Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə17/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   13   14   15   16   17   18   19   20   ...   100

 

Milli Kitabxana  

 

 



 

70

aparmağa başladı. Özün bilirsən necə  ağrıdır. Gördüm belə 



getsə axırımdı. Başladım ayağını sıxmağa. Birdən o ayaqlarını 

tutub yerə oturdu. Uşaqlar başına toplaşdı. 

—Nə olub sənə? 

Deyəsən ayaqqabımın içinə kərtənkələ girib. Uşaqlar 

ay güldülər ha... məni çıxardılar. Diqqətlə ora-bura baxdılar, 

gördülər ki, heç ne yoxdur. Dedilər: 

—Bu ayaqqabı  sənin ayağına xırdadı. Hələ  sən onunla 

futbol da oynamaq istəyirsən. 

O gündən Rafiqin ayağından çıxardılar məni. 

—Sən lap yaxşı qurtarmısan. Sonra məni geyindirdilər 

Rafiqin ayağına. Dedilər, bu lap yaxşıdır. Elə bağçaya təzəcə 

girmişdi ki, Rafıq balaca bir küçük gördü. Ayaqları ilə küçüyü 

cırnatmağa başladı. Birdən küçük mənim üzümdən bərk bir 

dişdəm aldı. Gözlərimdən yaş  çıxdı. Amma dillənə bilmədim. 

Çünki Rafıq indi də mənimlə küçüyü döyməyə başladı. Mənim 

burnumda bir mıx var idi, əhvalatı ona danışdım. Mıx başını 

qaldırıb girdi Rafıqin barmağına. Elə  qışqırdı ki, gəl görəsən. 

Mən də bir yandan başladım sıxmağa. Günorta Rafiq məni 

çıxarıb tulladı bir qırağa. 

Xidmətçi qadın üzümə baxıb sözünə davam etdi. 

Elə ki, ayaqqabıların söhbətini eşitdim tez özümü atdım 

dəhlizə. Söhbət də o saat kəsildi. Doğrudur, danışan 

ayaqqabıları tanıya bilmədim, amma başa düşdüm ki, hərdən 

ayaqqabılar uşaqların ayağını nə üçün sıxırmış. 

 

 



 


Milli Kitabxana  

 

 



 

71 


 

 

 



 

 

 



İKİ SAĞSAĞAN 

 

u sağsağanlar bir-birinə elə oxşayırdı ki, hətta onları 

dəyişik salmaq olardı. Onların  ən çox sevdiyi 

məşğələ qabaq-qabağa oturub söhbət etmək idi. 

Hərəsinin də bir cib dəftəri var idi. Qarşılaşan kimi 

çıxarıb hərə öz dəftərinə    baxırdı ki, görsün bu gün meşədəki 

əhvalatların hansını danışsın. 

—Bacılı-bacılı!  



Can bacılı!                                       

—Sən demə şirin babası pişik imiş. 

—Yox əşi.  

İkinci sağsağan ağzını elə heyrətlə açdı ki, elə bil bütün 

meşəni udmaq istəyirdi. 

—Bəs necə! Bu gün gözümlə görmüşəm. Pişik düz 

pələngin özüdür.                                    

—Amma ay özündən razıdır ha. Dişləri də  çəyirtgə 

ayağı kimi əyri və yöndəmsiz. 

—Xəbərin var ki, bu gün qovağın iyirmi üç yarpağı 

düşüb? Belə getsə, yazıq heç bir il də yaşamaz. — Sənə 

kimdən xəbər verim, göyərçinlərdən. Sən demə bunlar çox 

davakar imiş. Bayaq görürəm ki, qurr, qurr edib söyüşürlər. —

Bəs insanlar deyir guya onlardan sakit quş yoxdur?!  

—Eh, insanlar! Onların dünyadan nə xəbəri var. Onlar 

qırqovulu da əzizləyib çıxarıblar başımıza. Heç bilirsən 

neyniyib o qılquyruq? 

Bu zaman onların ikisi də öz quyruqlarına baxdı. Amma 

heç nə demədilər. Heç öz quyruqlarını yada salmağa 



 

Milli Kitabxana  

 

 



 

72

dəyərdimi? Aхı оnların da quyruqları uzun və nazik idi. Birinci 



sağsağan sözünə davam еtdi: 

—Götürüb bapbalaca, çil-çil bir yumurta yumurtlayıb. 

Hə, onun fıkri budur ki, meşədə quş  nəsli tamam kəsilsin. 

Məgər istəsəydi beş-altısını yumurtlaya bilməzdi? 

Sağsağanların başı  şirin söhbətə qarışmışdı. Birdən 

gördülər ki, dələ yuvasına qoz daşıyır. 

—Bacılı, sən bu topaquyruğu  görürsən? Heç danışıb 

еləmir! Ay özünü dartır ha.    



Əgər o danışmırsa, dеmək burada bir sirr var.        

—Əlbəttə var. Gəlsənə onu pusaq. Axı bundan bir söz 

qoparmasam ürəyim partlayar. 

Sağsağanlar başladılar dələni pusmağa. Dələ isə öz 

işində idi. Axırda yorulub daşıdığı qozları saymağa başladı. 

Sağsağanlar ha qulaq asdılarsa bir söz eşidə bilmədilər. 

Lap axırda bu sözləri eşitdilər: 

—Qırx beş.                                      

Sonra səs-səmir kəsildi. Sağsağanlar bir-birinin üzünə 

baxdılar. Axırda biri dilləndi: 

—Qırx beş ha! Burdan belə  çıxır ki, bizim hörmətli 

ayının ölümünə cəmi qırx beş gün qalıb?  



Aydın məsələdir ki, bu yaramaz onu deyir. 

Tələsik cib dəftərçələrini çıxarıb bu mühüm məsələni 

qeyd elədilər. 

Onların anaları isə lap uzunquyruq bir sağsağan idi. O, 

öz balalarına baxıb fəxrlə deyirdi: 

Dünyada mənim balalarım kimi mehriban quş 

tapılmaz. 

 



Milli Kitabxana  

 

 



 

73 


 

 

 



 

 

 



OKEAN SƏYAHƏTİ 

 

ax, bu doğrudan da möcüzə idi. Vüqar heç özü də 

bilmədi ki, bu, necə olan işdi. Əvvəl qalın kartondan 

bir gəmi düzəltdi. Sonra çöpdən ona dor ağacı 

qoydu. Xülasə  gəmi hazır olan kimi küçədə yağış 

gölünün qırağına gəldi. Qurbağalar ləzzətlə çimişirdilər. O, 

əyilib ehtiyatla gəmisini suya buraxdı. Gəmiyə bağladığı balaca 

ipin ucundan tutub dartdı ki, gəmi üzsün. Elə möcüzə  də bu 

zaman baş verdi. Birdən bu balaca gölməçə çevrilib nəhəng 

okean oldu. Vüqar əvvəl onun okean olduğunu başa düşmədi. 

Axı hardan biləydi?! Dənizin də okean kimi sahili görünmür 

axı! Hə, elə ki, okean yarandı, Vüqar bir də baxıb gördü ki, 

oyuncağı çevrilib nəhəng bir gəmi olub. Vüqar da bu gəminin 

kapitanıdır. Öz-özünə  fıkirləşdi: "Çoxdandı belə bir şey 

arzulayırdım. Lap əla oldu. İndi sürərəm gəmimi ürəyim 

istəyən yerə".                

Gəmi gurultu ilə yola düşdü. Onun burnunda —suyun 

yarıldığı yerdə xoş bir şırıltı var idi. Ləpələrin mirvari dənələri 

göyərtəyə kimi qalxırdı. 

—Yaxşı, görəsən hara gedirik belə — deyə o özü-

özündən soruşdu. Birdən yadına düşdü ki, evdən çıxanda xəritə 

də götürüb, kompas da. Tez cəhəti müəyyənləşdirdi. 

Meridianları ölçdü və yalnız indi başa düşdü ki, Atlantik 

okeanındadır. 

—Bu lap əla oldu, ura!  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə