kredit  sisteminin  yeni  strukturu  daha  çox  sivil  bazar  təsər-

rüfatının ehtiyaclarını əks etdirir. 

Eyni  zamanda  kredit  sisteminin  təşəkkül  prosesi  onun  bütün  struktur 

haqlarında  müəyyən  problem  və  nöqsanları  aşkar  etdi.  Başlıca  problemlərə 

aşağıdakılar aiddir: 

1.  Xırda kommersiya bankları öz mövcudluğunu qoruyub saxlayır, onlar 

zəif  maliyyə  bazasına  malik  olduğunda  müştəri  tələbatının  öhdəsindən  gələ 

bilmir; 

2.  əmanət  Bankı  bank  bazarında  özünün  inhisarçı,  qeyri-məhdud 

mövqeyini qoruyub saxlayır; 

3.  ipoteka  banklarının  yaradılmasının  əsası  kimi  Torpaq  mülkiyyəti 

haqqında qüvvədə olan Qanunun olmaması; 

4.  nvestisiya banklarının fəaliyyət  göstərməsinin  əsası kimi korporativ 

qiymətli kağızlar bazarının inkişafı üçün real şəraitin olmaması; 

5.  xtisaslaşdırılmış qeyri-bank institutları bazarının tənzimlənməsi üçün 

real qanunvericilik bazasının olmaması. 

Bütün  bu  problemlər  sənaye  baxımından  inkişaf  etmiş  ölkələrin  kredit 

sistemlərinə  ən  qısa  zamanda  yaxınlaşmaq  yolunu  tutan  Rusiya  kredit 

sisteminin inkişafını əhəmiyyətli dərəcədə ləngidir. 

1998-ci ilin avqust ayı bank böhranının başlanğıcı hesab olunur. O zaman 

hökumət  daxili  dövlət  borcu  üzrə  defisit  və  xarici  banklara  olan  borcların 

ödənilməsinə moratori elan etdi. Rusiya Federasiyası bank sisteminin yenidən 

qurulması  proqramında  qeyd  edildiyi  kimi,  1997-ci  ilin  dekabr  ayını  bank 

böhranının başlanğıcı hesab etmək olar. Həmin vaxtdan etibarən daxili maliyyə 

bazarındakı faiz dərəcələri kəskin surətdə artdı. 

Artıq banklar aşağı dərəcələr üzrə ehtiyatlar cəlb etmək və öz borc alan 

müəssisələrinə  ucuz  kreditlər  vermək  iqtidarında  deyildi.  Ona  görə  də  borc 

alanlar  aldıqları  yüksəkfaizli  kreditlərə  xidmət  göstərə  və  əvvəllər  aldıqları 

kreditləri vaxtında qaytara bilmirdilər. 

Dövlət qiymətli kağızları ilə aparılan əməliyyatların dayandırılması nəti-

cəsində  bank  sisteminin  ümumi  aktivlərinin  16%-i  faktiki  olaraq  donduruldu. 

Bununla bərabər, banklar likvidliyin tənzimlənməsinin əsas instrumentlərindən 

biri  kimi  dövlət  qiymətli  kağızlar  bazarından  (QKO-OFZ)  istifadə  edirdilər. 

Çünki kredit təşkilatının müxbir hesabında vəsaitlər kifayət qədər olmadıqda bu 

bazarın  iş  mexanizmi  öhdəliklərin  yerinə  yetirilməsi  üçün  dövlət  istiqrazları 

paketinin bir hissəsini operativ surətdə satmağa imkan verirdi. 

Bank sisteminin həm mütləq miqdarda, həm də böhranın inkişafı zamanı 

itkilərə  nisbətən  kapitallaşma  səviyyəsinin  aşağı  səviyyədə  olması  böhraınn 

kəskinləşməsinə əhəmiyyətli təsir göstərdi. 

Daxılı ehtiyat bazarının zəifliyi və bankların xarici vəsait mənbələrindən 

asılılığı bank böhranının inkişafına əhəmiyyətli təsir göstərdi. 1998-ci ilin 7 ayı 

ə

rzində  müəssisələrdən,  təşkilatarından  və  əhalidən  cəlb  olunmuş  vəsaitlərin 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə