Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə11/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   7   8   9   10   11   12   13   14   ...   100

Milli Kitabxana  

 

 



 

45 


 

MAŞQA 

ysel itə  də, pişiyə  də maşqa deyir. Özü də maşqa-

ların hamısını çox istəyir. Amma maşqalar onu 

qətiyyən istəmirlər. Harada gəldi balaca əlini ya 

dişləyir, ya da cırmaqlayırlar. Bir də görürsən ki, 

Ayselin gözlərindən yaş axır. Nənəsi həyəcanla soruşur: 

—Noolub?  

—Maşqa dişlədi.                             

—Ay balam, bu evin içində maşqa hardadı axı? 

Budey, kitabın üstündə. Nənəsi kitabın üstündə 

çəkilmiş pişik şəkillərini görür. 

Tez nəvəsinin ağlayan barmağını öpür. Yara elə o saat 

sağalır.                                      

Bir dəfə nənə gördü ki, Aysel bir vərəqi didişdirir. 

—Neynirsən? Dəftəri niyə cırırsan?                

—Axı Günel onun üstünə maşqa şəkli çəkmək istəyirdi. 

Onun çəkmək istədiyi o maşqa mənim barmağını dişləyəcək. 

Vərəqi cırıram ki, maşqanı çəkə bilməsin.     

Günel isə  vərəq cırıldığı üçün qumun üstündə  qəşəng 

bir it şəkli çəkdi. İt quyruğunu dik tutub dilini çölə çıxartmışdı. 

Lap canlı it kimi dayanmışdı. Aysel yavaş-yavaş yaxın gəlib 

sağ ayağı ilə onun quyruğunu tapdaladı  və  qışqırıb nənəsinin 

üstünə qaçdı. 

—Yеnə  nə oldu? — deyə  nənəsi uşağın tir-tir əsən 

əllərindən yapışdı.                                 



Maşqa dişlədi. Quyruğu ilə dişlədi. Tez ol öp. Hə, bax 

burda işlər çətinləşdi. Axı  nənəsi onun palçıqlı dabanından necə 

öpəydi?! Öpməsəydi də Aysel göz yaşını kəsən deyildi. 

—Axı  sənin dabanın palçıqdı. Necə öpüm? Gəl belə 

edək. Mən  əlimi öpüm və yapışdırım sənin yaranın üstünə. 

Nənəsi  əlini öpüb nəvəsinin yarasına yapışdıran kimi  Ayselin 

yarası sağaldı və qız durub getdi yenə də maşqa ilə oynamağa.          



 

Milli Kitabxana  

 

 



 

46

               



QUYRUQ 

 

iri var idi, biri yox idi, bir quyruq var idi. Bu quyruq 



fıkirləşdi ki, görəsən nə quyruğu olsun. Axırda belə 

qərara gəldi ki, ayı quyruğu olsa yaxşıdı. 

Quyruq gedib ayının bədəninə yapışdı  və 

başladı bu dünyada ömür sürməyə. O meşədəki heyvanların 

quyruğuna baxıb gülürdü: 

—Bir bunlara baxın, siz allah! Bunlar da özlərini 

quyruq yerinə qoyur. Siz bir o tülkü quyruğuna fıkir verin, elə 

bil ot topasıdı. Hələ gör tülkünün ayaqlarını necə tumarlayır. 

Elə bil o yöndəmsiz ayaqları tumarlamasa, daha nə bilim, nə 

olar. Hələ o qoyun quyruğuna fıkir verin. Necə  də yayxanır. 

Bir nazlanır ki, gəl görəsən. Atın quyruğuna isə zəhmət çəkib 

baxmağınıza dəyməz. Onun əvəzinə elə süpürgə  də bağlamaq 

olardı.                       

Birdən bu quyruq gördü ki, yolla bir insan gedir. Baxdı 

quyruğu-zadı yoxdu.                           

—Mən bu insanlara lap məəttəl qalmışam  — dedi, — 

heç quyruqsuz da yaşamaq olar?   

Quyruq gördü ki, insanın dalınca bir it qaçır. Aydındı 

ki, onu tutmaq istəyir.  İt insana çathaçatda o tullanıb ağaca 

çıxdı. İtin ağzı insanın şalvarından ancaq bir parça qopara bildi. 

—Quyruğu olsaydı yəqin ki, tutmuşdu — deyə quyruq 

fıkirləşdi. Və belə  qərara gəldi ki, insana quyruq qətiyyən 

lazım deyil. Bir azdan quyruğun başına bir iş  gəldi. Axı ayı 

çömbəltmə oturmağı sevirdi. Elə oturan kimi, quyruq da onun 

bədənindən düşüb qaçdı.                      

Çoxdandır ki, həmin quyruqdan bir xəbər yoxdur. 




Milli Kitabxana  

 

 



 

47 


 

 

 



GÜNƏŞİN DƏNİZDƏ QALAN SAÇLARI 

 

u  əhvalat olanda dünya hələ başdan-başa su idi. 



Buna görə də günlərin bir günü üfüqdən boylananda 

dənizi gördü. Günəş uzun və  qızılı saçlarını  dənizə 

sallayıb yudu. Qızılı saçları elə parıldadı ki, 

dənizdəki balıqların hərəsi bu tellərin birindən yapışdı. Bir 

azdan günəş üfüqdə yox olanda saçları qırılıb sularda qaldı.                   

Səhər Günəş üfüqdə görünəndə dəniz az qaldı çaşsın. 

Dünənki sarışın  qız  qıpqırmızı    olmuşdu. Hirsindən 

qızarmışdı.  Saçlarının yarısı  dənizdə qaldığı üçün qız beləcə 

alışıb-yanırdı.  

—Sənə nə olub? — ləpələr pıçıltı ilə soruşdu. 

—Daha bundan artıq nə olacaq? Saçının yarısını 

balıqlar dənizdə saxlayıblar. — Elə bunun üçün belə 

qızarmısan? Sənin saçların o qədər uzun və o qədər çoxdur ki, 

yer üzündə hamıya çatar. 

—Əlbəttə, hamıya çatar, — deyə balıqlar başlarını 

qaldırdılar və gözləri ilə Günəşin dənizdə üzən saçlarından 

yapışdılar.                                    

Sən demə, balıqlar Günəşin saçından mirvari düzəldib

al yosunların arasında gizlənmişdilər. Mirvarilər ona görə belə 

parlaq olurmuş. 

O, vaxtdan balıqlar hər gün Günəşin saçlarından yapışıb 

ondan bir az qopardır, Günəş isə  hər səhər beləcə hirsli çıxır, 

sonra yosunların arasındakı mirvariləri  əvvəlkindən daha 

parlaq və gözəl görünür. 

 



 

Milli Kitabxana  

 

 



 

48

 



 

DƏNİZİN TAPŞIRIĞI 

 

ənizə gedən bütün yollar eniş olur. Ona görə ki, 



dəniz qonaqsevərdir. Amma elə ki, geri qayıdır-

san, yol yoxuşa çevrilir. Çünki dəniz sənin belə tez 

qayıdıb getməyini istəmir. Dalğaların qucağında 

atılıb-düşən o tək qayığa bax! Onu dəniz beləcə qucağında 

atıb-tutur. Çünki dənizi sevənlərin hamısı onun xoşuna gəlir. 

Belə təsəvvür elə ki, Xəzərin sahilinə gəlmisən. Əvvəl belə bir 

səs eşidəcəksən: 

—Xuşşt, xuşşt! 

Bu dəniz dilində "xoş  gəlmisən" deməkdir.  Əlbəttə o 

saat soyunub suya tullanacaqsan. Qulağına başqa bir səs 

gələcək.                                     

—Xuşşt, xuşşt! Yəni necədi, suyum çox soyuq deyil ki?! 

Amma sən yəqin bu sözlərə  qətiyyən  əhəmiyyət 

verməyib lap uzaqlara üzmək qərarına gələcəksən. Axı 

doğrudan da dənizin yenə də səsi eşidiləcək: 

—Xaşş, xuşş, uuuşşş! Bu o deməkdir ki, ehtiyatlı ol! 

Dalğalar dəcəl olur. Onlarla zarafat eləməyi sənə  məsləhət 

görmürəm. 

Axı hələ balacasan. Elə ki, böyüdün, hiss elədin ki, sən 

suya atılanda dalğalar geri çəkilir, onda dəniz başqa bir mahnı 

oxuyacaq:                                  

Bu isə o deməkdir ki, dəniz cəsurları sevir. Hara 

istəyirsən üz. Buna görə  də  məsləhət budur ki, uzaqlara 

üzməmişdən qabaq dənizi dinlə. Əgər o sənə desə ki: —Xşşş, 

xuşşş, uuuşşş! — Onda məsləhətim budur ki, geri qayıdıb lap 

dayaz yerdə üzəsən. Dənizin bu tapşırığını yadından çıxartma!                     




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə