Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə13/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   9   10   11   12   13   14   15   16   ...   100

Milli Kitabxana  

 

 



 

53 


 

 

 



 

 

 



QAYAYA ÇEVRİLMİŞ BALİNA 

 

ə, mən bu əhvalatın əvvəlini hеkayələrimin birində 



yazmışam. Yadındadırmı. Mərdəkan çimərliyində 

uşaqlarla zarafat etmək fıkrinə düşən balina! Sonra 

həmin balina uşaqları qorxutduğu üçün dənizin lap 

sahilində qayaya çevrilib. Bax, bu əhvalat isə balina qayaya 

çevriləndən sonra olmuşdur. 

Bir dəfə  ləpələr sahilə hücum çəkib balinanı yuxudan 

oyatmaq fıkrinə düşdülər. Amma balina heç kirpiklərini də 

qaldırmadı. Çünki o, uşaqları yenidən qorxudacağından ehtiyat 

edirdi. Ləpələr sözü bir yerə qoyub bu nəhəngin bədənini 

doğramağa başladılar. Onlar o qədər hücuma keçdilər ki, axırda 

balinanı  həqiqətən bir neçə yerdən yaraladılar. Bir ləpə  ağ 

başını qürurla yuxarı qaldırıb deyirdi:                                      

—Sən bir buna bax! Yatmaqdan doymur. Bir də ayılıb 

görəcək ki, daha heç nəyi qalmayıb. 



Biz onu doğrayıb tökməliyik, — deyə  hələ  də hirsi 

soyumayan iri bir ləpə özünü balinaya çırpdı. 

Çimərlikdəki  adamlar bu  qayanın  vaxtilə  balina 

olduğunu bilmədiklərinə görə elə güman edirdilər ki, ləpələr 

sahil qayalarına çırpılıb geri qayıdır, vəssalam. 

Onlar hardan biləydilər ki, balina bu saat hirslənib 

ayağa durmaqdan özünü güclə saxlayır. Axı  uşaqlar onun 

belində özlərini günə verirlər. Balina bir balaca tərpənsə onları 

qorxuda bilər. Ağılsız ləpələr isə buna qətiyyən  əhəmiyyat 

vermir, gecə-gündüz onun bədənini yaralamaq üçün özlərini 

var güclərilə ona çırpırlar. Küləkli havalarda işlər lap korlanır. 



 

Milli Kitabxana  

 

 



 

54

Ləpələr dalğaya çevrilir. Bu zaman dəniz sahillə əlbəyaxa olur. 



Dalğalar isə balinadan hayıflarını almaq üçün şahə qalxır, az 

qala onu qucaqlarına alıb dənizə aparmaq istəyirlər. Buna da 

Balina deyərəm. Sahildən aralanmağı ağlına belə gətirmir. Bir 

özünüz düşünün. Səhər uşaqlar gəlib görsələr ki, balina yerində 

yoxdur, onda nə olar?! 

 

 




Milli Kitabxana  

 

 



 

55 


 

 

 



 

QARINQULU QARPIZ 

 

u qarpızlar qonşu idi. Hər ikisi kolun dibində uzanıb 



tağın  şirəsini ləzzətlə sorurdu. Dənizçilər kimi 

zolaqlı köynək geyinən birinci qarpız gözünün altı 

ilə baxıb gördü ki, o biri qarpız deyəsən daha çox 

şirə  əmir. Axı  həmin qara qarpız səsini çıxartmadan ancaq 

gələcək haqqında şirin xəyallara dalırdı.     

—Belə, — deyə zolaqlı qarpız elə  həmin andan daha 

çox şirə sorub qarnına doldurmaq haqqında düşündü. Axı belə 

şey olmazdı. Necə ola bilərdi ki, qara qarpız daha çox şirə 

əməydi, buna dözmək olmazdı. 

Zolaqlı qarpız tağı  əmməyə başlayanda qara qarpızın 

ona yazığı  gəldi. Çünki, zolaqlı qarpız gələcək haqqında  

qətiyyən  şirin xəyallara dala bilmirdi. Amma qara qarpız 

düşünürdü ki, bir az da böyüyəcək və onu dərib süfrəyə  

qoyacaqlar. Zolaqlı qarpız isə belə şeyləri qətiyyən düşünmür, 

sadəcə olaraq qarınqululuq edirdi.  

Onların ikisi də böyüdü. Zolaqlı qarpız o qədər şişmişdi 

ki, az qalırdı partlaya. Gecələr səhərə qədər qonşuları yatmağa 

qoymurdu. Qarnına o qədər su dolmuşdu ki, bilmirdi neyləyə. 

Bir dəfə dovşan zolaqlı qarpızı balalarına aparmaq istədi. Onu 

tağdan üzüb elə  təzəcə itələmişdi ki,   qarpız balaca bir daşa 

dəyib partladı. Günlərlə sorub qarnma doldurduğu su bir 

andaca axıb boşaldı. Amma qəribə olsa da onun zarıltısı 

kəsmişdi. Axı qarnı boşalmışdı. 

Qara qarpız isə yavaş-yavaş böyüyürdü. Hərdən 

kürəyini günə verirdi ki, qoy günəş onu qızdırsın, dadlı  və 

ləzzətli olsun. Bir dəfə bu qarpızı  dərib apardılar. Onu kəsib 

yeyəndə dedilər: 



 

Milli Kitabxana  

 

 



 

56

—Lap dadlı qarpızdı. Sağ olsun bostançı! Bax bu 



ədalətsizlik oldu! Axı qarpızın dadlı olması üçün bostançıdan 

çox çalışan onun özü idi. Amma insanlar bu barədə düşünmək 

belə istəmədilər. Bir də insanlar bilmədi ki, bu qarpızın 

yanında başqa bir qarpız vardı  və o qədər böyük idi ki, bir 

balaca daşa toxunmaqla parçalandı. Yox, insanlar zolaqlı 

qarpızı heç yadlarına da salmadılar. Bu isə ədalətsizlik idi.       

 

                         



 


Milli Kitabxana  

 

 



 

57 


 

 

 



 

 

 



STOLUSTÜ LAMPANIN DƏRDİ 

 

 

lbəttə, heç kəsin ağlına belə  gəlməzdi ki, bu 



lampanın da dərdi var. Məsələ burasında idi ki, 

lampa bir yazıçının stolunun üstündə  ən hörmətli 

bir yerdə idi. Yazıçının hələ hamıdan gizlətdiyi 

əsərlərinin ilk əlyazmasını oxumağa təkcə ona icazə verilirdi. 

Buna görə  də stolüstü lampa özünü son dərəcə xoşbəxt hesab 

edirdi. Uzaqdan gözlərini heyrətlə açan lampalara heç cavab 

belə vermək istemirdi. Uzaqdakı lampalar isə  işıq dilində 

ondan xahiş edirdilər ki, yazıçının təzə əsərləri haqqında onlara 

heç olmasa bir məlumat versin. Amma stolüstü lampa necə 

dayanmışdısa eləcə də başını qaldırmadan yazı stoluna baxırdı. 

Elə bil ətrafda gözlərini ona həsrətlə dikən bu qədər lampaları 

qətiyyən görmürdü.                    

Amma stolüstü lampanın dərdi başqaydı. Axı yazıçı bu 

əsərlərinin demək olar ki, hamısını onun işığında yazırdı. Necə 

deyərlər, lampa da yazıçı ilə eyni həyəcanı keçirirdi.  Bir dəfə 

işıqlar keçdiyi üçün yazıçı  həmin gecə  işləmədi və o zaman 

stolüstü lapma yəqin etdi ki, onsuz yazıçının heç bir dəqiqəsi 

də səmərə verməz. Hə, di gəl ki, əsərlər yayılmağa başlayanda 

onların üstündə ancaq yazıçının adı olardı. Heç kəsin ağlına 

belə  gəlməzdi ki, bu balaca nağıllarda stolüstü lampanın 

gözlərinin nuru var.  

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə