Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə9/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   5   6   7   8   9   10   11   12   ...   100

Milli Kitabxana  

 

 



 

35 


 

Balıqçılar yüyürüşüb gəldilər. Ancaq qayıq çayın düz 

ortasında idi. Ayı qorxusundan özünü itirmişdi. Balıqçılar əlləri 

ilə  işarə edirdilər ki, ayı qayığı sahilə — onlar tərəfə sürsün. 

Lakin ayı ömründə birinci dəfə idi ki, qayıq sürürdü. Nə qədər 

əlləşdisə qayığı sahilə  çıxara bilmədi. Xeyli gedəndən sonra 

burulduğu yerdə su qayığı sahilə  çıxardı. Balıqçılar yüyürə-

yüyürə, meşəyə səs sala-sala qaçırdılar. 

Dələlər ağacın başından bu qəribə  əhvalata baxırdılar. 

Sağsağanlar gülməkdən uğunub getmişdilər. Kolların arası ilə 

çətinliklə qaçan, arabir yıxılıb-duran balıqçılar axır ki, qayığa 

yetişdilər. Lakin qonur ayı balası utandığından onları 

gözləmədən çıxıb getmiş, meşənin qalın yerlərində 

gizlənmişdi.  

                             

 

 




 

Milli Kitabxana  

 

 



 

36

 



 

 

 

 

GÜNƏŞI QOPARMAQ ISTƏYƏN AYILAR 

 

 



ayızın ikinci ayında günəşin istisi xeyli azalmışdı. 

Ayı balası yerdə  eşələnə-eşələnə günəşə baxırdı. 

Birdən qulağını qaşıyıb dərin fıkrə getdi. Öz-

özünə dedi: "Gəlsənə günəşi qoparıb öz kahamıza 

gətirəm. Onda hamını  qızdırmaq  əvəzinə bütün istisini bizə 

verər. Gör canımız necə  qızar ey!" O başına gələn bu fikrin 

təsirindən elə sevindi ki, iki dəfə mayallaq aşdı. Sonra atasının 

yanına gəlib ondan məsləhət istədi. Atası qulağının dibini elə 

bərk qaşıdı ki, qoz boyda şiş yarandı.                        

—Ağıllı  fıkirdir.  Lap  ağıllı.  Gedək  baba ilə məslə-

hətləşək.  

  Onlar qoca ayının yanına gəldilər:                    

—İstəyirik günəşi qoparıb öz kahamıza gətirək. Qoy 

təkcə bizimki olsun.  

Baba qulağının dibini necə qaşıdısa ordan qan çıxdı. 

Ayılar o saat başa düşdülər ki, baba lap dərindən fıkirləşir.  

Haçandan-haçana dilləndi:                             

—Olduqca ağıllı fikirdir. Gedək günəşi gətirməyə. 

Baba qabaqda, ata onun arxasında, nəvə isə lap arxada 

yola düşdülər. Gəlib Kəpəzin ətəyinə çatdılar. Baba dedi:  

—Dağın lap zirvəsinə  çıxa bilsək  əlimiz günəşə çata-

caq.                                      

Baba qabaqda, ata onun arxasınca, nəvə arxada 

ağzıyuxarı yortmağa başladılar. Kəpəzin lap zirvəsində  

qabaqlarına sıldırım bir qaya çıxdı. Dayanıb fikrə  gеtdilər ki, 

bu sıldırımı necə  çıxsınlar. Ayı balası qulağının dibini bərk-




Milli Kitabxana  

 

 



 

37 


 

bərk qaşıdı. Ata ayı qulağını necə qaşıdısa bayaqkından da 

böyük  şiş yarandı. Baba qulağını qaşıyanda qan necə  fəvvarə 

vurdusa xeyli əlləşdikdən sonra onun qulağının qanını kəsdilər.  

Baba dedi: 

Mən dırmaşacağam. Siz isə ayağımdan sallanın.  

Bərk tutun ki, yıxılmayasınız.  

Onlar çıxdılar, çıxdılar. Sıldırımın qurtarhaqurtarında 

baba dedi:                                                  



Uşaqlar ayağımdan bərk tutun əlimə tüpürürəm.   

Onlar babanın ayağından lap bərk yapışdılar. 

Baba  əlinə tüpürmək üçün tutduğu qayanı bir anlıq 

buraxdı. Ayıların üçü də  sıldırımdan aşağı yumalandılar. Bir 

müddətdən sonra özlərinə  gəldilər. Ayaqları, belləri tamam 

əzilmişdi.                                       

Onlar yıxılmalarının səbəbini başa düşmədikləri üçün 

donquldana-donquldana öz kahalarına qayıtdılar.  

 

          



 


 

Milli Kitabxana  

 

 



 

38

 



 

 

 

 

HAMIYA NAĞIL DANIŞMAQ 

İSTƏYƏN QIZ 

 

əli, bəli qətiyyən təəccüblənməyin. Bu qız eşitdiyi 

bir nağılı hamıya danışmaq istəyirdi. 

—Bəs necə, — deyirdi, — qoy hamı görsün ki, 

qəşəng nağıllar bilirəm. 

—Nağılı gecə danışarlar, hamı bir yerə  yığışanda, 

amma sən elə günün günorta çağı da danışırsan. Camaatın işi-

gücü var axı.   

—Bilirsiniz, mənim nağıllarım, onların işləməyinə 

qətiyyən mane olmur. 

Daha neynəmək olardı?! Gərək harda gəldi bu qəşəng 

qızın nağıllarına qulaq asaydılar, yoxsa inciyə bilərdi. 

Bir dəfə dörd yol ayrıcının tən ortasında dayanıb 

maşınlara yol göstərən polis işçisi gördü ki, ağ bantlı  qız ona 

yaxınlaşır. Polis fıkirləşdi ki, yəqin uşaq yolu azıb, ondan söz 

soruşmaq istəyir. Qız ona yaxınlaşanda  əlini papağının 

günlüyünə aparıb farağat dayandı. Qız günəşdən qamaşan 

gözlərini qırpa-qırpa dedi: 

—Biri varmış, biri yoxmuş bir polis varmış. Polis işçisi 

fıt çaldı. Polis dilində bu o demək idi ki, danışma. Amma qız 

heç elə bil polisin fitini eşitmədi. Nağılını davam etdirdi. 

—İstəyirsiniz sizə maşın yeyən qızın nağılını danışım? 

Bax bu doğrudan da maraqlı idi. Doğrudur, polis bu saat iş 

başındaydı, maşınlara yol göstərirdi. Amma maşın yeyən qızın 

haqqında eşitmək də pis olmazdı. 

—Yaxşı, danış, qulağım səndədir, — deyə farağat 

vəziyyətində dayandı.                                   



Milli Kitabxana  

 

 



 

39 


 

—Hə, bu qız maşın yeməyə onun təkərlərindən 

başlayır.  Əvvəlcə  təkərin birini ağzına soxur, sonra bütün 

maşını udmağa çalışır. Amma siz narahat olmaym, qız nə qədər 

əlləşirsə maşından bir tikə də qoparda bilmir. 

—Niyə? — deyə polis təəccüblə soruşdu.  

—Axı onun dişləri yoxdu.                         

Başa düşdüm. O qədər maşın yeyib ki, dişləri tökülüb.                       

—Yox canım, dişləri hələ  çıxmayıb. Buna görə  də 

hələlik maşınlardan heç nə qopara bilmir. Dişləri çıxandan 

sonra yəqin ki, sağ maşın qoymayacaq. Polis əmi nədənsə  fıt 

çaldı və maşınlara yol göstərdi. Sonra çevrilib baxdı ki, qız süd 

mağazasının satıcısına şirin bir nağıl danışır.  

 

 



 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə