Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə19/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   15   16   17   18   19   20   21   22   ...   100

 

Milli Kitabxana  

 

 



 

78

Şüşəsiz qapı dedi: 



—Mən az qalıram deyəm ki, biz ağıl dünyasına açılan 

qapılarıq. Adamlar bizi açır və ağıllı bir dünyaya daxil olurlar. 

Şüşəsiz qapının bu kəşfındən sonra onların tərif demək 

həvəsi bir az da artdı.  

Sabahısı gün ev sahibi qapıları rəngləyib ağartdı. 

—Görünür, biz ağıllı olduğumuz üçün bu qədər ağıq — 

deyə  şüşəsiz qapı da həmin gündən cırıldamağa başladı. Axı 

belə bir vaxtda da mahnı oxumayıb daha nə zaman 

oxuyacaqdılar ki?! 

Ev sahibi isə qapıların oxumağından təngə gəlib onların 

ikisini də dəyişmək qərarına gəldi. 

Deyilənə görə indi qapılar bu evin zirzəmisində bir-

birinə söykənib, şirin xəyallara dalırlar. 

— Səncə bizi nəyə görə yerimizdən çıxardılar? —

Şüşəsiz qapı soruşdu. 

—Mənə elə gəlir ki, yaxşı oxuduğumuz üçün bizi daha 

böyük qulluqlar gözləyir. Hətta az qalıram deyəm ki, bəlkə bizi 

böyük bir elm ocağının qapısına asdılar. 

Şüşəsiz qapı bu sözlərdən o qədər ləzzət aldı ki, 

gözlərini yumub yenidən xəyala daldı. 

Qış düşən kimi ev sahibi qapıları doğrayıb ocaqda 

yandırdı. Şüşəsiz qapı ocaqda dili yana-yana dedi: 

—Gör biz necə ağıllıyıq ki, ocağı alışdıra bildik.  

—Mənə elə  gəlir ki, bizim alovumuzun rəngi də 

xüsusidir, — deyə  şüşəli qapının qırıqları onun sözünü təsdiq 

etdi. 


Ocaq doğrudan da yaxşı yanırdı.  Qapılar gələcək 

haqqında şirin xəyallara dala-dala yanıb kül oldular. 

 



Milli Kitabxana  

 

 



 

79 


 

 

 

 

 

 

AĞILLI FİKİRLƏ AXMAQ FİKİR 

 

ğıllı  fıkir göylə uçurdu. Onun kefı kök idi. Çunki 



indicə üç şagirdin başına girdiyi üçün onlar 

dərslərini vaxtında qurtarıb istirahət edirdilər. 

Birdən qabağına axmaq fıkir çıxdı. 

—Ehey, Ağıllı fikir, hara belə? 

—Gedirəm bax o kəndlinin başına girəm bəlkə əkini tez 

qurtarsın. Bir azdan istilər düşəcək sonra gec olacaq. 

Axmaq fıkrin üz-gözündən zəhər tökülürdü. Çünki 

kimin başına girmək istəyirdisə mümkün olmurdu. Həmin 

adam birtəhər başını  işlədir və onu qovurdu. Bir dəfə Axmaq 

fıkir bir Eşşəkarısını yoldan çıxardı. Sonra bir uşağı aldada 

bildi.  İş belə oldu ki, Axmaq fıkir uşağa anlatdı ki, çöldə 

ayaqyalın da gəzmək olar. 

Uşaq da o saat inandı  və ayaqyalın çölə  çıxan kimi 

xəstələndi. Onda bir görəydiniz Axmaq fıkir necə  qəhqəhə 

çəkib gülürdü. 

Amma gör nə vaxtdı ki, heç kəs onun sözlərinə inanmaq 

belə istəmirdi. İndi Ağıllı fıkrin göstərdiyi kəndliyə baxan kimi 

Axmaq fıkrin gözlərində qığılcım oynadı: 



Ay can, ay can, bu saat həmin kəndlini yoldan 

çıxaracam! Qoy hələ yatsın. Bir də ayılıb görəcək ki, yay gəlib, 

amma o əkini hələ qurtarmayıb. Onda bu dünyada yaşamağına 

dəyər!  


Axmaq fıkir çox olduğuna görə adamlar ona qulaq 

asmaq istəmirdilər. Amma adamların da axmağı olur, axı. 

Onlar belə axmaqların sözünü o saat eşidirlər. Axmaq fıkir 



 

Milli Kitabxana  

 

 



 

80

özünü kəndliyə yetirəndə qoca artıq sahəyə  çıxmışdı. Səhər 



günəşi onun kürəyini yandırmağa başlamışdı.  

—Heç belə bir havada işləyərlər? — deyə Axmaq fıkir 

onun beynində öz yerini tutdu. — Bu havanınkı odur ki,  

oturasan evdə, yeyib-içib yatasan. 

Yazıq kəndli bu axmağın sözünə o saat inandı. Evə 

qayıdıb dedi: 



Arvad bir yaxşı göyərti qutabı bişir yeyək. İş qaçmır 

ki, sonra da görərik. Arvad çaşqın-çaşqın  ərinin üzünə baxdı. 

Əvvəl elə bildi kişi xəstələnib. Axı onun ağlına da gəlməzdi ki, 

bu avara Axmaq fıkir gəlib kişini aldadıb. Arvad tez göyərti 

təmizləyib işə başladı. 

İndi sənə deyim Ağıllı fıkirdən. Ağıllı fıkir bir də baxıb 

gördü ki, Axmaq fıkrin izi-tozu da qalmayıb. Bir də gördü ki

kəndli evində bardaş qurub oturub və arvadının qutab 

bişirməyini gözləyir. Ağıllı fikir o saat başa düşdü ki, Axmaq 

fikir onu qabaqlayıb, kişini yoldan çıxarıb. 

Ağıllı fikir özünü kəndliyə yetirəndə kişinin gözləri 

yumulurdu. Ağıllı  fıkir gördü ki, Axmaq fıkir onun qulağına 

deyir: 

—Yat bir az dincini al! Hara tələsirsən? Ağıllı  fıkir 



necə nərə çəkdisə Axmaq fikrin qulağı tutuldu. Amma buna da 

axmaq fikir deyərəm. Axmaq olduğuna görə daha güclü idi. О, 

Ağıllı fikri necə itələdisə yazıq ağıllı fikir gedib qapıdan çıxdı. 

Bu zaman kəndlinin artıq gözləri yumulmuşdu. Onu şirin yaz 

yuxusu aparmışdı.  

Ağıllı fikir əlacsız qalıb, kəndlinin arvadının beyninə 

girdi. Qadın o saat ağıllandı  və  işə başladı.  О, tarlaya çıхıb, 

ərinin işlərini gördü. Sonra geri qayıdıb baxdı ki, kişi hələ  də 

yatır. Tez göyərti qutabını da bişirib ərini durğuzdu. Bu zaman 

Axmaq fikir bir adamı yoldan çıxarırdı. Bundan istifadə edən 

Ağıllı fikir kəndlinin beyninə girdi və onu dik ayağa durğuzdu. 

Lənət  şeytana, — kişi dilləndi. Bu Axmaq fikir 

hardan mənim beynimə girdi. Bu saat şum vaxtıdı, mənsə hələ 




Milli Kitabxana  

 

 



 

81 


 

yatıram. Kişi tarlaya çıxanda arvadının gördüyü işlərdən çox 

utandı. О, tez işə başladı. Axmaq fikir nə qədər çalışdısa daha 

onun beyninə yol tapa bilmədi. Kəndli bütün işlərini görəndən 

sonra evə gəlib dedi: 

—İndi gətir qutabımızı yeyək. Onlar qutabı yeyəndə 

özlərini necə  də xoşbəxt hiss edirdilər. Axı kişi çox ağıllı  iş 

görmüşdü. 



 

 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə