Microsoft Word zulu disser docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix27.03.2018
ölçüsü0,55 Mb.
#35161
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

48 

 

Cədvəl 2.3. 



Neft və qeyri-neft sektoruna yönəlmiş investisiyalar (mlyn. AB, dolları) 

Göstəricilər 



1995-2002 

2003-2013 

1995-2013 (ümumi) 

Cəmi investisiyalar 

12473,7 


160036,1 

172509,8 



Daxili investisiyalar 

3353,9 


85376,7 

88730,6 


Neft sektoru

 

902,5 



25613,0 

26515,5 


Qeyri-neft sektoru

 

2451,4 



59763,7 

62215,1 


Xarici investisiyalar 

9119,8 


74659,4 

83779,2 


Neft sektoru

 

6105,4 



44795,4 

50900,8 


Qeyri-neft sektoru

 

3014,4 



29864,0 

32878,4 


 

Cədvəl  2.3-ün  təhlili  nəticəsində  məlum  olur  ki,  1995-ci  ildən  üzü  bəri  ölkə 

iqtisadiyyatına 172 mlyn. ABŞ dollarından çox sərmayə  yatırılmışdır. Bunun yalnız 

84  mlyn.  ABŞ  dollara  qədərini  xarici  investisiyalar  ,  və  ya  51,44  %-i  daxili 

investisiyalar  təşkil  edir.  Lakin,  1995-2002-ci  və  2003-2013-cü  illər  ərzində  xarici 

investisiyaların  payı    müvafiq  olaraq  73,11  və  44,65  faiz  təşkil  etmişdir.  Xarici 

investisiyalar əsasən neft sektoruna yatırılmışdır. Beləki,  bu sektora yatırılan xarici 

investisiyaların  payı  1995-2002-  ci  illərdə  66,95%,  2003-2013-cü  illərdə    60%  və 

bütyünlüklə  1995-2013-cü  illərdə  60,76%  olmuşdur.  Daxili  investisiyalar  isə  daha 

çox  qeyri-neft  sektoruna  yatırılır:  1995-2013-cü  illərdə  daxili  investisiyaların  qeyri-

neft sektorunda xüsusi çəkisi 70,12% -ə bərabər olmuşdur. Vəziyyətin bu cür olması 

onu  göstərir  ki,  qeyr-neft  sektorunun  inkişafında  dövlət  və  yerli  özəl  sektor 

maraqlıdır.  Həmçinin,  söyləmək  olar  ki,  daxili  investisiyalar  ayrı-ayrı  regionların 

inkişafına,  neft  sektoruna  yatırılan    xarici  investisiyalar    isə  əsasən  Bakı  şəhərinə 

yönəlir. 

Ölkə  iqtisadiyyatında  işləyən    xarici  və  yerli  investorlarlar,  sahibkarlıq 

subyektləri mütamadi olaraqxarici mühitdə yaranan gozlənilməz dəyişikliklərlə qarşı-

laşırlar. Lakin inkişaf etmiş bazar iqtisadiyyatına malik olan ölkələrdən fərqli olaraq 

bizdə gözlənilməz dəyişikliklərin başvermə səbəblərini, çox zaman yekcins, mövcud 

sosial-iqtisadi  şəraitdən  doğan  amillər  təşkil  edir.  Bizdə    fəaliyyət  göstərən  işgüzar 




49 

 

təşkilatlar  gözlənilməyən  dəyişikliklərə  reaksiya  göstərmək  üçün,  praktiki  olaraq 



çoxlu  sayda  metodlardan  istifadə  edirlər.  Onlardan  ən  geniş  yayılanları 

aşağıdakılardır. 



darəetmənin  reaktiv  uslubu.    Bu  üslubun  xarakterik  cəhəti  gözlənilməyən 

dəyişıkliklərin  öhdəsindən  sınaqdan  çıxarılmış  əks  tədbirlərdən  istifadə    etməklə  

problemin həll edilməsindən ibarətdir. Əgər aparılan tədbirlər nəticə vermirləsə, onda 

fikir irəli sürülür ki, müəssisə yaranmış gözlənilməz vəziyyətə təsir etmək iqtidarında 

deyildir. Ölkəmizdə bu üslubdan geniş şəkildə istifadə olunur.  

Aktıv  idarəetmə  üslubu.  Bu  üslubdan  istifadə  edən  müəssisələrin 

gözlənillməyən  dəyişikliklərə  reaksiyası  gecikən  deyil  paralel  olur.  “Bakı  Evropen 

Tabako” AzərSun şirkəti,  «Gəncəgiltorpaq» müəssisəsi, «Qaradağ» Sement ASC-ni 

və s., müəssisələr məhz fəaliyyətlərində bu üslubdan istifadə edirlər. 

Gözlənilməyən dəyişikliklərə işgüzar təşkilatların reaksiyasının digər tipi planlı 

idarəetmə  strategiyasıdır.  Bu  metodun  tərkib  hissəsinə  ekstrapolyativ  proqnozlaş-

dırmaya  əsaslanan  xarici  mühitin  tədqiqi,  fövqəladə  tədbirlərin  başlanması,  optimal 

tədbirlərin  seçilməsi,  operativ  və  strateji  tədbirlərin  eyni  zamanda  tətbiqinin  müm-

künlüyünə baxılır. 

Respublikamızda  gözlənilməyən  dəyişikliklərə  qarşı  planlı  idarəetmə  strategi-

yasını tətbiq edən təşkilatlara az təsadüf olunur.  

Məsələn,  ARDNŞ  kompaniyasında  ekologiya,  sənaye  təhlükəsizliyi  və  əməyin 

mühafizəsi  sahələrində  müxtəlif  işlər  aparılır.  2009-cu  ildə  təbiəti  mühafizə  işlərinə 

17  mln.manatdan  çoxpul  xərclənmişdir,  bunun  nəticəsində  ekoloji  itki  ilə  bağlı 

qəzaların sayı kəskin şəkildə aşağı düşmüşdür. 

Kompaniyanın qəzaların və fövqəladə vəziyyətlərin xəbərdar edilməsi və aradan 

qaldırılması üzrə fəaliyyəti ekoloji və sənaye təhlükəsizliyinin müasir idarə edilməsi 

sistemi ilə bildirilən tələblərə uyğun hesab edilmişdir. 

Ş

irkət    Xəzər  dənizində  ekoloji  vəziyyət  məsələlərinə xüsusi  diqqət  ayırır.  Bu, 




50 

 

isə  aydındır,  çünki  Xəzər  dənizi  balıqların  nərə  növlərilə  zəngindir.  Xüsusilə, 



qazmada  sıfır  tullantılar  sistemi  tətbiq  edilmişdir,  tullantıların  saxlanılması  üçün 

xüsusi  yer  ayrılmışdır,  qəza  hallarının  aradan  qaldırılması  üçün  bir  sıra  tədbirlər 

işlənilmişdir. 

Ş

ikrətin  strateji  məqsədi  XXI  əsrin  əvvəlində  dünyanın  aparıcı  neft 



kompaniyalarından  biri  olmaqdır.  Qarşıda  qoyulmuş  məqsədə  nail  olmaya  doğru 

inamlı  hərəkət  yalnız  sosial-iqtisadi  məsələlərin,  əlverişli  ətraf  mühitin  və  təbii 

ehtiyat  potensialının  saxlanılması  problemlərinin  balanslaşdırılmış  şəkildə  həlli  ilə 

təmin edilə biləcək sabit inkişaf yolunda mümkündür. 

ARDNŞ  Azərbaycanın  iri  şaquli  inteqrasiya  edilmiş  neft  şirkəti  olmaqla 

cəmiyyət  qarşısında  əlverişli  ətraf  mühitin  qorunması,  təbii  ehtiyatlardan  səmərəli 

istifadə  üzrə  məsuliyyətini  dərk  edir,  eləcə  də  hesab  edir  ki,  cəmiyyət  bu  sahədə 

komaniya qarşısında duran məsələlərin mürəkkəbliyini və miqyaslığını başa düşür.  

ARDNŞ-nin  siyasəti  istehsal  və  ekoloji  təhlükəsizlik  və  təbii  ehtiyatlardan 

səmərəli istifadə sahəsində dövlətin strategiyası ilə sıx bağlıdır.  

Müəssisənin  istehsal  təhlükəsizliyi,  əməyin  və  ətraf  mühitin  mühafizəsi 

sahəsindəki mühüm məqsədləri bunlardar: 

- təbii ehtiyatlardan səmərəli istifadə; 

-  şirkətin  və  törəmə  cəmiyyətlərin  fəaliyyət  zonalarında  yaşayan  əhalinin  və 

heyətin sağlamlığının və təhlükəsizliyinin qorunması; 

-  elmin,  texnikanın  və  cəmiyyətin  inkişafının  müasir  vəziyyətinə  uyğun 

sənayeninvə ekoloji təhlükəsizliyin səviyyəsinə nail olma; 

-  şirkətin  istehsal  obyektlərinin  sənaye  və  ekoloji  təhlükəsizliyinin  artırılması, 

etibarlılığın  artırılması,  texnoloji  avadanlığın  təhlükəsiz  və  qəzasız  işinin  təmin 

edilməsi hesabına ətraf mühitə mənfi təsirin azaldılması; 

-  hər  bir  törəmə  müəssisədə  və  şirkətdə  ekoloji  və  istehsal  təhlükəsizliyi 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə