35
idarəetməni həyata keçirirlər.
Strateji planlaşdırma və idarəetmə prinsiplərinin həyata keçirilməsinə səbəb olan
təşkilati strukturlar təkamül şəklində, strateji menecment konsepsiyasının özünün
inkişafı dərəcəsinə görə inkişaf etmişdir. Strateji idarəetmənin funksiyalarının
gücləndirilməsi məqsədilə yeniliklər qruplarından, proqram-məqsəd üsulundan,
matrisa strukturlarından istifadə edilir. Təşkilatların idarə edilməsində təşkilati
strukturların layihələşdirilməsi zamanı STY konsepsiyasından istifadə daha çox
diqqətə layiqdir. Orada tam şəkildə növbəti prinsiplər həyata keçirilir: strategiyanın
işlənilməsinin mərkəzləşdirilməsi və onun həyata keçirilməsi prosesinin qeyri-
mərkəzləşdirilməsi, idarəetmənin çevikliyinin və uyğunlaşmasının təmin edilməsi,
idarəetmə prosesinə bütün səviyyə menecerlərinin geniş dairəsinin cəlb edilməsi.
STY prinsiplərindən istifadə ilə idarəetmənin təşkilati strukturunun əsasını nəzərdən
keçirək (şəkil 2.1). Çoxsahəli səhmdar cəmiyyətin (SC) idarə edilməsindənki təşkilati
strukturun əsasında strateji idarəetməyə yönümlü diversifikasiya edilmiş konseptual
model durmuşdur. Bu yanaşma təşkilatın idarə edilməsində qeyri-mərkəzləşməni
nəzərdə tutur və aşağıdakılara imkan yaradır:
1. Xarici mühitdəki dəyişikliklərə adekvat və operativ şəkildə reaksiya verən
idarəetmənin müasir təşkilati strukturunu yaratmaq;
2. Təşkilatın uzuunmüddətli perspektivdə səmərəli fəaliyyətinə səbəb olan
strateji idarəetmə sistemini reallaşdırmaq;
3. Ali rəhbərləri istehsalın operativ idarəedilməsi ilə bağlı gündəlik darıxdırıcı
işindən azad etmək;
4. Qəbul edilən qərarların operativliyini artırmaq;
5. Sahibkarlıq fəaliyyətinə məhsulun və xidmətlərin nomenklaturasını
genişləndirməyə, istehsalatın çevikliyini artırmağa qadir təşkilat əməkdaşlarının
geniş dairəsini cəlb etmək və bununla da firmanın rəqabət qabiliyyətini artırmaq.
Bu modeldə idarəetmənin yüksək səviyyəsi SC idarə edilməsinin tipik strukturu
36
(və ya firmanın təşkilati-struktur formasına uyğun gələn digər strukturu) ilə təqdim
edilmişdir. O, tədricən istehsalın operativ idarə edilməsindən azad olur və strateji
intizam, ümumilikdə təşkilatın iqtisadiyyatının və maliyyəsinin idarə edilməsi
problemləri üzərində cəmləşir.
Təşkilati strukturun bu modelinin xüsusiyyəti təşkilatın tərkibində strateji
təsərrüfat yarımbölmələrinin seçilməsi və ayrı-ayrı istehsal və funksional
yarımbölmələrə mənfəət mərkəzləri (MM) statusunun verilməsidir. STY dəqiq ifadə
edilmiş ixtisasla, öz rəqiblərilə, bazarlarla və s. istehsal-təsərrüfat fəaliyyətinin
T
əş
kilatın rəhbərliyi
orqanizaüii
Strateji planlaşdırma şöb
ə
si
T
əş
kilatın funksional
xidmətləri
Strateji t
ə
sərrüfat
yarımbölmələri (STY)
M
ə
nfəət
mərkəzləri (MM)
Hüquqi s
ə
rbəstli
(MM)
T
ə
ssərrüfat
hesabları (MM)
Şə
kil 2.1. Strateji idarəetməyə yönümlü təşkilatın strukturunun konseptual
sxemi
37
istiqamətini və ya istiqamətlər qrupunu təcəssüm etdirir. Hər bir STY onun digər
məqsədlərindən nisbətən asılı olmayan öz başlıca məqsədinə malik olmalıdır. O,
kompleks strateji planlaşdırmanı – məhsulları, bazarları, qüvvələri və s. həyata
keçirməyə qabil olmalıdır
STY şöbəni, filialı, sexlər qrupunu və ya ayrıca bir sexi təcəssüm etdirə, ya da
iyerarxik strukturun istənilən səviyyəsində ola bilər. Hər bir istiqamətə görə hım qısa,
həm də uzunmüddətli perspektivdə məsuliyyət bir menecerin – direktorun üzərinə
düşür. Direktor öz STY strategiyasına görə məsuliyyət daşıyır. O, öz səlahiyyətləri
daxilində bazarda uğurun istiqamətini müəyyənləşdirən texnologiyalar, istehsalat,
kapital qoyuluşu sahələrində öz maraqlarını irəli sürməyə hazır olmalıdır. Bununla
yanaşı müxtəlif STY arasında ehtiyatların bölüşdürülməsi zamanı hər bir STY planı
ümumilikdə təşkilatın maraqlarının balanslaşdırılması məqsədilə dəqiqləşdirilməlidir.
Şə
kil 2.2.də «AtaHoldinq» şirkətinin təşkilati quruluşu verilmişdir. Burda da hər bir
istehsal və fəaliyyət bölməsi strateji təsərrüfat yarımbölməsi kimi çıxış edir və
müstəqil qaydada qeyri-mərkəzləşdirilmiş şəkildə operativ məsələlərlə məşğul olur.
Beləliklə, STY strateji idarəetmə məqsədləri üçün yaradılır, nəticə kimi daha bir
təşkilati strukturun artıq mövcud olanın üzərinə qoyulması baş verir. Mövcud
iyerarxik strukturun idarəetmə nəzarəti məqsədilə hansısa müddətə saxlanılmalı
olmasına baxmayaraq, strateji yeniliklər üçün yeni bazarlar, bir xətti rəhbərin – STY
direktorunun rəhbərliyi altında strateji intizamın bütün amillərini birləşdirməyə
imkan yaradan yeni təşkilati üsul yaradılır.
Şə
kil 2.2. «AtaHoldinq» şirkətinin təşkilati quruluşu
Təşkilatda strateji idarəetmə funksiyasını təmin edən təşkilati strukturu
idarəetmənin yüksək səviyyəsində strateji planlaşdırma şöbəsi və tərkibinə öz strateji
planlaşdırma xidmətləri daxil olan stsrateji təsərrüfat yarımbölmələri toplusu yaradır.