Microsoft Word zeynalov natiq dissertasiya doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix14.09.2018
ölçüsü1,06 Mb.
#68583
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

49 

   Adekvat  pul-kredit  siyasəti  probleminin  araşdırılması  nəticəsində  gəldiyimiz 

qənaət  bundan  ibarətdir  ki,  bu  siyasət  ən  ümumi  şəkildə  mötədil  inflyasiya  və  real 

sektorun  investisiyalaşdırılması  tədbirləri  nəticəsində  formalaşmalıdır.  Müasir 

şə

raitdə  prioritet,  əvvəla  istehsalı  stimullaşdıran  faiz  siyasətindən,  ikincisi  Mərkəzi 



Bankın  açıq  bazar  əməliyyatlarında  iştirakının  genişləndirilməsindən,  üçüncüsü  isə 

pul  tədavülünün  cari  tənzimlənməsi  üçün,  məcburi  ehtiyatların  rolunun 

artırılmasından ibarət olmalıdır. 

          nflyasiya tempi nəzərə alınmaqla kreditlər üzrə orta faiz dərəcələrinin bir qədər 

azalmasına baxmayaraq, onlar hələ də sahibkarlar üçün  əlverişli  səviyyədə  deyildir. 

Faiz  dərəcələrinin  yuxarı  olması  ilk  növbədə  kredit  bazarında  təklifin  tələbdən  az, 

cəlb  olunmuş  vəsaitlərin  maya  dəyərinin  yüksək,  xarici  maliyyə  mənbələrinin 

məhdud olması, həmçinin kredit əməliyyatları üzrə bank marjasının yüksək olması ilə 

izah olunur. 

   Son  dövrlər  Azərbaycanda  bir  tərəfdən  bank  sisteminin  inkişaf  etdirilməsi 

istiqamətində  sistemli  tədbirlərin  görülməsi,  gələcəkdə  bu  işlərin  daha  da 

sürətləndirilməsi planları, digər tərəfdən ölkəyə böyük həcmdə neft gəlirlərinin daxil 

olması kredit və depozit əməliyyatlarının artacağı ehtimalını şərtləndirir. Belə ki, neft 

gəlirlərinin  daxil  olması  maliyyə  resurslarının  artacağından  xəbər  verir.  Bu  o 

deməkdir ki, bankların əmanət və depozitlər hesabına resurs bazasının genişlənməsi, 

nəticə etibarilə kredit qoyuluşlarının da artması üçün əlverişli şərait yaradır. 

Bu  baxımdan  Azarbaycan  Mərkəzi  Bankı  pul-kredit  siyasəti  alətlərinin  normativ-

metodoloji bazasının genişləndirilməsi və təkmilləşdirilməsi işini davam etdirmişdir. 

Depozit  əməliyyatları,  veksellərin  yenidən  uçotu  əməliyyatları  kimi  perspektivdə 

tətbiq  oluna  biləcək  potensial  yeni  tənzimləmə  alətlərinin  normativ  bazası 

yaradılmışdır. 

   Son illərdə ölkədə bank fəaliyyətinin daim inkişaf etdirilməsi, iqtisadiyyata bank 

xidmətinin daha da yaxşılaşdırılması üçün bank infrastrukturunun təkmilləşdirilməsi 

üzrə ardıcıl tədbirlər davam etdirilir. 

   Elektron  ödəniş  sistemlərinin  yaradılmasının  ikinci  mərhələsi,  xırda  ödənişlər 

üzrə  hesablaşma  klirinq  sisteminin  (XÖHKS)  formalaşdırılması  başa  çatdırılmışdır. 




50 

Eyni zamanda real vaxt rejimində banklararası milli hesablaşmalar sisteminə (AZ PS) 

qoşulan maliyyə kredit təşkilatlarının sayı xeyli artmışdır. 

   Dünya  təcrübəsi  göstərir  ki,  modernləşdirilmiş  menecment  və  strateji 

planlaşdırma  məqsəd və vəzifələrin düzgün seçilməsində və onlara səmərəli sürətdə 

nail  olmaqda  müstəsna  əhəmiyyət  kəsb  edir.  stənilən  fəaliyyət  sferasına  malik 

təşkilatda  idarəetmə  qərarlarının  qəbul  edilməsi  yaranmış  vəziyyəti  düzgün 

qiymətləndirməyi, daxili və xarici amillərin dərin təhlilini və onların mümkün inkişaf 

proseslərinin  hazırlanmasını  tələb  edir.  Pul-kredit  siyasətinin  sabitləşdirilməsi  və 

onun 


bank 

fəaliyyətinin 

daha  səmərəli 

olmasına 

yönəldilməsi  üçün, 

proqnozlaşdırmanın və mikroiqtisadi proseslərin modelləşdirilməsi bu siyasətin digər 

strateji  istiqamətlər  ilə  əlaqələndirilməsinə  nail  olunmalıdır.  Bu  məqsədlə  müxtəlif 

iqtisadi  orqanlarla  Mərkəzi  Bank  arasında  konkret  qarşılıqlı  fəaliyyət  sxemləri 

nəzərdən  keçirilməlidir.  Pul,  kredit  və  valyuta  siyasətinə  dair  əsaslandırılmış 

qərarların  hazırlanması  üçün  iqtisadi  orqanlar  ilə  səmərəli  informasiya  mübadi  ləsi 

sistemlərinin  yaradılmasına  və  zəruri  hallarda  görüləcək  tədbirlərin  əvvəlcədən 

razılaşdırılmasına xüsusi diqqət verilməlidir. 

   Bank  nəzarəti  normalarının  Bazel  Komitəsinin  standartlarına  və  beynəlxalq 

təcrübəyə  uyğunlaşdırılması,  bu  standartlara  cavab  verən  nəzarət  hesabat  sisteminin 

tətbiqi 

və 


onun 

avtomatlaşdırılması, 

qeyri-bank 

təşkilatlarına 

nəzarət 

metodologiyasının  təkmilləşdirilməsi  qarşıda  duran  ən  mühüm  vəzifələrdən  hesab 

edilməlidir.  Yaxın  perspektivdə  bank  fəaliyyəti  inkişafının  strateji  proqramlarının 

işlənib hazırlanmasına  nail  olunmalıdır. Şübhəsiz ki, qeyd  olunan  tədbirlərin həyata 

keçirilməsi  üçün  ayrı-ayrı  fəaliyyət  sahələri  üzrə  beynəlxalq  əməkdaşlığın 

genişləndirilməsi  və  insan  resurslarının  inkişaf  etdirilməsi  strateji  proqramda  öz 

ə

ksini  tapmalıdır.  Yüksək  peşəkarlığa  malik  menecerlər  komandası  olmadan  ən 



proqressiv  ideya  və  yeniliklər  də  uğursuzluğa  məhkumdur.  Ona  görə  də  kadrların 

peşəkar  hazırlığına  böyük  əhəmiyyət  verilməlidir.  Bu  baxımdan  mütəmadi  elmi 

araşdırmaların  aparılması  üçün  Azərbaycan  Mərkəzi  Bankının  nəzdində  Tədqiqatlar 

və Sosial  nkişaf Mərkəzi yaradılmışdır. 




51 

  nformasiya  inqilabı  dünyanı  həqiqətən  də  dəyişdirmişdir.  Bankların  aktivlərinin 

nələrdən  ibarət  olması  və  kapitalın  daim  artım  tempi  haqqında  əvvəlki  təsəvvürlər 

kardinal  dəyişikliklərə  məruz  qalmışdır.  Bank  mənfəətinin  yeni  mənbələri  artıq  qeyri-

maddiləşmişdir ki, bu da yeni dəyərin yaradılması prosesində informasiya və biliklərin 

tətbiqindən ibarətdir. 

 Maliyyə xidmətlərinin qloballaşması, müxtəlif bank olmayan kredit təşkilatları 

tərəfindən  rəqabətin  güclənməsini  şərtləndirmişdir  ki,  bu  da  ilk  növbədə  qeyd 

olunduğu  kimi  faiz  stavkalarına  və  mənfəətə  təsir  göstərmişdir.  Bankların  ənənəvi 

fəaliyyət  növləri  üzrə  gəlirliyi  azalmışdır.  Banklar  maliyyə  xidmətləri  sferasında  öz 

fəaliyyətlərini diversifikasiya etməyə məcbur olmuşlar. 

Son illərdə maliyyə xidmətlərinin satış şəbəkəsi genişlənməkdə davam etmişdir. 

Bankların  filial  və  şöbələrinin  sayı  artmış,  bankomat  və  pos-terminal  şəbəkəsi 

ə

həmiyyətli surətdə genişlənmişdir. Regionlarda əhalinin maliyyə bank xidmətlərinə 



çıxış imkanlarının artırılması məqsədilə Mərkəzi Bank Rabitə və  nformasiya Texno-

logiyaları  Nazirliyi  ilə  birgə  Dünya  Bankının  «Maliyyə  xidmətlərinin  inkişafı 

layihəsi»  çərçivəsində  «Azərpoçt»  layihəsini  icra  etmişdir.  Maliyyə  xidmətləri  üzrə 

innovasiyalar  davam  etmiş,  bu  sahədə  banklararası  rəqabət  daha  da  güclənmişdir. 

Banklar  elektron  bankçılıq  sahəsini  daha  da  təkmilləşdirərək,  müştərilərə  banka 

gəlmədən təqdim edilən maliyyə xidmətlərinin çeşidini artırmışlar. 

Bankların beynəlxalq reytinqi yüksəlmiş, bank aktivlərində xüsusi çəkisi 98 faiz 

təşkil edən 38 bankda kənar audit beynəlxalq audit şirkətləri tərəfindən aparılmışdır. 

Ə

vvəllər beynəlxalq reytinq almış 10 bank öz səviyyələrini qoruyub saxlaya bilmiş, 



bir sıra banklarda reytinq səviyyəsi daha da yüksəlmişdir. 

Banklarda risklərin idarə edilməsi sisteminin effektivliyinə qarşı tələblər artırılmışdır. 

O  cümlədən  beynəlxalq  təşkilatlarla  birlikdə  əməliyyat  riskinin  tənzimlənməsi 

çərçivəsinin  yaradılması  istiqamətində  tədbirlər  görülmüşdür.  Bank  sektorunda 

idarəetmə və hesabatlıq sisteminin effektivliyinin artırılması məqsədilə 

yeni korporativ idarəetmə standartlarının tətbiqinə başlanılmışdır. 

         Banklarda risk menecment mədəniyyətinin formalaşması və risk menecerlərinin 

peşəkarlıq  səviyyəsinin  artırılması  istiqamətində  tədbirlər  davam  etdirilməlidir.  Bu 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə