Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə20/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   16   17   18   19   20   21   22   23   ...   100

 

Milli Kitabxana  

 

 



 

82

 



 

 

 

 

BUDAQDAN DÜZƏLDİLMİŞ PİŞİK 

 

iri var idi, biri yox idi, budaqdan düzəldilmiş bir pi-



şik var idi. Uşaqlar onu əyri-üyrü budaqdan kəs-

mişdilər ki, uzaqdan baxan pişiyə oxşatsın. Bığları 

uzun və  şeşə idi. Quyruğu isə xalis quyruq idi ki, 

durmuşdu.  Əgər  əlinlə toxunmasaydın onun ağzının və 

dişlərinin də ağacdan olduğuna inanmazdın. 

Bu qəşəng və yaraşıqlı pişiyi rəngləyib stolun yuxarı 

başına qoymuşdular. Pişik gecə-gündüz cürbəcür qabların 

arasında başıaşağı durub fikirləşirdi. Fikirləşirdi ki, görəsən o, 

niyə ağacdan olsun. Yox, bu işi belə qoymaq olmazdı. Uşaqlar 

məni cansız hesab edib üst-başımı rəngləyiblər. Axı niyə bütün 

pişiklərin və siçanların öz rəngi olsun, təkcə mən beləcə qalım. 

Pişik fıkirləşirdi ki, heç olmazsa bircə dəfə siçanları qova bilsə 

qətiyyən dərdi olmazdı. Eh, amma bu yaramazlar gecədən xeyli 

keçəndən sonra evi ələk-vələk edirlər. Heç məni veclərinə  də 

almırlar. Bir dəfə avara bir siçan nazik dişlərini bədənimə 

sancdı. Amma mən də ona borclu qalmadım. Siçan məni 

dişləyəndə bədənimdəki tilişkəni onun damağına batırdım.  

Onda görəydiniz bu yaramaz necə ciyildəyir. Axırı ki, 

onlara pişik olduğumu başa saldım. 

Pişik yaraşıqlı stolun üstündə zərli boşqabların və büllur 

qabların arasında oturub beləcə  dərin fıkrə getmişdi. Amma 

dərdini kimə söyləyəcəkdi, bax orasını bilmirdi. Gecədən xeyli 

keçmiş siçanlar gəlib çıxdı. Onlar düz pişiyin yanına qalxdılar. 

Pişik gözlərini nə  qədər ağartdısa siçanlar ondan qətiyyən 

qorxmadılar. Quyruğunun ucu ağ siçan dedi: 



Milli Kitabxana  

 

 



 

83 


 

Nə gözlərini ağardırsan? Səndən qorxub eləyən—zad 

yoxdu! 


Daha buna dözmək olmazdı. Pişik bilmədi ki, neyləsin. 

Hirsindən ayaqlarını stolun üstünə basıb gözlərini ağartmaqdan 

başqa çarəsi qalmadı. Siçanlar isə ona yanıq verirlərmiş kimi 

bir-birinin quyruğundan tutub oynamağa başladılar. Pişik daha 

fürsəti əldən vermədi. İki qabaq ayağını büllur külqabına, arxa 

ayaqlarını isə  qırağı  qızıl haşiyəli boşqaba keçirib gözlərini 

siçanlardan çəkmədi. Onun yanından keçəndə hökmən 

quyruqları ilə pişiyə toxunur, onu qəzəbləndirirdilər. Bir dəfə 

quyruğunun ucu ağ siçan yanından keçəndə pişik onun 

quyruğunu boynuna dolayıb dartdı. Siçan pişiyin necə güclü 

olduğunu görüb bərkdən ciyildədi. Bir azdan bütün siçanlar 

dostlarına köməyə  gəldilər. Onlar necə dartdılarsa pişik də

ayağını dirədiyi külqabı da gumbultu ilə  aşağı düşdü. 

Boşqablar çilikləndi. Büllur külqabı iki parça oldu. Amma sizə 

deyim ki, pişik ayağı üstə dayandı. Doğrudur, o yerə düşəndə 

bir neçə dəfə kəlləmayallaq aşdı, əsl cəngavərlər kimi ayaq üstə 

dayana bildi. 

Siçanlar bilmirəm qabların səsindənmi, yoxsa pişiyin 

belə güclü olmasındanmı bir vahiməyə düşdülər ki, gəl 

görəsən.  Qaçıb  dağıldılar  və  səhərə  kimi  gözə görünmədi-

lər. Pişik isə bütün gücünü toplayıb ayaq üstə dayanmışdı. 

Doğrudur,  əvvəl o xeyli qorxdu və qorxudan bığının bir-iki 

tükü də düşdü. Amma axırda siçanların qaçıb dağıldığını, 

özünün isə belə salamat qalmağını görüb çox sevindi. O indi 

ayaq üstə durub fıkirləşirdi: 

—Bax belə! Axırı ki, biz də öz gücümüzü göstərə 

bildik. Mən bilən bu igidliyimə görə  uşaqlar məni 

heyvanxanaya verərlər. Ola bilsin ki, həddindən artıq güclü 

olduğum üçün məni lap pələnglər yatan qəfəsə salacaqlar. 

Amma nahaq yerə. Mən qəfəssiz də heç kəsə toxunan deyiləm. 

Amma orasını da deyim ki, qəfəs mənim çox xoşuma gəlir. 



 

Milli Kitabxana  

 

 



 

84

Dövrəmdə qorxa-qorxa hərlənir, hərdən də  əllərinə düşəndən 



sənə verirlər. Sən də bığlarını sallayıb onlara hirsli-hirsli baxır, 

arabir də nərə çəkirsən. Pis həyat deyil. Amma xahiş edəcəyəm 

ki, məni hərdənbir gəzməyə buraxsınlar. Bir az meşədə  gəzib 

sonra qayıdaram. Səhər yuxudan duran kimi uşaqların anası 

yerə səpələnmiş qab qırıqlarını görüb hirsləndi. 

—Harda bir çör-çöp görürsünüz gətirib yığırsınız stolun 

üstünə. Heyf bu qablardan. 

Sonra hələ  də ayaq üstə dayanaraq heyvanxanaya 

aparılmağmı gözləyən pişiyi görüb yerdən götürdü və aparıb 

zibil yeşiyinə atdı. 

Ağacdan düzəldilmiş pişiyə yazığım gəlirdi. Heç belə 

də ədalətsizlik olar? 

 

 



Milli Kitabxana  

 

 



 

85 


 

 

 

 

 

 

QAÇAĞAN DOVŞAN 

 

ir dəfə dovşan çox fikirləşdi, az fikirləşdi, axırda 



belə qərara gəldi ki, gedib Kirpi ilə dostluq etsin. "О 

öz tikanları ilə  məni qoruyar, mən də  cəld qaçıb 

yaxınlıqda nələr baş verdiyini ona söyləyərəm. Bax 

buna deyərəm, dostluq!" Dovşan bu fıkirdən necə sevindisə 

fişəng kimi yerindən götürüldü. Sağsağan Dovşanın belə 

qaçmağından şübhələnib soruşdu: 



Sənə nə olub? 

—Nə olacaq? Özümə yaxşı bir dost tapmışam. O məni 

tikanları ilə düşməndən qoruyacaq, mən də ətrafdakı əhvalatları 

gəlib ona xəbər verəcəyəm. Bundan sonra yaşamağına dəyər! 

—Bura bax, —  deyə sağsağan onu yoldan saxlamaq 

istədi. 


Amma Dovşan özünü saxlaya bilməyib uzaqlaşdı. 

Sağsağan səbrlə onun qayıtmasını gözlədi. Bir azdan gördü ki, 

budu Dovşan qulaqları yellənə-yellənə gəlir. 

— Bura bax, — deyə sağsağan onu səslədi.  

—Məni də dostluğa qəbul edin. Mən də göydə baş 

verən əhvalatları gəlib sizə xəbər verərəm. 

Dovşanın qulaqları o saat şeşələndi. Ağıllı söz eşidəndə 

həmişə uzun qulaqlarını şəkləyirdi. 

—Bu lap gözəl təklifdir, — Dovşan necə sevindisə daha 

bərk qaçdı  və özünü saxlaya bilməyib Kürə düşdü. Birtəhər 

çabalayıb sahilə çıxmaq istəyirdi ki, boz balıq onun həyəcanlı 

olduğunu görüb soruşdu:  




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə