Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə14/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   10   11   12   13   14   15   16   17   ...   100

 

Milli Kitabxana  

 

 



 

58

 



QABAĞA QAÇAN KİRŞƏ 

 

ğlan ayaqlarına kirşə geyinib sürüşürdü. Kirşələr 



qarın üstündə bir cüt ağ  cızıq qoyub gedirdilər. 

Kirşələrdən biri dedi:  

—Əlbəttə, mən səndən yaxşı sürüşürəm.            

Mən bilən ikimiz də yaxşı sürüşürük, o birisi cavab 

verdi. 

—Yox, yox, mən səndən xeyli yaxşı gedirəm.  İstəsəm 



ümumiyyətlə  səni arxada qoyub çıxıb gedirəm. Doğrusunu 

deyim ki, mənim belə bir planım var. Səninlə bir yerdə  nə 

qədər sürüşmək olar. Sən sürüşmürsən, tısbağa kimi 

sürünürsən. 

—Nahaq belə danışırsan, ikimiz də bir sürüşürük, —sol 

ayağa geyilən kirşə cavab verdi. — Bir az insafla danışsan nə 

olar?                                      

Sən mənə insafsız deyirsən? — sağ ayağa geyilən 

kirşə hirsləndi. — Salamat qal, mən daha səni gözləmək 

istəmirəm. Bu sözləri deyib sağ ayağa geyilən kirşə irəli atıldı. 

Sol ayağa geyilən kirşə isə ondan incidiyi üçün dayanırdı ki, o 

çıxıb getsin. Bu zaman qəribə bir iş oldu. Ayağına kirşə 

geyinmiş  oğlan arxası üstə qarın üstünə  yıxıldı. Sağ ayaqdakı 

kirşə havaya qalxdı və elə göydə iken dedi:                                             

—Sənin acığına mən uçmaq istəyirəm. Bəli, bəli, özüm 

beləcə uçuram ki, bəzi-bəzi kirşələr mənə həsəd aparsın. Oğlan 

hirsləndi, onların hər ikisini ayağından çıxanb atdı. 

Amma o kirşə başa düşmədi ki, həyatda heç də həmişə 

irəli atılmaq adama xeyir gətirmir. Əgər onlar qoşa getsəydilər, 

yəqin ki, hələ də xoşbəxt-xoşbəxt sürüşürdülər. 



Milli Kitabxana  

 

 



 

59 


 

 

 



 

 

 



DÜNYANIN ƏN ƏDALƏTLİ GÖZƏTÇİSİ 

 

ax gözətçi buna deyərəm: qollarını yana açıb düz 



bostanın ortasında dayanıb. Bir quşun hünəri varsa 

yaxınlaşsın. Qoruqçu elə bir səs çıxarar ki, quşun 

bağrı yarılar: cırınq, zaranq, dratax!  

Hərdən gözaltı yetişmiş çiyələklərə baxır, öz-özünə 

fıkirləşirdi: Yəqin bal kimidi. Amma mən ondan birini də 

qoparmaram. Haram şey nəyimə gərəkdi. Hə, qardaş, heç kəsin 

malına  əyri gözlə baxmaram. Hələ siz bostanın üstündə uçan 

boz sərçələrə baxın, oğurluq etmək istəyirlər, haramzadalar. 

Eybi yox, mən sizə göstərərəm. Cırınq, zaranq, drrax!".                           

Gözətçi pərən-pərən olmuş quşların arxasınca baxıb elə 

bir  şaqqanaq çəkdi ki, bostanın boz köpəyi hirslə hürüb 

quyruğunu qapmağabaşladı. 

Çiyələklər  balaca,  qaramtıl  dişlərini  göstərib deyirdi-

lər:   


—Bizi yemək olar! Niyə gözlərini bərəldirsən, yesənə?! 

Qarovulçu ağzının suyunu güclə saxlayıb deyirdi:  

—Lənət  şeytana. Yox, mən sizi yeyə bilmərəm. Səhər 

bağ sahibinə nə cavab verərəm.  

Orasını da deyim ki, bu ədalətli qarovulçunun ürəyi çox 

təmiz idi və görünür elə buna görə də özündən deməyi yaman 

xoşlayırdı.  Ən çox sevdiyi məşğələ bir pələngi öldürməsi 

haqqında rəvayəti danışması idi. Bir dəfə hardansa 

çobanaldadan quşu uçub gəldi. Çobanaldadan çiyələk yemək 

istəyirdi. O düz qarovulçunun qarşısına qonub dedi: 




 

Milli Kitabxana  

 

 



 

60

Qardaş, o pələngi necə öldürdüyünü yaxşı-yaxşı 

danış.       

Qarovulçu şövqlə dedi: 

—Hə, bir də gördüm ki, zolaqlı, xallı  pələng gəlir. 

Bığları da ki, qaydasında. Dişlərini yada salanda adamın ürəyi 

yanlır. Düzdü, pələng çox böyük idi. Amma nə  qədər  böyük 

olsa da mənim dizimdən ancaq olardı. Pələng bostanın ortasına 

çatanda mən bir nərə çəkdim: drraxt! Onu gördüm ki, gumb bir 

şey partladı: sən demə bu pələngin ürəyi imiş.                                          

Səhəri onu sürüyüb apardılar. Bağ sahibi bax bunu 

mənə onda bağışladı.                                  

Çobanaldadan qarovulçunun söhbətinə qulaq asa-asa 

çiyələk kollarını  dənləyirdi. O, yetişmiş meyvələrdən yeyıb  

cəh-cəhlə  oxumağa  başladı.  Gözətçı  qəzəblə qışqırdı: Cırınq, 

zaranq, drraxt! Tez ol bostandan çıx.  

Başımı söhbətə qatıb gör nə yeyir, qarınqulu.  

Eh, çobanaldadan onun sözünə heç əhəmiyyət də 

vermədi. Qırmızı çiyələklə qarnını doldurandan sonra uçub düz 

qarovulçunun sarı, uzun burnuna qondu. Başqa quşlar bu 

əhvalatı görüb ürəkləndilər. Bir anda bostana daraşdılar. 

Qoruqçu necə hirsləndisə  qırılıb yerə düşdü, Üstünün 

zınqırovları hərəsi bir yana dağıldı. 

Deyirlər ki, bostan pozulandan sonra uşaqlar onun 

qollarını at kimi minib çapırmışlar. Qoruqçu isə  hələ  də  işə 

yaradığı üçün elə əvvəlki kimi sevinirmiş.                

Orasını da deyim ki, bu əhvalat doğrudan da olub. Özü 

də bilirsiniz harada? Kür çayı boyunca uzanıb gedən 

bostanların birində. 

 

 



Milli Kitabxana  

 

 



 

61 


 

 

 

 

 

 

AYTƏNLƏ ANARIN NAĞILI 

 

ytənin gözləri qaradı. Böyürtkən kimi. Anarın 



gözləri yumrudu. Yupyumru. İki damla mürəbbə 

kimi. Onların ikisi də balacadı. Bapbalaca. Bir gün 

bu dostların hərəsi bir tısbağa  tapdı.  Gölün  sahilini  

gəzəndə  gördülər  ki, tısbağalar yavaş-yavaş  gölə girmək 

istəyir.  Əslində tısbağalar uşaqlardan qaçırdı. Amma neyləmək 

olar, yerişləri  çox  asta olduğundan qarışqadan  da yavaş 

yeriyirdilər. 

Əvvəlcə Anar tısbağanın birini qucağına götürdü, sonra 

Aytən də ürəkləndi, tez o biri tısbağanı qucağına götürdü. 

Sonra Aytən dedi: 



 —Kimin tısbağası qəşəngdir? 

Anarın yumru gözləri elə parıldadı ki, elə bil indicə 

bişmiş mürəbbə damlasıdı. Çopur tısbağanı qabağa uzadıb 

dedi: 


—Əlbəttə mənimki qəşəngdir! 

Aytən ağ toppuş əlleri ilə bərk-bərk tutduğu yastı daşa 

oxşayan tısbağasını sinəsinə  sıxdı. Tısbağanın qarmaq kimi 

əyri dırnaqları havada açıla qalmışdı. O, qara böyürtkən 

gözlərini tısbağasına zilləyib dedi: 

—Mənimki lap gözəldi, heç ona tay tapılmaz! Anarın 

səsi titrədi: 

—Mənimki ev boyda gözəldi! 

—Mənimki bu küçə boyda gözəldi! 

Mənimki Bakı boyda gözəldi! 

—Mənimki dünya boyda gözəldi! 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə