Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə25/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   21   22   23   24   25   26   27   28   ...   100

 

Milli Kitabxana  

 

 



 

104


dodaqlarını sıxıb dayandı ki, yalançı sözlər daha çıxa bilməsin. 

Çünki anasına yazığı gəldi. 

—Məgər məktəbə fıl gətiriblər? 

Anasının bu sözündən sonra Yaşar nə  qədər axtardısa 

doğru sözləri tapa bilmədi. Axı yalançı sözlər onları o qədər 

təpikləyib, dümsükləmişdilər ki, yazıqlar qaçıb haradasa 

gizlənmişdilər.  İndi yalançı sözlər onun ağzından sakit-sakit 

çıxırdı. Yaşarı öz günlərinə salıb yalançı etmək istəyirdilər. 

Amma buna da Yaşar deyərəm. Üç dəfə udqunub gözlərini 

ayaqqabılarının burnuna dikdi ki, bəlkə  həqiqi sözlər 

gizləndikləri yerdən çıxa, amma heyif ki, onlar bərk 

incimişdilər.  Əlacsız qalan Yaşar axırda dodaqlarını  gəmirə-

gəmirə yalançı sözləri dişlərinin arasından buraxdı: 

—Məsələ belədir ki, məktəbimizin həyətini zoopark 

ediblər. Bundan sonra zoologiya dərslərini elə oradaca, açıq 

havada keçəcəyik. 

—Sən nə danışdığını bilirsən? — anası necə qışqırdısa 

Yaşarın ürəyinin lap dərinliyində gizlənib mürgü döyən həqiqi 

sözlər özlərini onun dodağına yetirdi və Yaşarı  çətin 

vəziyyətdən çıxarmaq üçün bu saat çölə  çıxmağa hazır 

dayandılar. Amma elə bu zaman yalançı sözlərin başçısı bircə 

zərbə ilə onların hamısını gəldikləri yerə qaytardı və özü asta-

asta dişlərin arasından sürüşüb çıxdı: 

Atamın canı üçün doğru deyirəm! 

Aydın məsələdir ki, Yaşar bu yalançı sözlərin başçısını 

qətiyyən dilinə gətirmək istəmirdi. Amma özünüz deyin, axı bu 

uşaqda nə təqsir var?                               

Ana uşağı evə  gətirib yatağa uzatdı. Tez istilikölçən 

qoyub, qızdırmasını ölçdü. Yox canım, hər şey öz qaydasında 

idi. Bəs onda uşağa nə olmuşdu ki, bu boyda yalan danışsın. 

Anasının başqa  şeyə gücü çatmadı. Yaşarın bu sözlərini atası 

eşitsəydi gör nə olardı. 

Doğru sözlər harasa yoxa çıxmışdılar. Daha yalançı 

sözlər rahatca süzülüb gəlirdi.  



Milli Kitabxana  

 

 



 

105 


 

—Axı niyə məktəbin həyətində zoopark tikmək olmaz? 

Bu sözlərdən sonra bir qəribə  iş oldu. Anası oxlovla Yaşarın 

əlinin üstündən vurdu. Əlbəttə, Yaşar orasını  qətiyyən başa 

düşmədi ki, onun əllərinin təqsiri nədir. Yalançı sözlər  əldən 

çıxmırdı ha. 

Anası onun əllərindən vurduğu üçün Yaşar ondan 

küsdü. Anası da Yaşardan yalan danışdığı üçün küsdü. Ah bu 

yalançı sözlər. Onlar Yaşarın əlinə düşsəydi...  



 

Milli Kitabxana  

 

 



 

106


 

 

 

 

 

İKİ TƏNBƏL 

 

 

iri vardı, biri yoxdu, iki tənbəl vardı. Bir dəfə bu 



tənbəllərin nənələri onları yanına çağırıb dedi: 

—Meşəyə gedin. Bəlkə dovşandan-zaddan tutdunuz, 

bişirib yeyərik. 

Nənələri tənbəllərin yoluna yağlı fətir qoydu.  

Onlar meşəyə getdilər. Aydındır ki, əvvəlcə yağlı 

fətirləri yedilər. Sonra da ağacın kölgəsində uzandılar. Bir də 

gördülər ki, yolla bir оvçu gedir. Birdən kolun dibindən bir 

çaqqal qaçdı. Ovçu arxasına aldığı kisəni yerə qoydu ki, 

çaqqalı vursun. Ovçunun başı çaqqala qarışanda kisədən 

ayaqları bir-birinə bağlı iki dovşan çıxdı. Dovşanlar gəlib 

tənbəllərin lap yanında bir kola ilişib qaldılar. Nə  qədər 

dartındılarsa ayaqlarını aça bilmədilər. Ovçunun isə bundan 

xəbəri olmadı. Kisəsini götürüb getdi. Tənbəllər  əvvəl 

sevindilər. Sonra birinci tənbəl öz-özünə fikirləşdi: "Hərəmizə 

bir dovşan düşür.  Əgər mən dovşanı evə aparsam nənəm 

deyəcək ki, indi bunun başını  kəs, soy, apar yu. Bu boyda işi 

görə bilmərəm. Yaxşısı budur bir kələk işlədim dovşanları 

Şaqqulu aparsın». 

Şaqqulu  isə  öz-özünə  fıkirləşirdi:  "Dovşanları Vaq-

quluya sırıya bilsəm, gör nə olar ey! Evdə bu dovşanları kəsib 

təmizləyəndə ona altdan-altdan gülərəm. Gör onda nə qiyamət 

olar ha!"  

Şaqqulu dedi: 



Milli Kitabxana  

 

 



 

107 


 

—Gəl bir şeydən mərc gələk. Kim udsa dovşanlar onun 

olsun. Vaqqulu ürəyində dedi: "Gərək elə  şeydən mərc 

gələmki, uduzam".  



Mən razıyam, — deyə ucadan dilləndi. 

—Nədən mərc gələk? 

Bu zaman gördülər ki, tülkü gəlir. Tülkü su arxına 

çathaçat idi. Şaqqulu dedi:  

—Tülkü indicə tullanacaq. Mən deyirəm arxdan 

keçəndə onun quyruğu suya dəyəcək.  

Vaqqulu dedi:  

—Dəyməyəcək. 

Onlar mərc gəldilər. Vaqqulu ürəyində arzu edirdi ki, 

tülkünün quyruğu suya dəysin. Onda mərci  Şaqqulu udar. 

Dovşanların ikisi də Şaqquluya çatar. 

Tülkü sıçrayıb arxdan keçdi. Onu çağırdılar.  

—De görək arxdan keçəndə quyruğun suya dəydi, 

yoxsa dəymədi? 

Tülkü  onların  yanında  ayaqlarından  bir-birinə bağlan-

mış dovşanlara baxıb başa düşdü ki, burda nə isə iş var.  

Dedi:  

—Yox, dəymədi.  



Şaqqulu dedi: 

—Mərci sən udmusan, dovşanlar da sənin olacaq. 

Vaqqulu bərk dilxor oldu. İşi belə görən tülkü dedi:  

Deyəsən quyruğum suya azca dəydi axı. Bu sözü 

eşidən kimi Vaqqulu dedi: 

—Ura! Mərci sən udmusan. Tez ol dovşanlarını götür!  

Şaqqulunun qanı lap bərk qaraldı. 

Tülkü dedi: 

—Doğrusu quyruğumun suya dəyib-dəymədiyini 

bilmirəm. Görürsünüz qupqurudur. Suya düşsəydi islanardı. 

Şaqqulu yenə əvvəlki həvəslə qışqırdı: 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə