Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə16/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   12   13   14   15   16   17   18   19   ...   100

 

Milli Kitabxana  

 

 



 

66

Bu bədbəxt gəlinin isə dağlarda sevgilisi qalmışdı. Padşah onu 



görən kimi xoşlamış  və sarayına gətirmişdi. Lakin bu gəlin 

dağlarda qalan çobanı gözləyirdi. Amma özünü bədbəxt kimi 

aparmamaq üçün ən-qiymətli daşlarla bəzənirdi ki, adamlar 

duyuq düşməsin.  

Balaca parıltı onun bədəninə yapışan kimi bu gəlin elə 

parıldadı ki, hətta xoşbəxtlikdən parıldayan o biri gəlinlər onun 

paxıllığını çəkməyə başladılar. 

—Siz bu bəxtəvərə baxın, — deyə padşahın köhnə 

arvadları  qəm-qüssəyə batdılar və onu yandırmaq üçün 

yalandan parıldamaq istədilər. Bu zaman böyük Parıltı onların 

üstündən qopub qaçdı. Balaca bacı  bədbəxtlikdən parıldayan 

bu arvadların hamısına sahib oldu. Qəribə burasıdır ki, insanlar 

da tam başa düşdülər ki, xoşbəxt olanda qətiyyən parıldamağa 

çalışmaq lazım deyil. Xoşbəxtliyin özü elə parıltı kimi bir 

şeydir və uzaqdan adamı cəlb edir. İndi kiçik bacının işi yaxşı 

gedir. Böyük bacı  də özünə  iş tapıb. Dünyanın  ən qiymətli 

incilərini,  şehləri, dənizləri,  şüşələri, otları, yarpaqları 

parıldadır. Bir sözlə, kiçik bacı insanlarla dostluğa başlayır, 

böyük bacı isə  təbiətin dostudur. Bəs bu parıltıların hansı 

yaxşıdır? Bax, orasını gərək özün ayırd edəsən.  

 

 

 



 


Milli Kitabxana  

 

 



 

67 


 

 

 



 

 

 



İKİ AĞCAQANAD 

 

ünyada iki ağcaqanad var idi. Birinin adı gözəllər 

gözəli Ağçiçək, o birinin adı igidlər igidi Ağkişi. 

Onlar lap xoşbəxt yaşayırdılar. Axşamlar səs-səsə 

verib oxuyurdular. Ağkişinin həm gözəl səsi 

vardı, həm də kamança çalırdı. Ağçiçək də pis oxumurdu. Elə 

axşam süfrəsi yığışdırılan kimi konsert başlayırdı.  Əvvəl 

Ağçiçək bir zəngulə vururdu. İnsafla desək, hələ heç bir 

ağcaqanad onun kimi zəngulə vura bilməyib. Sonra Ağkişi 

başını kamançaya tərəf  əyib, necə yanıqlı çalıb oxuyurdusa, 

qurbağalar bir anda öz sevimli mahnılarını  kəsib, bu gözəl 

nəğməyə qulaq asırdılar. 

Amma bu işlər xır-xır qurbağanın heç xoşuna gəlmirdi. 

Görün iş hara çatmışdı ki, o dura-dura Ağkişinin səsinə qulaq 

asırdılar. Bir dəfə Qurbağalar padşahı Göygöz Qurbağa aman-

zaman bir qızının toyunu eləmək üçün Ağkişini çağırdı. Bunu 

eşidən xır-xır qurbağa necə  bərkdən xırıldadısa səsi tamam 

tutuldu. Di gəl ki, xır-xır Qurbağa fürsət tapıb, Ağkişini 

dirigözlü uddu. Bu əhvalatı  eşidən gözəllər gözəli Ağçiçək 

necə hönkürüb ağladısa gözündən su əvəzinə iki qığılcım 

düşdü. Onun gözündən yaş əvəzinə qığılcım düşdüyünü görən 

cırcırama soruşdu 



 —Gözəllər gözəli Ağçiçək, nə olub? 

—Daha bundan artıq nə olacaq. Xır-xır Qurbağa igidlər 

igidi Ağkişini uddu.                               

Cırcırama bu sözü eşidəndə necə  cırıldadısa bütün 

cırıldayan stol və çarpayıların səsi bir anda batdı. Hamı elə 



 

Milli Kitabxana  

 

 



 

68

bildi dünyada Cırcıramadan başqa cırıldayan yoxdur. Qarğa 



Cırcıramanın belə yanıqlı cırıltısını eşidib soruşdu: 

Nə olub?                                 

Daha bundan artıq nə olacaq. Xır-xır Qurbağa igidlər 

igidi Ağkişini necə yeyibsə, gözəllər gözəli Ağçiçək gözündən 

yas əvəzinə od tökür. 

Bir görəydiniz bu zaman qarğa necə qarıldadı. Onun 

qarıltısı bütün dünya qurbağalarının qurultusunu batırdı. 

Adamlar fıkirləşdilər ki, qarğanın bu qarıltısının cavabında 

gərək o qədər qar yağsın ki, düzü-dünyanı tutsun. 

Bunu görən Sair Bülbül soruşdu:                  

—Ay yayın ortasında qar yağdırmaq istəyən Qarğa, nə 

оlub? 


Daha nə olacaq? Xır-xır Qurbağa igidlər igidi 

Ağkişini necə yeyibsə gözəllər gözəli Ağçiçək gözündən yaş 

əvəzinə od tökürmüş. 

Bülbül doğrudan da bərk hirsləndi. Necə yanıqlı 

oxudusa bağçadakı bütün güllər gözlərini açdılar. Sən demə, 

bağçada bitən güllər  əslində gül deyilmiş, onlar gülə oxşayan 

quşlar imiş  və yay yuxusuna gediblərmiş. Adamlar isə 

mürgüləyən bu quşları gül adlandırıb onları qoxulayırmış. Eh, 

adamlar heç nəyin fərqinə varmırlar. Elə ki, quşlar qış 

yuxusundan durdular uçub hərəsi bir tərəfə qaçdı. 

 

 



Milli Kitabxana  

 

 



 

69 


 

 

 



 

AYAQQABILARIN SÖHBƏTİ 

 

 

oğrusu bu əhvalatı eşidəndə tüklərim biz-biz oldu. 



Fikirləşdim ki, yəni doğrudan belə  şey olar? 

Amma xidmətçi qadın dedi ki, əgər siz bu 

əhvalatın doğruluğuna inanmasanız mən də 

məktəbimizdə oxuyan bütün şagirdlərə deyəcəyəm ki, sizin 

nağıllarınızı heç oxumasınlar.  Əlacım kəsildi. Qələm, dəftər 

hazırlayıb dedim: 



Danış nağılını. 

— Xeyr, — dedi — bu nağıl-zad deyil, əsl həqiqətdir 

ki, var. Sonra da başladı danışmağa.  

Gecə hamı yatanda qulağıma səs gəldi. Diqqətlə baxdım  

ki, görüm  yatmayan  kimdi.  Gördüm  hamı yerindədir.  Səs də 

dəhlizdən gəlir. Yavaşca dəhlizin qapısına kimi getdim. Kimsə 

deyirdi: 

—Eh, uşaqları aldatmağa nə var, ayağını necə  sıхdısa 

tez məni çıxarıb tulladı.                              

Başqa bir səs dedi: 

—Sən Rafiqin ayaqqabıları idin? 

—Əlbəttə! Bəs sən? 



Eh, mən də! — Elə ki onun ayaqlarını  sıxdım, 

xidmətçilər məəttəl qaldı. Axı mən onun ölçüsündən bir az da 

böyük idim. 

—Demək sən məndən qabaq bu biclikləri bilirmişsən. 

—Daha neyniyim elə birinci gün geyinib küçəyə 

çıxmışdı. Bir də gördüm burnum bərk ağrıdı. Özümə  gələndə 

nə görsəm yaxşıdı Rafiq burnumu yumru bir daşa vurub. Daş 

gedib xeyli aralı durmuşdu. Sonra o həmin daşı tapıb vura-vura 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə