Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə4/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   2   3   4   5   6   7   8   9   ...   100

 

Milli Kitabxana  

 

 



 

12

başlayırlar. Göründüyü kimi məzmun uşaqlar üçün cəlbedici-



dir. Kölgələrin başına cürbəcür  əhvalatlar gəlir və  həmin 

süjetlər uşaqları əyləndirir. Bu tipli hekayələrin hər birinin alt 

qatında müəllifin fəlsəfi fikirləri dayanır. Həmin fikirlər 

böyüklər üçündür. Beləliklə müəllif uşaq  əsərlərində  fəlsəfi 

fikirlər ifadə etmək bacarığı ilə diqqətimizi cəlb edir. 

Heyvanların kölgələri atılıb düşür və xoşbəxt-xoşbəxt oynayır-

lar. Birdən ovçu kölgəsi peydə olur. Kölgələr dəhşətə gəlirlər. 

Ovçu kölgəsi onlara deyir: “Doğrusu mən sizi qovmaqdan 

yorulmuşam. Gəlin indi siz məni qovun” pələng kölgəsi isə 

ovçu kölgəsini hədələyir və ondan qorxmadığını söyləyir: 

“Ancaq sənin sahibinin tüfəngi var, bizi qorxudan budur”. 

Ovçu kölgəsinin öz sahibinə nifrət etməsi haqqında söhbətləri 

isə hekayənin fəlsəfi fikrini müəyyənləşdirir. Məlumdur ki, 

ovçu olmasa onun kölgəsi də olmaz. Amma buna baxmayaraq 

silahını götürüb heyvanları  məhv edən ovçuya öz kölgəsi də 

nifrət edir. Beləliklə yazıçı gözə görünməyən,  əti-canı 

olmayan, əslində heç nədən oxucunu düşündürən problemlərin 

izahına girişir. 

“Yalançı sözlər” hekayəsində ata-anasına yalan danışan 

və bunun pis aqibətini göstərən ənənəvi bir mövzunu yeni, son 

dərəcə orijinal bir yolla həllinə girişir. Məktəbdən qaçıb 

zooparka gedən uşaq anasını aldadır. Ona həqiqəti demir. Bu 

“Yalançı sözlər” hekayəsinin süjet xəttidir. Lakin hekayədə nə 

bu cümləyə, nə də onun ifadə etdiyi bir epizoda rast gəlmirik. 

Bunu ana ilə  uşağın söhbətindən hiss edirik. Yazıçı  uşağın 

hərəkətlərinin pis olduğunu da demir. “Yaşar bu yalançı 

sözlərlə başara bilmirdi. Elə  ağzını açıb sözün düzünü demək 

istəyirdi ki, yalançı söz onun dilinin ucundan həqiqi sözlərin 

hərəsinə bir yumruq, bir dirsək, axırda da bir təpik ilişdib 

keçirdi qabağa. Bu yalançı söz Yaşarın ağzından elə çıxırdı ki, 

adam onun yalan olduğuna qətiyyən inanmırdı.”  Əslində bu 

yalançı sözün canlı obrazıdır. Oxucu uşaq yalanın hərəkətini, 

kobudluğunu, Yaşarın dilinin ucundakı  həqiqi sözləri 



Milli Kitabxana  

 

 



 

13 


 

sıxışdırmasını görür və onu canlı bir obraz kimi təsəvvür edir. 

Yalançı sözün obrazı bütün əsər boyu inkişaf edir. Ananın 

“Dərs  çoxdan qurtarıb, bəs sən hardasan?” sualını eşidəndə: “ 

Bax bu zaman həmin o yalançı söz Yaşarın lap dilinin ucunda 

dayanıb ağzından  çıxmağa hazır olan doğru sözü necə itələdisə 

Yaşar iki dəfə udqunmalı oldu. Sonra yalançı söz güllənin 

ağzından  çıxan mərmi kimi düz ananın üzünə    çırpıldı”. 

Deməli, yalançı sözlər daha güclüdür. Onların güclü olmasının 

səbəbi Yaşarın yalançı sözlərə rəğbət bəsləməsindədir. 

Lakin Yaşar yalançı sözlərin nə  qədər qorxunc 

olduğunu anası ilə söhbət edərkən görür. Yazıçı ananın 

həyəcan keçirdiyini, bu yalanları başa düşdüyü üçün oğlunun 

halına acıdığını  demir.  Bu  sözlərin özü də obraza  çevrilir: 

“Yalançı sözlər ananın üzünə  dəyəndə Yaşara elə  gəldi ki, 

anası bibər yedi. Çünki, yazıq arvadın sifəti  əyildi. Yaşar 

dodaqlarını sıxıb dayandı ki, yalançı sözlər daha  çıxa bilməsin. 

Çünki, anasına yazığı  gəldi”. Bu, canlı bir prosesdir. 

Hekayənin son cümlələri belədir: “Ah, bu yalançı sözlər! Onlar 

Yaşarın  əlinə düsəydi...” Beləliklə yazıçı  qəhrəmanın “ Öz 

mənfi xüsusiyyətlərini başa düşdü” kimi müddəalardan imtina 

edir və daha obrazlı düşüncə ilə əsərini yekunlaşdırır.  

Uşaq  ədəbiyyatının obrazlı olması dünyanın nəhəng 

sənətkarlarını daim düşündürmüşdür. Lakin uşaq mücərrəd 

obrazları heç də həmişə başa düşmür. Əgər uşaq müəllif fikrini 

başa düşməsə bundan ləzzət də almaz. Hər bir yazıçı bu 

problemi imkanları, istedad səviyyələrinə uyğun həll edirlər. 

Həm də  hər bir qələm sahibi bu işi orijinal yolla həll etməyə  

çalışır. Burada yazı 

çının başqasını yamsılamağı 

yolverilməzdir. Həqiqi yazıçı  təsirləndiyi bir üslubun 

boyunduruğundan çıxmağı bacarmalıdır. Anderseni, Rodarini, 

Kiprinqi, Tompsonu, Kerrolsu, Bartonu, Mixalkovu, Oleşanı 

və başqalarını mütaliə edən Zahid Xəlil orijinal yol tutmaq 

üçün ciddi axtarışlar etdi və ona nail oldu. “Yalançı sözlər”, 



 

Milli Kitabxana  

 

 



 

14

«Kralın kreslosu» “İtmiş pul kisəsi”, “Pul şəhərinin adamları”, 



“Bütün dünyanı fəth edən padşahın nağılı”, “Üçbucaq ölkənin 

adamları” və s onlarla hekayəsi Zahid Xəlil sənətinin heç kəsə 

bənzəmədiyini, büllur dağ  çayı kimi təmiz bir dilə, obrazlı 

düşüncəyə, qeyri adi süjetlərə  və kompozisiyaya malik bir 

sənət nümunəsi olduğunu göstərir.  

 

 



Şəlalə NƏBİYEVA 

pedaqoji elmlər namizədi 


Milli Kitabxana  

 

 



 

15 


 

 


 

Milli Kitabxana  

 

 



 

16

 



 

 

 



 

YUMRU YUMAQ 

 

 

ir yumru yumaq var idi və yaman qоrхaqdı. Buna 



görə  də  həmişə diyirlənə-diyirlənə  gеdirdi ki, оnu 

görən  оlmasın. Bir dəfə bu yumru yumaq yеnə  də 

dığırlanıb gеdirdi. Birdən qabağına bir yumru 

Yumruq çıхdı. Yumru Yumruq güclü və qəzəbli idi.  

—Еhеy yumru Yumaq, hara bеlə? Məgər qоrхmursan 

ki, yоlda səni əzişdirib palaza döndərərlər? 

—Qоrхuram! Amma gеtməliyəm. Aхı yumru-yumru 

qayaların arasında Qumru adlı bir qız mənim yоlumu gözləyir. 

О  məndən yumşaq bir cоrab tохuyub yumru bir хоnça 

düzəltmək və Yuхarı Yurddakı igid оğlana göndərəcəkdir. 

—Bir halda ki, bеlədir, оnda qоy mən də səninlə gеdim. 

Yumru Yumruq da Yumru yumağa qоşulub gеtməyə başladı. 

Əvvəl qabaqlarına bir dоvşan çıхdı.  Еlə  dоvşan da 

yumaq kimi yumru idi: 

—Ay Yumru Yumaq, ay Yumru Yumruq hara bеlə? 

Məgər qоrхmursunuz ki, yоlda yalquzaq sizi parçalayar? 

Yumru Yumruq qəzəbləndi. Bir az da yumurlanıb 

qaşqabağını tökdü: 

—Yalquzağın nəyindən qоrхuruq? Qоy  о bizdən 

qоrхsun! 

Dоvşan Yumru Yumruğun nə qədər güclü və qоrхmaz 

оlduğunu indi gördü və dеdi:  

—Qоyun mən də sizinlə gеdim! 

—Lap yaхşı оldu – dеyə Yumru Yumruq atılıb düşdü. 

Amma atılıb düşəndə az qaldı ki, cözələnsin. 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə