Microsoft Word zeynalov natiq dissertasiya doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix14.09.2018
ölçüsü1,06 Mb.
#68583
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

46 

firma  və  ya  kompaniyalar  istehlakçılar  tərəfindən  qəbul  olunan  məhsul  haqqında 

mütəmadi marketinq tədqiqatları aparmalıdırlar. 

Bank fəaliyyətinin maliyyə nəticələri (ilin əvvəlindən, vergilər ödənildikdən sonra)

    mln.manat



 

                                                                                                                                                                    



Cədvəl 5

 

l, ay 



Mənfəətlə 

işləyən 


bankların sayı 

Bank sisteminin cəmi 

mənfəəti (mənfəətlə 

işləyən banklar üzrə) 

Zərərlə işləyən 

bankların sayı 

Bank sisteminin 

cəmi zərəri 

(zərərlə işləyən 

banklar üzrə) 

Banklar tərəfindən 

ə

ldə edilmiş yekun 



mənfəət (zərər) 

2003 


33 

20,5 


11 

1,93 


18,60 

2004 


28 

38,9 


14 

7,87 


31,03 

2009 


39 

269,57 


16,59 


252,98 

2010 


32 

165,84 


13 

45,57 


120,27 

2011 


30  

163,52 


14 

-322,51 


-158,99 

2012 


33 

195,51  


10 

-65,50 


130,01 

2013 


39 

272,32 


-4,75  


267,57 

2014(11ayi)  39 

439,44 



-28,55 



410,89 

Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı 

 

          Cədvəl  5-də  qeyd  olunduğu  kimi  2014-cü  ilin  11  ayı  üzrə  ölkənin  39  bankı 

mənfəətlə  işləyir.  Bunlara  misal  olaraq  Beynəlxalq  Bank  41124min  manat,Unibank 

40  849 582  manat,Bank  of  Baku  39798min  manat,Kapital  Bank  39 495  770  manat, 

Access  Bank  32  101780  manat    və  digər  banklar  mənfəətlə  ili  başa 

vurublar.Ümumilikdə  isə  bankların  mənfəəti  ötən  illərlə  müqayisədə  xeyli  artaraq 

439,44 mln. manat olmuşdur.Qeyd edek ki, bu rəqəm 2013-cü ildə 272,32 mln.manat 

olmuşdur. 

           

Ə

n  çox  zərər  edən  bankların  sıralamasında  isə  22,614  mln.  manat  zərərlə  ilk 



yerdə  “Xalq  Bank”  qərarlaşıb.Sıralamada  2-ci  və  3-cü  yerləri  5,379  mln.  manat 

zərərlə “Dekabank” və 0,929 mln. manat zərərlə “NBC Bank” qərarlaşıb.Ümumilikdə 

isə  28,55 mln.manat banklara zərər dəymişdir. 

Banklar mövcud xidmət növünün bütün mərhələlərində işin nə qədər səmərəli 

təşkil  olunmasına  qüvvə  sərf  etsələr  belə,  gec-tez  yeni  məhsulların  (xidmətlərin) 

hazırlanması obyektiv zərurət kimi meydana çıxacaqdır.



 


47 

Yeni  məhsulun  işlənib  hazırlanması,  banklar  üçün  marketinqin  vacib 

elementlərindən  hesab  edilir.  Müxtəlif  səmərəlilik  dərəcəsi  ilə  həyata  keçirilən 

hazırlıq  çox  vaxt  bank  əməkdaşlarının  təcrübəsindən,  qiymətli  təkliflərin  yığılması 

üzrə  işin  düzgün  təşkilindən  və  nəhayət  yeni  məhsulların  tətbiqi  üçün  müvafiq 

vasitələrin mövcudluğundan asılıdır. Yeni bank məhsullarının hazırlanması və tətbiqi 

mərhələsində,  onların  yaradılması  və  təqdim  olunmasına  xərclərin  hesablanılması 

xüsusilə  vacibdir.  lk  baxışdan bu vəzifənin  yerinə  yetirilməsi  qeyri-mümkün  hesab 

edilə bilər, belə ki, bankın bütün xidmətləri vahid baza əsasında hesablanıldığından, 

bu və ya digər xidmətə konkret nə qədər xərc çəkildiyini müəyyən etmək mürəkkəb 

məsələdir.  Bununla  belə  rəqabət  şəraitində  yeni  məhsulların  hazırlanması  və 

tətbiqinin  səmərəlilik  vəzifəsi  daim  gündəlikdə  olan  məsələdir  və  bunu  xərclərin 

strukturunda hərtərəfli təhlil aparmaq yolu ilə həll etmək mümkündür.  

Yeni  məhsulları  (xidmətləri)  işləyib  hazırlayarkən,  onların  tətbiqində 

perspektiv  istiqamətləri  aydın  təsəvvür  etmək  vacibdir.  Məsələn,  elə  əməliyyat 

xidmətləri işləyib hazırlamaq məsləhətdir ki, onlar mövcud xidmətləri tamamlasın və 

bankın əsas  fəaliyyəti  ilə  əlaqədar  olsun.  Yeni xidmətləri  təklif  edən  zaman  onların 

gəlirliyinə və  adi  ənənəvi  məhsul  olmasına,  eləcə də  əməliyyat  və  kredit  risklərinin 

minimal səviyyəsinə xüsusi diqqət yetirmək lazımdır. 

                  Son  dövrlərdə,  tətbiq  olunan  xidmətlərin  avtomatlaşdırılması  tələbi 

meydana  gəlmişdir.  Yeni  xidmətlərin  tətbiqində  bir  vacib  həqiqəti  də  nəzərdən 

qaçırmaq  olmaz.  Bu  ondan  ibarətdir  ki,  yeni  xidmətlər  ilk  vaxtlar  banka  gəlir 

gətirməsə də, sonrakı potensial mənfəət üçün bu addımı atmaq lazımdır. 

 

3.2 Real sektorda bank fəaliyyətinin təkmilləşdirilməsi istiqamətləri 



 

  Hər bir müstəqil iqtisadiyyatın real ünsürlərindən biri olan bank sisteminin, səlis 

idarə olunan bank sferasına ehtiyac vardır. Dəqiq idarə olunan bank sistemi müəyyən 

mənada  real  iqtisadiyyatın  barometridir.  Məhz  bu  baxımdan  inzibati  amirlik  idarə 

etmə  metodlarından,  təsərrüfatçılığın  yeni  iqtisadi  metodlarına  keçildiyi  bütün 



48 

ölkələrdə  bank  sisteminin  idarə  olunması  mexanizminin  təkmilləşdirilməsinə  xüsusi 

yer verilməlidir. 

    stehsal  münasibətlərinin  dinamizminin  yüksək  səviyyəsi,  əmtəə-pul-bazar 

münasibətlərinin formalaşmasına xüsusi diqqət, müasir pul-kredit siyasətinin və bank 

işinin  idarə  olunması  üzrə  dəqiq  taktika  və  strategiyanın  işlənilib  hazırlanmasını 

zəruri edir. 

    nflyasiya  prosesi,  iqtisadiyyatın  “dollarlaşma”  səviyyəsinin  artması,  istehsalın 

rentabelliyinin  artımına  xidmət  etməyən  dövlət  dotasiyaları,  investisiyaların  aşağı 

səmərəliliyi və s. bu kimi neqativ meyllər bir daha hələ də ölkənin (Azərbaycan) bank 

sisteminin  tam  səviyyədə  makro  və  mikroiqtisadi  proseslərin  tənzimlənməsi 

funksiyalarının  dolğun  yerinə  yetirilmədiyini  göstərsə  da  artıq  müvafiq  strukturlar 

tərəfindən bu sahədə konkret tədbirlər görülür. 

   Müasir  təhlil  göstərir  ki,  pul-kredit  siyasətində  təşkilatı  iqtisadi  problemlərin 

həlli,  kredit  qoyuluşlarının  səviyyəsindən,  bank  kapitalının  təmərküzləşməsindən, 

kreditlər  və  depozitlər  üzrə  orta  faiz  dərəcəsinin  dəyişməsindən,  resursların  cəlb 

edilməsi qabiliyyətindən və bir çox parametrlərdən birbaşa asılıdır. 

   Ötən illər ərzində bir tərəfdən bankların iriləşməsi və birləşməsi prosesi getmiş, 

digər  tərəfdən  isə  bir  sıra  zəif  kapitallaşan  banklar  bağlanılmışdır.  Bu  istiqamətdə 

görülən  işlər  kimi  bankların  məcmu  kapitalına  olan  minimum  tələbin  miqdarı 

Mərkəzi  Bank  tərəfindən  artırılmışdır.  Belə  ki,  Azərbaycan  Respubilkası  Mərkəzin 

Bankının  darə  Heyətinin  23  dekabr  2005-ci  il  tarixli  protokol  qərarı  ilə  “Banklar 

haqqında  Azərbaycan  Respublikası  Qanunu”nun  tələbinə  uyğun  olaraq  fəaliyyətdə 

olan  banklar  üçün  məcmu  kapitalın  minimum  miqdarına  (xarici  bankların  yerli 

filialları  üçün  məcmu  kapitala  bərabər  tutulmuş  vəsaitin  minimum  miqdarına)  qarşı 

tələbləri 01 iyul 2007-ci il tarixdən 10 milyon manat kimi müəyyən edilmişdir. 

   Özəl  bankların  konsolidasiya  olunması,  kapitallaşması  və  digər  tədbirlər 

hesabına  onların  sağlamlaşdırılması  istiqamətində  müəyyən  tədbirlər  görülmüşdür. 

Bank sferasında sağlam rəqabət proseslərini gücləndirmək məqsədilə xarici kapitalın 

yerli bank sistemində iştirak rejimi daha da liberallaşdırılmışdır. 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə