Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə23/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   19   20   21   22   23   24   25   26   ...   100

Milli Kitabxana  

 

 



 

95 


 

Mən qoyundan çox ceyrana oxşayıram. Ayaqlarım isə xalis 

ceyran ayağıdır ki, var". Qoyun gecə-gündüz tülkünün yolunu 

gözləməyə başladı. Axı onun ceyran olduğunu tülküdən başqa 

heç kəs bilmir. "Gör mən necə  bədbəxt olacaqdım — deyə 

düşünürdü. — Yəqin ömrümün axırına kimi elə biləcəkdim ki, 

qoyunam. Elə qoyun kimi də ölüb gedəcəkdim. Halbuki bəlkə 

də ceyranların ən gözəli elə mən özüməm." 

Bir dəfə alabaş yenə  də  çəmənliyə gecikmişdi. Tülkü 

vaxtı bir dəqiqə  də itirmədi. Qoyun onu görən kimi üstünə 

atılıb dedi: 

—Əziz dost, tezliklə bu çəmənlikdən qaçmalıyıq. 

Alabaş gəlib yenə də cır səsi ilə zəhləmi tökəcək. 

—Onda dalımca gəl, —tülkü onu tələsdirdi. 

Onlar qaçıb meşəyə girdilər. Tülkü qoyunu yuvasına 

gətirdi. Balaları ilə tanış etdi. Fikirləşirdi ki, əgər qoyunu bu 

saat parçalasa əti iki günə iylənib xarab olacaq. Onu elə yemək 

lazımdır ki,  bir müddət ölməsin. Buna görə də dedi: 



Ay ceyran balası, sən doğrudan da gözəlsən, amma 

bu quyruqların heç sənə yaraşmır. Uzaqdan baxan olsa səni 

qoyuna oxşadar. 

Qoyun yöndəmsiz quyruğuna nifrətlə baxıb dedi: 

—Heç bilmirəm bu quyruq hardan gəlib mənim 

bədənimə yapışıb. 

Tülkü hiyləsinin baş tutduğunu görüb ürəkləndi:  

—Eybi yoxdur, buna çarə tapılar.  Gəlsənə  sənin 

quyruğunu ehmalca qoparıb ataq. Düzdü, azca ağrıdacaq, 

amma inanıram ki, buna dözərsən. 

—Əlbəttə, dözərəm, təki bu yöndəmsiz quyruqdan 

canım biryolluq qurtarsın. 

Tülkü ustalıqla işə başladı. Quyruğu dibindən sıyırıb 

balalarının qabağına atdı.  Əlbəttə özü quyruğun dadına 

baxmağı yaddan çıxarmadı. Lap şirin quyruq idi. Tülkü 

ömründə bu şirinlikdə quyruq yeməmişdi. "Gör bunun 




 

Milli Kitabxana  

 

 



 

96

budlarının dadı nə olar?!" deyə fıkirləşdi. Səhər yuxudan duran 



kimi qoyuna ədəblə salam verdi.  

—Ay ceyran balası,  dünəndən  əsl ceyransan ki, 

durubsan, amma arxa ayağının biri heç xoşuma gəlmir.  

Ceyran ayağından çox qoyun ayağına oxşayır. Mən belə 

ayağı bir dəqiqə də gəzdirməzdim.   

Qoyun bədən üzvlərindən hansının qoyununkuna 

oxşadığı sözünü eşidirdisə  həmin hissə o saat gözündən 

düşürdü. Tülkünün sözünü eşidən kimi dedi:  

—Gör o ayağımı  kəsə bilərsənmi? Eybi yoxdur üç 

ayaqlı qalmağa razıyam, amma qoyun olmağı ağlıma gətirəndə 

az qalıram dəli olam. 

Tülkü işə girişdi, nə girişdi. Budu kökündən qoparıb 

parçaladı. Yəqin başa düşürsən ki, tülkü qoyunu beləcə yeyib 

kef çəkəcək? Lap doğru başa düşmüsən. Bəs alabaş harda 

qaldı? Gəlsənə qayıdaq çəmənliyə, görək orda nə var, nə yox! 

Alabaş  çəmənliyə  gələn kimi işin nə yerdə olduğunu 

başa düşdü, qoyunun ləpirlərini iyləyib meşəyə tərəf qaçmağa 

başladı Alabaş özünü tülkünün yuvasına o zaman yetirdi ki, 

artıq qoyun yerə sərələnib can verir. Qoyun alabaşı görən kimi 

qışqırdı:  



Niyə  gəlmisən.  Yenə  cır  səsinlə zəhləmi tökməyə-

mi?! Birdəfəlik başa düş ki, mən sənin üçün qoyun-zad 

deyiləm. — Bu qoyunun son sözləri oldu. О qədər qan itirmişdi 

ki, daha dayana bilməyib öldü. Alabaş dostunun sözlərini 

qətiyyən başa düşmədi. Kor-peşman doğma çəmənliyə qayıtdı. 

 



Milli Kitabxana  

 

 



 

97 


 

 

 

 

 

 

DOVŞANIN ADI 

 

 

anavar Dovşanı necə qovmuşdusa adı tamam 



yadından çıxmışdı.  О, Canavarı aldadıb oxuya-

oxuya yolla gedirdi. Birdən qabağına Kirpi çıxdı.  

—Kirpi, ay Kirpi, sən bilmirsən mənim 

adım nədir? — deyə Dovşan tələsik soruşdu. 

Kirpi dayanıb dərin fikrə getdi. Tüklərini qabardıb dedi: 

—Sənin adın Yekəqulaqdı. Bəli, bəli, tamamilə  əmin 

ola bilərsən ki, belədir. Bilirsən səni niyə belə çağırırlar? Axı, 

qulağın hamımızınkından yekədi. Amma bu nəyə desən dəyər. 

Özün üçün rahatca gəzirsən. Uzaqdan bir səs gəlsə, hamıdan 

qabaq eşidirsən. 

Dovşan Kirpinin sözlərinə qətiyyən inanmadı. Heç belə 

də ad olar: Yekəqulaq?! 

Birdən topaquyruq Dələni gördü, dedi: 

—Səncə mənim adım nədir? 

Dələ cavab vermək üçün heç fikirləşmədi də. Çünki 

fıkirləşmək onun adəti deyildi. Buna vaxt hardaydı ki? Tez 

dedi: 

—Çəpgöz! Sənə ona görə  Çəpgöz deyirlər ki, zoğal 



dənələrinə oxşayan qəşəng gözlərin çəpdir. Belə gözlə lap 

uzaqları da görmək mümkündür. 

Dovşan isə onun sözlərini heç eşitmədi də. Çünki bilirdi 

ki, adı belə deyil. O, qonur bir ayıya rast gəldi.  

—Ayı qağa, siz bilərsiniz, mənim adım nədir? Tamam 

yadımdan çıxıb. 




 

Milli Kitabxana  

 

 



 

98

Ayı ağıllı görünmək üçün bir qədər fıkirləşib dedi: 



—Sənin adın uzağa tullanandı. — Az qaldı ki, özü də 

öz sözünə inanmasın. Çünki, ömründə bu uzunluqda ad 

eşitməmişdi. Amma ayı meşənin ən böyük heyvanı idi. Sözün 

düzünü o da bilməyib daha kim biləcəkdi ki? 

Ayı sözünün doğruluğunu təsdiq etmək üçün dedi: 

—Bilirsən sənə niyə belə ad qoyublar? Çünki qabaq 

ayaqların arxa ayaqlarına nisbətən gödəkdi.  İstəsən lap uzağa 

tullana bilərsən. 

Dovşan istədi ayıya desin ki, bu uzunluqda ad olmaz

amma demədi. Belə desəydi, onda gör nə olardı. 

Yenə oxuya-oxuya yolla getməyə başladı. Gördü ki, iki 

çaqqal bir-biri ilə mübahisə edir. Onlar kolun arxasında 

olduqlarına görə Dovşanı görmürdülər. Biri deyir: 

—Sən Dovşan kimi qorxaqsan.. O biri cavab verirdi: 

—Dovşan sənin özünsən. Elə buradaca Dovşanın adı 

yadına düşdü. İstədi yüyürüb onlara desin ki, heç mübahisə-zad 

eləməyin, Dovşan mənəm. Buna vaxtmı var idi? Tez geri 

qayıtdı. Əvvəl bayaqkı ayı ilə rastlaşdı: 

—Heç bilirsiniz mənim adım nə imiş? Dovşan. Ayı üz-

gözünü turşudub dedi: 



Bu avaranı bir yaxşıca kötəkləmək lazımdır. Onda adı 

yadına düşər! 

Dovşan ayının yanından elə getdi ki, bir də gözünə 

görünmədi. O, Dələyə rast gəldi: 



Bilirsinizmi? Sən demə  mənim adım dovşan imiş. 

Dələ sürətlə şam ağacına dırmaşdı və dedi: 

—Heç bilmirəm bu sözün mənə  nə  dəxli var. İstəyir 

sənin adın lap Pələng olsun. 

Dovşan yenə  də oxuya-oxuya yolla getdi. Birdən 

bayaqkı Kirpiyə rast gəldi. Dedi: 

—Bağışlayın, mənim adım Dovşan imiş!  

Kirpi yenə  dərin fıkrə getdi. İynələrini  əvvəlkindən də 

bərk qabardıb dedi: 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə