Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə21/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   17   18   19   20   21   22   23   24   ...   100

 

Milli Kitabxana  

 

 



 

86

—Nə olub? Bədəni islansa da Dovşanın kefi əvvəlki 



kimi kök idi. 

—Nə olacaq, özümə əla dostlar tapmışam. Kirpi tükləri 

ilə  məni düşməndən qoruyacaq, mən qaçıb  ətrafda baş 

verənləri ona deyəcəyəm, sağsağan göydəki işlərdən bizi 

xəbərdar edəcək. Səncə bundan sonra yaşamağına dəyər, ya 

yox! 


Boz balıq uzun burnunu bir az da qabağa uzadıb suyu 

havaya fınxırdı: 

—Tamamilə yaxşı fikirdir. Gəlsənə  məni də özünüzə 

dost edəsiniz. Mən də suyun altında nələr baş verdiyini sizə 

xəbər verərəm. 

— Bu lap qiyamət oldu, — deyib, Dovşan daha bərk 

qaçmağa başladı. Amma o nə  qədər bərk qaçırdısa qulağının 

dibindən bir səs heç uzaqlaşmırdı ki, uzaqlaşmırdı. 

—Sən kimsən? — deyə Dovşan dayanıb həyəcanla 

soruşdu. 

—Dzzzz! Məgər məni tanımırsan. Dünyanın  ən balaca 

ağcaqanadıyam. 

Dovşan bir qədər sakitləşib soruşdu:   

—Nə istəyirsən?  

—İstəyirəm ki, məni də dostluğa qəbul edəsiniz. Sizə 

dünyanın ən gözəl mahnılarını oxuyaram. 

—Sən məgər oxuya da bilirsən? 

—Əlbəttə, bir bax! Dzzzzzzzzzzzz! 

— Yaxşı, tutaq ki, səni də dostluğa qəbul etdik. Axı 

sənin bu səsini heç qarışqalar da eşitmir. 

—Gözəl mahnıları  mən oxuya bilirəm, — deyə 

yaxınlıqdakı gölməçədən yaşıl bir qurbağa qışqırdı. —

Ağcaqanadın səsindən isə hamının zəhləsi gedir. 

—Necə, mənim səsimdən hamının zəhləsi gedir? —

ağcaqanad balaca iynəsini çıxarıb qurbağaya tərəf uçdu. 

Dovşan bundan istifadə edib qaçmağa başladı. O axırı ki, gəlib 

Kirpinin yanına çatdı. 



Milli Kitabxana  

 

 



 

87 


 

—Kirpi, ay Kirpi mənlə dost olarsan? Sən məni 

tikanlarınla düşməndən qoruyarsan, mən də qaçıb ətrafda nələr 

baş verdiyini sənə deyərəm. Sağsağan göydə, boz balıq da 

sularda baş verənləri bizə danışar. 

—Əlbəttə dostluq yaxşı  şeydir, — kirpi dilləndi. Bu 

sözdən Dovşan necə sevindisə  nəfəsi kəsilənə  qədər qaçdı. 

Amma bu dəfə o qədər bərk qaçırdı ki, nə sağsağanın, nə  də 

boz balığın çağırdığını  eşidə bilmədi. Onlar soruşmaq istəyir-

dilər ki, nə oldu, dostluqları baş tutur, ya yox?! Dovşan onlara 

cavab vermək halında deyildi. Elə sürətlə qaçırdı ki, 

qulaqlarının dibində  vıyıldayan küləkdən başqa heç nə 

eşitmirdi. Hətta ağcaqanad da bu dəfə  nə  qədər qanad çaldısa 

ona çata bilmədi. Qurbağa isə lap havayıca quruldayıb boğazını 

yırtdı. Dovşan sevindiyindən onlara cavab vermədi. O beləcə 

axşama kimi qaçdı. Axşam dostunun yanına gələndə kirpi daha 

ondan küsmüşdü. Kirpi bircə onu dedi ki, qardaş, səndə ki, bu 

qaçmaq var, bizim dostluğumuz baş tutmaz. 



 


 

Milli Kitabxana  

 

 



 

88

 



 

 

 



BUYNUZU GİCİŞƏN ÇƏPİŞ 

 

aşqa çəpişin bir cüt qələm kimi qalxan buynuzla-



rının dibi bərk gicişirdi. О yan bu yana vurnuxurdu 

ki, buynuzlarını sürtməyə bir yer tapsın. Başladı 

yol ilə getməyə. Getdi, getdi bir quzuya rast gəldi. 

Quzunun da balaca, qəşəng buynuzları vardı. 

—Sənin də buynuzunun dibi gicişir? — deyə  çəpiş 

soruşdu. 

—Elə gicişir! Heç bilmirəm hara sürtüm ki, canım 

dincəlsin, —deyə quzu dilləndi. 

—Gəl mənimlə gedək. Onlar getdilər, getdilər axırda 

bir danaya rast gəldilər. 

Gördülər ki, dananın da lap balaca buynuzları var. 

—Hara belə? — deyə dana onlardan soruşdu. 

—Heç,  əşi, bir az buynuzlarımız gicişir, gedirik görək 

onu hara sürtsək yaxşıdı.                             

—Qardaş, mənim də  dərdim sizinkindəndir. Qoy mən 

də sizinlə gedim.                                

Onlar bir-birinə qoşulub getdilər.                 

Meşədən keçəndə canavar, tülkü və çaqqal onları gördü. 

Heyvanların dalınca düşdülər ki, bir xəlvət yerdə üçünü də 

yesinlər. 

Beləliklə, çəpiş qabaqda, quzu onun arxasında, dana isə 

lap axırda getməyə başladılar. Canavar, tülkü və çaqqal 

kolların arasında gizlənə-gizlənə gəlirdilər. 

Dana mənimdir! — deyə canavar onları xəbərdar etdi. 

—Quzunu da mən yeyərəm! — deyə tülkü ağzının 

suyunu yaladı. 



Milli Kitabxana  

 

 



 

89 


 

—Çəpiş də mənim! — deyə çaqqal yavaşca uladı. Çəpiş 

bu söhbətləri eşitdiyindən, yoldaşlarını da xəbərdar edib 

ucadan dedi: 

—Eh, bu buynuzlarını da gicişməyə vaxt tapdı da! İndi 

mən bir canavarı hardan tapım ki, qarnını vurub deşim. Bəlkə 

buynuzlarımın gicişməsi kəssin. Amma dostlar, siz heç narahat 

olmayın. Hər halda bu meşədə əlimizə çaqqaldan, tülküdən biri 

keçəcək. Harda əlinizə keçdi buynuzunuzu keçirdin qarnına, o 

saat gicişməsi kəsəcək. Amma üçü də birdən əlimizə düşsə gör 

nə olar ey! 

Canavar, tülkü və çaqqal çəpişin bu sözlərini eşidib 

qorxuya düşdülər.  Əvvəl qaçmaq istədilər. Sonra fikirləşdilər 

ki, bir az da getsinlər görsünlər bu işin axırı nə olur. 

Çaqqal lap axırda ayaqlarını sürüyə-sürüyə  gəlirdi. 

Tülkü hər ehtimala qarşı qalın kolların arxasında gizlənə-

gizlənə irəliləyirdi. Canavar öz-özünə fıkirləşirdi.  

Gör dünya necə  dəyişib ey! Çəpiş canavar axtarır ki 

qarnını deşsin.  Əgər o qarnımı deşə bilsə qoy bu iti dişlərim 

mənə haram olsun. 

Canavar öz sözündən cəsarətlənib lap qabaqda gedirdi. 

Çəpiş, quzu və dana açıq bir talada pələngə rast gəldilər. 

Pələng arxası üstə uzanmışdı. Deyəsən özünü günə verirdi. 

Buynuzlarını bu pələngin qarnına  sürtmək istəyirəm, 

— deyə çəpiş dilləndi. 

—Canım, dəli olmusan, nədi?! Buynuzunu sürtməyə 

yer tapmadın? Durub üçümüzü də parçalayar, — deyə quzu tir-

tir əsdi. 

Amma çəpiş quzunun sözlərinə heç qulaq da asmadı. 

Cəsarətlə irəli tullandı  və buynuzlarını  pələngin qarnına 

vurmağa başladı. 

Dana ilə quzu qorxudan yerlərində donmuşdular. 

Canavar, tülkü və çaqqal kolların arasından baxırdılar.  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə