Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə8/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   4   5   6   7   8   9   10   11   ...   100

Milli Kitabxana  

 

 



 

31 


 

 

ANSAMBL 

ən sizə deyəndə ki, dünyada qəribə  işlər olur, 

inanmırsınız. Bu ansamblın üzvləri bircə göz 

qırpımında  toplandılar. Bilmək olmurdu ki, 

onları bir yerə kim yığdı.  Əvvəlcə  cır səsli 

tütəkçalan heç kəsə baxmadan işə başladı. Nazik səsli çoban 

tütəyini dodaqlarına yapışdırıb çaldı: 

—Fia, fia, fıa...                              

Ansamblın üzvləri gözləyirdi ki, o səsini kəssin ki, 

başqaları da öz istеdadını göstərə bilsin. Tütək çalan isə heç bu 

barədə düşünmək belə istəmirdi. Gücü gəldikcə tütəyini 

püfləyirdi: 

—Fffia, fia, fia, fıa...  

Nağaraçı daha dözə bilmədi. Onun səsini batırmaq üçün 

var gücü ilə nağarasını döyəcləməyə başladı: 

—Bim bam, bom, bim! – Yəni səsinizi kəsin görək nə 

var, nə yox.   

—Bu daha ağ oldu, — deyə biri sazın tellərini səslən-

dirməyə başladı:                                  

—Dalaley, dalaley, dalaley... dalaley, dalaley...   

Ansamblın balaca bir üzvü isə iki şüşə  qırığını bir-

birinə vururdu.  

—Cik-çirik, cik-çirik!                                

Bir azdan hamı çalırdı. Pəncərələrin tayları açılır, bu 

nəğməyə qulaq asırdılar. Doğrudur, hərə bir şey çalırdı, amma 

bu qarışıq səslərin özü də gözəl idi. Təkcə bir qarı, pəncərəsini 

bərk-bərk bağlayıb deyinirdi: 

—Ay sizin qanadınız kəsilsin! Səhər tezdən durub 

adamı yatmağa da qoymurlar. 

Qarğa isə qarının sözünü eşitmirmiş kimi qarıldayırdı:   

—Qarr, qarr, işinizdə olun. Dünyada quş ansamblından 

gözəl ansambl yoxdur!             



 

Milli Kitabxana  

 

 



 

32

 



 

 

 



 

QIRMIZIPAPAQ VƏ CANAVAR 

 

 

ox,  mən  sizə  həmin  qırmızıpapaq  nağıltnı danış-

mayacağam.  Bu,  başqa  nağıldı.  Amma  həmin 

qırmızıpapaq qızın başına gəlib.                     

Qırmızrpapaq yekəlmişdi. Bir gün yük maşınını 

sürüb meşənin içindən keçirdi. Yük maşınının içində  dəmir 

məhəccərlərdən düzəlmiş ev vardı. Qabağına bir canavar çrxdı. 

Canavar dişlərini şaqqıldadıb dedi:                  

—Ay qəşəng qırmızıpapaq, hara belə? 

—Nənəm xəstələnib, gedirəm onu bu dəmir evə qoyub 

həkimə aparam.  

—Qayıdanbaş  məni də götürərsənmi?! Çoxdandı 

həkimə getmək istəyirəm.  

—Sənə nə olub ki, ay ağzı qara canavar? 

—Dişim ağrıyır, həkimə göstərəcəm!                  

—Yaxşı, qayıdanbaş səni də götürərik.                 

Qırmızıpapaq yük maşınını sürüb getdi. Canavar öz-

özünə dedi: 

Yaxşı oldu. Nənəsini  udaram, sonra da düşüb qaçaram. 

Ovçular məni tapsın görüm, necə tapacaq. Qayıdanbaş  canavar  

yük  maşınının  qabağında şöngüyüb oturdu. 

—Məni də şəhərə aparırsan, ya yox?  

Qırmızıpapaq dedi:                                  

Yerimiz darısqaldı. Amma neyniyək, gəl otur.  

Canavar tullanıb kuzovdakı  dəmir evə girdi. Qapını 

bağladı. Canavar hardan biləydi ki qırmızıpapaq indi heyvan-

xanada işləyir, məqsədi də elə canavarı tutub heyvanxanaya 




Milli Kitabxana  

 

 



 

33 


 

gətirməkdi... Heyvanxanada uşaqlar ağzıqara canavara maraqla 

baxırdılar. Bir uşaq barmaqlarını onun gözünə tuşlayıb deyirdi:                    

—Qırmızıpapağı aldatmaq istəyən Canavar budur. Gör 

dişlərini necə ağardır?                                  

Canavar aldadıldığını başa düşüb hirslə belini dəmir 

köşkün divarlarına sürtüb mırıldayırdı ki, qırmızıpapağı bu 

dəfə də yeyə bilmədi...                                 

 

 

 




 

Milli Kitabxana  

 

 



 

34

 



 

 

 



 

QAYIQ SÜRƏN AYI BALASI 

 

 

ür çayının sahili boyu uzanan meşələrdə qonur 



bir ayı yaşayırdı. Onun zil qara gözləri və burnu 

düymə kimi parıldayırdı. Ayını  əyri pəncəsi 

çömçəyə oxşayırdı. Dırnaqları qarmaq kimi iti, 

əl-qolu tüklü idi. 

Ayı balası bu gün erkən oyanmışdı. Gözlərini xeyli 

ovuşdurdu, kirpiklərini aralayıb Günəşə baxdı 

—Səhərdir... — deyə donquldandı  və burnunu göyə 

qalxızıb iylədi ki, görsün hansı  tərəfdə ov tapmaq olar. Axı, 

anası ona belə öyrətmişdi. Sahil tərəfdən burnuna xoş iy dəydi. 

Sahilə cumdu.                          

Kür yorğun-yorğun axırdı. Sular qırçın-qırçın idi. Külək 

sahil qumlarını elə düzəltmişdi ki, hər tərəf  əl içi kimi 

görünürdü. Balıqçılar sahildə ocaq qalayıb kabab bişirirdilər. 

Ayının ağzı sulandı. Amma balıqçıların qorxusundan onlara 

yaxın getmədi, əyri çömçə pəncəsi ilə boynunun dalını qaşıdı. 

Ayının gözü çayın sahilində bağlanmış qayığa sataşdı. Qayıq 

sakit-sakit yırğalanırdı. Sanki çay qayığı əllərində oynadırdı.                 

Qonur ayının başına qəribə bir fikir gəldi. Mən də balıq 

tutacağam O, qayığa tərəf götürüldü. Balıqçılar uzaqda idilər. 

Başları kabab bişirməyə qarışdığı üçün onu görmürdülər. Ayı 

qayığın ağaca bağlanmış  zəncirini açdı. Keçib qayıqda oturdu 

və kürəkləri işə saldı. Qayıq yavaş-yavaş  yırğalandı. Sahildən 

üzüldü və çayın ortasına doğru irəlilədi. Ayı sevincindən elə 

ucadan bağırdı ki, səsə balıqçılar da bu tərəfə boylandılar və ... 

işin nə yerdə olduğunu anladılar.                               



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə