Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə22/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   18   19   20   21   22   23   24   25   ...   100

 

Milli Kitabxana  

 

 



 

90

Çəpiş  pələngi  əzişdirib yoldaşlarının yanına qayıtdı  və 



ucadan dedi: 

—Əşi, bu pələngin bircə buynuzluq canı varmış ki!  

Sonra canavargilin gizləndiyi kola tərəf yüyürüb dedi:  

—Dostlar, tez gəlin, deyəsən burda kimsə gizlənib. 

Pələngin başına gələnləri gözləri ilə görən canavar, tülkü və 

çaqqal dayana bilərdimi?! Bir göz qırpımında qaçıb meşənin 

dərinliyində gözdən itdilər.  

—Gəlin tez qaçaq ki, bizi görən olmasın, — deyə çəpiş 

dilləndi.  

Onlar qaçıb getdilər. Quzu ilə dana bilmədi ki, indicə  

çəpişin  yerə    sərdiyi  pələngi  ovçular  dünəndən öldürmüş-

dülər...  



 

 

 


Milli Kitabxana  

 

 



 

91 


 

 

 



 

 

 



QIŞ NAĞILI 

 

u əhvalat qışda olmuşdu. Gün batmış, ay doğmuşdu. 



Hər tərəfə  sərilmiş qar ayın  şüası altında 

yazılmamış vərəq kimi ağarırdı. Kollar qar altından 

başını qaldırmaq istəyən ayılara oxşayırdı. 

Meşənin lap dərinliyində qoca bir tülkü yaşayırdı. Neçə 

gün idi ki, dişinə heç nə keçmirdi. 

—Hmmm. — deyə tülkü tünd şabalıdı tüklərini 

pırpızladı.  

—Kəndə getsəm yaxşıdır. Bəlkə toyuqdan-cücədən bir 

şey tapdım. 

O, quyruğunu şeşlədi. Bir cüt yetişmiş zoğal dənələrinə 

oxşayan gözlərini oynatdı. Yəni, "qərar qətidir". 

Tülkü kəndə çatanda hamı  şirin yuxuda idi. Evlər 

sahildə lövbər salmış nəhəng gəmilərə oxşayırdı. 

Qoca tülkü kəndin aşağı başındakı evin qaratikanla 

hörülmüş hasarına yaxınlaşdı. Su yolundan sürüşüb həyətə 

keçdi. Tüklərinin qaratikan kollarına ilişib didilməsinə o qədər 

də fikir vermədi. 

Boz köpək zirzəmidə yatmışdı. Onun qulağına  şıqqıltı 

dəydi. Yekə, qara ağzını göyə qaldırıb bir-iki ağız tənbəl-tənbəl 

hürdü: 


—Huv, huv, huv... Səsinə  səs verilmədiyini görüb 

sakitləşdi. Qırmızımtıl burnunu tüklü qoltuğuna soxub büzüşdü 

və gözlərini yumdu. Tülkü həyəti nəzərdən keçirdi, hinin 

qapısının dalına yekə bir paya söykəndiyini gördü. O, payanı 

yuxarı tərəfdən qaldırıb ehmalca yerə qoydu. Qapı açılan kimi 



 

Milli Kitabxana  

 

 



 

92

sıçrayıb qırmızıpipik xoruzun boğazından yapışdı  və sürətlə 



geri qayıdıb hasarın üstündən tullandı.  

Toyuqların qaqqıltısı bir-birinə qarışdı. Boz köpək tez 

hinin yanına cumdu. 

—Hav, hav, hav! Qonşu itlər ona səs verdilər. 

—Hav, hav, hav! 

—Huv, huv! 

Ham, ham, ham! İtlər küçəyə  çıxdılar. Qarın üstü ilə 

uzaqlaşmaqda olan tülkünü gördülər. 

—Hav, hav, gedək tülkünü tutaq!     

—Huv, huv, gedək. 

—Ham, ham, izi itirməyin, bu izlə lap meşəyə gedək, 

yuvasından çıxaraq. 

—Ham, ham, doğrudur, doğrudur.  İtlər tülkünün 

dalınca düşdülər. Tülkü quyruğunu kürəyinə  qısmışdı ki, 

ayaqlarına dolaşmasın. Xoruzun boğazından yapışıb  qaçır,  

hərdənbir çevrilib  arxaya baxırdı. Qarın üstündə tülkünün 

ayaqlarından "Ş" hərfınə    oxşayan izlər qalırdı.  İtlər həmin 

izləri iyləyə-iyləyə onun ardınca düşmüşdülər. 

Tülkü arxasınca gələn itləri görüb özünü itirdi: "Evim 

yıxıldı. Onlar məni tapacaq, özümü də, balalarımı da 

öldürəcəklər". O, lap qabaqda gələn boz köpəyin vahiməli 

səsindən daha da qorxuya düşdü. Xoruzu buraxdı ki, bəlkə itlər 

geri qayıdalar. Xoruz rəngbərəng qanadlarını  şaqqıldatdı, 

qanadlarını ayaqlarına qədər uzadıb qaqqıldadı  və taqətsiz 

halda qarın üstünə  sərildi. Lakin itlər tülküdən  əl çəkmək 

fıkrində deyildilər, 

—Necə edim ki, onları azdırım.  İzimi itirsinlər. Bəlkə 

quyruğumla izimi süpürüm? Eh, bu uzun çəkər, onlar məni 

boğazlayarlar. 

Sonra belə oldu: tülkü meşəyə çatar-çatmaz qara bir 

ayıya rast gəldi. İtlər bir az uzaqda idi. Amma iz ilə gəlib tapa 

bilərdilər. Tülkü nə  fıkirləşdisə gözləri sevincdən parıldadı. 

Ayıya yaxınlaşdı. 



Milli Kitabxana  

 

 



 

93 


 

—Salam, ayı qağa. 

—Hm, salam! 

—Yaxşı pətək yeri bilirəm. Amma demərəm dedi: 

Ayı pətək adı eşidən kimi dili ilə dodaqlarını yaladı və  

hə, tez ol de. Çoxdandı bal yemirəm. Tez ol. 

Onun  qara  gavalıya  oxşayan  gözləri  tülkünün 

pırpızlanmış tüklərinə və hiyləgər sifətinə dikildi 

—Yaxşı deyərəm. Amma uşaqlığım yadıma düşüb, 

məni bir az dalında apar, bərk yorulmuşam. 

Ayı donquldandı. Tülkünü dalına alıb meşənin içində 

gözdən itdi.  

Tülkünün ayıya  pətəklərin yerini deyib-demədiyini 

bilmirəm. Ancaq onu bilirəm ki, o, ayının dalına mindiyi üçün 

itlər tülkünün izini itirdilər və hürə-hürə kəndə qayıtdılar. 

 

 



 


 

Milli Kitabxana  

 

 



 

94

 



 

 

 

 

QOYUNUN BAŞINA GƏLƏNLƏR 

 

u  əhvalatın doğruluğuna mən özüm də inanmadım. 



Çünki qoyunun başına gələn belə  işlər bəzən 

insanların da başına gəlir.                                    

Düz üç il idi ki, qoyunla alabaş dostluq edirdi. 

Bir-birindən aralı gəzməzdilər. Qoyun yekə quyruğunu yayxa-

ya-yayxaya otlayır, alabaş da arabir quşlara və  kəpənəklərə  

hürərdi ki,  qoyunun  otlamağına mane olmasınlar. Qoyun o 

qədər kökəlmişdi ki, yekə ağ yumağa oxşayırdı. 

İndi sizə deyim boz tülküdən.  О, gecə-gündüz qoyunu 

güdürdü ki, aldadıb meşəyə aparsın və yesin. Belə qoyunun əti 

gərək ki, lap dadlı olsun. 

Tülkü gecə-gündüz fürsət gözləyirdi. Günlərin bir günü 

gördü ki, qoyun çəmənlikdə təkdir. Tez özünü ona yetirib, şirin 

dilini işə saldı: 

—Salam, ceyran balası, necəsən?  



Mən ceyran balası deyiləm, qoyunam.  

Tülkü hırıldadı: 

—Kim deyir ki, sən qoyunsan. Bu əlbəttə alabaşın 

işidir. Sənin  əsl adın ceyrandır. Anadan olan kimi ceyranı 

alabaş yedi, səni isə götürüb bir qoyuna verdi. Ona görə elə 

bilirsən ki, qoyunsan. Bu əlbəttə, böhtandır. 

Bu zaman alabaş böyürdən çıxdı. Tülkü sözünün dalını 

deyə bilməyib götürüldü. Alabaş onu qovdu, tuta bilməyib geri 

qayıtdı. Bir az buludlara və kəpənəklərə hürüb sakitləşdi. 

O gündən qoyunun ürəyinə  şübhə damdı. Tez-tez su 

içmək bəhanəsi ilə bulağın başına gəlib suda özünə baxdı 

görsün qoyundu, yoxsa ceyrandı. "Deyəsən tülkü düz deyir axı. 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə