Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə10/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   6   7   8   9   10   11   12   13   ...   100

 

Milli Kitabxana  

 

 



 

40

 



 

 

 



 

AĞCA VƏ AХÇA 

 

nlar iki bacı idilər. Amma hərəsinin öz arzusu vardı. 



Ağca buluddan ayrılandan sonra şam ağacının 

budağına qonmaq istəyirdi. 

—Bilirsən nə gözəl yelləncəkdi, — deyə hərdən bu 

barədə Axçaya danışırdı. — Azca külək  əsir, budaqlar qafil 

tərpənir, sən də özün üçün yellənirsən.                 

Axçanın isə arzusu o idi ki, yerə düşsün. O fıkirləşirdi 

ki, uşaqlar qardan adam düzəldəndə ondan da istifadə edərlər. 

Bir sözlə nəyəsə yaramaq istəyirdi. 

Bacılar elə bu arzularla əllərini buluddan üzdülər. Şam 

meşələri yaşıl yol kimi uzanıb gedirdi. Ağca yel vurduqca 

yеllənən ağaclara həsrətlə baxıb budaqlardan birinə qonacağını 

gözləyirdi.                               

Axca göz işlədikcə uzanıb gedən Qar dənizinə baxıb 

sevinirdi: 



Bura bax, budaqda yellənəndə  hərdən aşağı da 

baxarsan. Mən çalışacağam ki, qar adamının saçı olum. Onda 

sənə lap yaxınlaşacağam.  

Yaxşı, — deyə Ağca cavab verdi. — Mən də çalışa-

cağam ki, lap aşağı budağa qonum ki, səni yaxşı görə bilim.                          

Kiçik bir külək onları havada oynatdı və bacılar sürətlə 

aşağı gəlməyə başladılar. Heyf ki, yerə çatanda lap gözlənilməz 

bir iş oldu. Ağca budağa qonmaq əvəzinə yerə düşdü. Axca isə 

yerə düşmək  əvəzinə budağa ilişib qaldı.  Onlar nə  qədər 

əlləşdilərsə bir şey çıxmadı. Nə Axça yerə    düşə bildi, nə  də 

Ağca yenidən budağa qayıda bildi. 




Milli Kitabxana  

 

 



 

41 


 

Neynəmək olar. Həyatda bəzən hər  şey tərsinə olur. 

Gərək buna dözməyi bacarasan. Bacılar dözdülər. 

Yaz gəldi.  Əvvəlcə budağa qonan Axça bircə damla 

suya çevrilib axırı ki, həsrətində olduğu torpağa düşdü.  Ağca 

da yavaş-yavaş əridi və torpağa qarışdı. 

Kol dibində iki ağ çiçək bitmişdi. Birinin başı  aşağı 

əyilmişdi. Biri ağ kirpiklərini  şax tutaraq günəşə baxırdı. 

Günəşə baxan Ağca idi. Heç olmazsa indi doyunca budaqlara 

baxmaq istəyirdi. Başını  aşağı salan isə Axça idi. Ürəkdən 

sevdiyi torpağa əyilmişdi. 

Deyirəm dünyada necə maraqlı işlər olur.    

 

 

 



   

 



 

Milli Kitabxana  

 

 



 

42

 



 

 

 



 

GÜNƏŞ VƏ ZƏHMƏTKEŞ İNSAN 

 

 

ə, elə ki, insan dünyaya gəldi Günəş parlamağa 



başladı. O öz parıltısı ilə insanı  həvəsləndirdi. 

Günəş istəyirdi ki, yer üzündə  həyat coşub 

çağlasın. Buna görə lap yuxarı qalxıb daha da 

parıldadı. İnsan Günəşin bu mehribanlığından daha da  sevindi  

və    torpağı  əkib-becərməyə başladı.  İnsan  əkdiyi torpaqlarda 

müxtəlif bitkilərlə yanaşı lalələr də bitdiyini gördü. Sən demə, 

Günəş bununla demək istəyirdi ki, sənin zəhmətinlə yerdə 

balaca günəşlər yanır. Bax, insan bu zaman daha yeni bir qüvvə 

ilə  işlədi. O, sübhdən gedir, gecədən xeyli keçmiş qayıdırdı. 

İnsan gördü ki, onun yolunun üstündə atəşböcəkləri uçuşur. 

Onlar balaca qanadlarından yola işıq salır ki, insan hər yeri 

görə bilsin. Bax bu zaman insan Günəşin göndərdiyi bu balaca 

böcəklərə  və Günəşə  dərindən minnətdar oldu və gecələr 

yоlları  işıqlandırmaq haqqında düşündü. Ancaq bunu necə 

etmək olardı. İnsan Günəş ola bilməzdi ki. 

Sən demə insanların hər biri balaca bir Günəş imiş. Siz 

bir fıkir verin. Hər kəs sağlam vaxtında özündən 36 dərəcə 

istilik buraxır. Deməli insan da Günəş kimi yanır. Bircə  fərqi 

var ki, onun işığı ilk baxışda görünmür. Sonra dünyaya çoxlu 

insan gəldi və onların içində eləsi tapıldı ki, elektrik 

lampalarını kəşf etdi. Amma siz diqqətlə fıkir versəniz elektrik 

lampaları balaca insan ürəyinə oxşayır. Elə bil hər dirəkdən bir 

ürək asılıb və bizim yolumuzu  işıqlandırır. Bunlar elektriki 

kəşf edən həmin o insanların  ürəyidir. Özləri dünyadan çoxdan 

köçüb, ürəkləri hələ də yanır. Amma gərək bir şeyi də bilək ki, 



Milli Kitabxana  

 

 



 

43 


 

elektriki kəşf edənlər işığı  təkcə ona görə yaratmayıblar ki, 

insanlar qaranlıqda yolları rahat getsinlər. Həm də bu işi ona 

görə ediblər ki, Günəşi gecələr də görsünlər. Görürsünüzmü — 

futbol meydançalarında, təyyarə meydanlarında,  məktəblərdə 

gecələr də  işıq yanır. Bunlar ilk insanın dostu Günəşin 

xatirinədir. İnsan Günəşdən gecələr də ayrılmaq istəmir...  

                                    

 



 

Milli Kitabxana  

 

 



 

44

İNCİ 

 

yı özünü yetirəndə bülbül zəngulə vururdu. O necə 



həyəcanla oxuyurdusa ayının gəldiyini heç kim hiss 

etmədi:            

—Nə olub? — deyə ayı donquldandı. — Boğazını 

niyə yırtırsan? 

—Bir baxın, — deyə Dovşan bülbüldən qabaq cavab 

verdi. — Otların qulağından sallanan bu sırğaları görürsünüz?  

Otların qulağında şeh damcılarından başqa bir şey yox 

idi. Bu damlalar günəşin  şüalarını yavaş-yavaş  əmir və 

xoşbəxt-xoşbəxt parıldaşırdılar.   

—Görürəm? Nə olsun? Məgər bundan ötrü boğaz 

yırtırlar? 

—O boğazını yırtmır, — dələ nazik səslə etiraz etdi. — 

oxuyur!                                                

—Axı bu damcıların nəyi var ki, onlara baxıb oxuyasan 

da?! — deyə ayı donquldandı və damcıların bir-ikisinin dadına 

baxdı: 


Heç yeməli də deyilmiş ki?                     

Hə, yox, yeməli deyil, — çaşmış dovşan söhbətə 

qarışdı. – Sadəcə olaraq bunlar gözəldir. Bir baxın üzük qaşı 

kimi parıldaşırlar. Hələ az qalıram deyəm ki, onlar dünyanın ən 

qiymətli inciləridir.                          

—Çox qiymətlidir? — deyə ayı gözlərini bərəltdi. — 

Onda sizə  əmr edirəm, bu saat onları  yığıb tökün mənim 

ovcuma. 

Dovşan, dələ  və bülbül şeh damlalarını ehtiyatlı 

çiçəklərin ləçəyindən götürüb ayının ovcuna tökdülər. Amma 

bu gözəl damlalar ayının ovcunda o saat öz parlaqlığını itirdi. 

Bir azdan ayının ovcu doldu. O, isə bu damlalarla əllərini yudu.                    

Sonralar ayı hamıya danışırdı ki, əllərini dünyanın  ən 

qiymətli inciləri ilə yuyub. Amma heç kəs bu sözə inanmırdı. 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə