Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə15/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   11   12   13   14   15   16   17   18   ...   100

 

Milli Kitabxana  

 

 



 

62

Mənimki də... mənimki də...                   

Aytən deməyə söz tapmadı. Bilmədi nə boyda desin ki, 

Anarınkından böyük olsun. 

Onlar küsüşdülər. Hərə öz tısbağasını götürüb getdi.  

Axşamüstü Anar dostundan küsdüyü üçün peşman oldu. 

Ürəyində fıkirləşdi ki, qoy Aytənin tısbağası qəşəng оlsun. 

Anar Aytənə zəng etdi:                        

—Aytən, mənəm, Anardı. 

Aytən dostunun zəngindən çox sevindi. Anar dedi:   

—Aytən, sənin tısbağan lap gözəldi! Dünya boyda. Lap 

ondan da çox!                                     

Aytən dedi: 

—Yox, sənin tısbağan gözəldi, dünya boyda, lap ondan 

da çox. Anar dedi: 

—Qoy sənin tısbağan gözəl olsun, Aytən! Aytən dedi: 

—Yox, qoy sənin tısbağan gözəl olsun! 

Hə, sözləri yenə  də düz gəlmədi. Anarın mürəbbə 

damlasına oxşayan gözlərinin işığı bir az azalan kimi oldu. 

Aytənin qara böyürtkən gözlərinin qaralığı bir az azalan kimi 

oldu. Hə, işlər çətinləşdi. İndi biz neyləyək? 

 

 



 


Milli Kitabxana  

 

 



 

63 


 

 

 



 

ÜÇ GORMƏMIŞ 

 

iri var idi, biri yox idi, dünyada üç görməmiş var idi. 



İşin tərsliyindən bu görməmişlərin üçü də bacı idi. 

Böyük bacının adı Böyük Görməmiş, ortancıl 

bacının adı Ortancıl Görməmiş, balaca bacının isə adı 

Balaca Görməmiş idi. Sizi inandırıram ki, heç vaxt belə 

görməmiş qarşımıza çıxmayıb. Tutaq ki,  ata  qarpız  alıb  

gətirir.  Böyük Görməmiş yanğınsöndürən maşın kimi əvvəl 

uzun bir fıt verir. Sonra qışqırır:                                

—Qarpızın dadına əvvəl mən baxmalıyam.  

Ortancıl Görməmiş paroxod kimi uğuldayır: 

—Yox, yox, qətiyyən elə  şey ola bilməz. Mən dura-

dura kimin haqqı var ki, qarpızm dadına baxsın.  

Balaca görməmiş nazik səslə amma hündürdən qışqırır: 

Məgər mən ölmüşəm ki, qarpızın dadına birinci siz baxırsınız. 

Beləcə görməmişlər arasında dava başlayır. Bir də 

ayılıb görürlər ki, qarpız çoxdan yeyilib qurtarıb. Onlar iş-işdən 

keçdiyini görüb özlərini sındırmırlar. Böyük Görməmiş 

yanğından sonra suyu süzülə-süzülə gedən yanğınsöndürən 

kimi astadan deyir: 

—Çox dadlı qarpız idi. Mən ömrümdə belə  ləzzətli 

qarpız görməmişəm. 

Ortancıl Görməmiş sahilə lövbər salan paroxod kimi 

fısıldayır: 

—Rəngi də ki, qıpqırmızıydı. Yəqin ki, dünyada ikinci 

belə qarpız yoxdur.                                

Balaca Görməmiş dayanacağa yaxınlaşıan elektrik 

qatarı kimi uğuldayır: 



Belə yumru qarpızları ancaq muzeylərdə tapmaq olar. 


 

Milli Kitabxana  

 

 



 

64

Elə güman etməyin ki, bu görməmişlər həqiqətən 



görməmiş idi və ömürlərində heç nə görməmişdilər. Yox, yox 

siz nə danışırsınız? Onlarm ataları ağıllı bir kişi idi. 

Günlərin bir günü ata düz bir maşın qarpız alıb gətirdi. 

Qoy ürəkləri istəyən qədər yesinlər. Bəlkə gözləri doya. 

Aydın məsələdir ki, bacılar maşına hücum çəkdilər. Hər 

biri bütün maşına sahib olmaq istədi. Amma bu işin mümkün 

olmadığmı görəndə Böyük Görməmiş  ən iri qarpızı götürüb 

dedi: 


—Bu mənim! 

Ortancıl Görməmiş özünü həmin qarpızın üstünə atıb 

dedi: 

—O özümündür! Balaca görməmiş qıyya çəkdi:  



—Mənimdi!  

İşi belə görən ata həmin qarpızı alıb dərəyə tulladı. 

Qarpız diyirləndi, görməmişlər də onun dalınca. Qarpız axırda 

yekə bir daşa dəyib parça-parça oldu. Bacılar qarpız 

qırıqlarının yanında oturub onun ləzzətli qarpız olması barədə 

uzun-uzun mübahisə etdilər.   



 

 

 


Milli Kitabxana  

 

 



 

65 


 

 

 

 

 

 

İKİ PARILTI 

 

ünyada iki parıltı var idi. Bunlar elə parıltılar idi 



ki, hansı əşyanı istəsələr parıldada bilirdilər. Hətta 

adamları da parıldatmaq olurdu.  Parıltılar bir gün 

dalaşdılar.  

Dalaşmalarının da səbəbi lap adi bir şey oldu. Böyük 

Parıltı dedi: 

—Məncə dünyanın bütün əşyaları ancaq xoşbəxtlikdən 

parıldayır. Bir bax, dənizlər, pəncərələrin  şüşələri,  şeh 

damlaları, otlar, çiçəklər necə alışıb yanır! 

Kiçik parıltı bacısının dediklərinə etiraz etdi:  

—Səhvin var. Bütün parıldayanlar xoşbəxt deyil. 

Onların içində eləsi var ki, öz bədbəxtliyini gizlətmək üçün 

parıldayır. 

Bax, burada saçyoldusu başladı. Böyük bacı balacanın 

saçından necə tutdusa yazıq az qaldı ki, parıltısını itirsin. Onlar 

həmin gündən tək gəzirlər. Böyük bacı xoşbəxtləri 

parıldatmaqdan ötrü hər tərəfı  gəzir və belə adamları tapan 

kimi onlara yapışır və parıldayır. Balaca bacı dünyanın  ən 

bədbəxt adamlarını tapır. Bu adamlar özlərini başqalarının 

yanında sındırmamaq üçün daha yaxşı geyinib-gecinir ki, 

camaat onun bədbəxt olduğunu bilməsin. 

Balaca bacı bir dəfə dünyanın  ən bədbəxt adamı ilə 

tanış oldu. Onun əri padşah idi. Ərinin də  qırx arvadı vardı. 

Doğrudur, padşah arvadlarının hamısını parıldada bilirdi. 

Onların hamısının boynunda qızıl boyunbağılar, barmaqlarında 

dünyanın  ən qiymətli brilyantları, qulaqlarında sırğalar vardı. 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə