Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə6/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   2   3   4   5   6   7   8   9   ...   100

 

Milli Kitabxana  

 

 



 

22

 



 

 

 



 

HİDİNİN İTİ 

 

 

gər yolunuz Hidigilin həyətinə düşsə, itlərindən 



qətiyyən qorxmayın. Hürməklə arası yoxdu. Yad 

adam görsə  ağzını mümkün qədər geniş açıb 

qırmızı dilini çölə uzadıb cani-dildən gərnəşəcək. 

Vəssalam! Sonra göz qapaqları  tənbəl-tənbəl yumulacaq və it 

dərin bir yuxuya gedəcək.  

Hidinin bu tənbəl itinin qəribə bir xasiyyəti də var. 

Gedənə yoldaşdı, gələnə qardaş. Tutaq ki, meşəyə  gəzməyə 

gedirsən. Hidinin tənbəl iti düşəcək yanına, arabir hürəcək də. 

Yəni mən də özümə görə bir itəm. Bax, bu xasiyyətinin 

ucundan onun başına bəzən qəribə macəralar gəlir.  

Bir dəfə bu it köçə qoşulub dağa getdi. Köç yaylaqda 

yerbəyer olandan sonra Hidinin iti qaldı ortalıqda. Axı onu 

köçə qoşulmağa dəvət edən olmamışdı.  İt qulaqlarını sallayıb 

çənəsini qollarına dirəyib dərin fikrə getdi ki, neyləsin. "Bu 

uzunluqda yolu tək-tənha necə geri qayıdım? Mənə deyən 

gərək ay ağılsız, hər gördüyün köçə niyə qoşulursan?!" Xeyli 

fıkirləşəndən sonra belə  qərara gəldi ki, bir də köçə-zada 

qoşulmasın.   

 

 



Milli Kitabxana  

 

 



 

23 


 

 

 



 

PAPAQ 

 

 

  

u papaq əhvalatı evdə  əməlli-başlı qanıqaralığa 



çevrildi. 

—Belə  də  iş olar? — deyə Gülnurun anası  əllərini 

ölçürdü. —Yarımca saat qabaq papaq başında idi. 

Axı necə оldu?        

Gülnur susub dururdu. Elə bil anasını eşitmirdi.  

—Bilirsən o papağın qiyməti neçəyədir?  Əlli manat! 

Başa düşdün? Hardan başa düşəsən. Axı pulu sən qazanmırsan. 

Bir papağı da başında saxlaya bilmirsən!     

Bir azdan səs-küy yatdı. Ana evə girdi. Gülnur da 

həyətə getdi. Ananın qulağına səs gəldi. Baxıb gördü ki

Gülnurdu, kiminləsə danışır. Yavaşca pəncərəni açıb qulaq 

asdı. Gülnur deyirdi:                                

—Heç bilirsiniz bu papağm qiyməti neçəyədir?  Əlli 

manat!  Başa düşdünüz?! Hardan başa düşəsiniz? 

Ana onu yamsıladığna görə Gülnuru danlamaq üçün 

həyətə düşdü. Nə görsə yaxşıdı?! Gülnurun papağının içində 

iki bapbalaca pişik büzüşüb. Onlar balaca pəncələrini soyuqdan 

gizlətmək üçün çənələrinin altına soxub, isti papağın içində 

sakitcə durub baxırdılar. Hər  şey aydın idi. Gülnur pişik 

balalarını papağının içində yatırtmışdı ki, onlara soyuq 

olmasını. Gülnur anasını görəndə çaşdı. Qorxdu ki, anası 

danlayacaq. Ancaq belə olmadı. Bilmirəm papaq tapıldığına 

görəmi, ya nəyə görəsə ana onu danlamadı. Təkcə 

gülümsündü… 




 

Milli Kitabxana  

 

 



 

24

 



 

 

PEÇENYEDƏN YARANMIŞ QIZ 



 

 

ir dəfə  Gəncənin biskvit fabrikində peçenyedən bir 



qız düzəltdilər. Burnu xalis marmeladdan, gözləri 

moruq mürəbbəsindən, qulaqları və ağzı qaymaqdan 

idi. 

Qız küçəyə  çıxanda bir görəydiniz uşaqlar ona necə 



baxır. Elə həmin gün ayrı bir əhvalat da oldu. Buludlar göyün 

üzünü tutdu, dünyagörmüş adamlar dedi ki, bu adi bulud deyil.    

Bir azdan doğrudan da qeyri-adi bir yağış yağmağa 

başladı. Göydən çiyələk şirəsi tökülürdü. Uşaqlar əvvəl yağışın 

dadına baxdılar.  Əsil çiyələk  şirəsi idi. Sonra gördülər ki, 

çiyələk yağışı peçenye qızı  qıpqırmızı  rəngə boyayıb. Hər 

tərəfdən tökülüb gəldilər. Qızı yalamağa başladılar. Axı paltarı 

islandığı üçün o ağlaya bilərdi. Peçenye ilə çiyələyin bir 

ləzzətli dadı olurmuş, gəl görəsən. Qoca bir kişi isə hey 

qışqırdı: 



Mən nəvəmin gözlərini dünyada hər  şeyden çox 

sevirəm. İcazə verin bu qızın gözlərini yeyim. 

Qoca onun gözlərini yeyəndən sonra daha dayanmaq 

olardımı? Uşaqlar qızı necə yaladılarsa bir də gördülər ki, daha 

heç nə qalmayıb. Yağış da bir azdan kəsdi.    

İndi yaşı doxsana çatmış qocalardan bu əhvalatı 

soruşsanız yəqin ki, yadlarında bir şey qalmış olar. Heç belə 

hadisəni unutmaq mümkündürmü?!             

   

 



Milli Kitabxana  

 

 



 

25 


 

 

 



 

TƏRS ADAM 

 

gər sən pencəyini, ya da elə köynəyini tərsinə 



geyinsən hamı sənə baxıb güləcək. 

İsgəndər isə pencək və ya papağını  tərsinə 

geyinsəydi dərd yarı idi. Bu uşaq elə bil tərsinə 

yaranmışdı. Kim neyləsəydi  İsgəndər tez onun tərsini edərdi. 

Məsələn, qışda dənizdə çimmək istəməzsiniz.  İsgəndər bunu 

görsəydi bilirsiniz neynərdi? Sizin gözünüzün qabağında 

soyunub  özünü  atardı    dənizə. Sonra  da  anası  onu 

sətəlcəmdən xilas etmək üçün yüz dava-dərmandan istifadə 

edərdi. 

Tutaq ki, bir körpüdən keçmək lazımdır. Körpü ensiz 

olduğu üçün ayağınızın altına baxırsınız ki, yıxılmayasınız. Eh, 

İsgəndər bunu görsəydi heç bilirsiniz nə olardı?  Əvvəla o 

körpüdən aydındır ki, daldalı keçərdi.  İkincisi, heç ayağının 

altına baxmazdı da. Bir də gördün gurum düşdü çaya. Di gəl 

onu çək çıxar. Yox, sizi yaxın qoymazdı. Dal-dalı yeriyib çayı 

eləcə də keçərdi. Sonra da heç nə olmayıbmış kimi fıt çala-çala 

gedərdi işinin dalınca. Bir dəfə anası dedi:                             

—İsgəndər, çıx çardaqdan odun düşür. 

İsgəndər zirzəmiyə girdi, oradan sərin ayran çıxardı. 

Dedilər, canım, bunu həkimə göstərmək lazımdır. 

Həkimlər onu soyundurdular. Aydındır ki, o əvvəl 

şalvarını soyundu, sonra ayaqqabılarını  çıxardı. Həkimlər 

gördülər ki, nə, sən demə bu İsgəndər səhərlər üzünün əvəzinə 

dabanlarını yuyurmuş. Deməli heç zaman üzünə su dəyməyib. 

Buna görə  də  tərs olub. Deyirəm dünyada gör nələr olur ey! 

Eşidəndə adam az qalır ki, inanmasın. 

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə